Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1438/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N902/202N saylı, 05 fevral 202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı onun “26.02.N-ci il tarixdən noyabr N993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə müddətdən artıq hərbi xidmətdə olması ilə əlaqədar ona müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçı xx.xx.N957-ci ildə Füzuli rayonunun Araz Zərgar kəndində anadan olmuşdur. N-ci il ilin fevralında səfərbərliklə əlaqədar hərbi xidmətə çağrılaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmiş və Beyləqan ƏÖMB komandirinin 26.02.N-ci il tarixli N saylı əmrilə xidmətə qəbul edilərək döyüşçü kimi Azərbaycan Respublikası ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğalı ilə bağlı aparılan müxtəlif döyüş əməliyyatlarında iştirak edərək, N993-cü ilin noyabrında həmin hərbi hissədən təxris olunmuşdur. Lakin, o, Azərbaycan Respublikasının ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etsə də, ona bu günədək müharibə veteranı vəsiqəsi verilməmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, Nazirliyin 24.0N.2020-ci il tarixli, 3/2- N008 saylı arxiv arayışında onun 26.02.N-ci il tarixdən N3.NN.N993-cü il tarixədək N saylı hərbi hissədə döyüş əməliyyatlarında xidməti barədə lazimi qədər məlumat olsa da, sənədləşmə işlərinin düzgün aparılmaması səbəbilə ona müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edilmişdir. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən bu qədər faktlar olmasına baxmayaraq cavabdeh orqanın ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtinası sadəcə olaraq süründürməçilikdir. Qeyd edilənləri nəzərə alaraq müharibə veteranı adının və vəsiqəsinin ona verilməsinə dair məsələnin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Hesab edir ki, onun hüquqları kobud şəkildə pozulmuşdur və məhkəmə qaydasında həll olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair N3.NN.2020-ci il tarixli, NN/5577 saylı yazılı etirazında göstərilmişdir ki, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərilmişdir ki, 26.02.N-ci il tarixdən noyabr N993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində gedən döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Mərkəzi Arxivin 24.0N.2020-ci il tarixli 9/2-N008 nömrəli arayışına əsasən iddiaçının N3.NN.N993-cü il tarixdən sonrakı hərbi xidməti, yaralanması, müalicəsi və qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qanunaziddir. Göstərilənlərə əsasən hesab edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən əsaslı və qanuni olaraq imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N902/202N saylı, 05 fevral 202N-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 24.0N.2020-ci il tarixli 9/2- N008 saylı arayışında göstərilmişdir ki, Beyləqan ƏÖMB komandirinin 26 fevral N-ci N №li əmrilə (əsas: səh-5, §-N) İddiaçı əxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 2 №-li əmrilə (əsas: səh-NN, §-38) İddiaçı hərbi hissənin şəxsi heyət siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli 38 №-li əmrində (əsas: səh-69, sıra-2, əmrdə atasının adı yazılmamışdır) Xocavənd rayonu döyüş zonasında 0N.N0.92 – 20.N0.92-ci il tarixləri üçün döyüş tapşırığını yerinə yetirdiyi üçün İddiaçı oktyabr ayı üçün 3 (üç) qat əmək haqqı ödənilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 3N dekabr N-ci il tarixli 84 №-li əmrində (əsas: səh-N, sıra-2N, əmrdə atasının adı yazılmamışdır) Xocavənd rayonu döyüş zonasında 0N.N2.92 -N5.N2.92-ci il tarixləri üçün döyüş tapşırığını yerinə yetirdiyi üçün İddiaçı dekabr ayı üçün 3 (üç) qat əmək haqqı ödənilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli 2 №-li əmrilə (əsas: səh-3, §-7, sıra-2) sıravi İddiaçı şəxsi heyətin siyahısına salınmış, döyüş əməliyyatlarını yerinə yetirnək üçün fəaliyyətə başlayaraq starşina vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N oktyabr N993-cü il tarixli 269 №-li əmrində (əsas: səh-N7, §-N, əmrdə atasının adı yazılmamışdır) starşina İddiaçı şəxsi heyətə yemək hazırlamaq üçün döyüş mövqeyinə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N3 noyabr N993-cü il tarixli 283 №-li əmrində (əsas: səh-22, §-2, sıra-N59; əmrdə atasının adı yazılmamışdır) Xocavənd rayonu döyüş zonasında döyüş tapşırıqlarını yerinə yetirdiyi üçün İddiaçı 3 (üç) qat əmək haqqı verilməsi barədə barədə məlumat vardır. N nömrəli hərbi hissənin yaralananlarının qeydiyyatı kitabında İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 27.02.2020-ci il N/Z-3329 saylı məktubundan müəyyən edilir ki, İddiaçı Həsən oğluna “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın 2N.02.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 24.0N.2020-ci il tarixli 9/2-N008 nömrəli arayışına əsasən N3.NN.N993-cü il tarixdən sonrakı hərbi xidməti, yaralanması, müalicəsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbini rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərdə onun N3.NN.N993-cü il tarixdən sonrakı hərbi xidməti, yaralanması, müalicəsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi veteran adı və vəsiqəsi müvafiq olaraq əvvəllər qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılmış şəxslərə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə İddiaçı ona “müharibə veteranı” adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik olması, iddiaçının N3.NN.N993-cü il tarixdən sonrakı hərbi xidməti, yaralanması, müalicəsi və qanuni əsaslarla ehtiyata buraxılması ilə bağlı sənədlərin mövcud olması müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus hərbi biletində də bu barədə heç bir qeyd aparılmamışdır. Ona görə də “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilməsi barədə həm komissiyanın, həm də birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ona müharibə veteranı statusunun verilməsi barədə arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.N və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N902/202N saylı, 05 fevral 202N-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən N (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.N4, NN93-cü məh. AZN025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1438/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1438/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver