Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1436/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı və onun vəkili X6, üçüncü şəxs X1 və onun vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X7 inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2020 saylı, xx xxxx 2020-ci il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş Bakı şəhəri, Oktyabr rayon X8 İcraiyyə Komitəsinin (hazırki Bakı şəhəri, Cavabdeh) xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal rayon Məhkəməsində cavabdeh X4 qarşı mənzilə mülkiyyət hüququna dair çıxarışın ləğvi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia irəli sürmüşdür. Həmin mülki işə baxılan zaman məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olarkən məlum olmuşdur ki, həmin mülki iş üzrə mübahisə predmeti olan, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı kooperativ mənzilinin yeganə payçısı Qasımov Ağa X19 vəfat etməsi ilə əlaqədar olaraq, ona məxsus olan həmin pay keçmiş Bakı şəhəri, Oktyabr rayon X8 İcraiyyə Komitəsinin (Hazırki Bakı şəhəri, Cavabdeh) xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarı ilə Nəcəfova X9 adına keçirilmişdir. Halbuki, həmin mənzilin yeganə payçısı olan Qasımov Ağa X24 bütün əmlakını, o cümlədən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı kooperativ mənzilindəki payını xx xxxxxxx 1988-ci il tarixli vəsiyyətnamə əsasında bacısı, yəni iddiaçının anası, Qasımova X20 vəsiyyət etmişdir. Qasımov Ağa X24 vəfat etdikdən sonra həmin vəsiyyətnamə əsasında Bakı şəhəri, 5 saylı Dövlət Notariat kontoru tərəfindən Qasımova X17 adına xx xxxxxxxx 1989-cu il tarixdə, 2 - Hkh-167 reyestr nömrəsi ilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna baxmayaraq, həmin vaxtdan təqribən 18 ay ötəndən sonra, keçmiş Bakı şəhəri, Oktyabr rayon X8 İcraiyyə Komitəsinə yalan məlumatlar və saxta sənədlər təqdim edilmiş və xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarla həmin pay tamamilə qanunsuz olaraq, Nəcəfova X9 adına keçirilmişdir. Lakin həmin qərardan nə Qasımova X17, nə də onun ailə üzvlərinin məlumatı olmamışdır. Mübahisəli mənzilə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilən Qasımova X22 xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. Hazırki iş üzrə iddiaçı olan Məcidova X12 X17 övladı olmaqla, onun birinci dərəcəli vərəsəsidir. Buna görə də keçmiş Bakı şəhəri, Oktyabr rayon X8 İcraiyyə Komitəsinin xx xxxx 1991- ci il tarixli, 3/1 nömrəli qərarı İddiaçı hüquqlarını pozduğundan iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün hesab edilərək baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən məhkəməyə təqdim edilmiş vərəsəlik haqqında şəhadətnamə mübahisəli mənzil üzərində anasının sahiblik və istifadə hüququnu təsdiq edən hüquqi sənəddir. Bundan başqa mübahisəli mənzillə bağlı nə xx.xx.1991-ci il tarixli 3/1 saylı qərardan, nə də xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsindən onun xəbəri olmamış, ona görə də həmin sənədləri mübahisələndirə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinə uyğun izahat verib təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili ayrıayrılıqda izahat verərək iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, cavabdehin öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, 2 saylı mənzil Qasımov Ağa X19 istifadəsində olmuşdur. Qasımov Ağa X3 xx.xx.1988ci il tarixdə vəsiyətnamə tərtib edərək ölümündən sonra bütün əmlakını bacısı X5 vəsiyyət etmişdir. Qasımov Ağa X24 vəfat etdikdən sonra həmin vəsiyyətnamə əsasında Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən Qasımova X17 adına miras əmlak üzərində 2/3 paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X10 xx.xx.1991-ci il tarixdə Oktyabr rayon XDS-nə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, 2 saylı mənzili öz adına keçirmişdir. Mübahisəli mənzil xx.xx.1994-cü il tarixdə keçmiş Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarına, “xxxxxxxxxxxxxx” MTK-nın xx.xx.1968-ci il tarixli 73002 nömrəli orderin surətinə, “xxxxxxxxxxxxxxxx” MTK-nın xx.xx.1994-cü il tarixli 11 nömrəli maliyyə arayışına, razılıq ərizələrinə (ƏMDK DƏDRX-nin məktubunda göstərilən sənədlər) əsasən, Nəcəfova X9 adına ilkin qeydiyyatdan keçmişdir. Nəcəfova X18 xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 38, mənzil 2-də yerləşən iki otaqlı yaşayış sahəsi 28.26 kv.m olan kooperativ mənzilini X4 bağışlamışdır. Sözügedən mənzil xx.xx.2004-cü il tarixdə X1 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Hazırda iddiaçı iddia tələbi ilə sözügedən mənzilin Nəcəfova X11 verilməsinə əsas olan Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarının ləğvini tələb etmiş və bunu sözügedən mənzilin mərhum Qasımov Ağa X19 vəsiyyətnaməsi əsasında onun mərhum anası Qasımova X20 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hüquqlarının hansı formada pozulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunu yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlü olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydada riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərin, yəni başqa şəxslərin tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun xx xxxx 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçi öz əmlakını satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq barədə öz mülahizəsinə görə qərar qəbul edə bilər. Əmlak üzərində sərəncam verərkən mülkiyyətçi konkret şəxslə (məsələn, əmlakı alanla, girov götürənlə və s.) hüquqi münasibətə girir. Bununla belə sərəncam hüququnun həyata keçirilməsi mülki münasibətlərin digər subyektlərinin maraqlarına toxuna bilər. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı mənzilinin Nəcəfova X11 verilməsi barədə Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarının ləğvini tələb etsə də, həmin əmlak üzrə iddiaçının iddia etdiyi kimi anasının hər hansı bir sahiblik və ya istifadə hüququnun yaranmasını təsdiq edən sənədi məhkəməyə təqdim olunmamışdır. Mübahisə predmetini təşkil edən əmlak iddiaçının mərhum dayısı Qasımov Ağa X19 istifadəsinə verilməsi və sonradan həmin mənzilin vəsiyyətnamə əsasında 1989cu ildə iddiaçının anası Qasımova X20 verilməsi öz təsdiqini tapsa belə, sözügedən əmlakın 1991-ci il tarixdə Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarı əsasında mərhumun yoldaşı Nəcəfova X11 verilməsi halı mövcüddur. Qasımov Ağa X19 ölümündən sonra açılmış vərəsəlik işi olmadığı təqdirdə, həmin mənzil ilə bağlı 1989- 1991-ci illər ərzində Qasımova X22 ilə Nəcəfova X18 arasında sənədləşmənin aparılması və ya həmin mənzildən Qasımova X17 imtina edib-etməməsini müəyyənləşdirmək mümkün deyildir. Belə olan halda, Qasımova X17 vəfatından sonra həmin mənzil üzrə İddiaçı hər hansı bir subyektiv hüququnun olması ehtimalı mövcud deyildir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı mənzilinin Nəcəfova X9 və sonradan X1 mülkiyyətinə verilməsinə əsas olmuş sənədlər 1991-ci il və 2003-cü il tarixləri əhatə edir. İddiaçının mərhum anasının 2013-cü ildə vəfat etdiyini nəzərə aldıqda, 1991-2013-cü il əhatə edilən dövr üzrə belə Qasımova X22 tərəfindən həmin mənzil ilə bağlı Nəcəfova X18 arasında bir mübahisənin olub-olmamasını, həmçinin mübahisənin olduğu təqdirdə Qasımova X17 xeyrinə həlli olunması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsindəki 38 saylı evin 2 saylı mənzilin üzərində iddiaçının anasının vaxtilə hər hansı bir hüququnun yaranmasını təsdiq edən sənədlər təqdim olunmadığı halda iddiaçının həmin mənzilin Nəcəfova X11 verilməsinə əsas olmuş Oktyabr rayon XDS-nin xx.xx.1991-ci il tarixli 3/1 nömrəli qərarının mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən koorperativ mənzilin iddiaçının anası tərəfindən miras əmlak kimi qəbul edilib sahiblik etməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə kollegiyası iddianın bütün mümkünlük şərtlərini yoxlayaraq, əlavə olaraq bildirir ki, iddiaçının qərarı mübahisələndirmək üçün subyektiv hüququ olsa idi belə, iddiaçı həmin qərar üzrə mübahisələndirmə müddətini ötürmüşdür. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil xx xxxx 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Bundan başqa məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, hətta hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ olsa idi belə, iddiaçı hazırki qanunla da həmin qərarın mübahisələndirmə müddətini ötürmüşdür. Belə ki, işdən mübahisələndirilən qərarın (Bakı şəhəri, Oktyabr rayon X8 İcraiyyə Komitəsinin xx xxxx 1991-ci il tarixli, 3/1 nömrəli qərarın) iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki, iş materialları ilə iddiaçının, həmçinin iddiaçının vəkili olan 12 saylı vəkil bürosunun vəkili Ə.Rzayevin həmin qərar barədə hətta Yasamal Rayon Məhkəməsində iddia qaldırmazdan əvvəl, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə etmiş müraciətinə verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubu əsasında məlumatlı olmaları təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini də ötürdüyünü mübahisəsiz təsdiq edir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçı məhkəmə qərardadı ilə razılaşmasa da, qərardadın əsassız olmasını sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-816/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1436/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1436/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver