Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1439/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X1 və digərləri) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4665/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 43.8 kv.m, yaşayış sahəsi 28.7 kv.m olan fərdi yaşayış evinə 1/6 hissədə, İddiaçı3 (Ş/v:AA*******, FİN:1BHTXXG, D/t:xx.xx.1983) adına, 1/6 hissədə İddiaçı1 (Ş/v:AA*******, FİN:xxxxxxx, D/t:xx.xx.1986) adına və 1/6 hissədə İddiaçı2 (Ş/v:AA*******, FİN:xxxxxxx, D/t:xx.xx.1989) adına çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X1, X6 və X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4665/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim S.Salahova) iddia qeyri-mümkün hesab edilmişdir. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş **********83-10301 reyestr nömrəli çıxarışda Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 43.8 kv.m, yaşayış sahəsi 28.7 kv.m olan fərdi yaşayış evinə 1/6 hissədə İddiaçı1 mülkiyyət hüququ olduğu qeyd edilmişdir. Həmçinin hüquq sahibləri qismində İddiaçı3, İddiaçı2, X1, X6 və X2 da 1/6 hissədə mülkiyyət hüquqları da qeydiyyatdan keçmişdir. Həmçinin iddiaçıların nümayəndəsi-vəkili tərəfindən məhkəməyə ünvanlanmış ərizədə mübahisənin aradan qalxdığı və məhkəmə tərəfindən nəzərə alınması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi- “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 2 (iki) otaqlı, ümumi sahəsi 43.8 kv.m, yaşayış sahəsi 28.7 kv.m olan fərdi yaşayış evinə 1/6 hissədə, İddiaçı3 (Ş/v:AA*******, FİN:1BHTXXG, D/t:xx.xx.1983) adına, 1/6 hissədə İddiaçı1 (Ş/v:AA*******, FİN:xxxxxxx, D/t:xx.xx.1986) adına və 1/6 hissədə İddiaçı2 (Ş/v:AA*******, FİN:xxxxxxx, D/t:xx.xx.1989) adına çıxarışların verilməsi” tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı3 və digərlərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X1 və digərləri) qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə cavabdeh tərəfindən iddiaçıların tələbinin təmin olunması və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmaması əsası ilə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Nigar Nəbizadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1439/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1439/2025
20.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver