Məhkəmə qərarları › İş №2-1(103)-1442/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1442/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1442/2022 24.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “qərarın ləğv edilməsi və diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9657/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adına olan diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021ci il tarixdə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə etdiyi müraciət üzrə 17 avqust 2021-ci il tarixli imtina qərarının ləğv edilməsi, adına olan 107732 ******* №-li, 2899 qeydiyyat nömrəsi ilə 15 dekabr 2020-ci il tarixdə ona verilmiş magistr diplomunun “Təhsildə Keyfiyyət Təminatı Agntliyi” tərəfindən əyani və ya qiyabi kimi tanınması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9657/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9657/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslarla əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Muxtarova apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi isə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi həm də təhsilin formasının Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılmasıdır. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda əyani-qiyabi təhsilalma forması bilavasitə qanunvericilikdə təsbit olunmamışdır. Eyni zamanda qanunvericilikdə əyani-qiyabi formada təhsil formasının ölkə ərazisində qanunla yol verilən təhsil formalarından birinə - əyani forma və ya qiyabi formaya uyğunlaşdırılması ilə bağlı da normativ əsas müəyyən edilməmişdir. Həm də nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən Qaydaların 3.7- ci bəndi xarici ölkədə əyani-qiyabi formada təhsil alındığı halda həmin formanı Azərbaycan Respublikasında təhsil forması kimi yol verilmədiyindən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün əsas olan mənfi rəyin verilməsinin qeyd şərtsiz əsası kimi müəyyən etmişdir. Belə olan halda cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Belə ki , iddiaçı 2018-ci ildə Rusiya Federasiyası, Federal Dövlət büdcə Ali Təhsil Müəssisəsi “O.Y.Kutafın adına X7 Universiteti (MDHU)”əyani-qiyabi fakültəsinə daxil olmuş, qeyd edilən təhsil ocaqını 40.04.01. “Hüquqşünaslıq” hazırlıq istiqaməti üzrə maqistr proqramını mənimsəmiş və dövlət yekun atesstasiyanı müfəqiyyətlə keçmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə 20 noyabr 2020-ci il tarixdə, 02 saylı protokolla, 107732 ******* N°-li, 2899 qeydiyyat nömrəsi təsdiq olunmaqla, maqistr dərəcəsi verilmişdir. 107732 ******* N«-li Magistr Diplomuna əlavə 2899 qeydiyyat nömrəsi ilə 15 dekabr 2020-ci il tarixdə iddiaçıya verilmişdir. 11 yanvar 2021-ci il tarixdə, 545611 nömrə ilə qeydiyyatdan keçirilmiş, Moskva şəhəri Elm və təhsil Departamenti tərəfindən maqistr dərəcəli diplom təsdiqlənmişdir və 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən Apostil senədi verilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixdə, ərizə ilə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”- nə müraciət etmişdir. 26 iyul 2021-ci il tarixdə, TKTA tərəfindən müsahibəyə dəvət olunmuş və həmin mərhələni uğurla keçmiş, lakin, TKTA 17 avqust 2021-ci il tarixli, X6 təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrikasiyasınm) müəyyən edilməsi barədə NA00002333 nömrəli qərarında göstərilmişdir ki, ərizəçinin təhsilalma forması üzrə, təhsilalma qaydaları, habelə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi hər hansı qanunvericilik aktları ilə tənzimlənməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010- cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”- nın 5.4 bəndinə əsasən təhsilalma formaları üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “X6 təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”- nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Reşpublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər və qeyd olunanlara əsasən qəbul edilmiş qərardan 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, X6 Təhsil Sahəsində İxtisaslarinin X3 Müəyyən Edilməsi (Nostrifikasiyasi) Qaydalarf’nin X5 Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin Qərarinin 13 may 2003- cü il tarixli, 64 saylı qərarı ilə Ümumi müddəaların 3.8-ci bəndində göstərilmişdir ki, “Tanınmaq və ekvivalentlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı“-nm Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli 833-İİİQ nömrəli Qanununun 13-cü Maddəsinin (Təhsilalma formaları) 13.1.1. əyani; 13.1.2. qiyabi bəndlərini və “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında—Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.32-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 3.2. Tədrisin təşkili 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir, Ali təhsil pilləsinin dövlət standartı və proqramının təsdiq edilməsi haqqında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmişdir, ümumi müddəanın 5-ci bəndinə Ali təhsilin infrastrukturuna əsasən maqistr diplomı tanınsın. İş materialına əlavə olunmuş ümumvətəndaş pasportun surətindən görünür ki, xx.xx.2018ci il tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən iddiaçıya viza verilmişdir və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə sərhəddi keçmişdir. Maqistraturada oxuduğu müddətdə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası TKTA-nin tərəfindən müsahibəyə dəvət olunmuşdur. Bu məqsədlə O.Y. Kutafin adına X7 Universitetinin “İctimai Hüquq və İdarəetmə İnstitutu”nun dekanına ərizə yazaraq iki günlük icazə almağı üçün müraciət etmiş və müraciət müsbət cavablandırılmışdır. xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası ərazisindən Azərbaycan Respublikası ərazisinə sərhəddi keçmiş və xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyası ərazisinə sərhəddi keçib təhsilini davam etdirmişdir. Kollegiya, həmçinin qeyd edir ki, əyani və ya əyani-qiyabi təhsil formasından heç bir fərq olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kollegiya qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9657/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9657/2021 saylı, xx.xx.2021-ci il il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddia təmin edilsin. İddiaçı adına olan diplomun Azərbaycan Respublikası ərazisində tanınması üçün 15 iyul 2021-ci il tarixdə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”-nə etdiyi müraciət üzrə 17 avqust 2021ci il tarixli imtina qərarı ləğv edilsin. İddiaçının adına olan 107732 ******* №-li, 2899 qeydiyyat nömrəsi ilə 15 dekabr 2020-ci il tarixdə ona verilmiş magistr diplomunun “Təhsildə Keyfiyyət Təminatı Agntliyi” tərəfindən əyani və ya qiyabi kimi tanınması üçün qərar qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar