Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1444/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatından çıxarılma” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C-3222 saylı imtinasının əsassız hesab edilərək X6, X3, X4, X2 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı öz ailəsi ilə birlikdə 1993-cü ilin oktyabr ayında erməni quldurları tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmağa məcbur olmuşdur. Həmin dövrdən hal-hazırki günədək o, ünvan 1 ünvanında fərdi ev tikməklə orada yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyata götürülmüşdür. 1993- cü ilin oktyabr ayından hal-hazırkı günədək özünə məxsus və tərəfindən tikilmiş, ona məxsus fərdi evdə yaşayır. Təxminən 2017-ci ilin əvvəllərində Nizami rayon Məhkəməsindən bildiriş gələrək məhkəməyə dəvət edilmiş, ona orada məlum olmuşdur ki, X10 öz ailə üzvləri ilə birlikdə həmin evə pasport qeydiyyatına götürülüblər. O, iddiaçıya qarşı iddia qaldıraraq həmin evə köçmək istəyir. İddiaçı da bunaqəti etiraz etmişdir. V.Muradovun iddiası Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, ev 17, mənzil 2 ünvana köçürülməsi barədədir. Belə ki, onun evi mənzil deyil, fərdi evdir. Məhkəmə araşdırılması zamanı (Ali Məhkəmədə) müəyyən olunmuşdur ki, X6 qeydiyyata götürülməsi barədə Nizami rayon İcra Hakimiyyətinin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı mövcuddur. Həmin sərəncam Nizami rayon İcra Hakimiyyətinin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamına qismən dəyişiklik edilməsi barədədir. Guya ki, Nizami rayon İcra Hakimiyyətinin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamı V.İ.Muradovun Korolenko küçəsi, 55 nömrəli evin 24-cü mənzilinə pasport qeydiyyatına alınması haqqındadır. Əslində isə həmin 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamı tamamilə saxtalaşdırılıb. Həmin sərəncamın X8 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamı Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X1 adına şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. Nizami rayon Polis İdarəsinə müraciət edərək X10, X7, X9, X5 ilə birlikdə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2022-ci il tarixli məktubla imtina edilməsi barədə məktub verilmişdir İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şəxslərin izahatlarını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iş üzrə iddia tələbinin mahiyyətini üçüncü şəxslər X6, X3, X4, X2 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması təşkil edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi ev 17, 2 saylı mənzilə dair nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla ona məxsus olması barədə sənədləri cavabdehə təqdim etməmiş və həmin sənədlərin mövcud olması barədə məlumatı bildirməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına və apellyasiya şikayətinin dəillərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, şikayət qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1444/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1444/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver