Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1436/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinə (üçüncü şəxs qismində X10, X6, X11 və X12 cəlb edilməklə) qarşı üçüncü şəxslərin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10540/2024 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı X10, X6, X11 və xx.xx.2005-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayonu Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 26 avqust 2010-cu il tarixdə vərəsəlik qaydasında tərəfindən 13/14 hissədə payı olmaqla mülkiyyətinə qəbul olunmuşdur. Vərəsəliklə həmin ev paylı mülkiyyətinə keçdikdən sonra qardaşı X3 olan onun 1/14 hissədə olan payını xx.xx.2013-cü il tarixdə 8000 manata aralarında notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin alqı-satqı müqaviləsinin 13-cü bəndində göstərilir ki, satıcı müqavilənin notarial qaydada təsdiq olunduğu tarixdən dərhal evi boşaltmağı öhdəsinə götürüb. Daha sonra iddiaçı sahəsi 222.6 kv.m. olan həmin fərdi yaşayış evi və 0.01783 hektar olan torpaq sahəsində üzərində tam mülkiyyət hüququ əldə etmiş və həmin hüququnu Dövlət Reyestrindən qeydiyyatdan keçirərək, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarış almışdır. Ona payını satan qardaşı X10 və onun övladları X6, X11, X12 həmin ünvanda formal olaraq qeydiyyatda qalmışlar. Hazırda həmin fərdi yaşayış evinin mülkiyyətçisi kimi orada öz ailəsi ilə birlikdə yaşayır. Sözügedən şəxslərin həmin evdə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmiş, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması mümkün deyildir. Məktubda iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10540/2024 saylı qərarı ilə (hakim S.İ.Salahova) iddia tələbi təmin edilmiş, üçüncü şəxslər xx.xx.1967-ci il təvəllüdlü X4, xx.xx.2009- cu il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2005ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X12 birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair X10 xx.xx.2013-cü il tarixdə formal olaraq qeyri-qanuni alqı-satqı müqaviləsi bağlamışdır. Həmin yaşayış sahəsinə görə alınan 8000 manatdan bir manat belə övladlarına verməmişdir.xx.xx.2013-cü il tarixində alqı-satqı müqaviləsi bağlandıqdan 11 il sonra Bakı İnzibati Məhkəməsi tərəfindən daimi qeydiyyatda olan Sadiq Əliyev, Vüsal Əliyev və Vüsalə Əliyevanın qeydiyyatdan çıxarılması haqqında qərar verilməsi düzgün deyil. Bakı İnzibati Məhkəməsi Mülki Məcəllənin iddia müddəti olan hissəsini və Azərbaycan Respublikasının qeydiyyatda olma haqqında qanunlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, o, X2 anasıdır və onun adından məhkəmə iclasında iştirak edir. Üç uşaq anasıdır, övladlarının həmin evdən qeydiyyatdan çıxarılması düzgün deyil. Övlarını tək böyüdür. Mübahisəli evdən 2005-ci ilin avqust ayında övladı dünyaya gəlməmişdən qabaq çıxarılmışdır. Hazırda Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayır və orada qeydiyyatdadır. Uşaqlarının isə mübahisəli evdə payları olduğundan həmin evdə qeydiyyatda qalmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.2-ci maddəsinə görə, məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - xx.xx.2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlak üzrə vəfat etmiş X7 vərəsəsi 13/14 pay hüququ ilə İddiaçıdır. - xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlak üzrə vəfat etmiş X7 vərəsəsi 1/14 pay hüququ ilə X8r. - xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 222.6 kv.m olan fərdi yaşayış evi 1/14 hissə olmaqla X4 və 13/14 hissəs olmaqla İddiaçı mülkiyyətində olmuşdur. - AN-İ seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X10 8 otaqlı, yaşayış sahəsi 146.7 kv.m, ümumi sahəsi 222.6 kv.m olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus olan 1/14 hissəsini 8000 manat müqabilində alıcı İddiaçı mülkiyyətinə vermişdir. - Cavabdehin 50/2-20557 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X10 xx.xx.2005-ci il tarixdə, X6, X22 və X12 xx.xx.2016-cı il tarixdə ünvan 3 ünvanına pasport qeydiyyatına alınmışlar. - Bakı şəhəri Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 3-52-13-5/2- 437/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərazi üzrə 38 saylı MənzilKommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən ünvan 5 ünvanında X10 və digərlərinin yaşayıbyaşamamaları barəsində onlarda heç bir məlumat yoxdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin **********23 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 mülkiyyətində olmuş sözügedən fərdi yaşayış evi Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2013cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmişdir. Sorğuda qeyd olunan digər şəxslərin sözügedən ünvanda mülkiyyət, istifadə və digər məhdud əşya hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışından görünür ki, X14 08 noyabr 2005-ci il tarixindən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X15, X12, X13, X11, X16, İddiaçı, X17, X6, X10, X9. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı Çıxarışından görünür ki, ümumi sahəsi 222.6 kv.m. olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, “ ... mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır”. Beləliklə, Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edərək birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırkı işin materiallarından isə müəyyən olunur ki, üçüncü şəxs Vidadi Əliyev mübahisəli yaşayış sahəsinin keçmiş paylı mülkiyyətçisi, digər üçüncü şəxslər isə onun uşaqları olmaqla ailə üzvü olmuş və iddia olunan evə onun razılığı əsasında qeydiyyata alınmışlar. Vidadi Əliyev 2013-cü ildə mübahisəli evə dair ona məxsus payı iddiaçıya satmış, bundan sonra onun, habelə yaşayış sahəsinə hüququ olan ailə üzvlərinin, o cümlədən həmin vaxt azyaşlı olan digər üçüncü şəxslərin bütün hüquqlarına xitam verilmişdir. Üçüncü şəxslərin uzun müddətdir ki, həmin evdə yaşamaması işin mübahisələndirilməyən halıdır (*məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndədi mübahisəli evdən 2005-ci ildən uşağı ilə birlikdə çıxmasını məhkəməyə bildirdi). Həmçinin üçüncü şəxslərin mübahisəli əmlaka istifadə hüququnun olması müvafiq dövlət orqanı tərəfindən verilmiş məlumata əsasən təsdiq olunmur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmaqla yanaşı ədalətlidir, apellyasiya şikayətinin dəlilləri isə formal xarakter daşıyır. Bununla yanaşı birinci instansiyası məhkəməsi haqlı olaraq qərarında göstərmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(112)- 10540/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10540/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov