Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1437/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış kimi üzərində yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-4356/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 98 kv.m. olan yaşayış sahəsinin qeyri-yaşayış kimi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmiş, daha sonra ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya şikayətini geri götürmüşdür. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ərizəni müdafiə etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli və şikayətlə bağlı icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM): 86.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayətin geri götürüldüyü hallarda birinci instansiya məhkəməsi şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edir; 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər; 88.3-cü maddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 88-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4356/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından apellyasiya şikayətini geri götürməsi qəbul edilsin və şikayət üzrə icraata xitam verilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1437/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1437/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver