Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1443/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5899/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq ona 60 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 60 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Artıq xx.xx.2019-cu il tarixə ümumi sığorta stajı 25 il olmaqla, bu müddətin 12 il 6 aydan çox müddəti əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid staj olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müvafiq sənədlərlə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin orqan tərəfindən ümumi iş stajının 25 ildən az, yəni 24 il 6 ay 24 gün olması əsas gətirilərək ona güzəştli şərtlərlə pensiya təyinatından xx.xx.2021-ci il tarixli məktubla imtina edilmişdir. Mərkəzə təqdim etdiyi ona məxsus xx.xx.1986-cı il tarixli İT-№0848997 nömrəli və xx.xx.1989-cu il tarixli İT- İ №1939415 nömrəli əmək kitabçalarından, şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış və hərbi biletdən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixə artıq onun güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə ki, hərbi xidmət dövrü- (xx.xx.1977- xx.xx.1979-cu il) 2 il 1 ay 3 gün (əsas: hərbi bilet); əmək fəaliyyəti üzrə sığorta stajı;) (xx.xx.1979- xx.xx.1983) 3 il 10 ay 26 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 2-3-cü səhifələr), (xx.xx.1983-xx.xx.1986) 2 il 10 ay (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 3-5 səhifələr) qeyd: Həmin müddət Mərkəz tərəfindən hər hansı səbəb göstərilmədən iş stajı kimi nəzərə alınmamışdır. (xx.xx.1986- xx.xx.1986) 1 ay 5 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 4-5 səhifələr), (xx.xx.1986- xx.xx.1986) 1 ay 29 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 4-5 səhifələr), (xx.xx.1986xx.xx.1986) 1 ay 2 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 6-7 səhifələr), (xx.xx.1987- xx.xx.1987) 1 ay (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 8-9 səhifələr), (xx.xx.1987- xx.xx.1987) 2 ay 15 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 8-9 səhifələr), (xx.xx.1988-01.1 1.1988) 9 ay 2 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 10-11 səhifələr), (xx.xx.1988- xx.xx.1989) 6 ay 10 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 12-13 səhifələr), (xx.xx.1989- xx.xx.1989) 5 ay 20 gün (əsas: İT- №0848997 nömrəli əmək kitabçası 12-13 səhifələr), (xx.xx.2005- xx.xx.2006) 1 il 24 gün (əsas: İT-İ №1939415 nömrəli əmək kitabçası 4-5 səhifələr).qeyd: Göstərilən müddətdən 3 ay 2 gün əksik hesablanmışdır. (xx.xx.2006 -xx.xx.2021) 14 il 11 ay 25 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndində/ 11.1.a/ (yarımbəndində) müəyyən edimiş sahənin və vəzifənin xüsusiyyəti ilə eynidir. (əsas: "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 92 nömrəli xx.xx.2021-ci il tarixli arayışı). İddiaçı hal hazıradək həmin işlərdə işləyir. Göründüyü kimi pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixə 25 il ümumi iş stajına malik olmuş, bu müddətin 12 il 6 aydan çox müddəti 12 il 8 ay 14 günü güzəştli şərtlərlə pensiya hüququ verən işlər olmuşdur. Artıq həmin tarixdə 60 yaşı tamam olmuşdur və pensiya kapitalında əmək pensiyasının minimum məbləğindən az olmayan vəsait vardır. Lakin Mərkəz tərəfindən pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixə kimi olan iş stajı (xx.xx.1983-xx.xx.1986) 2 il 10 ay və (xx.xx.2005-xx.xx.2006) 1 il 24 gündən 3 ay 2 gün əksik hesablanmaqla ümumilikdə 3 il 1 ay 2 gün müddət əsassız olaraq iş stajı kimi nəzərə alınmamışdır. Cavabdeh orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 15 yanvar 1986-ci il tarixli İT-İ ******* nömrəli və 30 yanvar 1989-cu il tarixli İT- İ ******* nömrəli əmək kitabçalarında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 24 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5899/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun şəkildə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və işin faktiki halları baxımından əsassız olduğundan iddia təmin olunmamalıdır. Belə ki, iddiaçının qanunla tələb olunan ümumi stajı 25 ildən azdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İnzibati işdən müəyyən olunur ki, iddiaçının 60 yaşı xx.xx.2018-ci ildə tamamlanmış, qanunvericiliklə tələb olunan ümumi və xüsusi iş stajı isə xx.xx.2019-cu ildən tamamlandığından həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əsas vermədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2cimaddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. İddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsi təşkil edir. - 9.1-ci maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: 1) müəyyən olunmuş yaş həddinə çatmalı; 2) 25 il ümumi iş stajı; 3) azı 12 il 6 ay xüsusi iş stajı mövcud olmalıdır. 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması, azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 60 yaşı xx.xx.2018-ci ildə tamamlanmışdır. Məhkəmə tərəfindən iddiaçının işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavoduna göndərilmiş sorğuya dair xx.xx.2023-cü il tarixli, A-22 nömrəli cavab məktubuna əsasən təqdim edilmiş şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair Arayışda İddiaçı xx.xx.2006-cı il tarixli, 159 nömrəli əmrlə işə qəbul olduğu, xx.xx.2023-cü il tarixdə həmin müəssisədə işləməyə davam etdiyi, işlədiyi vəzifə üzrə 16 il 7 ay 27 gün iş stajı olduğu, qeyd olunan vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ilin tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.1-ci bəndinin a) vəzifə kodunda müəyyən edilmiş sahənin və ya vəzifənin xüsusiyyətləri ilə eyni olduğu öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə aid olduğu sahə, icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. İddiaçının ümumi stajının 25 il olması işin mübahisələndirilən halıdır. İş materiallarından aydın olur ki, iddiaçı ilk olaraq 08 fevral 2021-ci il tarixində inzibati orqana müraciəti zamanı inzibati orqanın xx.xx.2021-ci il tarixli **********7 nömrəli imtina məktubundan aydın olur ki, iddiaçının müraciət tarixinə 24 il 6 ay 24 gün ümumi iş stajı mövcuddur, qanunla tələb olunan 25 illik ümumi iş stajı tamamlanmamışdır. Daha sonra iddiaçının 26 noyabr 2021-ci il tarixli müraciətinə inzibati orqan tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd edilir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz 15 yanvar 1986-ci il tarixli İT-İ ******* nömrəli və 30 yanvar 1989-cu il tarixli İT- İ ******* nömrəli əmək kitabçalarında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 24 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir”. Göründüyü kimi, iddiaçı iki dəfə 6 ay fasilə ilə inzibati orqana müraciət etmiş, baxmayaraq ki, iddiaçı həmin müddət ərzində fasiləsiz işləmişdir, inzibati orqan hər iki cavabında iddiaçının 24 il 6 ay 24 gün ümumi iş stajına malik olması dəlilini əsas gətirmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının xx.xx.1977xx.xx.1979-cu il (H3 № ******* nömrəli hərbi biletdə qeyd edilmiş hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdəki ümumi stajını qəbul etmişdir. Apellyasiya baxışında iş üzrə araşdırma zamanı məhkəmə kollegiyası tərəfindən yuxarıda sadalanan həmin dövrlər və iddiaçının əmək kitabçaları tədqiq edildikdə aydın olur ki, cavabdeh inzibati orqan iddiaçının Jdanov beton zavodunun dəmir-beton sexində fəhlə peşəsində işlədiyi xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək olan dövrü mübahisəsiz qəbul etdiyi halda, həmin zavodda xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək armaturçu peşəsində işlədiyi müddəti ümumi iş stajı kimi qəbul etməmişdir. Həmçinin, Keşlə ətkombinatı zavodunda işlədiyi xx.xx.1989-xx.xx.2004-cü illlərin və “X3 və Dış Ticarət Limited” Şirkətinin Azərbaycan filialında 4-cü dərəcəli tökməçi peşəsində işlədiyi xx.xx.2006-xx.xx.2006-cı illərin iddiaçının ümumi iş stajında nəzərə almamışdır. Qeyd edilənlərə əsasən iddiaçının Jdanov beton zavodunda armaturçu peşəsində işlədiyi xx.xx.1983-xx.xx.1986-cı illərin, Keşlə ətkombinatı zavodunda işlədiyi xx.xx.1989xx.xx.2004-cü illlərin və “X3 və Dış Ticarət Limited” Şirkətinin Azərbaycan filialında 4-cü dərəcəli tökməçi peşəsində işlədiyi xx.xx.2006-xx.xx.2006-cı illərin iddiaçının ümumi iş stajında nəzərə alınmamasının səbəbləri barədə məlumatın əldə edilməsi məqsədilə inzibati orqana sorğu verilmiş, inzibati orqan tərəfindən təqdim edilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, “şəxsə məxsus olan ИТ ******* nömrəli əmək kitabçası araşdırılarkən onda qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 14-15-ci səhifələrində xx.xx.1991 -ci il tarixinə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Eyni zamanda həmin səhifələrdə xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürün oxunması mümkün olmamışdır. Həmçinin, həmin əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı xx.xx.1989-cu il tarixindən Ağdam rayon TTTS-ə fəhlə vəzifəsinə, xx.xx.1989-cu il tarixindən izə Fizuli şəhəri TTTS-ə keçirildiyi, xx.xx.1991-xx.xx.2004-cü il tarixlər arasındakı dövrdə isə Beyləqan rayon 24 saylı TTTSdə iş fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi digər xx.xx.1989-cu il tarixli ИТ ******* nömrəli əmək kitabçasındakı məlumatlara əsasən isə onun xx.xx.1989- xx.xx.2004-cü tarixləri arasındakı dövr ərzində Keşlə ətkombinatı zavodunda işlədiyi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq, yaranmış ziddiyyətlərlə bağlı adıçəkilən şəxsin xx.xx.1989-xx.xx.2004- cü il tarixləri arasındakı dövr ərzində olan əmək stajını müəyyən etmək mümkün deyil. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmişqaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Məktubunuzda qeyd edilən xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə İddiaçı fərdi hesabının sığorta hissəsinə ödənilmiş məcburi sosial sığorta haqları qeydə alınmayıbdır. Bu səbəbdən də, həmin dövr adıçəkilən şəxsin sosial sığorta stajı müddətinə daxil edilməmişdir”. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş fərqli əmək kitabçalarındakı 1989-2004-cü illər arasındakı dövrlərlə bağlı fərqli iş yerində (fərqli şəhərdə) işlədiyi barədə məlumatların (xx.xx.1989-xx.xx.2004-cü illərdə Keşlə ət kombinatında və xx.xx.1991-xx.xx.2004-cü illərdə Beyləqan rayon 24 saylı TTS-də işlədiyi dövrlər) mövcudluğunu və məhkəmə kollegiyasının iclaslarında iddiaçı tərəfindən sözügedən dövrlərdə hansı iş yerində işləməsi barədə dəqiq məlumatın verilə bilməməsi səbəbindən cavabdeh inzibati orqan tərəfindən həmin dövrlər üzrə gəlinən nəticə ilə razılaşmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin sorğuya cavab məktubunda iddiaçının xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə fərdi hesabının sığorta hissəsinə ödənilmiş məcburi sosial sığorta haqları qeydə alınmaması səbəbindən həmin dövrlərin nəzərə alınmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, lakin iddiaçının Jdanov beton zavodunda xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək armaturçu peşəsində işlədiyi müddətin ümumi iş stajında nəzərə alınmalı olduğu barədə qənaətə gəlir. Belə ki, cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında qeyd edilən dövr üzrə arxiv sənədlərinin aşkar edilməməsi səbəbindən ümumi iş stajına daxil edilmədiyi barədə izahat vermişdir. Baxmayaraq ki, iddiaçı Jdanov beton zavodunda xx.xx.1979-cu ildən işləməyə başlamış, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək olan dövrdə fəhlə peşəsindəki müddət mübahisələndirilməmişdir. Odur ki, iddiaçının Jdanov zavodunda 1983-1986-cı illər arasında armaturçu işləməsinə dair arxiv sənədlərinin mövcud olmaması vətəndaşın ziyanına şərh edilə bilməz, həmçinin, iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərlə bağlı qeydlərdəki məlumatın mötəbərliyinə şübhələr mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, iddiaçının Jdanov beton zavodunda xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək armaturçu peşəsində işlədiyi dövr götürüldükdə aydın olur ki, iddiaçının ümumi iş stajı 25 ildən artıq olmuşdur. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, pensiyanın təyin tarixi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 60 yaşı 19 noyabr 2018-ci il tarixdə tamam olmasına baxmayaraq, qanunla tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli stajı xx.xx.2019-cu il tarixində mövcud olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixindən yaranmışdır. Lakin iddiaçının hərbi bilet və əmək kitabçalarına əsasən ümumi stajı xx.xx.1977xx.xx.1979-cu il hərbi xidmət dövrü 02 il 1 ay 3 gün, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2006-cı il tarixədək 12 il 0 ay 25 gün təşkil edir. İddiaçı xx.xx.2006-cı il tarixdən fasiləsiz olaraq məhkəmə mübahisəsinin davam etdiyi dövrdə də işləməyə davam etmişdir. Odur ki, xx.xx.2019-cu il tarixdə (12 il 0 ay 25 gün + 12 il 11 ay 5 gün= 25 il, xx.xx.2006 + 12 il 11 ay 5 gün= xx.xx.2019) iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi iş stajı şərti ödənilmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçının 60 yaşı 19 noyabr 2018-ci il tarixdə tamam olmasına baxmayaraq, qanunla tələb olunan 25 il ümumi iş stajı 25 may 2019-cu il tarixində tamamlanmışdır. Odur ki, iddiaçının pensiya hüququ qanunvericiliklə tələb olunan bütün şərtlərin tamamlandığı tarixdən yaranmış hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, iddiaçının ilkin müraciət tarixi 08 fevral 2021-ci il tarixdə olmuş, pensiya hüququ isə xx.xx.2019-cu ildə yaranmışdır. Odur ki, iddiaçının pensiya hüququ yaranan tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati 2-1(112)-5899/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5899/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1443/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1443/2023
07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver