Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1437/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan, yəni 06.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6143/2021 saylı, 12 noyabr 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 18.09.1978-14.07.1981-ci il illər (26 gün 7 ay 2 il) 80 saylı PTM-də və 01.10.1984- 28.05.1985-ci illər (28 gün 7 ay) 190 saylı TPM-də peşə təhsili aldığı illərin iş stajına daxil edilərək iddiaçıya 06.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 12.11.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, “57 yaşdan, yəni 06.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18.09.1978-14.07.1981-ci il illər (26 gün 7 ay 2 il) 80 saylı PTM-də peşə təhsili almış, 11.01.1982-13.04.1982-ci illər (2 gün 3 ay) 5 saylı atelyeyə paltar tikişi üzrə 4-cü dərəcəli usta-dərzi vəzifəsinə qəbul olmuş, 20.10.1982-04.07.1984-cü illər (14 gün 9 ay 1 il) Sovet ordusunda xidmətdə olmuş, 03.07.1984-17.09.1984-cü illər (15 gün 2 ay) 3 saylı Məişət evinə y/k paltarın tikilişi üzrə 4cü dərəcəli dərzi vəzifəsində işləmiş, 01.10.1984-28.05.1985-ci illər (28 gün 7 ay) 190 saylı TPM-də peşə təhsili almış, 04.06.1985-01.04.1991-ci illər (26 gün 10 ay 5 il) Gənc mütəxəssis kimi yük qaldırma sexinə maşinist, kran maşinisti vəzifəsində, 01.04.1991 01.11.1991-ci illər (7 ay) BDAZ-da qaynaqçı, 01.11.1991-06.02.1992-ci illər (6 gün 3 ay) “Neftqazenerqomontaj” İstehsal İdarəsində qaynaqçı, 25.02.1992-19.03.1992-ci illər (22 gün) D.Bünyadzadə adına “Kaspmorsudoremont” İB-də qaynaqçı, 14.04.1992- 01.08.1995ci illər (17 gün 3 ay 3 il) QAPTS-da qaynaqçı, 09.08.1995-07.03.1996-cı illər (28 gün 6 ay) “Bulla” Qazma İşlər İdarəsində elektrik qaynaqçı, 14.03.1996-01.09.2006-cı illər (17 gün 6 ay 10 il) “Bulla dəniz” NQÇİ-də qaynaqçı, çilingər təmirçi, qazqaynaqçısı, 01.09.2006-halhazıra kimi (14 il 4 ay) N.Nərimanov adına NQÇİ-də qaz qaynaqçısı vəzifəsində işləyir. Belə olan halda onun ümumi stajı peşə məktəbində aldığı təhsillərlə birlikdə 40 il 11 ay 4 gün, 01.01.2006-cı il tarixə isə 27 il 3 ay 7 gün edir. Bu səbəbdən də o, 57 yaşı tamam olan zaman güzəştli şərtlərlə əmək pensiyası almağı üçün cavabdeh olan Azərbaycan Respublikası ƏƏSMN-in tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh onun iş stajını az hesablayaraq 01 yanvar 2006-cı il tarixinə ümumi olaraq 22 il 11 ay 17 gün hesablamışdır. Cavabdehin imtinası əsassız hesab edilməli və ona 18.09.1978-14.07.1981-ci il illər 80 saylı PTM-də peşə təhsili və 01.10.1984-28.05.1985-ci illər 190 saylı TPM-də aldığı peşə təhsili müddəti ümumi iş stajına daxil edilərək 06.08.2020-ci il tarixindən güzəştli əmək pensiyası təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2-1(112)-6143/2021 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 14 yanvar 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (22 il 05 ay 25 gün) təşkil edir. Bundan başqa, İddiaçı iddia ərizəsində 18.09.1978-14.07.1981-ci illər 80 nömrəli PTM-də peşə təhsili müddətinin (26 gün 07 ay 2 ili) və 01.10.1984-28.05.1985-ci illər (28 gün 7 ay) 190 saylı TPM-də peşə təhsili aldığı illərin iş stajına daxil edilərək əmək pensiyasının təyin olunmasını tələb etmişdir. Lakin iddiaçı tərəfindən 18.09.1978- 14.07.1981-ci illər 80 nömrəli PTM-də peşə təhsili müddətinin (26 gün 07 ay 2 ili) təsdiqləyən diplom Mərkəzi Filiala təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi 57 yaşdan, yəni 06.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İnzibati orqanın imtina, etiraz və apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçı tərəfindən 18.09.1978-14.07.1981-ci illər 80 nömrəli PTM-də peşə təhsili müddəti (26 gün 07 ay 2 il) təsdiqləyən diplomun Mərkəzi Filiala təqdim olunmaması səbəbindən iddiaçının ümumi iş stajının 25 ildən az (22 il 05 ay 25 gün) təşkil etməsi ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.. Qanunvericilik normalarından göründüyü kimi, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla 57 yaşını 06.08.2020-ci il tarixdə tamamlamışdır. İnzibati işdən müəyyən olunur ki, təhsil barədə sənədlər, hərbi bilet və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixədək ümumilikdə 25 il ümumi iş stajı toplamışdır. Belə ki, 01.09.1978-14.07.1981-ci ilədək təhsil dövrü 02 il 10 ay 14 gün, 01.10.1984-cü ildən 23.05.1985-ci ilədək təhsil dövrü 07 ay 23 gün, 01.11.1987- 01.06.1988-ci ilədək təhsil dövrü 07 ay 1 gün, 28.04.1982-ci ildən 27.06.1984-cü ilədək hərbi xidmət dövrü 02 il 02 ay, 11.01.1982-13.04.1982-ci ilədək 03 ay 04 gün, 23.07.1984- cü ildən 17.09.1984-cü ilədək 01 ay 26 gün, 04.06.1985-ci ildən 01.04.1991-ci ilədək 05 il 09 ay 28 gün, 01.04.1991-01.11.1991-ci ilədək 07 ay 01 gün, 29/k nömrəli, 05.10.1991-ci il tarixli əmri ilə 01.11.1991-ci ildən 06.02.1992-ci ilədək 03 ay 06 gün, 25.02.1992-ci ildən 09.03.1992-ci ilədək 14 gün, 14.04.1992-ci ildən 01.08.1995-ci ilədək 03 il 03 ay 18 gün, 09.08.1995-ci ildən 07.03.1996-cı ilədək 07 ay, 14.03.1996-cı ildən 01.01.2006-cı ilədək 09 il 09 ay 19 gün təşkil edir. İddiaçının 01.11.1987-01.06.1988-ci ilədək təhsil dövrü 04.06.1985-ci ildən 01.04.1991-ci ilədək olan əmək fəaliyyəti dövrü ilə əhatə olunduğundan (üst-üstə düşdüyündən) üst-üstə düşən iş stajı dövrlərindən birini- 04.06.1985-ci ildən 01.04.1991-ci ilədək olan dövrü iddiaçının ümumi iş stajına hesablamaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə olan halda yuxarıda sadalanan dövrlər nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixədək ümumilikdə 26 il 06 ay 03 gün ümumi iş stajı topladığı müəyyən olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə aşağıdakı sübutlarla əsaslandırılmışdır: НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 28.04.1982-ci ildən 27.06.1984-cü ilədək hərbi xidmət keçmişdir. 751933 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.10.1984-cü ildən Bakı şəhəri 190 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 23.05.1985-ci ildə körpülü və kozlovoy kran maşinisti peşəsi üzrə təhsilini bitirmişdir. B 815318 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.09.1978-ci ildə Bakı şəhəri 80 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 14.07.1981-ci ildə dərzi peşəsi üzrə təhsilini bitirmişdir. Б 477771 nömrəli diplomun surətinə əsasən İddiaçı 01.11.1987-ci ildə Bakı şəhəri 190 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 01.06.1988-ci ildə əl ilə elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus 14.01.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 11.01.1982-ci ildə 5 saylı atelyeyə y./k. paltarın tikilişi üzrə 4-cü dərəcəli usta-dərzi qəbul olunmuş, 13.04.1982-ci ildə işdən azad edilmişdir. 23.07.1984-cü ildə 1 saylı fərdi tikiş və paltar təmiri fabrikasında 3 saylı Məişət evinə y./k. paltarın tikilişi üzrə 4-cü dərəcəli dərzi qəbul olunmuş, 17.09.1984-cü ildə işdən azad edilmişdir. 04.06.1985-ci ildə gənc mütəxəssis kimi yük qaldırma sexinə körpü kranının 3-cü dərəcəli maşinist qəbul olunmuş, 01.08.1985-ci ildə 7 saylı sahəyə 3-cü dərəcəli körpü kranının kran maşinisti vəzifəsinə keçirilmiş, 19.10.1987-ci ildə körpü kranının kran maşinisti kimi 3 saylı sexə keçirilmiş, 04.11.1988-ci ildə 4-cü dərəcə qaynaqçı dərəcəsi verilmiş, 07.02.1991-ci ildə 5-ci dərəcə verilmiş, 01.04.1991-ci ildə işdən azad edilmişdir. 01.04.1991-ci ildə BDAZ-dan köçürmə qaydasında 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş, 01.11.1991-ci ildə işdən azad edilmişdir. 01.01.1991-ci ildə “Neftqazenerqomontaj” İstehsalat İdarəsində 5-ci dərəcəli qaynaqçı qismində işə qəbul edilmiş (Əmr 29/k, 05.10.1991-ci il), 06.02.1992-ci ildə işdən azad edilmişdir. 25.02.1992-ci ildə D.Bünyadzadə adına “Kaspmorsudoremont” İstehsalat Birliyində 5-ci dərəcəli qaynaqçı qismində işə qəbul edilmiş, 09.03.1992-ci ildə işdən azad edilmişdir. 14.04.1992-ci ildə “Sahil” Qazma İşləri İdarəsində QAPTS-nə 4-cü dərəcəli əl qaynaqçısı kimi qəbul olunmuş, 01.09.1992-ci ildə 5-ci dərəcəli əl qaynaqçısı vəzifəsinə keçirilmiş, 01.08.1995-ci ildə işdən azad edilmişdir. 09.08.1995-ci ildə “Bulla” Qazma İşləri İdarəsində “Sahil” Qazma İşləri İdarəsindən keçirilmə qaydasında DVS sexinə 5-ci dərəcəli qazelektrik qaynaqçısı kimi qəbul edilmiş, 07.03.1996-cı ildə işdən azad edilmişdir. 14.03.1996-cı ildə “Bulla-dəniz” NQÇİ-də EAS yanında 5-ci dərəcəli qazelektrik qaynaqçısı “Bulla” DQİ-dən keçirilmə qaydasında qəbul edilmiş, 02.09.1996-cı ildə EAS yanında spetskirjima texnoloji xətlərin 5-ci dərəcəli çilingər-təmirçisi qəbul edilmiş, 01.06.1998-ci ildə EAS yanında “Bulla-dəniz” sahəsinə texnoloji xətlərin 5-ci dərəcəli çilingər-təmirçisi qəbul edilmiş, 02.02.2000-ci ildə NMAİS-nə 5-ci dərəcəli qazqaynaqçısı keçirilmiş, 01.09.2006-cı ildə işdən işdən azad edilmişdir. 01.09.2006-cı ildə Dəniz neft mədən qurğularının istismar təmir sexinin 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi peşələrin güzəştli iş stajına hesablanan zərərli peşə hesab olunmasını mübahisələndirməmişdir. Məhkəmə Kollegiyası bununla yanaşı iddiaçının ümumi stajının 12 il 06 ayının zərərli işlərdə işləməsi ilə bağlı birinci instansiya məhkəməsinin apardığı araşdırmanı əsaslı hesab edir. Təqdim olunmuş iş yerindən güzəştli arayışlara əsasən iddiaçının 14.04.1992- 01.03.1996-cı ilədək işlədiyi 03 il 10 ay 17 gün olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahının 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları və 14.03.1996-cı ildən 01.01.2006-cı ilədək işlədiyi 09 il 09 ay 19 gün olmaqla 23200000— 11620 qaz qaynaqçıları peşəsinə uyğun olmaqla ümumilikdə güzəştli iş stajı 01.01.2006-cı il tarixədək 13 il 08 ay 07 gün təşkil edir. Belə ki, SOCAR “Azneft” İB N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 25.08.2021-ci il tarixli, SOCAR**********30490089X00005 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Dəniz neft-mədən hidrotexniki qurğuları sahəsində elektrik qaz qaynaqçısı peşəsində işləyən, İddiaçı ilə bağlı 25 avqust 2021-ci il tarixli, 31 nömrəli “Güzəştli arayış”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarlarından aidiyyəti çıxarışlar təqdim edilir. Həmin məktuba əlavə edilmiş SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin 25.08.2021-ci il tarixli, 31 nömrəli güzəştli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ötrü ki, o, həqiqətən aşağıda göstərilən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləyib: 14.03.1996-cı il tarixdən 31.08.2006-cı ilə kimi “Bulla-dəniz” Neft və qazçıxarma İdarəsinin İstismar avadanlıqlarının kirayə və təmir sexində elektrik qaz qaynaqçısı peşəsində işləyib (Əmr № 59/k, 14.03.1996-cı il). Azərbaycan Respublikası NK-nin 12.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) şifr 23200000- 11620 əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 10 il 05 ay 10 gün. 01.09.2006- cı il tarixdən halhazıra kimi N.Nərimanov adına Neft və qazçıxarma İdarəsinin Dəniz neftmədən hidrotexniki qurğuları sahəsində elektrik qaz qaynaqçısı peşəsində işləyir (Əmr № 402/k, 01.09.2006-cı il). Azərbaycan Respublikası NK-nin 12.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) şifr 23200000- 11620 əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasa əsasən 14 il 11 ay 23 gün. Arayışa əsasən güzəştli əmək stajı 25 il 05 ay 03 gün (iyirmi beş il beş ay üç gün). Yuxarıda qeyd olunmuş bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri ilə əlaqədardır. Arayış müəssisədə T-2 şəxsi vərəqəsi və kadr əmrlərinə əsasən yazılmışdır. Azərbaycan Respublikası NK-nin 12.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr şifr 23200000-11620) əsasən güzəştli sayılır. SOCAR “Kompleks qazma işləri” trestinin 25.08.2021-ci il tarixli, SOCAR**********30020123X00049 nömrəli məktubuna əlavə edilmiş 24.08.2021-ci il tarixli, SOCAR**********80020115X00230 nömrəli arxiv arayışına əsasən “Primorsk” DKQİdə 14.04.1992-ci ildən 01.09.1992-ci ilədək Qazma avadanlıqlarının təmiri sexinə 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 47/k, 14.04.1992-ci il), 01.09.1992-ci ildən 09.08.1995-ci ilədək Qazma avadanlıqlarının təmiri sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilib (Əmr № 74/ş, 09.09.1992- ci il), 09.08.1995ci ildə işdən azad edilib (Əmr № 51/k, 01.08.1995-ci il), “Bulla” DKQİ-də 09.08.1995-ci ildən 01.03.1996-cı ilədək Daxili yanma mühərriklərin təmiri sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib (Əmr № 48/k, 09.08.1995-ci il), 01.03.1996-cı ildə işdən azad edilib (Əmr № 20/k, 02.03.1996-cı il). Bu müddətdə ümumi iş stajı: 03 il 10 ay 17 gün. Güzəştli iş stajı: 03 il 10 ay 17 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23.01.2007-ci il tarixli 12 saylı Qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şitsin emalı 35-ci paraqrafda ümumi peşələrdə elektrik qaynaqçısı peşəsi, 03 il, 10 ay, 17 gün güzəştli iş stajı təşkil edir. İnzibati işin mübahisələndirilən halı, həmçinin apellyasiya şikayətinin dəlili onunla bağlıdır ki, iddiaçı tərəfindən 18.09.1978-14.07.1981-ci illər 80 nömrəli PTM-də peşə təhsili müddətinin (26 gün 07 ay 2 ili) təsdiqləyən diplom Mərkəzi Filiala təqdim olunmamışdır. Bu halda cavabdeh “İnzibati icraat haqqında” AR Qanunu ilə müəyyən edilmiş “formal tələblərdən sui-istifadənin qadağan olunması”, “inzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi” və “işin hallarının obyektiv araşdırılması” prinsiplərini pozmuşdur. Adıçəkilən Qanunun: 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qanunun tələblərindən görünür ki, cavabdeh iddiaçını inzibati orqana dəvət edərək yaxud bu barədə yazılı məlumat verərək, sənədlərin əsllərinin təqdim olunmasını tələb etməli idi. Əgər bundan sonra iddiaçı sənədlərin əsllərini təqdim etməzdisə, o halda iddiaçı “İnzibati icraat haqqında” AR Qanununun 46.1-ci maddəsinin tələbini pozmuş olacaqdı ki, bundan sonra sübutetmə yükü də yerini cavabdehdən iddiaçıya dəyişmiş olacaqdı. Sözügedən normaya əsasən, “İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.” Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur. Birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6143/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1437/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1437/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver