Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1437/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” X4 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X8rşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 24.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı “xxxx” X4 direktoru X5 cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 aprel 1993-cü il tarixli, 694 nömrəli sərəncamı ilə ayrılmış 0.136 ha torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması nəticəsində kompensasiya olaraq, 0.136 ha torpaq sahəsinin hər sotu üçün 100000 manat məbləğində pul vəsaitinin və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli Fərmanına əsasən hesablanacaq 20% əlavənin, həmçinin, əldən çıxmış faydaya görə 10.000 manatın dövlət büdcəsindən “xxxx” X6 ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan S.Bayramov ərizə ilə məhkəməyə müracət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri aqaytarlımasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 24.02.2021-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçının nümayəndəsi şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2021 saylı işin bərpası və davam etdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsinin geri qaytarılmasını deyil, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslinin geri qaytarılmasını xahiş etmişdir. Məhəkəmə iclası zamanı iddiaçı apellyasiya şikayətinin təmin edilməsi, 1-ci instansiya məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 24.02.2021-ci il tarixli qərardadının ləğv olunmasını, işin mahiyyəti üzrə baxılmaq üçün həmin məhkəməyə göndəriləmsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə 24 fevral 2021-ci il tarixdə keçirilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X5 ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(112)-1967/2021 saylı iş üzrə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni təmin edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin 1.2-ci və AR MPM-nin 170.1-ci maddələrinə istinad etmişdir. AR İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1-261.01.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi tərəfindən prosessual hüququn tətbiq edilməsində səhvə yol verilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianı geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilən prosessual normadan aydın olur ki, AR İPM-də “iddia ərizəsinin geri götürülməsi” halı nəzərdə tutulmuşdur. Həmin hal MPM-də nəzərdə tutulan, “iddia ərizəsinin geri qaytarılması” halı ilə identikdir, yəni mahiyyət etibarı ilə onunla eynilik təşkil edir, belə ki, hər iki halda iddia ərizəsinin baxılması dayandırılır. Belə olan halda isə AR İPM-nin 1.2-ci maddəsinin vasitəsilə AR MPM-nin 170.1-ci maddəsinə istinad etmək olmaz, çünki İPM-də nəzərdə tutulanalara görə, MPM-yə o halda istinad edilə bilər ki, hər hansı hüquqi münasibəti tənzimləyən norma İPM-də olmasın və bu istinad prosessual prinsiplərə zidd olmasın. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı “xxxx” X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1967/2021 saylı, 24.02.2021-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı “xxxx” X4 cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X8rşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) zərərin ödənilməsi tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1437/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1437/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver