Məhkəmə qərarları › İş №2-1(103)-1442/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1442/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1442/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3278/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı barəsində qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ Qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********349 saylı və həmin qərara əlavələr edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarları ilə iddiaçı "xxxx" MMC-yə (bundan sonra "Cəmiyyət” və ya "İddiaçı” adlanacaq) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan- Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbarda və xx.xx.2020-ci il tarixli **********348 saylı qərarı ilə cəmiyyətə məxsus ünvan 1 ünvanda yerləşən obyektdə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2020ci il tarixli DVX seriyalı 001542 və 001543 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" Aktlar tərtib edilmişdir. Sözügedən aktlarda iddiaçının təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı nəzarət-kassa aparatının yaddaşına daxil edilmiş müvafiq obyektlərdə 1 460 727,26 manat və 921 502,00 manat dəyəri olan satışa elektron qaimə-fakturanın təqdim edilmədiyi qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən müvafiq olaraq 146 072,72 manat və 92 150,20 manat, ümumilikdə 238 222,92 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktların məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2020-ci ilin yanvar - dekabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 4 395 853,2 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin aktlara, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilmişdir. Sözügedən qərarlarla cəmiyyətə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 146 072,73 manat və 92 150,20 manat, ümumilikdə 238 222,92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərardan iddiaçı inzibati şikayət vermiş və DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 9 aprel 2021-ci il tarixli **********088900 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, vergi orqanı tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. DVX-nin qərarından iddiaçı narazı qaldığı üçün yuxarı inzibati orqan olan AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş 13 avqust 2021-ci il tarixli 55 nömrəli qərarla iddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, “İnzibati şikayətin təmin edilməməsi haqqında" 9 aprel 2021-ci il tarixli **********088900 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının sözügedən qərarı iddiaçıya elektron poçt vasitəsi ilə yalnız 22 sentyabr 2021-ci il tarixdə göndərilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 78.2-ci maddəsinə görə şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası İN Apellyasiya Şurası tərəfindən baxılaraq yalnız 13 avqust 2021-ci il tarixdə qərar qəbul edildiyindən və həmin qərar 22 sentyabr 2021-ci il tarixdə elektron poçt vasitəsi ilə iddiaçıya göndərildiyindən qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. Vergi orqanın operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə qəbul etdiyi inzibati akt aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur. Operativ vergi nəzarətin keçirilməsi haqqında qərar əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-in) 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsində 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda və 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar kimi təsbit edilmişdir. Sözügedən Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 5 əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş 15 dekabr 2020-ci il tarixli qərarlarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərarlar ümumiyyətlə əsaslandırılmamışdır. Beləliklə, hazırkı iş üzrə vergi orqanı tərəfindən yuxarıda qeyd olunan normaların tələblərinə tam riayət edilməmişdir. Belə ki, vergi orqanın operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilmə əsasları göstərilməmiş, başqa sözlə qərar əsaslandırılmamışdır. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanın qərarında həmin əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da VM-nin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məsuliyyətə cəlb edilməsi barədə qərar qanunvericiliyinin imperativ tələblərinə zidd olaraq əsaslandırılmadan qəbul edilmişdir. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Qanunvericiliyin tələblərinə zidd olaraq, vergi orqanı operativ vergi nəzarəti tədbirin materiallarına baxılmasının nəticəsi üzrə qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə qərarlar ümumiyyətlə əsaslandırılmamış, yalnız vergi nəzarət tədbirin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsi ilə kifayətlənmişdir. Vergi orqanı operativ vergi nəzarət tədbiri zamanı vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.3-ci maddəsinə görə bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Eyni Məcəllənin 83.3-ci maddəsində göstərilmişdir ki, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4-ci maddəsində qeyd edilmişdir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 50.1-ci maddəsinə görə Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: 1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 2. Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 3. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi;

4. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 5. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıbsatılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 6. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 8. İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 9. Aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 10. Vergi Məcəlləsinin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 11. Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 12. Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 13. Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi; 14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Sadalanan qanun normalarından görünür ki, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, VM-nin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edib-edilməməsinə vergi nəzarət forması kimi təsbit etmişdir. Başqa sözlə desək, vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi normalardan aydın olur ki, vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə desək, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözügedən normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Qeyd olunanlar həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamanın vahid məlumat reyestr çıxarışından da görünür ki, səyyar vergi yoxlamalardan fərqli olaraq “yoxlanılan dövr” qarşısında əvvəlki tarix dövrləri deyil, məhz “cari fəaliyyət” sözləri göstərilmişdir ki, bu da bir daha operativ vergi nəzarət tədbiri zamanı yalnız həmin anda keçirdiyi tədbir zamanı aşkar etdiyi pozuntuların rəsmiləşdirilməsini ehtiva edir. Lakin vergi orqanı qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektlərində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, təxminən 12 aylıq dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə VM-nin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Vergi orqanı buna səlahiyyəti və hüququ olmadığı halda iddiaçının 12 aylıq dövrünün nəzarət-kassa aparatına vurulan dövriyyəsinə maliyyə sanksiyası tətbiq etmişdir ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. 4.Vergi orqanı qanunla üzərinə vergi qanunvericiliyinin pozulması faktını sübut etmək vəzifəsi qoyulsa da, həmin vəzifəni yerinə yetirə bilməmişdir. Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası aşağı vergi orqanın qərarını qüvvədə saxlayarkən öz qərarlarında göstərmişlər ki, “cəmiyyət tərəfindən vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlarının ləğv olunması və satdığı malların son istehlak məqsədi daşıması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir.” Ümumiyyətlə yuxarı şikayət instansiyası olan Dövlət Vergi Xidməti və İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının belə qənaətə gəlməsi və öz qərarında bunun qeyd edilməsi vergi qanunvericiliyindən xəbərsiz olmasına dəlalət edir. Halbuki, məlum məsələdir ki, vergi qanunvericiliyinin pozulması faktını vergi ödəyicisi deyil, məhz vergi orqanı sübut etməlidir. Güya vergi orqanı operativ vergi nəzarət tədbiri keçirərkən həmin satılmış malların məhz topdan satış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını sübut edə bildi ki? Həmin malları alan şəxslərin hansından bir izahat və ya sübut aldı ki, həqiqətən müəyyən edə bilsin ki, həmin mallar məhz topdan satış qaydasında sahibkarlıq məqsədləri üçün satılmışdır? Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Operativ vergi nəzarət tədbiri zamanı cəmiyyət əsassız və qanunsuz olaraq vergi orqanı tərəfindən riskli vergi ödəyicilərin sıyahısına salındığı üçün həmin siyahıdan çıxarılma əsası ilə cəmiyyətin rəhbərinə aldadaraq pərakəndə nəzarət-kassa aparatı vasitəsi ilə satdığı malları topdan satış qaydasında satdığına dair izahat yazdıraraq həmin izahatı pozuntunun sübut edilməsi üçün əsas kimi tutmuş, lakin həmin malları alan subyektləri, yəni vergi ödəyicilərini müəyyən etməmiş, həmin vergi ödəyicilərə həqiqətən cəmiyyət tərəfindən topdan satış qaydasında malların satılması faktını sübuta yetirməmişdir. Yuxarı şikayət orqanı vergi orqanın üzərinə düşən vəzifəni iddiaçının üzərinə atmışdır. Bu hal da cavabdeh vergi orqanın vergi qanunvericiliyi ilə onun üzərinə qoyulmuş vergi qanunvericiliyinin pozulması faktının sübut etmək vəzifəsindən boyun qaçırmaq məqsədini güdür. Bunun üçün aşağıdakılar göstərilməlidir. Vergi Məcəlləsinin 53.3-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunan normaların məzmunundan görünür ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının üzərinə düşür. Vergi orqanı isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız aldatmaqla yazdırılmış izahata əsaslanaraq operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə akt və məsuliyyət qərarı tərtib etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Başqa sözlə desək, əgər vergi orqanı və ya şikayətə baxan yuxarı inzibati orqan satılmış malların məhz topdan satış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını (alan şəxslərdən izahat almaqla və ya digər tutarlı sübutlarla) sübut edə bilsəydi, bu təqdirdə iddiaçı da həmin malların məhz son istehlak üçün satıldığını sübut etməyə çalışardı və bununla bağlı müvafiq sübutları vergi orqanına və ya şikayətə baxan yuxarı vergi orqanına təqdim edərdi. Operativ vergi nəzarətin nəticəsi üzrə tərtib edilən aktların məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2020-ci ilin yanvar – dekabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 5106 çek üzrə 4 395 853,2 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Qeyd olunmalıdır ki, "xxxx" MMC uzun müddətdir ki, vergi ödəyicisi olaraq ölkə ərazisinə müxtəlif çeşiddə divar kağızları (oboyları) idxal etməklə onların həm topdan, həm də ki, pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. İddiaçının fəaliyyəti həm topdan satışla yanaşı, pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də vergi orqanların uçot baza məlumatlarında iddiaçının fəaliyyəti topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi qeydiyyata alınmışdır. Lakin yuxarı inzibati orqanlar öz qərarlarında bəzi çeklər üzərində daxil olan məbləğlərin fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi həddən artıq olmasını əsas gətirməklə həmin satışların topdan satış kimi satılması ehtimalları irəli sürmüşlər. Halbuki, Vergi Məcəlləsinə nəzər yetirildikdə görünür ki, “topdansatış” və “pərakəndə satış” anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Belə ki, həmin Məcəllənin 13.2.62-ci maddəsində qeyd edilmişdir ki, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni Məcəllənin 13.2.63-ci maddəsində isə göstərilmişdir ki, topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan anlayışlardan aydın olur ki, pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydaların 1.2-ci bəndində təsbit edilmişdir ki, elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.4-ci bəndində göstərilmişdir ki, elektron qaiməfaktura yalnız vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Sadalanan qanunvercilik normalarından görünür ki, topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda (VÖEN-ni) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaiməfaktura təqdim edə biləsən. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Yəni, adi vətəndaş müəssisənin pərakəndə satış mərkəzinə yaxınlaşaraq son istehlak məqsədilə özü üçün 100 ədəd mal ala bilər və bu pərakəndə satış kimi qəbul edilməli, eyni qaydada da fərdi sahibkar və ya hüquqi şəxs iddiaçıdan həmin maldan sahibkarlıq məqsədləri üçün 50 ədəd mal ala bilər və bu satış topdansatış kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik malların sayında və ya həcmində pərakəndə satışdan topdansatışa keçid həddi müəyyən etməmişdir. Belə olan halda, isə yuxarıda qeyd etdiyimiz kimi, misal üçün 20 ədəd eyni mal həm pərakəndə satış kimi, həm də topdansatış kimi satıla bilər və bu halda satışın məhz pərakəndə satışa yoxsa topdansatışa aid edilməsi üçün həmin malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməlidir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Malları alan şəxsin məqsədi isə son istehlak üçün olduqda pərakəndə satışa, sahibkarlıq fəaliyyəti üçün olduqda isə topdansatışa aid edilməlidir. Lakin təəssüflər olsun ki, operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən iddiaçının yanvar – dekabr 2020-ci il dövrü ərzində olan satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Beləliklə, iddiaçı pərakəndə qaydada satdığı mallara görə nəzarət kassa aparatına vurulan çeklərdə məbləğlərin böyük olmasına görə vergi orqanı bu halı sübut edə bilməsə də, ehtimallara əsaslanaraq belə qənaətə gəlmişdir ki, həmin satılmış mallar topdan satış kimi satılmışdır. Lakin təəssüflər olsun ki, vergi orqanları operativ vergi nəzarət və inzibati araşdırma zamanı bir sübut belə əldə edə bilmədilər ki, təsdiq etsinlər ki, güya "xxxx" MMC həqiqətən həmin malları topdan satış kimi təqdim etmişdir. Sübut kimi isə yalnız çeklərdə olan məbləğlərin böyüklüyünə və cəmiyyətin rəhbərini riskli vergi ödəyicilər siyahısından çıxarılması ilə bağlı aldadaraq yazdırdıqları izahata əsaslanmışlar. Çeklərə nəzər yetirilsə də, görmək olur ki, elə günlər var ki, ümumiyyətlə nəzarət kassa aparatına çek vurulmayıb, elə günlər var ki, bir və ya bir neçə dəfəyə satılmış malların dövriyyəsi bölünərək nəzarət kassa aparatına daxil edilibdir. Buna səbəb isə, satışların çox olması səbəbindən hər bir satış üzrə nəzarət kassa aparatına məbləği daxil etmək demək olar ki, mümkün deyildi. Belə olan təqdirdə, isə bir və yaxud bir necə gündə olan satışların həcmini vaxta qənaət etmək baxımından toplayaraq həmin gündə bir və ya bir neçə dəfəyə nəzarət kassa aparatına daxil edilirdi. Lakin aydın məsələdir ki, bu halda heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq bütün satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergilər dövlət büdcəsinə ödənilmişdir. İddiaçı tərəfindən törədilən yeganə pozuntu isə hər bir pərakəndə satış üzrə ayrı çekin nəzarət kassa aparatına vurulmaması olmuşdur. Lakin belə olduğu təqdirdə də, vergi orqanı yalnız həmin pozuntunu bilavasitə aşkar etdiyi halda VM-nin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilərdi. Çeklərdə məbləğlərin böyük olması isə vergi orqanı tərəfindən iddia etdiyi kimi VM-nin 58.13-cü maddəsini tətbiq edilməsi üçün əsas ola bilməz. Vergi Məcəlləsinin 53.3-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Göstərilənlərə əsasən, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi hüquqpozuntusu hadisəsi mövcud olmamış ondan ötrü ki, iddiaçının pərakəndə satış ilə satdığı malların dövriyyəsi vergi orqanı əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq topdansatış kimi qəbul edilsə də, malları alan şəxslərin həmin malları məhz sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları faktları sübuta yetirilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, vergi orqanı iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə tərtib edilmiş aktlar qanunsuz və əsassız olduğundan 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarları ləğv edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin xx.xx.2019-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” olduğu müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********349 nömrəli Qərarına və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4475 nömrəli qərarlarına əsasən Baş İdarənin əməkdaşları X9, X4, X5 və X6 tərəfindən xx.xx.2020-ci il tarixdə Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 19.606,0 manat dəyərində malların alış sənədinin olmadığı və 1.460.727,16 manat dəyərində malların elektron qaimə-faktura verilmədən satışı faktları aşkar edilərək, nəticələrinin xx.xx.2020-ci il tarixli DVX seriyalı 001516 nömrəli və 001542 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən nəzarət edilməsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlarla rəsmiləşdirilmiş, aktların Cəmiyyətin rəhbəri tərəfindən imzalanaraq və bir nüsxəsi qəbul edilmişdir. Nəzarət tədbiri zamanı Cəmiyyətin rəhbəri təqdim etdiyi izahatında aktda qeyd olunan 19.606,0 manat dəyərində malların elektron-qaimə faktura olmadan alındığını, 1.460.727,16 manat dəyərində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan satış qaydada nəzarət-kassa aparatı vasitəsi ilə satdığını, bununla bağlı sənəd təqdim edə bilmədiyini bildirmişdir. Tərtib edilmiş aktlar əsasında vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5519 və **********5531 nömrəli qərarlar qəbul olunaraq, vergi ödəyicisinə 1.960,6 və 146.072,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qəbul olunmuş qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr vergi orqanının xx.xx.2020-ci il tarixli **********651400 və **********653800 nömrəli məktubları ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktublar poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2020-ci il tarixdə saat 14:13-də oxunmuşdur. Bundan əlavə, Baş İdarənin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********348 nömrəli qərarına əsasən Baş İdarənin əməkdaşları X2 və X7 tərəfindən xx.xx.2020-ci il tarixdə Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 921.502,0 manat dəyərində malların elektron qaimə-faktura verilmədən satışı faktı aşkar edilərək, nəticəsinin xx.xx.2020-ci il tarixli DVX seriyalı 001543 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən nəzarət edilməsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, akt Cəmiyyətin rəhbəri tərəfindən imzalanaraq bir nüsxəsi qəbul edilmişdir. Nəzarət tədbiri zamanı Cəmiyyətin rəhbəri təqdim etdiyi izahatında aktda qeyd olunan malların elektron-qaimə faktura verilmədən nəzarət-kassa aparatı vasitəsi ilə satdığını, bununla bağlı sənəd təqdim edə bilmədiyini bildirmişdir. Tərtib edilmiş akt əsasında vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5529 nömrəli Qərar qəbul olunaraq, vergi ödəyicisinə 92.150,20 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi orqanının xx.xx.2020-ci il tarixli **********652100 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş məktublar poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2020-ci il tarixdə saat 14:13- də oxunmuşdur. Həmçinin, baza məlumatlarına əsasən MMC-nin 2020-ci ildə cəmi 27.269,3 manat ƏDV dəyərində malı (divar kağızı və yapışqan) elektron qaimə-faktura ilə vergi ödəyiciləri X10 (VÖEN **********) və "xxxx" QSC-yə (VÖEN **********) satdığı, mal satışının əksər hissəsini nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi, qeyd olunan dövr ərzində ümumilikdə 5106 çek üzrə 4.395.853,2 manat nəzarət-kassa aparatına mədaxil olunduğu, seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: xx.xx.2020-ci il tarixli 11640,0 manatlıq 93 nömrəli çek üzrə vahidinin qiyməti 8 manat olmaqla 1455 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 6282,0 manatlıq 103 nömrəli çek üzrə vahidinin qiyməti 18 manat olmaqla 349 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 23976,0 manatlıq 111 nömrəli çek üzrə vahidinin qiyməti 27 manat olmaqla 888 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 4004,0 manatlıq 128 nömrəli çek üzrə vahidinin qiyməti 11 manat olmaqla 364 ədəd tesero markalı divar kağızı) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunduğu müəyyən olunmuşdur. Sözügedən hal faktiki olaraq topdan satış qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Belə ki, nəzarət tədbiri zamanı yol verilmiş nöqsanlar Cəmiyyətin rəhbəri tərəfindən operativ vergi nəzarəti tədbiri zamanı verdiyi izahatında da etiraf edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İddiaçı öz iddia ərizəsində vergi orqanının operativ vergi nəzarətin keçirilməsi haqqında qərarını əsaslandırmadığını, vergi orqanın operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarlarında Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsi əsasları göstərilmədiyini qeyd etmişdir. İddiaçının yuxarıda qeyd etdiyi mövqeyi tamamilə yanlış və əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən (xx.xx.2020-ci il tarixli KY201545304 və KY201545304 nömrəli) Çıxarışında yoxlamanın hansı əsaslarla təyin edildiyi göstərilmişdir (vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; Vergi Məcəlləsi, maddə 50.2.2). Həmçinin, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi vergi ödəyicisinin məhkəməyə müraciət etməsi vergi borcunu ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Vergi orqanı Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələblərini pozmamış, yoxlamanı vergi qanunvericiliyinə uyğun olaraq keçirmişdir. Həmçinin, vergi ödəyicisi iddia ərizəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)-510/2018 nömrəli, xx.xx.2018-ci il tarixli 2-1(102)- 1757/2018 nömrəli, xx.xx.2019-cu il tarixli 2- 1(102)-3327/2019 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1(102)-1947/2020 nömrəli qərarlarını məhkəmənin diqqətinə çatdıraraq, həmin qərarların məzmununda vergi orqanının kassasiya şikayətinin təmin edilməməsi əsaslarından biri kimi operativ vergi nəzarətin həyata keçirilməsi haqqında qərarın əsaslandırılmamasını göstərmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarda qeyd olunan Ali Məhkəmənin müvafiq qərarlarına diqqət yetirsək, mübahisə operativ vergi yoxlaması ilə bağlı olsa da mahiyyəti ilə fərqli işlərdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3278/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, iddiaçı barəsində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********349 nömrəli və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4475 nömrəli qərarları əsasında "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi oblektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2020-ci il tarixdə Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbarda həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 19.606,0 manat dəyərində malların alış sənədinin olmadığı və 1.460.727,16 manat dəyərində malların elektron qaimə-faktura verilmədən satışı faktları aşkar edilərək, nəticələri xx.xx.2020-ci il tarixli DVX seriyalı 001516 nömrəli və 001542 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Aktlar "xxxx" MMC-nin rəhbəri tərəfindən imzalanmış və aktların bir nüsxəsi ona təqdim edilmişdir. Tərtib edilmiş DVX seriyalı 001516 və 001542 nömrəli aktlar əsasında vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5519 və **********5531 nömrəli qərarlar qəbul olunaraq, vergi ödəyicisinə 1.960,6 və 146.072,73 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, xx.xx.2020-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Cəmiyyətin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 921.502,0 manat dəyərində malların elektron qaimə-faktura verilmədən satışı faktı aşkar edilərək, nəticəsi xx.xx.2020ci il tarixli DVX seriyalı 001543 nömrəli aktla rəsmiləşdirilmişdir. Qeyd olunan akt da cəmiyyətin rəhbəri tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Tərtib edilmiş DVX seriyalı 001543 nömrəli akt əsasında vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5529 nömrəli qərar qəbul olunaraq, vergi ödəyicisinə 92.150,20 məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq, nəzarət tədbiri zamanı Cəmiyyətin rəhbəri təqdim etdiyi izahatlarında 19.606,0 manat dəyərində malların elektron-qaimə faktura olmadan alındığını, 1.460.727,16 manat və 921.502,0 manat dəyərində malların ayrı-ayrı vergi ödəyicilərinə topdan satış qaydada nəzarət-kassa aparatı vasitəsi ilə satdığını, bununla bağlı sənəd təqdim edə bilmədiyini bildirmişdir. Qeyd olunanlardan göründüyü kimi, "xxxx" MMC-nin rəhbəri Hüseynov Rüfət malların elektron qaimə-faktura tərtib etmədən ümumilikdə 2.382.229,16 manat (1.460.727,16 manat və 921.502,0 manat) məbləğində malların satılması faktını etiraf etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 31 mart 2020-ci il tarixli qəbulda kölgə iqtisadiyyatının miqyasının azaldılması istiqamətində aparılan işlərin davam etdirilməsi, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin qarşısında mühüm vəzifələr qoymuşdur. İqtisadiyyat Nazirliyi vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə yanaşı, vergi inzibatçılığının təkmilləşdirilməsi yolu ilə də kölgə iqtisadiyyatının miqyasının daha da daraldılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər əsas etibarilə sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsinə və habelə qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsinə hesablanmışdır. Dövlət vergi orqanlarının apardıqları təhlillər nəticəsində yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət-kassa aparatına bir çek üzrə yüksək məbləğlərin, yəni fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunmuşdur. Sözügedən hallar vergi orqanının risk qiymətləndirilməsinə əsasən faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Bunlardan əlavə, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Beləliklə, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir və birbaşa “kölgə iqtisadiyyatı”nı yaradan əsas amillərdəndir. Faktiki olaraq topdan satış qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyaları “qara bazara” paylanır və vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır. Qeyd olunanları nəzərə alaraq vergi orqanları tərəfindən qeyd olunan hallar aşkar olunduğu halda malları “pərakəndə satış” adı altında rəsmiləşdirən vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək dövlət vergi orqanlarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş hüququdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 2.024.725,76 manat dəyərində mal qalığının olduğu qeyd edilmiş, eyni zamanda 2020-ci il ərzində 4.330.242,0 manat (ƏDV-siz) dəyərində mal idxal edilmiş və qaimə-faktura əsasında 3.391,44 manat dəyərində mal (iş və ya xidmət) alınmışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 5.106.055,0 manat dövriyyə göstərilmiş və elektron qaiməfaktura əsasında 22.262,14 manat dəyərində mal satışı həyata keçirilmişdir. İş materiallarında mövcud olan nəzarət-kassa aparatı barədə baza məlumatlarına əsasən 5106 çek üzrə 4.395.853,2 manat nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 860,91 manat), seçmə üsulu ilə nəzarət-kassa aparatının çeklərinə əsasən (nümunə: xx.xx.2020-ci il tarixli 11640,0 manatlıq 93 nömrəli çek üzrə vahidinin qiyməti 8 manat olmaqla 1455 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 6282,0 manatlıq 103 nömrəli çek üzrə vahidinin qiyməti 18 manat olmaqla 349 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 23976,0 manatlıq 111 nömrəli çek üzrə vahidinin qiyməti 27 manat olmaqla 888 ədəd tesero markalı divar kağızı, xx.xx.2020-ci il tarixli 4004,0 manatlıq 128 nömrəli çek üzrə vahidinin qiyməti 11 manat olmaqla 364 ədəd tesero markalı divar kağızı) fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunduğu və qeyd olunan çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Həmçinin, iş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara əsasən nəzarət-kassa aparatına mədaxil olunmuş 4759 sayda çekin cəmi 173 şəxs arasında (1 şəxsə orta hesabla 27 çek) bölüşdürülməsi halları aşkar olunmuşdur. İş materiallarında mövcud olan geri qaytarılmış ƏDV məbləğlərinə dair məlumatlara nəzər yetirilsə, görünər ki, nəzarət-kassa aparatına ümumi dəyəri 149.863,02 manat olan 308 sayda, ümumi dəyəri 123.879,00 manat olan 215 sayda, ümumi dəyəri 82.847,00 manat olan 215 sayda, ümumi dəyəri 81.135,00 manat olan 95 sayda, ümumi dəyəri 61.120,30 manat olan 83 sayda, ümumi dəyəri 42.755,00 manat olan 82 sayda, ümumi dəyəri 59.985,70 manat olan 79 sayda çek eyni şəxslərə verilmişdir. Göründüyü kimi, iddiaçının 3.590.766,02 manat məbləğində malı 173 şəxsə 4759 çek vasitəsilə pərakəndə qaydada satması qeyri-mümkündür. Sübuta ehtiyacı olmayan haldır ki, malları bu cür (iri həcmdə, iri partiyalarla) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Göründüyü kimi, vergi ödəyicisinin fərqli şəxslərə pul vəsaitlərinin nəzarət-kassa aparatına eyni vaxtlarda, qısa vaxt aralığında pərakəndə qaydada mal satması qeyri-mümkündür. Reallıqda ay ərzində yalnız bir neçə halda, məsələn 3-4 halda mümkündür ki, hər hansı bir şəxs anbara müraciət edərək pərakəndə qaydada öz şəxsi istehlakı üçün mal alsın. Sübuta ehtiyacı olmayan haldır ki, anbardan malları yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edərək topdan alır. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və onun hərəkətləri işgüzar adət ilə xarakterizə edilir. Mülki Məcəllənin 10.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilməməyindən asılı olmayaraq, işgüzar adət sayılır. Beləliklə, sahibkarlıq fəaliyyətinin müəyyən edilməsi şəxsin mənfəət götürmək məqsədi ilə, habelə onun sahibkarlıq fəaliyyəti olması geniş tətbiq edilən davranış qaydası ilə müəyyən edilir. Adətən sahibkarlıq fəaliyyətinin xüsusiyyəti kimi malların pərakəndə deyil, əmtəə partiyası ilə alqısatqısının həyata keçirilməsidir. Bu baxımdan sahibkarın fəaliyyət göstərməsi üçün əmtəə partiyası ilə mal alması onun fəaliyyətinin işgüzar adətidir. Göründüyü kimi pərakəndə qaydada alınan mallar deyil, iri əmtəə partiyaları ilə malların alınması sahibkarlığın işgüzar adəti hesab edilir və belə mal alan həmin əmlakdan istifadə edib mənfəət əldə etmək niyyətindədir. Mülki Məcəllənin 324.5-ci maddəsində qeyd edilir ki, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Lakin vergi ödəyicisində normal alış həcmlərindən çox iri həcmli alışlar həyata keçirilir ki, məhz bu da bu alışın pərakəndə ticarət sahəsində formalaşmış işgüzar adət və ağlabatanlıqla eynilik təşkil etmir. Əksinə, sahibkarlıq subyektlərinin işgüzar adəti ilə eynilik təşkil edir. Bu baxımdan malların alınması əqdi üzrə əməliyyatın pərakəndə satış çərçivəsində olub-olmaması Mülki Məcəllənin 324-cü maddəsinə uyğun olaraq hərfi mənaya görə (yəni NKA çeki ilə rəsmiləşdirildiyinə görə pərakəndə satışdır deməyə əsas vermir) deyil, ağlabatan mühakimə ilə olmalıdır. Həmçinin, Dövlət Vergi Xidmətinin məlumat bazasında İddiaçı MMC-nin operativ vergi nəzarəti keçirilən dövrdə əsas fəaliyyət növü ******* - “Malların saxlanması və anbarlara yığılması” üzrə fəaliyyət olaraq qeyd edilmişdir. Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin təsərrüfat subyektlərinin (obyektlərinin) (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbar və ünvan 1 ünvanda yerləşən obyekt) əsas fəaliyyət növü 52101 kodu ilə - “Malların saxlanması və anbarlara yığılması” üzrə fəaliyyət olaraq qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən qanun pozuntusuna yol verdiyi üçün barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********5531 və **********5529 nömrəli qərarlar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilməlidir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə əsaslı olmayan qərar qəbul etmişdir. Yoxlamanın təyin edilməsi üçün əsas Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir ki, qeyd olunan məlumatlar (gömrük bəyannamələri, NKA-nın hesabatları və elektron qaimə-fakturalar barədə hesabatlar) vergi orqanlarının baza məlumatlarında olan sənədlər və hesabatlardır ki, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir. Həmçinin, iş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlarda yoxlamanın təyin edilməsi üçün əsas “Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar”ın olması qeyd olunmuşdur. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərarda isə göstərilməli olan məlumatlar Vergi Məcəlləsinin 50.3-cü maddəsi ilə müəyyən olunmuşdur. Həmin normaya görə, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Qeyd olunan maddənin imperativ xarakterli norma olduğunu nəzərə alaraq hesab edirlər ki, qanunverici orqan birmənalı şəkildə qərarda göstərilməli olan məlumatların dairəsini müəyyən etmişdir. Digər tərəfdən, qərarda hüquqi əsas kimi Vergi Məcəlləsinin 50-ci maddəsinə istinad olunmuş və həmin norma əsas tutularaq qərar qəbul edilmişdir. Nəticə etibarı ilə, qərarda Vergi Məcəlləsinin 50.2-ci maddəsinə qeyd olunan əsasların biri və ya bir neçəsi olduğu təqdirdə qərarda göstərilməli məlumat olması kimi imperativ göstəriş yoxdur. Həmçinin məhkəmə qərarda bildirir ki, “Vergi orqanının 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Başqa sözlə, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyası hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Sözüqedən normaların təhlilindən belə qənaətə gəlmək olur ki, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi bir daha buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdr. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi qanunvericiliyində operativ vergi nəzarəti zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquqpozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən müddət ərzində baş verməsi tələb olunmur. OVN-nin əhatə etdiyi məsələlərin siyahısına nəzər saldıqda bir daha aydın olur ki, nəzarətin bu forması yalnız cari fəaliyyətlə məhdudlaşmır. Konkret şəxslərə münasibətdə bir təqvim ayı ərzində nağd hesablaşmaların aparılması üçün yuxarı hədd müəyyən edilmişdir. Bu qaydaya əməl edilib-edilməməsi vəziyyətinə operativ vergi nəzarəti həyata keçirmək üçün hər bir halda bir təqvim ayı ərzində baş vermiş əməliyyatlar əhatə olunmalıdır. Göründüyü kimi qanunvericilik birbaşa olaraq OVN vasitəsilə keçmiş zaman kəsiyində baş vermiş əməliyyatların təftiş edilməsinə imkan verir. Eyni nümunələri VM-nin 50.1.9-cu, 50.1.13-cü və digər maddələrinin timsalında davam etdirmək mümkündür. Məhkəmə heç bir halda operativ vergi nəzarətinin məhz nəzarət həyata keçirilən dövrdə aşkar olunan nöqsanların, hüquq pozuntularının müəyyən edilməsindən ibarət olduğunu hüquqi cəhətdən əsaslandırmamış, operativ vergi nəzarətinin mahiyyətini isə ona xələl gətiriləcək şəkildə təhrif etmiş və məhdudlaşdırıcı təfsir etmişdir. Məhkəmə operativ vergi nəzarətinin mahiyyətinə qanunvericiliyin tələb etdiyi şəkildə deyil, şəxsi mülahizələrinə əsasən və gəldiyi nəticəyə xidmət edəcək şəkildə anlayış vermişdir. Məhkəmə tərəfin irəli sürdüyü hər hansı bir dəlilini, arqumentini və faktını rədd edərkən həmin dəlilin rədd səbəblərini əsaslandırılmış şəkildə və ona konkret hüquq norması tətbiq etməklə əsaslandırmalıdır. Lakin bu iş üzrə məhkəmə heç bir əsaslandırma aparmadan, bəzən hətta qanunvericilikdə konkret tənzimləmə olduğu halda qanunun tələblərinə zidd anlayış verməklə qəbul etdiyi məhkəmə aktını əsaslandırmağa çalışmışdır. Bu isə məhkəmə qərarının şübhə altına alınması üçün konkret əsaslar yaradır. Məhkəmə işin faktiki hallarını düzgün müəyyən etməyərək dəlil olaraq ifadə etmişdir ki, “Qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satiş fəaliyyətini qadağan etmir". Halbuki bu şəkildə olan qadağanın ifadə edilməsi cavabdeh üçün söhbət mövzusu olmamışdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq edərək, hər iki fəaliyyətlə məşğul olmağın icazəli olmasını sübut etmək üçün istifadə etmişdir. Halbuki, iddiaçı bu dəlili təkzib edəcək hər hansı dəlil irəli sürməmişdir. İddiaçı yalnız Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə istinad etmişdir ki, həmin bəndə əsasən də topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Sözügedən norma topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində pərakəndə satışı qadağan edir. Bu baxımdan, məhkəmə iddiaçının dəlillərini normanın məzmununa zidd şəkildə təhrif etmişdir. Bu baxımdan, iddiaçının dəlilləri sadəcə topdansatış fəaliyyətini pərdələmək üçün istifadə edilmişdir. Həmçinin, məhkəmənin qəbul etdiyi qərarında özünün müəyyən etdiyi halı, yəni iddiaçının rəsmi fəaliyyətinin topdansatış ticarət fəaliyyəti olması halını və yuxarıda qeyd olunan arqumentləri nəzərə almaqla hesab olunur ki, iddiaçının təqdim etdiyi arqument və dəlillər ziddiyyətlidir. Məhkəmə isə bu ziddiyyətlərin aydınlaşdırılması istiqamətində hər hansı bir addım atmadan işin formal hallarına əsasən iddianı qanunsuz və əsassız olaraq təmin etmişdir. Belə ki, məhkəmə və inzibati mübahisənin hər iki tərəfi üçün işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının əsas fəaliyyəti məhz topdansatış ticarət fəaliyyətidir. Nəticə etibarı ilə, məhkəmə cavabdehin dəlillərini təhrif edərək yanlış maddi hüquq normalarını inzibati mübahisə üzrə tətbiq etmişdir. Məhkəmə inzibati məhkəmə icraatının vacib prinsipi olan və İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə əsasən vəzifəsinə görə iş üzrə obyektiv həqiqəti müəyyən etmək öhdəliyini daşıyır. Yəni, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş malların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir. Təbii ki, bütün dövriyyə üzrə məbləğlərin NKA-ya mədaxil edilməsi topdansatış ticarət fəaliyyətinin pərdələnməsi məqsədilə tətbiq edilmişdir. Digər tərəfdən də NKA-nın obyektdə quraşdırılması heç bir vergi ödəyicisinə qanunvericiliyin tələbini pozaraq topdansatış əməliyyatlarını nəzarətkassa aparatı çeki ilə rəsmiləşdirilməsi hüququnu vermir. Bu, qanunvericiliyin tələbidir və obyektdə kassa aparatının mövcudluğu qanunun tələbindən üstün deyil, yaxud qanunun tələbinin icrasını istisna etmir. Habelə, obyektdə NKA-nın mövcudluğu həmin vergi ödəyicisinin fəaliyyət növünün pərakəndə satış fəaliyyətindən ibarət olmasını təsdiq etmir. Məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, gəldiyi nəticəyə əsas olmuş işin faktiki halları barədə heç bir məlumat verməmişdir. İşin faktiki hallarını düzgün müəyyən etməyən məhkəmə iş materiallarında olan və bir-birini təkzib etməyən heç bir sübuta söykənmədən qeyd olunan nəticəyə gəlməsi anlaşılan və ağlabatan deyildir. Şəxsin topdansatış ticarət fəaliyyəti ilə məşğul olması sübut olunduğu üçün onun mallar təqdim edilən zaman elektron qaimə-faktura təqdim etməsi Vergi Məcəlləsinin 16.1.11-6 maddəsi ilə vəzifə olaraq müəyyən edilmişdir. Maliyyə sanksiyası tətbiq edilən məbləğin pərakəndə ticarət fəaliyyətinin nəticəsi olduğunu sübut edə bilməyən, yəni müəyyən edə bilməyən məhkəmə işin faktiki hallarını təhrif etmiş və nəticədə yanlış qənaət ifadə etmişdir. Yuxarıda qeyd olunan şəkildə iddiaçının izahatı və təqdim edilmiş sənədlər arasında kifayət qədər ziddiyyət olduğu halda bu ziddiyyətlərin aydınlaşdırılması üçün heç bir addım atmamış, bütünlüklə sübutetmə yükünü cavabdehin üzərinə qoymuşdur. Məhkəmə iddiaçının satdığı malların alıcısı olduğu şəxslərin müəyyən edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuş, həmin vəzifənin icra ediməməsi üzrə nəticəni isə iddiaçının xeyrinə şərh etmişdir. Halbuki, məhkəmənin inzibati məhkəmə icraatının prinsiplərindən doğan obyektiv həqiqəti müəyyən etmək vəzifəsi vardır ki, bu vəzifə də birmənalı şəkildə alıcı olan şəxslərin müəyyən edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin məhkəmə məhkəmə icraatı boyu ancaq cavabdehin vəzifələri üzərindən prosesi təşkil etmiş və bu şəkildə də nəticəyə gəlmişdir. Halbuki, cavabdehin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı kifayət qədər dəlillər irəli sürülmüşdür. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün istinad etdiyi hər hansı bir sübut haqqında məlumat verməmiş, yəni hansı sübutlar əsasında sözügedən nəticəyə gəldiyi məlum deyildir. Cavabdeh tərəfindən təqdim olunmuş dəlillərin isə rədd edilmə əsaslarını qəbul etdiyi qərarında ehtimallara söykənərək münasibət bildirmişdir ki, bu da tərəfin məhkəmə qərarının şübhə doğurmamaq hüququnu pozmuşdur. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə iş materiallarında olan sübutları araşdırmamış, cavabdehin dəlilləri üzrə münasibət bildirməmişdir. Məhkəmə inzibati mübahisə üzrə inzibati məhkəmə icraatı çərçivəsində obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir araşdırma aparmadan inzibati məhkəmə icraatının prinsiplərinə zidd olan sübutların üstünlüyü prinsipindən yararlanmışdır ki, bu sübutetmə standartı da mülki məhkəmə icraatının prinsiplərinə uyğun gəlməkdədir. Belə ki, məhkəmə inzibati məhkəmə icraatının vacib və sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipinin mahiyyətinə uyğun olan mütləq həqiqətin müəyyən edilməsi üzrə ağlabatan bütün səyləri göstərməli olduğu halda göstərməmiş, iş üzrə tətbiq edilməli olan əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməmiş və nəticədə obyektiv həqiqət müəyyən edilməmiş qalmışdır. Məhkəmə qəbul etdiyi qərarı bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul etmişdir. Belə olan halda məhkəmə qərarının şübhə altına alınması üçün birmənalı əsas yaranmışdır. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin yuxarıda qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2- 1(103)-1729/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2268/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 may 2023-cü il tarixli, 2-1(103)-1729/2023 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “iddiaçı iddia ərizəsində AR İN Apellyasiya Şurası tərəfindən inzibati şikayətəbaxılaraq yalnız 13 avqust 2021-ci il tarixdə qərar qəbul edildiyindən və həmin qərar 22 sentyabr 2021-ci il tarixdə elektron poçt vasitəsi ilə iddiaçıya göndərildiyindən iddia müddətini ötürülməməsini qeyd etsə də, lakin bu iş materialları ilə sübuta yetirilmir. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürsə də, işə baxan məhkəmə iddia müddəti ilə bağlı göstərilən şərtə əməl olunubolunmadığını araşdırmamışdır. Halbuki, hazırkı qərarın 23-cü bəndində göstərilən Ali Məhkəmə Plenumununhüquqi mövqeyinə görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və mümkünlük şərtlərinin mövcudluğunu məhkəmətərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalı, buzaman ilk növbədə iddia müddətlərinə riayət edilibedilmədiyinə qiymət verməlidir... İşə təkrar baxan məhkəmə iddia müddəti ilə bağlı mümkünlük şərtlərinə Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq qiymət verməlidir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və iddiaya etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3278/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Əsaslandırıcı hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi iddia tələbinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı iddianın mümkünlüyünə hüquqi qiymət verilməsi məqsədi ilə iş üzrə araşdırma aparılmışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı mübahisələndirilən qərardan inzibati şikayət vermiş və DVX-nin İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 9 aprel 2021-ci il tarixli **********088900 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, vergi orqanı tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, DVX-nin qərarından iddiaçı narazı qaldığı üçün yuxarı inzibati orqan olan AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş 13 avqust 2021-ci il tarixli 55 nömrəli qərarla iddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, “İnzibati şikayətin təmin edilməməsi haqqında” 9 aprel 2021-ci il tarixli **********088900 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının sözügedən qərarı iddiaçıya elektron poçt vasitəsi ilə (e-mailə) yalnız 22 sentyabr 2021-ci il tarixdə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş elektron çıxarışdan görünür ki, 22 sentyabr 2021-ci il tarixdə saat 11:18-də Ramil Mirzəzadə (Ramil.MElektron ünvan 1) elektron poçtundan Elektron ünvan 2 elektron poçtuna, daha sonra saat 12:03-də Mirparvin A.Ağayev (Mirparvin.AElektron ünvan 3) elektron poçtundan bir daha Elektron ünvan 2 elektron poçtuna, sonuncu isə saat 14:18-də Elektron ünvan 4 elektron poçtuna fayl göndərir. Elektron poçtun qoşmasında isə 55 saylı Qərar, xx.xx.2021-ci il qeyd edilmişdir. Qeyd edilən çıxarışdan aydın olur ki, iddiaçı AR İN Apellyasiya Şurasının qərarını 22 sentyabr 2021-ci il tarixində elektron formada əldə etmiş və həmin qərardan məlumatlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının Əsasnaməsinin 7.9-cu bəndində göstərilmişdir ki, Apellyasiya Şurasının qərarının əslinin şikayətçiyə göndərməsi və ya rəsmi təqdim edilməsi məcburidir. Apellyasiya Şurasının qərarlarının və məktublarının aidiyyəti üzrə göndərməsini Katiblik təşkil edir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21/2- 4260/2024 saylı məktubla təqdim edilmiş poçt qaiməsindən görünür ki, Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli, 55 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə rəsmi olaraq iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi Əsasnamənin tələblərinə görə Qərarın əsli yalnız xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Hətta qərarın 22 sentyabr 2021-ci il tarixində e-mail vasitəsilə iddiaçıya göndərilməsi rəsmi təqdimetmə kimi qiymətləndirilsə belə, iddiaçı məhkəməyə müddət ötürülmədən 21 oktyabr 2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülmədiyindən iddia mümkün sayılmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. 1.3-cü bəndinə əsasən bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti (xx.xx.2023-cü ilədək olan redaksiya). 1.3.1. pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə elektron qaimə-faktura) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyəti. 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaiməfaktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 4.3-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Hazırkı işin hallarından görünür ki, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********349 saylı və həmin qərara əlavələr edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarları ilə iddiaçı "xxxx" MMC-yə (bundan sonra “Cəmiyyət” və ya “İddiaçı” adlanacaq) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsində yerləşən anbarda və xx.xx.2020-ci il tarixli **********348 saylı qərarı ilə cəmiyyətə məxsus ünvan 1 ünvanda yerləşən obyektdə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2020-ci il tarixli DVX seriyalı 001542 və 001543 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" Aktlar tərtib edilmişdir. Sözügedən aktlarda iddiaçının təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı nəzarət-kassa aparatının yaddaşına daxil edilmiş müvafiq obyektlərdə 1 460 727,26 manat və 921 502,00 manat dəyəri olan satışa elektron qaimə-fakturanın təqdim edilmədiyi qeyd edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən müvafiq olaraq 146 072,72 manat və 92 150,20 manat, ümumilikdə 238 222,92 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan aktların məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının 2020-ci ilin yanvar - dekabr dövrü ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 4 395 853,2 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin aktlara, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilmişdir. Sözügedən qərarlarla cəmiyyətə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 146 072,73 manat və 92 150,20 manat, ümumilikdə 238 222,92 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərardan iddiaçı inzibati şikayət vermiş və DVXnin İnzibati şikayətlərə baxılması baş idarəsinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 9 aprel 2021-ci il tarixli **********088900 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, vergi orqanı tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarlar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, Dövlət Vergi Xidmətinin qərarından iddiaçı narazı qaldığı üçün yuxarı inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş 13 avqust 2021-ci il tarixli 55 nömrəli qərarla iddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, “İnzibati şikayətin təmin edilməməsi haqqında" 9 aprel 2021-ci il tarixli **********088900 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin qərarlarda Vergi Məcəlləsinin 50.2-ci maddəsində (operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar) qeyd edilən hər hansı əsasa istinad edilməmişdir, bununla da cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz, Vergi Məcəlləsinin 50.3-cü maddəsinin tələblərindən də göründüyü kimi, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Bu hal cavabdeh tərəfindən Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, parakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hazırkı halda parakəndə satış növü ilə məşğul olan təsərrüfat subyektində bir malın eyni vaxtda toplu halında satılmasını topdansatış ticarət fəaliyyəti kimi qəbul edilməsi üçün cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir, bununla bağlı cavabdehin dəlilləri əsassızdır. Cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət-kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət-kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə-faktura əsasında təqdim etməli olması kimi qiymətləndirilməsi əsassız sayılmalıdır. Cavabdeh qəbul etdiyi inzibati aktla iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmur. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən malların alıcıya satışının son istehlak məqsədi üçün deyil, sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bildirsə də bunu sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri, eləcə də onlar tərəfindən iddiaçıdan elektron qaimə-faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına daxil olmuş hər hansı şikayət və müraciət barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda o da qeyd olunmalıdır ki, qanunvericilik vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edib-edilməməsinə vergi nəzarəti forması kimi təsbit etmişdir. Vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir. Vergi qanunvericiliyində vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı isə vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Hazırki iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışlardan da görünür ki, səyyar vergi yoxlamalardan fərqli olaraq “yoxlanılan dövr” qarşısında əvvəlki tarix dövrləri deyil, məhz “cari fəaliyyət” sözləri göstərilmişdir ki, bu da bir daha operativ vergi nəzarət tədbiri zamanı yalnız həmin anda keçirilən tədbir zamanı aşkar edilmiş pozuntuların rəsmiləşdirilməsini ehtiva edir. Lakin vergi orqanı qeyd olunan normaların tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektlərində keçirdiyi operativ vergi nəzarət tədbirləri zamanı sonuncunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, təxminən 12 aylıq dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib olunmuş aktda qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal etmişdir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilən vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmamışdır. Qeyd olunduğu kimi, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə (Vergi Məcəlləsinin 36, 83-cü maddələri), cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə vergi qanunvericiliyinin tələblərinə zidd olmaqla faktiki olaraq səyyar vergi yoxlaması aparmışdır. Dövlət Vergi Xidmətinin məlumat bazasında iddiaçının əsas fəaliyyət növünün malların saxlanılması və anbarlara yığılması üzrə fəaliyyət olaraq qeyd edilməsi barədə cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin vergi orqanında malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Belə ki, iddiaçının operativ vergi nəzarət tədbirinin keçirildiyi 21 dekabr 2020-ci il tarixədək vergi orqanların uçot-baza məlumatlarında əsas fəaliyyəti 5210101-MALLARİN SAXLANMASİ VƏ ANBARLARA YİĞİLMASİ ÜZRƏ FƏALİYYƏT qeyd edilsə də, əlavə fəaliyyət növləri kimi isə 4644001-DİVAR KAĞİZLARİNİN TOPDAN SATİŞİ fəaliyyəti qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının əsas fəaliyyəti malların saxlanması və anbarlara yığılması olsa da, əlavə fəaliyyətində isə həmçinin topdan satış fəaliyyəti də mövcuddur. Bu isə iddiaçının yalnız malların saxlanması və anbarlara yığılması fəaliyyəti ilə deyil, bir neçə fəaliyyət növü ilə məşğul olmasına dəlalət edir. Həmçinin, iddiaçı operativ vergi nəzarət tədbirləri keçirildiyi təsərrüfat obyektlərində nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı müraciət etmiş və cavabdeh vergi orqanı həmin nəzarət-kassa aparatlarını qeydiyyata almışdır. Təsərrüfat obyektlərinə nəzarət-kassa aparatının quraşdırılması bir daha təsdiq edir ki, iddiaçıya operativ vergi nəzarət tədbirlərin keçirildiyi obyektlərdə cavabdeh vergi orqanı tərəfindən heç bir etiraz edilməmiş və razılıq verilmiş, bununla da iddiaçının pərakəndə satış fəaliyyəti də qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keçirdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Göstərilən qaydaların tələblərindən də görünür ki, vergi ödəyicisinin topdansatışla yanaşı digər fəaliyyət növləri ilə də məşğul olmasına qanunvericilik qadağan etmir və yalnız belə olan halda həmin fəaliyyət növləri üzrə malların mədaxili və məxaricinin uçotunu ayrılıqda aparılmasını təsbit edir. Bu hal isə bir daha cavabdehin topdansatışla məşğul olan vergi ödəyicisinin eyni zamanda pərakəndə satış fəaliyyəti ilə məşğul olmasının qadağan olmasına dair dəlilinin əsassız olduğunu təsdiq edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir. Göründüyü kimi mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş 29 dekabr 2020-ci il tarixli **********5531 saylı və **********5529 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh inzibati orqanın verdiyi apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3278/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar