Məhkəmə qərarları › İş №2-1(103)-1441/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1441/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1441/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil X11, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin X12 idarəsinə qarşı “pensiya” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3761/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 X12 idarəsinə (bundan sonra mətndə DSMF X12 idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşından təyin olunmaqla 2019-cu il martın 20-dən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3761/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3761/2020 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi, vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - xx xxxxxx 1989-cu il tarixdə 17 nömrə ilə qeydə alınmış MT-İ seriyalı 281360 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1985- 1988-ci illərdə Sumqayıt Kimya-texnologiya Texnikumunda “X3” ixtisası üzrə təhsil almışdır. - Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1982ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1982-ci ildə Ermənistan SSR Sisian rayonu Şəki kolxozuna 4-cü dərəcəli çilingər işinə qəbul edilmiş (Şəxsi iş № 148, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə şəxsi ərizəsinə əsasən işdən azad edilmiş (Şəxsi iş № 148, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə “Azqlavaenerji” İstehsalattəmir müəssisəsində Turbinlərin təmiri sexinə Sexlərin fırlanan turbinlərinin təmiri üzrə 4cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş (Əmr № 129-ok, xx.xx.1982-ci il); “Azqlavaenerji” İstehsalat-təmir müəssisəsinin adı xx.xx.1989-cu il tarixindən “Azenerji” İ/B İstehsalat təmir müəssisəsi adına dəyişdirilmiş (Əmr № 507, xx.xx.1988-ci il); xx.xx.1989cu ildə həmin yerdə 5-ci dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 424, xx.xx.1989-cu il); xx.xx.1991-ci ildə həmin yerdə 6-cı dərəcəli çilingər dərəcəsi verilmiş (Əmr № 316, xx.xx.1991-ci il); “xxxxxxxxxx” İB İTM-i xx.xx.1993-cü ildən “xxxxxxxxxx DM və TM adlandırılmış (Əmr № 29, xx.xx.1993-cü il); xx.xx.1997-ci ildə Sərbəst Sumqayıt turbin təmir sahəsi yaradılmış (Əmr № 69, xx.xx.1997-ci il); xx.xx.1998-ci ildə ikinci peşə - ikinci dərəcəli qaz kəsicisi verilmiş (Əmr № 84, xx.xx.1998-ci il); xx.xx.2002-ci ildə öz xahişi il işdən azad edilmiş (Əmr № 26, xx.xx.2002-ci il); xx.xx.2002-ci ildə Turbin Avadanlıqlarının təmiri və sazlanması sexinə turbin avadanlıqlarının təmiri üzrə 6-cı dərəcə çilingər peşəsinə qəbul edilmiş (Əmr № 10- KŞ, xx.xx.2002-ci il); xx.xx.2004-cü ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC adlandırılmış (Əmr № 29, xx.xx.2004-cü il); xx.xx.2005-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “xxxxxxxxxxxxxxxxx” MMC adlandırılıb (Əmr № 40a, xx.xx.2005-ci il); xx.xx.2008-ci ildə “xxxxxxxxxxxxxxxxx” MMC “xxxxxx” ASC adlandırılmış (Əmr № 03-KŞ, xx.xx.2008-ci il); xx.xx.2008-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş (Əmr № 04-11 KŞ, xx.xx.2008-ci il); xx.xx.2008-ci ildə “xxxxxxxxxxx” MMC-nin X4 təmir və Sazlama İdarəsinin TAT və SS-nə 6-cı dərəcəli çilingər qəbul edilmiş (Əmr № 01/KŞ, xx.xx.2008-ci il); xx.xx.2009-cu ildə Cəmiyyətin Sumqayıt 1 saylı Quraşdırma İdarəsinə 6-cı dərəcəli çilingər keçirilmiş (Əmr № 36-KŞ, xx.xx.2009-cu il); xx.xx.2009-cu ildə Cəmiyyətin X4 Təmir və Sazlama İdarəsinin TAT və S sexinə 6-cı dərəcəli çilingər keçirilmiş (Əmr № 87A-KŞ, xx.xx.2009-cu il); xx.xx.2009-cu ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə əsasən işdən azad edilmiş (Əmr № 140-KŞ, xx.xx.2009-cu il); xx.xx.2009-cu ildə “xxxxxx” ASC-nin EAT İdarəsinin TAT sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə təyin edilmiş (Əmr № 11/17 KŞ, xx.xx.2009-cu il); xx.xx.2011-ci ildə EAT İdarəsinin Bakı Təmir Sahəsinin T və QAT sexinə 6-cı dərəcəli çilingər keçirilmiş (Əmr № ATÜ/32, xx.xx.2011-ci il); xx.xx.2012-ci ildə STP X2 6-cı dərəcəli çilingər peşəsinə keçirilmiş (Əmr № 152/17 KŞ, xx.xx.2012-ci il); xx.xx.2012-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş; xx.xx.2012-ci ildə Ağır Maşınqayırma zavodunun Turbin təmiri sexinin Bakı təmir sahəsinin Bakı turbin avadanlıqlarının təmiri bölməsinə 6cı dərəcəli çilingər peşəsinə təyin edilmiş (Əmr № 01/KŞ, xx.xx.2012-ci il); xx.xx.2013-cü ildə Dərəcəsi və peşəsi saxlanılmaqla təmir zavodunun istehsalat dispetçer şöbəsinin X10 Yığma Sahəsinə keçirilmiş (Əmr № 54/KŞ, xx.xx.2013-cü il); xx.xx.2015-ci ildə peşəsi və dərəcəsi saxlanılmaqla həmin zavodun X10 yığma sahəsinə keçirilmiş (Əmr № 92/KŞ/K, xx.xx.2015-ci il); xx.xx.2016-cı ildə Metalkonstruksiyalar zavodunun Quraşdırma və X5 Yığma bölməsinə 6-cı dərəcəli yığıcı çilingər keçirilmiş (Əmr № 10/KŞ/K, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə Dərəcəsi və peşəsi saxlanılmaqla Ağır Maşınqayırma zavodunun Texniki İstehsalat Şöbəsinin X10 Emal sahəsinə keçirilmiş (Əmr № 16/KŞ/K, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə həmin zavodun Texniki İstehsalat şöbəsində Mexaniki sexinin xüsusi avadanlıqların təmiri sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir (Əmr № 86/KŞ/K, xx.xx.2016-cı il). - NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - “xxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 01-ZP/382 saylı və xx.xx.2019-cu il tarixli, 01-ZP/953 saylı arayışlara əsasən İddiaçı həqiqətən xx.xx.1982-ci ildən xx.xx.2008-ci ilədək “xxxxxxxxxxx”nin İstehsalat – X8 Avadanlıqlarının təmiri sexində çilingər və qaz kəsicisi və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx müəssisəsi” MMC-nin Turbin Avadanlıqlarının təmiri və sazlanması sexində çilingər, xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək “xxxxxx” ASC-nin X1 İdarəsinin Bakı Turbin və X6 sexində çilingər işləmiş, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəninin “b” bəndinə əsasən işdən azad edilmişdir. Göstərilən peşələr, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqlarının təmiri, yanacaqgötürmə avadanlığına və onların işini təmin edən çilingərlərin və Ümumi peşələr 35-ci fəslinə əsasən qazla kəsicilərin işi bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 29 il, 02 ay, 25 gün təşkil edir. “xxxxxxxxxx” ASC-nin xx.xx.2002-ci il tarixli 13 №li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx müəsisəsi” MMC yaradılmışdır. “xxxxxxxxxx” ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 №li əmrinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx müəssisəsi” MMC“ xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC adlandırılmışdır. “xxxxxxxxx” ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 №li əmrinə əsasən isə “xxxxxxxxxxxxxxxxx” MMC adlandırılıb. Dövlət X13 üzrə Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli 323 №li sərəncamına əsasən “xxxxxx” ASC adlandırılıb. - DSMF X16 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********4 saylı imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin Qazanxana, turbin avadanlığının təmiri yanacaqgötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət edən çilingələr, elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilən iddiaçıya məxsus əmək kitabçasında xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müəssisəsində Turbin Avadanlıqlarının təmiri və sazlanması sexində təmirçi çilingər işləməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir.Qeyd edilənləri nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarında olan iddiaçının əmək kitabçasında xx.xx.1982-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” müəssisəsində Turbin Avadanlıqlarının təmiri və sazlanması sexində işləməsi qeyd olunan təmirçi çilingər vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun deyil və bu səbəbdən də sonuncunun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. 8 Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 28 (iyirmi səkkiz) il, 1 (bir) ay 13 (on üç) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” fəsli kod 2140000, kod 2140000a-18455 ilə qeyd olunmuş qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—11618 ilə qeyd olunmuş qazla kəsicilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X14 X12 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3761/2020 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar