Məhkəmə qərarları › İş №2-1(103)-1434/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1434/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1434/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “sürücülük hüququnun bərpa olunaraq yeni sürücülük vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10752/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Prezidentinin bir sıra şəxslərin Əfv olunması haqqında” xx.xx.2018-ci il tarixli, 137 saylı Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunduğu üçün nəqliyyat vasitəsini idarə etmək hüququnun yenidən bərpa olunaraq yeni sürücülük vəsiqəsinin verilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 27 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. O, “Azərbaycan Respublikası Prezidentinin bir sıra şəxslərin əfv olunması haqqında” xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Buna görə də Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ona əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası da ləğv olunmuşdur. O, cavabdehə yeni sürücülük vəsiqəsi ilə bağlı müraciət etsə də onun nəqliyyat vasitəsini idarə etmək hüququnun bərpa edilməsindən əsassız şəkildə imtina edilmişdir. xx.xx.2022-ci il tarixdə də sürücülük vəsiqəsinin yenidən verilməsini xahiş etmişdir. Lakin yenə də müvafiq qurum tərəfindən müraciətinə cavab verilməmiş, bir sözlə imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10752/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim A.Almazova) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış, əlavə olaraq qeyd edilmişdir ki, onun sürücülük hüququna xitam verilməmişdir ki, yenidən onun bərpası imtahanla həyata keçirilsin. Bundan başqa, iddiaçıya İPM 13-cü maddəsinin tələblərinə uyğun iddia tələbinin dəqiqləşdirilməsinə dair heç bir hüquqları izah olunmamışdır. Əgər məhkəmə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə lazımi vasitələrdən istifadə edərək izah etsə idi, iddiaçı tələbini dəyişərdi və iddia tələbi mümkün sayılardı. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunduğunu üçün əlavə cəza kimi nəqliyyat vasitəsinin idarəetmə hüququndan məhrumetmə cəzası da ləğv olunmuşdur. Bu səbəbdən nəqliyyat vasitəsini idarəetmə hüququ yenidən bərpa olunaraq, yeni sürücülük vəsiqəsi verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın məhkəmə, ərazi və predmet aidiyyəti və s.) cavab verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd); İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.1-ci bənd); İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd); Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Bakı İnzibati Məhkəməsi İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin sürücülük hüququ (sürücülük vəsiqəsi) əldə etmək üçün sürücülük imtahanına (müvafiq sənədlərlə birlikdə) buraxılmaq barədə inzibati orqana müraciət edilməsi olduğunu, müvafiq imtahanlardan keçib yenidən sürücülük hüququ əldə edə biləcəyi izah edilmiş, lakin iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək bildirmişdir ki, o əfv olunduğundan yol hərəkəti qaydaları üzrə nəzəri və təcrübi imtahanlarda iştirak etmədən onun sürücülük vəsiqəsi bərpa edilməlidir və məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə əfv olunması haqqında” xx.xx.2018-ci il tarixli, 137 saylı sərəncamına əsasən xx.xx.2018-ci il tarixdə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasından azad olunduqdan sonra 7 saylı X3 müəssisəsi tərəfindən onun barəsində olan Tovuz Rayon Məhkəməsinin 1(62)-29/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası icra olunmasından ötrü Xətai Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Əlavə cəzanın müddəti xx.xx.2018-ci il tarixdən hesablandığı üçün həmin cəza xx.xx.2020-ci il tarixdə başa çatmış və o, qeydiyyatdan çıxarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 1(62)-29/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş xx.xx.1977-ci il təvəllüdlü İddiaçı əlavə cəzası xx.xx.2020-ci il tarixdə başa çatdığı üçün məhkum qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İddiaçı iddia ərizəsində, apellyasiya şikayətində, eyni zamanda məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunduğunu və buna görə də Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə ona əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının da ləğv olunduğunu qeyd etsə də, iş materiallarından və iş üzrə araşdırılmış hallardan bəlli olur ki, “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” Azərbaycan Respublikasının Prezidentinin 24 may 2018-ci il tarixli 137 nömrəli Sərəncamı ilə hazırki İddiaçı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs kimi həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi, sözügedən Sərəncamla iddiaçı əlavə cəzadan azad edilməmişdir. Əksinə Bakı şəhər Probasiya İdarəsinin həm iddiaçıya, həm də məhkəməyə ünvanladığı məkublardan da aydın olur ki, iddiaçının əlavə cəzası xx.xx.2018-ci il tarixdən hesablanmağa başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Belə olan halda, Məhkəmə kollegiyası aşağıda sadalanan qanunvericilik normalarını diqqətə çatdırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə əsasən: 153.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin Xİİİ-cü hissəsinə əsasən: Nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır: 1) nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün; 2) nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün. Qanunvericilik normalarından da aydın olduğu kimi, iddiaçıya əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti (2 illik müddət) başa çatdıqdan sonra sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün qaytarılır. Həmçinin, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 35-ci maddəsinin İİİ hissəsinə əsasən sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edir (göndərir). Sənədlər bu Qanunun 33-cü və 35-ci maddələrində göstərilən tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat verilir. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunur. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq izah edir ki, iddiaçı cinayət qanunvericiliyinə əsasən barəsində olan hökmlə məhkum olunmuş, ona təyin edilmiş əsas cəzanın çəkilməmiş hissəsindən azad olunsa da, əlavə cəzanı (sürücülük hüququndan məhrumetmə) xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Hazırda iddiaçı nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verərək yenidən sürücülük vəsiqəsi əldə edə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas vermir, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10752/2022 saylı, 02 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar