Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1435/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X5, X8, X6 və X4 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6188/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı ASC cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü şəxslər X5, X8, X6 və X2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Qabil Süleymanov küçəsində yerləşən 0,71 ha torpaq sahəsində yerləşən 5 otaqlı 76,69 kv.m ümumi, 59,84 kv.m yaşayış sahəsindən ibarət 46 nömrəli evin 23 nömrəli mənzilindən pasport qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m. 34.1). İddianın əsaslarına görə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 30 aprel 2012-cu il tarixli 2(108)-01/2012 saylı qətnaməsinə əsasən "xxxx" İKB ASC (indiki adı “Yelo Bank “ ASC) ilə X12 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X9 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən 0.71 ha torpaq sahəsində yerləşən 5 otaqlı, 76.69 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 46 nömrəli evin 23 nömrəli mənzilinə tutma yönəldilmiş və bankın mülkiyyət hüquqları həmin əmlaka dair 24 oktyabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rreyestrdə qeydə alınmış və bankın adına RX Seriyalı ******* nömrəli çıxarış alınmışdır. AR DİN-dən alınmış “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2020ci il tarixli № ******* arayışa əsasən həmin mənzildə üçüncü şəxslər X5, X8, X6 və X4 qeydiyyatda olmaqla yaşayır. “Yelo Bank “ASC -nin Binəqədi rayon Polis İdarəsinə ünvanladığı üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları barədə müraciətinə xx.xx.2021-ci il tarixli 059-10337 №li cavab məktubu ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6188/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxslər - X5, X8, X6 və X2 Bakı şəhəri, ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati-Presessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş materiallarını tam və hərtərəfli araşdırmamış, onlara zəruri hüquqi qiymət verməmiş mötəbər sübutlara məhəl qoymamışdır. Əvvəla, ailəliklə onlar mənzildən məcburi qaydada Binəqədi Rayon İcra və Probasiy Şöbəsinin icra məmurları, sahə müvəkkili və polis əməkdaşları tərəfindən çıxarılmışlar. Məhkəmə qərar qəbul edərkən unudub ki, mənzilin onların razılığı olmadan bankın adına keçməsi və onların zorla mənzildən çıxarılmaları qanunsuz olub. Belə ki mənzilə istifadə hüquqları var, həmin hüquqa xitam verilməyib. Cavabdehin onların mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsaslı və qanuni olub. Məhkəmənin qərarda gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, 15 ildən artıq mənzildə qeydiyyatdadırlar. Şərur Rayon Məhkəməsi 2(110)-103/2011 №.-li mülki iş üzrə 10 avqust 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı “Nikoyl" X1 2 Saylı filialının iddiasını təmin edərək cavabdeh X7 onunla yaşayan ailə üzvləri ilə birlikdə və həmin ünvanda yaşayan digər şəxslərin həmin mənzildən çıxarılmasını qət edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollenıyası 2(108)-01/2012 №-li mülki iş üzrə 30 aprel 2012-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməmiş, iddianı qismən təmin edərək cavabdeh X7 ailə üzvləri ilə birlikdə Binəqədi rayonu Biləcəri qəsəbəsi Q.Süleymanov küçəsi ev 46 mənzil 23-dən mənzil satıldıqdan ən geci bir ay müddətində tutuduqları yaşayış sahəsindən çıxarılmaqlarını qəl edib. Məhkəmə nəzərə almayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(108)-01/2012 №-li mülki iş üzrə 30 aprel 2012-ci il tarixli qərardadı ilə Şərur Rayon Məhkəməsinin 10 Avqust 2011-ci il tarixli 2(110)-103/2011 №-li qətnaməsinin digər şəxslərin Bakı şəhər, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində istifadədə olan 0,71 ha torpaq sahəsində yerləşən 46 nömrəli 5 mərtəbəli binada yerləşən 76,69 kvadratmetr ümumi, 59,84 kv.metr yaşayış sahəsindən ibarət 5 (beş) otaqlı, 23 saylı mənzildən çıxarılmları tələbinə dair hissəsi ləğv edilib. Qətnamənin icrası Bakı Şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb. X12 qətnamənin icrası ilə əlaqədar qeydiyyatda olduqları ünvan 5 ünvandakı 23 saylı mənzili ailə üzvləri ilə birlikdə tərk edərək yaşayış sahəsindən çıxıb. Sonra ünvan 5 ünvandakı 23 saylı mənzili "xxxx" X1 (hazırki İddiaçı ASC) mülkiyyətinə keçib. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, məcburiyyət və təəyiq qarşısında mənzili tərk etmişlər. İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən mənzildən istifadə hüquqlarına xitam verilə bilməz. Mənzildən onların tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmədiklərinə baxmayaraq, qanunsuz çıxarılmışlar. Çünki, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 9.5-ci maddəsinə müvafiq olaaq onların mənzildən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur...” Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasında iştirak etmir, cavabdeh isə məhkəməyə ünvanladığı 05.04 2022-ci il tarixli məktubunda nümayəndəsinin iştiakı olmadan işə baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X.Hüseynov üçüncü şəxslərin apellyasiya şikayətinin əsassız olduğunu vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarına əlavə olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)-01/2012 №-li 30 aprel 2012-ci il tarixli qətnaməsindən grünür ki, X12 onunla yaşayan ailə üzvləri ilə birlikdə "xxxx" İKB ASC (indiki adı “Yelo Bank “ ASC ) ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində istifadədə olan 0,71 ha torpaq sahəsində yerləşən 46 nömrəli, 5 mərtəbəli binada yerləşən 76,69 kv.metr ümumi, 59,84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 23 saylı mənzildən, həmin mənzil satıldıqda ən geci bir ay müddətində tutduqları həmin yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Eyni zamanda, iş materallarında olan, 24 oktyabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən ounur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Qabil Süleymanov küçəsi, ev 46, ünvanında yerləşən 23 saylı mənzil "xxxx" İKB ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə ona reyestrdən çıxarış verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* saylı arayışa əsasən müəyyən olunur ki, üçüncü şəxslər: xx.xx.1958-ci il təvəllüdlü X5, xx.xx.1988-ci il tavallüdlü X8, xx.xx.1986-cı il təvəllüdlü X6 və xx.xx.1965-ci il təvəllüdlü X4 "xxxx" İKB ASC-nin mülkiyyətçisi olduğu ünvan 6 ünvanında qeydiyyatdadırlar. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 059-10337 saylı cavab məktubunda mənzildə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina edərək, iddiaçıya məsələ ilə əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin birinci hissəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” Məhkəmə kollegiyası cavabdehin üçüncü şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasından imtinasını əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (108)-01/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi, Binəqədi rayon icra şöbəsinin xx/xx-3096-10 saylı, xx.xx.2017 ci il tarixli sifariş məktubu və "xxxx" ASC-nin müvafiq məktubunun icrası olaraq 03 noyabr 2017-ci il tarixdə keçirilmiş hərracın yekunları üzrə Hərrac təşkilatçısı "Daşınar və Daşınmaz Əmlakların Satışı X17" MMC-nin direktoru G.N.Mustafayeva ilə və əmlakı əldə edən (tələbkar) "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X10 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində yerləşən 46 saylı evin 23 saylı mənzili barədə alqı-satqı müqaviləsi bağlanmış və həmin əmlakı sonradan iddiaçı bankın adına imülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və bankın mülkiyyətçi hüququ çıxarışla rəsmiləşdirilmişdir. Qanuni qüvvəsini almış məhkəmənin həmin qətnaməsi qət olunmuşdur ki, ipotekanın predmeti olan həmin “mənzil satıldıqda ən geci bir ay müddətində X12 onunla yaşayan ailə üzvləri ilə birlikdə tutduqları həmin yaşayış sahəsindən çıxarılsınlar” “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinin qeyd edilən tələbindən göründüyü kimi, şəxsin yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən olduğu yer üzrə qeydiyyatdan çıxarılır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında Plenum tərəfindən isə qərarı alınmışdır ki: “2 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” İş materalları üzrə tədqiq olunan sənədlərə əsasən isə müəyyən olunur ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxslərin həmin mənzilə reyestrən qeyd alınmış olan istifadə hüquqları mövcud deyildir. Belə olan halda, Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarı baxımından cavabdeh polis orqanı tərəfindən onların qeydiyyatdan çıxarılmasındpan imtina etməsi əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərin apellyasiya şikayətinin dəlillərində qeyd etdikləri hal, daha konkret, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 30 aprel 2012-ci il tarixli qərardadı ilə Şərur Rayon Məhkəməsinin 10 Avqust 2011-ci il tarixli 2(110)-103/2011 №-li qətnaməsinin “digər şəxslərin 23 saylı mənzildən çıxarılmları tələbinə dair hissəsində ləğv edilməsi”, konkret halda, üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmasının qarşısını almır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və üçüncü şəxslərin iddiaçının mülkiyyətinə keçmiş olan mübahisəli mənzildən qeydiyyatdan çıxarılmalarının cavabdeh inzibat orqana həvalə edilməsi mahiyyəti üzrə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxslərin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul oluqnduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6188/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6188/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Vidadi Məmmədov
V