Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1440/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona İİİ dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi İsmayılova Nərgiz qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona İİİ dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10835/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2011-ci il tarixli 148 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı SQ Baş Klinik Hospitalın poliklinika şöbəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyasının mülayim dərəcədə pozulması ilə … diaqnozu ilə «Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır» səbəb əlaqəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuşdur. İddiaçı 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2012-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ-bud çanaq oynağının qapalı küt travmasından sonrakı bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ deformasiyaedici osteoartoz diaqnozu ilə xx.xx.2013-cü il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik; 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud çanaq oynaqlarının qapalı küt travmasından sonrakı vəziyyət, sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2015ci il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik; Bakı M.Hüseynov adına 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud sümüyü boynunun qeyridüzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2016-cı il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik; elektron təyinat əsasında xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud sümüyü boynunun qeyri- düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2021-ci il tarixədək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə iddiaçıya Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXW nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə Bud sümüyü boynunun sınığı. Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı. Lokalizə olunmuş osteoporoz [Leken], Sağ bud sümüyü boynunun osteopartozu. Oynaqların kontrakturası. Sağ bud çanaq oynağında hərəkət məhdudluğu. Kəskin ağrı. Sağ bud çanaq oynağının psotravmatik koksartrozu, ağrı sindromu ilə. Xroniki faringit. İnsulindən asılı şəkərli diabet. Şəkərli diabet tip İİ Qasıq yırtığı, Soltərəfli qasıq yırtığı. Vegetativ damar distoniyası diaqnozu ilə göndərişin natamam doldurulması, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmədiyi səbəbindən, həmçinin Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXW nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın müalyim dərəcədə pozulması diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya elektron qaydada ünvanlanmış **********1 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 148 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın mülayim dərəcədə pozulması ilə. TH4-TH5, L5-S1 fəqərəarası disklərin protruziyası, funksiyanın pozulmaması ilə. Vertebrogen mənşəli xroniki residivverən döş, bel-oma radikuliti, natamam remissiya mərhələsində. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cuzi pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri hərəkət edərkən ayağında olan məhdudluqdan, ağrıdan ibarətdir. Müayinə zamanı novorapid istifadə etdiyini bildirdi. Aşağı ətraflarda pulsasiya dolğundur. Sol ətrafda diz refleksi və Axil refleksi sağa nisbətən zəif çağırılır. Əzələ gücü distal və proksimalda norma daxilindədir. Sağ bud-çanaq oynağında hərəkətlər tam həcmdədir. Sağ bud sümüyündə sümük tamlığı pozulmamışdır. Bud-çanaq oynağında rentgenoloji olaraq oynaq yarığı açıqdır, oynaq səthləri hamardır. Aşağı ətraflarda nəzərə çarpan atrofiya və qısalıq qeyd olunmur. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan diaqnoz və ağırlaşmaları əlillik səviyyəsində öz təsdiqini tapmamış və əlillik təyininə əsas vermədiyi müəyyən edilmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə əsaslı qərar qəbul edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün üçüncü dərəcə əlilliyinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-2010-cu illərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda xidmət etmiş və sağ bud-çanaq oynağında aldığı xəsarət xidmət dövründə “sağ-bud çanaq oynağının qapalı küt travmasından sonrakı bud sümüyünün qeyri düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ deformasiyaedici osteoartroz” xəstəliyinə inkişaf etmişdir. O, ehtiyata buraxıldıqdan sonra Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, həmin xəstəliyin hərbi xidmət dövründə alınması müəyyən olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə 27 yanvar 2012-ci il tarixdən iddiaçıya üçüncü dərəcəli əlillik təyin edilmiş, sonrakı dövrlərdə əlilliyin müddəti 2021-ci ilin fevral ayınadək uzadılmışdır. O, əlilliyin növbəti dəfə uzadılması ilə bağlı qeydiyyatda olduğu Bakı şəhəri 1 nömrəli poliklinikasının göndərişinə əsasən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədə olmuş və 08 yanvar 2021-ci il tarixli arayışla ona “Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, sağ bud çanaq oynağının postravmatik koksartrozu, ağrı sindromu ilə. Sağ bud çanaq oynağının kontrakturası, hərəkət məhdudluğu ilə, sağ bud sümüyünün başının osteoporozu” diaqnozu qoyulmuşdur. 2017-ci ilin sentyabr ayından iddiaçıda şəkərli diabet xəstəliyi aşkar olunmuş, 2019-cu ilin dekabr ayından Respublika Endrokrinoloji Mərkəzdə “İnsulindən asılı şəkərli diabet. Tip İ” diaqnozu ilə qeydiyyata alınmış və gündə 3 dəfə “Novorapid”, 1 dəfə isə “Tresiba” adlı insulin inyeksiyalarından istifadə edir. Qeydiyyatda olduğu Bakı şəhəri 1 nömrəli poliklinikasının 2782003AABXW nömrəli göndərişi ilə o, tibbi sənədləri Əlilliyin qiymətləndirilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmişdir. Lakin 2021-ci ilin fevral ayından sonrakı dövrdə əlilliyi uzadılmamış və bununla bağlı ona əlavə məlumat verilməmişdir. O, dəfələrlə şifahi olaraq cavabdehə müraciət etsə də, sənədlərinin yoxlamada olduğu və əlavə olaraq ona məlumat veriləcəyi bildirilmişdir. 2021-ci ilin iyul ayında 1 saylı Bakı DOST Mərkəzinə dəvət olunmuş, 06 iyul 2021-ci il tarixdə həmin Mərkəzdə fəaliyyət göstərən TSEK-də qəbul edilməklə, tələb edilən sənədləri bir daha təqdim etmişdir. Sonrakı dövrdə əlilliyinin qiymətləndirilməsi ilə bağlı ona hər hansı bir məlumat verilməmişdir. 16 noyabr 2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı mərkəzi”nə zəng edərkən, əlilliyinin təyin edilməsindən imtina olunduğu bildirilmişdir. Onun xx.xx.2021-ci il tarixli müraciətindən sonra yenidən sonuncunun ixtisaslaşmış səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə-müalicə edilərək göndəriş (forma-88) rəsmiləşdirildikdən sonra əlilliyin yenidən qiymətləndiriləcəyi bildirilmişdir. Daha sonra, yenidən xx.xx.2022-ci il tarixdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini X9" X10 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etmiş, həmin idarə tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışda “Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, sağ bud çanaq oynağının posttravmatik koksartrozu, ağrı sindromu ilə sağ bud çanaq oynağının kontrakturası, hərəkət məhdudluğu, bud sümüyünün başının osteoparozu, yerişin çətinləşməsi, sağ aşağı ətrafın 2 sm qısalığı.” diaqnozu qoyulmuşdur. Həmçinin, Respublika Endokrinoloji Mərkəz X7 verilən 26 yanvar 2022-ci il tarixli çıxarışa əsasən ona “İnsulindən asılı şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla” diaqnozu qoyulmşdur. O, 01 aprel 2022-ci il tarixində 34 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən bir daha müayinə olunmuş və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə xx.xx.2022-ci il tarixli, 2784003AACTT nömrəli Həkim Məsləhət Komissiyasının təkrar bildirişi ilə daxil edilmişdir. Nəhayət, 12 aprel 2022-ci il tarixində cavabdeh orqana dəvət olunaraq yenidən müayinədən keçmiş, ona əlilliyin qiymətləndirilməsi barədə rəsmi məlumatın veriləcəyi bildirilsə də, ona hər hansı bir rəsmi məlumat verilməmişdir. Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd edilən diaqnoz və ağırlaşmaların əlillik səviyyəsində öz təsdiqini tapmadığı və əlillik təyininə əsas vermədiyinin müəyyən edildiyi bildirilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onda mövcud olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq bəndlərinə əsasən əliliyin təyini, təyin olunduqda isə müvafiq olaraq uzadılması üçün əsasdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 3 saylı Şəhər Poliklinikasının 11,04.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S75 - Qan damarlarının budçanaq oynağı və bu...; Diaqnozun mətni: sağ-bud çanaq oynağının qapalı küt travmasindan sonrakı bud sümüyünün qeyri düzgün bitişmiş sınığı nəticəsində bud-çandq oynağının İİ mərhələ - deformasiyaedici osteoartroz; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ-bud çanaq oynağının qapalı küt travmasindan sonrakı bud sümüyünün qeyri düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ -deformasiyaedici ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 3 saylı Şəhər Poliklinikasının 30.01,2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: sağ bud çanaq oynaqların qapalı küt travmasindan sonrakı vəziyyət, sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ bud çanaq oynaqların qapalı küt travmasindan sonrakı vəziyyət, sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının 30.01,2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sağ bud sümüyü boynunun qeyri düzgün bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ bud sümüyü boynunun qeyri düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada...; Diaqnozun mətni: Sağ bud sümüyü boynunun qeyri düzgün bitişmiş sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Sağ bud sümüyü boynunun qeyri düzgün bitişmiş sınığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: Bud sümüyü boynunun sınığı, Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı.Lokalizə olunmuş osteoporoz [Leken], Sağ bud sümüyü boynunun osteopartozu.Oynaqların kontrakturası, Sağ bud çanaq oynağında hərəkət məhdudluğu.Kəskin ağrı, Sağ bud çana qoynağının psotravmatik koksartrozu.ağrı sindromu ilə.Xroniki faringit.İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet tip ıı Qasıq yırtığı, Soltərəfli qasıq yırtığı. Vegetativ damar distoniyası.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilməyib.” səbəbi ilə imtina verilmişdir. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.0 - Bud süm...; Diaqnozun mətni: Sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın müalyim dərəcədə pozulması ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin < yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilmə: QaydasTnın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilli; - qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlə' - verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi ola- şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-c_ maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həya: keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəs1” göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyalarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrə Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyə- edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisos a ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalin - Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmçinin, iddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 16 may 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10835/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün üçüncü dərəcə əlilliyinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 16 may 2022-ci il tarixli, **********2 nömrəli qərar qəbul edilmişdir. Əyani müayinənin nəticələrinə əsasən şəhadətnamədə qeyd olunan ‘‘Sağ budçanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri- düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın müalyim dərəcədə pozulması ilə. TH4-TH5, L5-S1 fəqərəarası disklərin protruziyası, funksiyanın pozulmaması ilə. Vertebroqen mənşəli xroniki residivverən döş, bel-oma radikuliti, natamam remissiya mərhələsində. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cuzi pozulması ilə” diaqnozunun ağırlaşması əlillik səviyyəsində öz təstiqini tapmır və əlillik təyininə əsas vermir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz onunla əsaslandırılmışdır ki, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində qeyd olunan Əsasnamənin 2.2.7-ci (E00, E07-E07.9, EÖ, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24- 24.9, E25.8, E26.9, E27.1- E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8), 2.3.2-ci (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0) və 2.5.9-cu (Q65.0, M16.3, M16.5) bəndlərinə əsasən əlillik əlaməti təyin edən diaqnoz göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən aparılan qiymətləndirmədə diaqnozun əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. Belə ki, 2017-ci ilin sentyabr ayından iddiaçıda şəkərli diabet xəstəliyi aşkar olunmuş, 2019-cu ilin dekabr ayından Respublika Endrokrinoloji Mərkəzdə “İnsulindən asılı şəkərli diabet. Tip İ” diaqnozu ilə qeydiyyata alınmışdır. Həmçinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədə olmuş və 08 yanvar 2021-ci il tarixli arayışla iddiaçıya “Sağ bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı, sağ bud çanaq oynağının postravmatik koksartrozu, ağrı sindromu ilə. Sağ bud çanaq oynağının kontrakturası, hərəkət məhdudluğu ilə, sağ bud sümüyünün başının osteoporozu” diaqnozu qoyulmuşdur və həmin diaqnoz ilə iddiaçıya 27.01,2012-ci ildən xx.xx.2021-ci ilədək üçüncü dərəcə əlillik təyin edilmişdir (sonuncu dəfə xx.xx.2016-cı il tarixdə xx.xx.2021-ci il tarixədək 5 il müddətinə). Ona ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur (şəkərli diabet istisna olmaqla), cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 05 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə əlilliyin uzadılmasından imtina etmişdir. Eyni zamanda təkrar tibbi müayinə zamanı iddiaçıda İnsulindən asılı şəkərli diabet diaqnozu da müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən əlilliyin təyin edilməsi üçün əsasdır. Əlillik altsistemində xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmədiyi göstərilir. Lakin göndərişin natamam və ya yanlış doldurulması imtina üçün deyil, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərilməsi üçün əsasdır. xx.xx.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin iddiaya yazılı etirazında və apellyasiya şikayətində “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Bu mənada, Qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş diaqnoz iddiaçıya üçüncü dərəcə əlilliyin təyininə əsas olmuşdur və iddiaçıya xx.xx.2021-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qeyd olunan qərarı hazırda da qüvvədədir və iddiaçıya əlilliyin təyininə əsas olan həmin diaqnoz tibbi müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişində də əks olunmuşdur. Belə olan halda həmin halın əlavə olaraq məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq və ya təkzib olunması zərurəti yoxdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nərgiz İsmayılova apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixdə imtina etmiş və iddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan müddətləri ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, xx.xx.2011-ci il tarixli 148 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı SQ Baş Klinik Hospitalın poliklinika şöbəsinin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyasının mülayim dərəcədə pozulması ilə … diaqnozu ilə «Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır» səbəb əlaqəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuşdur. 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2012-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ-bud çanaq oynağının qapalı küt travmasından sonrakı bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ mərhələ deformasiyaedici osteoartoz diaqnozu ilə iddiaçıya xx.xx.2013-cü il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik; 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud çanaq oynaqlarının qapalı küt travmasından sonrakı vəziyyət, sağ bud sümüyü boynunun qeyri-düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2015ci il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik; Bakı M.Hüseynov adına 3 saylı Şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud sümüyü boynunun qeyridüzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2016-cı il tarixədək 1 il müddətinə üçüncü dərəcə əlillik; elektron təyinat əsasında xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar sağ bud sümüyü boynunun qeyri- düzgün bitişmiş sınığı diaqnozu ilə xx.xx.2021-ci il tarixədək 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə iddiaçıya Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXW nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə aparılmış müayinə zamanı “Bud sümüyü boynunun sınığı. Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı. Lokalizə olunmuş osteoporoz [Leken], Sağ bud sümüyü boynunun osteopartozu. Oynaqların kontrakturası. Sağ bud çanaq oynağında hərəkət məhdudluğu. Kəskin ağrı. Sağ bud çanaq oynağının psotravmatik koksartrozu, ağrı sindromu ilə. Xroniki faringit. İnsulindən asılı şəkərli diabet. Şəkərli diabet tip İİ Qasıq yırtığı, Soltərəfli qasıq yırtığı. Vegetativ damar distoniyası diaqnozu ilə göndərişin natamam doldurulması, xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmədiyi” səbəbindən, həmçinin Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXW nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə aparılmış müayinə zamanı “Sağ bud-çanaq oynağı nahiyəsinin qapalı küt travmasından (2002) sonrakı bud sümüyünün boynunun qeyri-düzgün bitişmiş sınığı nəticəsində bud-çanaq oynağının İİ (ikinci) mərhələ deformasiyaedici osteoartrozu, funksiyanın müalyim dərəcədə pozulması diaqnozunun əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Hazırda İddiaçı “onun İİİ dərəcə əlilliyinin uzadılması təyin edilməsi”ni tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası idddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 nömrəli 1997-ci il 19 avqust tarixli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.6-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Həmin Qaydanın 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Hazırki işdə iddiaçı barəsində TSEK-ə göndərilmiş göndəriş əsasında iddiaçının vəziyyəti qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir) barədə qərar qəbul edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.11-ci maddəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 595 saylı 14 sentyabr 2015-ci il tarixli Fərmanının 6.1-ci bəndinə əsasən birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20- F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); 2.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97); 2.3.8. İİV-infeksiyasının İ-İİ mərhələləri (B20-B24); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Həmin Əsasnamənin 4.3-cü bəndinə görə əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya inzibati orqan tərəfindən davamlı olaraq əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə ona İİİ qrup əlilliyin təyin olunmasından imtina olunmuşdur. Bu imtina 2015-ci ildə qəbul edilmiş Əlillik meyarları ilə qiymətləndirmənin nəticəsi olmuş, məhkəmə icraatı dövründə məlum olmuşdu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş yeni “Əlilliyin müəyyən olunması meyarları” qəbul olunmuşdur. Odur ki, iddiaçının aparılan müayinələri nəzərə alınmaqla onun yeni qəbul edilmiş Əlillik meyarları ilə də qiymətləndirilməsi yoxlanılmışdır. Bu zaman müəyyən olunmuşdu ki, iddiaçı xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə müayinə olunarkən ona qoyulmuş “Bud sümüyü boynunun sınığı. Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı. Lokalizə olunmuş tosteoporoz, sağ bud sümüyü boynunun osteopartozu. Oynaqların kontrakturası. Sağ bud çanaq oynağında hərəkət məhdudluğu. Kəskin ağrı. Sağ bud çanaq oynağının psotravmatik koksartrozu, ağır sindromu ilə. Xroniki faringit. İnsulindən asılı şəkərli diabet. Şəkərli diabet tip İİ. Qasıq yırtığı. Soltərəfli qasıq yırtığı. Vegetativ damar distoniyası” diaqnozlarından “Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı” diaqnozu “Əlilliyin müəyyən olunması meyarları”nda da öz əksini tapmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı” diaqnozu, daha sonra isə “İnsulindən asılı şəkərli diabet. Şəkərli diabet tip İİ.” diaqnozu üzrə xəstəlikdən əziyyət çəkməsi işin mübahisəsiz halıdır. İddiaçıya əvvəllər də adı çəkilən “Sağ bud sümüyü boynun qeyri-düzgün bitişmiş sınığı” xəstəlik diaqnozu ilə davamlı olaraq İİİ qrup əlillik məhz həmin inzibati orqan tərəfindən verilmişdi. Cavabdeh inzibati orqanın imtinasının səbəbi: “Göndərişin natamam doldurulması- Səbəb: Xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilmir.” kimi göstərilmişdir. Halbuki həmin hallar qanunla əlilliyin təyinatının aparılmasından imtina üçün deyil, bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirən Komissiyaya qaytarılması üçün əsasdır. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Bir daha nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır (2-1(102)-1053/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, məhkəmə qərarının nəticəvi hissəsində iddiaçının tələbinə uyğun olaraq “onun qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün üçüncü dərəcə əlilliyinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” göstərilmişdir. Halbuki qanunvericilikdə cavabdeh inzibati orqanın “əlilliyin uzadılması” deyil, “əlilliyin təyini” ilə bağlı müvafiq qərar qəbul etmə səlahiyyəti müəyyən edilib. Hazırki işdən müəyyən olunur ki, əslində iddiaçının hüquqi marağı “ona xx.xx.2021-ci il tarixli göndəriş əsasında İİİ dərəcə əlilliyin həmin tarixdən təyin olunması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması”na yönəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı “iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında İİİ dərəcə əlilliyin həmin tarixdən təyin olunması” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın rədd edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10835/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərarı “iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında İİİ dərəcə əlilliyin həmin tarixdən təyin olunması” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10835/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərarı “iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş əsasında İİİ dərəcə əlilliyin həmin tarixdən təyin olunması” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1440/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1440/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver