Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1439/2024 24.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11581/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı onun 14 mart 2023-cü il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 30 may 2023-cü ildə DMX İQ-41/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini tələb edir. Ərizəçi Pakistan vətəndaşı və Pəncab vilayətinin Qucranvala şəhərinin sakinidir. Milliyyətcə pəncablı, dini etiqadına görə müsəlmandır (sunni). Ərizəçi 42 yaşlı qadın cinsinə aid Pakistan vətəndaşıdır. Əriçəçi subaydır, 12 illik orta təhsili bitirib, habelə Lahor şəhərinin “Baabroz” kollecində kompyuter elmləri və rəqəmsal marketinq üzrə ailə təhsil alıb və sahəsi üzrə Pakistan və X2 çalışmışdır. İddiaçı Azərbaycan Respublikasına qardaşı - Mudassar Nazar və bacısı Sabeela ilə birgə gəlmiş və qaçqın statusunun verilməsi üçün müraciət etmişdir. Ərizəçi, valideynlərinin yolunu davam etdirərək PPP (Peoples party of Pakistan) partiyasına qoşulmuş və siyasi fəaliyyəti ilə əlaqədar müxalif “PML-Q” partiyası tərəfindən təqibə məruz qalmış, təqib nəticəsində valideynləri 2006-cı ildə, bacısı 2002-ci ildə Sameenanın zərər içirdilərək qətlə yetirlimişdir, iddiaçı özü isə zorlanmışdır. İddiaçı Pakistanda PML-Q partiyasının nümayəndləri tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etmişdir. İddiaçı uzun müddətdir Pakistanda hakimiyyət dairələri tərəfindən öz siyasi baxışına görə valideynləri və bacısı kimi öldürüləcəyindən qorxub. O, 2023-cü ildən Pakistanı tərk etmişdir. 14 mart 2023-cü il tarixində ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 30 may 2023-cü ildə DMX İQ-41/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-11581/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 14 mart 2023-cü il tarixli vəsatətini təmin edərək İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh Dövlət Miqrasiya Xidmətinin 30 may 2023-cü il tarixli, DMX İQ-41/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi Pakistan vətəndaşı və Pəncab vilayətinin Qucranvala şəhərinin sakinidir. Milliyyətcə pəncablı, dini etiqadına görə müsəlmandır (sunni). Ərizəçi 42 yaşlı qadın cinsinə aid Pakistan vətəndaşıdır. Ərizəçi subaydır, 12 illik orta təhsili bitirib, habelə Lahor şəhərinin “Baabroz” kollecində kompüter elmləri və rəqəmsal marketinq üzrə ailə təhsil alıb və sahəsi üzrə Pakistan və X2 çalışmışdır. İddiaçı Azərbaycan Respublikasına qardaşı - Mudassar Nazar və bacısı Sabeela ilə birgə gəlmiş və qaçqın statusunun verilməsi üçün müraciət etmişdir. Ərizəçi valideynlərinin yolunu davam etdirərək PPP (Peoples party of Pakistan) partiyasına qoşulmuş və siyasi fəaliyyəti ilə əlaqədar müxalif “PML-Q" partiyası tərəfindən təqibə məruz qalmış, təqib nəticəsində valideynləri 2006-cı ildə, bacısı 2002-ci ildə Sameenanın zəhər içirdilərək qətlə yetirilmişdir, iddiaçı özü isə zorlanmışdır. İddiaçı Pakistanda PML-Q partiyasının nümayəndləri tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etmişdir. İddiaçı uzun müddətdir Pakistanda hakimiyyət dairələri tərəfindən öz siyasi baxışına görə valideynləri və bacısı kimi öldürüləcəyindən qorxub və bununla bağlı dəfələrlə polisə müraciət olunub. Qeyd olunan səbəblərdən dolayı iddiaçı öz ölkəsini tərk etməli olub. İddiaçı PPP partiyasında vitse prezident vəsifəsini tutaraq qadın hüquqlarının qorunması və müdafiəsi istiqamətində müvafiq işlər görürdü və bu da təqib edilmə əsaslarından biri idi. İddiaçının qardaşı transgenderdir və təqibin əsaslarından biri də budur. İddiaçı 2023-cü ildə Azərbaycana gəlib. 14 mart 2023-cü ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini qeydiyyata alıb və iddiaçı ilə müsahibə aparıb. Ərizəçi təqdib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmədəyini bildirmiş, Pakistanda hakimiyyət dairələri tərəfindən öz dini etiqadı ilə bağlı dəfələrlə hədələnib və həmin vaxtdan hakimiyyət dairələri tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxmuşdur. 30 may 2023-cü ildə DMX İQ-41/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin əsasları mötəbər deyil. İddiaçı cavabdehin qərarını Bakı İnzibati Məhkəməsində mübahisələndirib. Bakı İnzibati Məhkəməsi iddiaçının iddiasını rədd edib. Məhkəmə öz qərarını cavabdehlə eyni əsaslara istinad etməklə əsaslandırıb. DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: -DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə (həzara olması) görə təqib edilməsi riskidir. DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ərizəçiyə münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-41/1 nömrəli 30 may 2023-cü il tarixli qərarından görünür ki, “Qaçqın statusu verilməsi haqqında” vəsatətə baxılması uzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı 14 mart 2023-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 32-2023 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olduğunu, milliyyətcə pəncablı, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 1999-cu ildə Qucranvalada 12 illik orta təhsil aldığını, Lahor şəhərinin “Baabroz” kollecində kompüter elmləri və rəqəmsal marketinq üzrə ali təhsil aldığını, Lahorda “X9 and Computer” kollecində 2016-2017-ci illərdə şöbə meneceri, X3 Dubay şəhərində 2017-2018-ci illərdə “Atlantic Tours” şirkətində satış meneceri, Lahor şəhərində 2018-2023-cü illərdə “Noor beauty” gözəllik salonunda qəbulda işlədiyini bildirmişdir. Ailə vəziyyəti barədə məlumat verərkən o, valideynlərinin 2006-cı ildə, bacısı Sameenanın 2002-ci ildə qətlə yetirildiyini, bacısı Sabeela və qardaşı Mudassar Nazarın da Azərbaycan Respublikasına onunla birlikdə gəlib qaçqın statusu üçün müraciət etdiklərini, qardaşı Sameerin isə onları tərk etdiyini və onunla əlaqəsinin olmadığını qeyd etmişdir. Qaçqın statusu əldə etmək üçün müraciətinin səbəbini əsaslandırarkən İddiaçı bunu valideynlərinin yolunu davam etdirərək 2005-ci ildə Pakistanda “PPP” (Peoples Party of Pakistan) partiyasına qoşulması, partiyada qadınların hüquqlarının müdafiəsi üzrə şöbənin vitse-prezidenti olması və siyasi fəaliyyəti ilə əlaqədar olaraq müxalif “PML Q” (X8 - Quaid-e-Azam) partiyası tərəfindən təqibə məruz qalması və bu təqiblərdən qaçaraq Azərbaycan Respublikasına gəlməsi ilə izah etmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etmişdir. Bundan əlavə ərizəçi “PPP” partiyasının üzvlük kartını və arayışını da təqdim etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı müəyyən edilmişdir ki, ərizəçinin valideynlərinin müxalif “PML-Q” partiyasının üzvləri ilə ədavəti 2001-ci ildən başlamışdır. Bu ədavət əvvəlcə siyasi baxışların fərqliliyi səbəbindən başlasa da, sonradan şəxsi müstəviyə keçmiş, qeyd edilən “PML Q” partiyasının üzvünün ərizəçi ilə evliliyinə onun atası tərəfindən rədd cavabı verildikdən sonra münasibətlər daha da gərginləşmiş, nəticədə qisas məqsədilə ərizəçi və bacısı Sameena onları təqib edən şəxslər tərəfindən qaçırdılaraq zorlanmış və zəhər içirdilərək Sameena adlı bacısı qətlə yetirilmiş, valideynləri isə 2006-cı ildə qətlə yetirilmişdir. Ailə üzvlərinə qarşı sonuncu dəfə ciddi təhdid halı 2008-ci ilin sentyabr ayında olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, dininə görə təqib olunmamışdır. Ərizəçi siyasi baxışlarına görə təqib olunduğunu bildirsə də, onun vətəndaşı olduğu ölkədə təqibə məruz qalmasının şəxsi ədavət zəminində baş verməsi daha inandırıcıdır. Belə ki, ərizəçi “PPP” partiyasına 2005-ci ildən üzv olsa da, zorakılıq aktına 2002-ci ildə məruz qalmışdır. Ərizəçi dövlət orqanları tərəfindən təqibə məruz qalmasını qeyd etsə də, bu təqibin bütün müxalif partiya tərəfindən deyil, həmin partiyanın bir qrup üzvü tərəfindən öz vəzifələrindən sui-istifadə etməklə şəxsi münasibətlərini ayırd etmək məqsədilə həyata keçirildiyi məlum olmuşdur. Belə ki, yuxarıda qeyd edilən heç bir təqib halında ərizəçinin məhz siyasi baxışlarına, partiya mənsubluğuna görə təqib edilməsi müəyyən edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, ərizəçi və ailə üzvlərinin təqib halları ilə 2001-ci ildən başlayaraq üzləşməsinə baxmayaraq, uzun müddət, yəni 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasına gələnədək öz ölkəsində yaşaması və işləməsi ona qarşı təqibin ciddi olmadığını deməyə əsas verir. Həmçinin qeyd edilməlidir ki, ərizəçini təqib edən müxalif “PML-Q” partiyasının Pakistanda uzun müddətdir ki, iqtidarda olmaması (iqtidarda olduğu dövr 2002-2007-ci illər), əksinə onun üzvü olduğu “PPP” partiyasının indiki iqtidarda koalisiya hökumətində təmsil olunması bunu deməyə əsas verir ki, hazırda Pakistanda iqtidarda olan hakimiyyət tərəfindən onlara təhdid ola bilməz. Təhdidlər yalnız şəxsi münasibətlər əsasında olmuş, ərizəçi polisə və məhkəməyə şikayət etmiş, qeyd edilən bu hakimiyyət orqanları ərizəçi və onun ailə üzvlərinə qarşı cinayət törətmiş şəxslərin bir qismini həbs edib cəzalandırmışdır. Bu isə ərizəçinin polisin onun şikayətlərinə məhəl vermədiyini deməsinin əsassız olduğunu göstərir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-cı bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. 7-ci bəndinə əsasən "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. 8-ci bəndinə əsasən müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. 9-cu bəndinə əsasən “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 30 may 2023-cü il tarixli, İQ-41/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 14 mart 2023-cü il tarixli vəsatətini təmin edərək İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibə keçirilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı gətirdiyi dəlillər onun vətəndaşı olduğu ölkədə təqib olunmasının təsdiq edilməsi üçün yetərli sayıla bilməz. Məhkəməyə təqdim edilmiş qanunsuz hesab edilməsi tələb edilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı istinad etdiyi dəlillər «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində «qaçqın»a verilən anlayışın tələbləri ilə əhatə olunmur, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina edilməsi barədə qənaəti əsaslı olmuşdur. Beləliklə, cavabdehin qəbul etdiyi imtina barədə qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Mübahisələndirilən qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11581/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1439/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1439/2024
24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver