Məhkəmə qərarları › İş №2-1(103)-1434/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1434/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1434/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “vəzifəyə təyin edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “vəzifəyə təyin edilmə” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10948/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Ləğv etmə Prosesində olan Standartlaşdırma, Metrologiya və X9 Komitəsinin əmrinə əsasən iddiaçının dövlət qulluğuna və əmək müqaviləsinə 18 may 2018-ci il tarixdən xitam verilmişdir. X3 qərarında qeyd edilmişdir ki, Standartlaşdırma, Metrologiya və X9 Komitəsinin işçilərinin dövlət qulluğuna 18 may 2018-ci il tarixdən xitam verilmişdir. Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətinə X4 ehtiyat kadr kimi saxlanılır. X3 məktubundan görünür ki, iddiaçının qulluq keçdiyi qurumun ləğvi ilə əlaqədar o, ehtiyat kadrlar siyahısına daxil edilmişdir. İddiaçı onun vəzifəyə təyin edilməsi ilə bağlı bir neçə dəfə inzibati orqana müraciət etmiş, lakin cavabdehin sonuncu 15 may 2023-cü il tarixli məktubu ilə tələbinin təmin olunmasından imtina edərək qeyd etmişdir ki, Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin Tənzimləmə sektorunun baş məsləhətçi inzibati vakant vəzifəsinə dair təlimatlara əsasən qulluq funksiyalarının yerinə yetirilməsi üçün vəzifənin tutulma şərtlərinə hüquqşünaslıq ixtisası üzrə təhsil tələbi qoyulmuşdur. Əlavə olaraq bildirilmişdir ki, vətəndaşların Dövlət Xidmətinə işə qəbulu “Dövlət qulluğu haqqında” Qanunun tələbləri ilə tənzimlənir. Dövlət orqanlarında vakant inzibati vəzifələrin müsabiqə, daxili və ya ümumi müsahibə yolu ilə tutulması şərtləri təsbit olunmuşdur. Siz həmin şərtləri ödədiyiniz təqdirdə Dövlət Xidməti tərəfindən müvafiq vakant inzibati vəzifələr üzrə mütəmadi olaraq elan edilən musahibələrdə iştirak edə bilərsiniz. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “vəzifəyə təyin edilmə” tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli Prezidentin sərəncamına uyğun olaraq qulluq keçdiyi Standartlaşdırma komitəsi ləğv olunaraq səlahiyyətləri yenidən təşkil olunan Antiinhisar xidmətinə verilmiş və həmin tarixdən DİMdə ehtiyat kadrlar siyahısına daxil edilmişdir. Antiinhisar Xidmətin və DİM-in nümayəndəsi ilə keçirilən daxili müsahibədə iştirak edib müsbət nəticə əldə etməyinə baxmayaraq işə qəbul olunmamışdır. Yenidən xidmətin tabeliyində olan Standartlaşdırma institutunun yeni təyin olunan direktoru İlqar Həsənovun qəbulunda olmuş və bu sahədə xidməti faliyyətini müsbət qiymətləndirib bu sahədə təcrübənin olduğunu vurğuluyaraq Xidmətin əsasnaməsinin və strukturunun təsdiq olunandan sonra işə qəbul olunacağına söz verdi və struktur təsdiq olunandan sonra təkrar müraciətinə baxmayaraq verdiyi vədə əməl etməmişdir. xx.xx.2023-cü il tarixində DİM-də elan olunan ümumi müsahibədə Antiinhisar xidmətində vakant vəzifələrin tutulma şərtləri normaya uyğun olmadığından müsahibədə iştirak edə bilməmişdir. Bununla bağlı Prezident Administirasiyasına və Antiinhisar xidmətinə yazılı müraciətlər etməyinə rağmən Xidmətin rəis müavini ümumiləşdirimiş cavabını hüquqa zidd hesab edir. Qulluq keçdiyi dövlət orqanının ləğvi, yeni yaranan Antiinhisar Xidmətin əsasnaməsinin və sturukturunun üç ildən sonra yaranması və onun DİM-də ehtiyyat kadrlarda çıxarılmağı ondan asılı səbəbdən deyildir. Bəşəriyyətin qlobal problemi olan xx.xx.2020 pandemiyanın rəsmən elan olunmasının xx.xx.2020-ci il tarixində ikinci vətən müharibəsinin başlanmasının ölkədə fors-major halı kimi qiymətləndirilməsi zəruridir. Prezidentin 1 iyul 2011-ci il 464- nömrəli fərmanına uyqun olaraq onun əvvələr qulluq keçdiyi dövlət orqanında tutduğu vəzifəyə uygun vəzifə ilə təmin edilməyinin cavabdehin (Antiinhiar xidməti və İstehlak Bazarına Nəzarət dövlət Xidməti) üzərinə qoyulmasını xahiş edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının müraciətlərinə dair dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri ona izah edilmişdir. Belə ki, tutmaq istədiyi vəzifə üzrə hüquqşunaslıq ixtisası tələb edilir ki, iddiaçı həmin ixtisasa malik olmamışdır. Həmçinin, iddiaçı iki illik müddət bitdikdən sonra işə qəbul edilmək üçün müraciətlər edilməsinə başlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10948/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd olunmuşdur. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmaqla yanaşı əlavə olaraq bildirilmişdir ki, iddia ərizəsində (qoşma 27vərəq) Konstitusiya hüququnun pozulması faktının araşdırılması ilə bağlı 2018-2023-cü il tarixlərdə cavabdeh qurumlara yazdığı məktublar və məhkəmədə söylədiyi faktlar hakim tərəfindən tam araşdırılmayıb. İddia ərizəsində mübahisələndirilən iki hal olduğu halda hakim bu halları qarışdırıb bir hal kimi dəyərləndirib. Hakim qərarda faktiki hallar və sübutlarda cavabdehin vəzifənin tutulması şərtlərində hüquqşünas ixtisası üzrə təhsil tələbini qoyması və 15 may 2023 cü il imtina məktubu birinci hala ümumi müsahibədə iştirakına qoyulan məhdudiyyətdir. Məhkəmə qərarında hakim qeyd edir ki, cavabdehin öhdəlik daşıması üçün başlıca şərt kimi cavabdeh iddiaçının qulluq etmiş olduğu dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanı olması mütləqdir. Komitənin sadəcə texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətlərinin icrası cavabdehə tapşırılmışdır ki, məhkəmə hesab edir ki, həmin səlahiyyətlərin icrasının cavabdehə həvalə edilməsi həmin inzibati orqanın ləgv edilmiş Standartlaşdırma Metralogiya və X9 Komitəsinin bazasında yaradılması anlamına gəlməməklə hazırkı iddianın təminini istisana edir. Bir daha aydın olur ki, hakim xx.xx.2018-ci il tarixli 5 nömrəli sərəncamı qərarda qeyd etsə də, tam oxumayıb və bizim işimizə zəruri olan bəndləri nəzərindən qaçırıb. Qərarda hakim qeyd edir ki, cavabdeh qulluq kecdiyi qurumun bazasında yaransa belə, cavabdehin vəzifə təlimatlarında hüquqşünas ixtisas tələbi onun tərəfindən ödənilmədiyindən onun iddiasını mümkünsüz edir. Hakim ümumi müsahibədə ixtisasa qoyulan tələblə ikinci halı qarışdırır. O, cavabdehə hüquqşünas ixtisası üzrə işə düzəlməyə müraciət etməmişdir. Məhkəmə qərarında hakim faktiki hallar və subutlar hissəsində 464№-li fərmanı və xx.xx.2018-ci il tarixli 5№-li sərancamı qeyd etsə də, ona zəruri olan maddələri tam araşdırmayıb və ya nəzərindən qaçırıb. Tərəflərin izahatları: İddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 15 may 2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı tələbi “Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il 464 nömrəli fərmanına uyğun olaraq onun əvvələr qulluq keçdiyi dövlət orqanında tutduğu vəzifəyə uygun vəzifə ilə təmin edilməyinin cavabdehin (Antiinhiar xidməti və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) üzərinə qoyulması” barədədir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin mübahisəsiz halıdır ki, Azərbaycan Respublikası Prezidentinin İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X9 Komitəsi ləğv edilmiş və Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə verilmişdir. Komitəsinin işçilərinin dövlət qulluğuna 18 may 2018-ci il tarixdən xitam verilmişdir. Ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadığından dövlət orqanının ləğvi ilə əlaqədar iddiaçı 2 il müddətinə X4 ehtiyat kadr kimi saxlanılmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən dövlət qulluğuna dövlət orqanı ləğv edildikdə xitam verilə bilər. 21.1.6.-cı maddəsinə əsasən dövlət qulluqçuları dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük hüququ vardır. 27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. 28.1-ci maddəsinə əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. 28.11-ci maddəsinə əsasən dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın: 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. 2-ci bəndinə əsasən dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X6 (bundan sonra– Mərkəz) məlumat verməlidir. 3-cü bəndinə əsasən ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında ştatların sayı həmin şəxslərin müvafiq vəzifələrə təyin edilməsinə imkan vermədiyi halda, ilk növbədə, peşəkarlığı və idarəçilik təcrübəsi daha yüksək olan şəxslər analoji vakant vəzifəyə təyin edilirlər. 5-ci bəndinə əsasən ləğv edilmiş dövlət orqanının bazasında yeni dövlət orqanı yaradılmadıqda, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində Mərkəzdə ehtiyat kadr kimi saxlanılır. 6-cı bəndinə əsasən dövlət orqanı və ya onun bölmələri ləğv edilərək digər dövlət orqanlarının tərkibində yenidən təşkil qaydasında yaradıldıqda, əvvəllər həmin orqanda və ya onun bölmələrində qulluq keçmiş şəxslər müvafiq dövlət orqanlarında ayrılmış yeni ştat sayı həddində analoji vakant vəzifəyə təyin edilməlidirlər. 11-ci bəndinə əsasən dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin analoji vakant vəzifəyə təyin edilməsi qanunvericilikdə müəyyən edilmiş vəzifənin tutulma şərtlərinə uyğun aparılır. 12.2-ci bəndinə əsasən Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər ehtiyat kadr siyahısında olma müddəti (2 il) bitdikdə ehtiyat kadrlar siyahısından çıxarılırlar. Beləliklə, yuxarıda qeyd edilən Qaydanın 2-ci bəndindən də görünür ki, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Azərbaycan Respublikası Prezidentinin İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 20 aprel 2018-ci il tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və X9 Komitəsi ləğv edilmişdir. Onun bazasında yeni dövlət orqanı yaradılmamışdır. Onun texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilmişdir. Yəni, sonuncu əvvəlki ləğv edilmiş qurumun hüquqi varisi də deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən iddiaçı ehtiyat kadr siyahısında olma müddəti (2 il) bitdiyindən hal-hazırda ehtiyat kadrlar siyahısından çıxarılmışdır. Odur ki, iddiaçının cavabdeh inzibati orqandan dövlət orqanında tutduğu vəzifəyə uygun vəzifə ilə təmin edilməsini tələb etməkdə haqlı olmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10948/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar