Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1444/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə və Cavabdeh2nə (üçüncü şəxs X8) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti; subyektiv hüquq”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X10 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 və X9 paylı mülkiyyətindədir.
2. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 adına Memarlıq-planlaşdırma bölməsi eskiz layihəsi tərtib olunmuşdur.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Tikinti işləri dayandırılmadan yol verilmiş pozuntuların aradan qaldırılması barədə” xx.xx.2022-ci il tarixli, 0016 №-li göstərişə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T-də fərdi yaşayış evinin tikintisi ilə bağlı əlaqədar müəyyən olunmuşdur ki, layihədən kənarlaşaraq tikinti-quraşdırma işləri aparılır. Pozuntuların aradan qaldırılması üçün göstəriş: Şəhərsalma və tikinti məcəlləsinin 92.1.1- ci maddəsinin tələblərinə uyğun layihənin müvafiq qaydada razılaşdırılması və tikinti işlərin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmasının təmin edilməsidir.
4. MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 49T saylı sahədə inşa olunmuş fərdi yaşayış evinin tikintisinin dayandırılmaması barədə Agentlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 0016 saylı göstərişə əməl olunmadığına görə X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 01 iyun 2022-ci il tarixli, MİHO/2.1.1- 2-2022-2363 nömrəli məktubunda qeyd olunmuşdur ki, yerində baxış zamanı X2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanındaki 0,03 ha torpaq sahəsi ara məsafəsi saxlanılmadan 100 km.m-ə yaxın ölçüdə 2 mərtəbəli fərdi yaşayış evinin inşası müşahidə olunmuşdur.
6. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 Başçısı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1090 nömrəli məktubdan görünür ki, qeyd olunan əraziyə Cavabdeh2 Başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən baxış keçirilmişidr. Baxış zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılması üçün torpaq sahəsinə və tikintiyə dair hüquqmüəyyənedici sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, məktubda qeyd olunan ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən vətəndaş X4 adına qeydiyyata alınaraq çıxarışa əsasən X4 adına qeydiyyata alınaraq mülkiyyətindədir. Vətəndaş S.M.Orucova mülkiyyətində olan torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin 80- ci maddəsinin tələblərinə uyğun olaraq bir mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edir. Təkrarən baxış zamanı tikinti işlərinin dayandırıldığı və ərizədə qeyd olunan məsələ ilə bağlı hal-hazırda məhkəmə prosesinin davam etdiyi müəyyən olunmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanında həyata keçirilən qanunsuz tikinti ilə bağlı qanuna müvafiq araşdırılmaların aparılması və lazımi tədbirlərin görülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının evinə bitişik torpaq sahəsində (ünvan: Mərdəkan qəs., sahə 49T; mülkiyyətçi-X8) tikinti işlərinin, digər qanunsuzluqlarla yanaşı həmçinin müvafiq qaydada təsdiqlənmiş layihə olmadan binanın (bundan sora- “Bina”) bu ilin mart ayından inşa edilməsi barədə (özbaşına tikinti) cavabdehlərə məlumat verilməsindən sonra, ancaq 05 may tarixində (yəni,tikinti başlanandan 2 ay sonra) həmin layihə tərtib edildi və iddiaçıya təqdim olundu. Layihə, buna dair müvafiq dövlət lisenziyası olan müəssisə tərəfindən əsasən qanunvericiliyin normalarına uyğun tərtib edilib, lakin Şəhərsalma və Tikinti Məcəlləsinin 80.6-cı maddəsinin və AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 NQ-U Qərarın 4.2-1-ci bəndinin tələblərinə zidd olaraq layihə Xəzər RİH tərəfindən Tikintilərin Dövlət Reyestrinə təqdim edilməyib və burada qeydiyyatdan keçməyib. İnşa edilən binanın əsas xarici göstəriciləri (uzunluğu, eni, hündürlüyü) bütövlüklə dəyişdirilib və layihənin baş planı üzrə müvafiq göstəricilərdən köklü surətdə fərqlənir; layihə üzrə binanın uzunluğu 11600 mm olduğu halda,faktiki olaraq bu ölçü 13300 mm təşkil edir; layihə üzrə binanın eni 9700 mm olduğu halda, faktiki olaraq bu ölçü 10500 mm təşkil edir; layihə üzrə binanın birinci mərtəbəsinin hündürlüyü (“0” səviyyədən) 2,7 metr olduğu halda, faktiki olaraq bu ölçü 4,0 metr təşkil edir. Binanın bütün xarici ölçülərinin layihədən tamamilə fərqli olduğu kimi onun faktiki daxili parametrləri də bütövlüklə layihədən fərqlənir. Binanın xarici divarları və tikinti sahəsinin hasarı ilə olan faktiki ara məsafələr (hər üç qonşu tərəfdən 1000 mm) layihə üzrə nəzərdə tutulmuş 1200 mm-lik müvafiq minimal göstəricidən də azdır - halbuki, hətta bu minimal rəqəm də divara vurulan suvaq-döşəmələri və dam örtüyünün çıxıntılarını nəzərə almır. Binanın birinci mərtəbəsi kimi, onun 2-ci mərtəbəsinin hündürlüyü artıq 1800 mm ölçüdə inşa edilib. Halbuki layihəyə əsasən bu göstərici 600 mm olmalıdır. Bununla da binanın çöl divarının hazırki ümumi hündürlüyü faktiki olaraq 5,8 metr təşkil edir (hələ dam örtüyünün hündürlüyünü də nəzərə almayaraq) və belə olan halda hər üç qonşunun hasarları ilə minimal ara məsafə ən azı 1740 mm təşkil etməlidir (hazırda 1000 mm). Binanın inşası buna səlahiyyətləri olmayan şəxslər tərəfindən həyata keçirilir. AR Şəhəralma və Tikinti Məcəlləsinin 49,51 -52-ci maddələrinin mütləq tələblərinə zidd olaraq tikinti üçün podrat müqaviləsi və işçilərdə tikinti-quraşdırma peşə sahəsində peşəkarlıq sertifikatları olmadan, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və fərdi sahibkarlıqla məşqul olmaq üçün xüsusi razılıq (lisenziya) almadan AR ŞTM-nin 48.1-ci və 80.4-cü maddələrinin mütləq tələblərinə zidd qaydada,binanın inşası bu ilin mart ayının ortalarında başlanılıb - halbuki, tikintiyə dair layihə bunlar tərəfindən tikinti başlanıldan 2 ay sonra alınıb. Binanın xarici divarlarından ərazinin sərhədinə qədər minimal ara məsafələrinin qanunla nəzərdə tutulmuş ölçüdə saxlanılmaması və tikintidə işləyən şəxslərin buna dair müvafiq dövlət icazəsi olmadığı üçün, insanların həyat və sağlamlığı üçün real təhlükələr yaradılır. Beləliklə,sadalanan faktlaran aşağıdakılar müəyyən olunur: mart ayında başlayan bu tikinti müvafiq qaydada təsdiq olunmuş layihə olmadan başlanılıb; binanın bütün faktiki xarici və daxili ölçüləri, təsdiq olunmuş layihədəki göstəricilərdən köklü surətdə fərqlənir; binanın inşası zamanı onun hündürlüyü qanunsuz qaydada xeyli artırılır, qonşu sahələri ilə minimal təhlükəsizlik ara məsafələri isə, əksinə, qanunsuz qaydada kiçildilir; binanın inşası tikinti-quraşdırılma işlərinə dair peşə sertifikatları olmayan və müvafiq dövlət qeydiyyatı (lisenziyası) olmayan şəxslər tərəfindən həyata keçirilir.
9. Cavabdeh Bakı şəhər Cavabdeh2 tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, Azərbaycan Respublikası Prezidentinin 17.01 2014-cü il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 1.5-ci bəndinə əsasən tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən, Nazirliyin Tikintidə X5 Agentliyi və Tikintidə X5 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. Həmin Qaydalara görə mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikintiquraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. Bundan əlavə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5- ci maddəsinin tələbinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. ‘'Azərbaycan Respublikasının ŞəhərsaLma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il, 29 iyun tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.10-cu bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı dedikdə Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir..
10. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraza əsasən, Mənzil Məcəlləsinin 24 və 27-ci maddələrinə əsasən, yaşa ış sahəsinin yenicən qurulması (yenidən planlaşdırılması) müvafiq yerli icra hakimiyyəti orqanının qərarı əsasında aparılmalıdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsi liyə X11 tərəfindən yalnız məlumatlandırma icraatı çərçivəsində vəha tikintisinə İcazƏ verilmiş obyektlər barədə yerli icra hakimiyyətinin müvafiq məlumatı əsasında tikinti-quraşdırma işlərinin aparılmasına dövlət nəzarəti həyata keçirilir. Belə ki, Məcəllənin 80-cı maddəsinin tələbləri insanlar üçün fərdi yaşayış evlərinin tikintisinə aiddir. Həmin maddənin tələblərinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan ərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Tikintiyə X5 Agentliyi tərəfindən tərtib olunmuşdur: xx.xx.2022ci il tarixli 0016 №-li göstəriş vətəndaşa təqdim olunmuşdur. Həmin Göstərişdə 30 gün müddətində qanunvericiliyin tələblərinə uyğun qaydada layihənin razılaşdırılması və tikinti işlərinin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmasının təmin edilməsinə dair X6 göstəriş verilmişdir. Bu pozuntular aradan qaldırlmadıqda vətəndaşı inzibati məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Agenlik tərəfindən xx.xx.2022-ci il tarixli, MN N°0881977 “inzibati xəta haqqında Protokol” və ona əsasən tərtib edilmiş MN NQ0896018 “inzibati tənbeh vermə haqqında Qərar” tərtib edilmiş və X6 təqdim olunmuşdur.
11. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respubllikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi tərəfindən qanunsuz tikinti işlərinin dayandırılması və təqsirkar şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün lazımi hərəkətlərin edilməsi, Cavabdeh2 tərəfindən layihənin qeydiyyatdan keçirilməsi, tikintiyə nəzarət edilməsi, tikinti işlərinin sifarişçi tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edilməsi və aşkar olunmuş pozuntular barədə FHN-ə və məhkəməyə müraciət edilməsi, ona ünvanlanmış müraciətlərinin qanunamüvafiq qaydada cavablandırılması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022- ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı artıq səlahiyyətli inzibati orqan tərəfindən üçüncü şəxsin inşa etdiyi tikintidə yol verilən pozuntuların aradan qaldırılması barədə qərar qəbul edilməsinə nail olmuşdur. Həmçinin məhkəmə iclasında üçüncü şəxs tərəfindən aparılan tikinti işlərinin dayandırıldığı da məlum olmuşdur. Belə olan halda iddiaçının Cavabdeh2nə qarşı hazırkı məzmunda iddiasına hüquqi marağı qalmamışdır. Bundan əlavə, Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Şəxsin məhkəmə müdafiəsi hüququna malik ola bilməsi üçün onun hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş olmalıdır. “Pozulma” anlayışına isə formal yanaşılmamalı, hər hansı zahirən hüquqların pozulması kimi görünən hallar, o cümlədən heç bir sübuta istinad edilmədən, deklarativ xarakterli mülahizələr məhkəmə müdafiəsi hüququnun realizəsini şərtləndirməməlidir. İddiaçı hazırda cavabdehdən üçüncü şəxsin inşa etdiyi tikili üzrə təsdiq edilmiş layihənin RİH-də qeydiyyatdan keçirilməsi və tikinti barədə məlumatın AR FHN-nə təqdim olunması kimi hərəkətlərin edilməsini xahiş edir, hansı ki, onun qanunvericiliklə belə bir tələb irəli sürmək hüququ da yoxdur.
14. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, hakimin belə hərəkətləri həm qanunvericiliyin müvafiq müddəaları ilə,həmdə ki adi məntiqlə ziddiyyət təşkil edir: çünki,qüvvədə olan qanunlara və normativ-hüquqi aktlara görə 2-ci cavabdeh tərəfindən edilməli olan hərəkətlər ancaq 1ci cavabdeh tərəfindən edilməli olan hərəkətlərdən sonra mümkündür (ərazisindəki tikintilərə nəzarət,burada qanunsuzluqlar aşkar edildiyi halda bu barədə ilk növbədə 1-ci cavabdehə müvafiq məlumatların verilməsi və sair) – yəni,onlar arasında ardıcıllı bağlantı var. AR-nın ŞTM-nin maddələri: 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. 82. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə AR-sı Prezidentinin Fərmanı: 4.7. həmin Məcəllənin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 4.11. həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında yaşayış evinin layihəsinin memarlıqplanlaşdırma bölməsinin uyğunluğunun yoxlanılması zamanı yaşayış evlərinin elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında tikintisinin yolverilməzliyi, habelə uyğunluğun yoxlanılması zamanı müvafiq tikinti ərazisində mövcud olan mühəndiskommunikasiya xətləri və onların mühafizə zolağı barədə sifarişçiyə yazılı məlumat verilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən təmin edilir; 4.20. həmin Məcəllənin 82-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur. AR-sı Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə görə aşağıdakılar RİH-nin vəzifə-səlahiyyətlərinə daxildir: - müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək (bənd 3.11.1); - tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, AR-sı FHN-nə müraciət etmək (bənd 3.11.5); - təsdiq edilmiş memarlıq layihələrini qeydiyyatdan keçirmək (bənd 4.11.11.1); - qəbul edilmiş memarlıq layihəsinin memarlıq həllinin bütün dəyişikliklərinə razılıq vermək və nəzarət etmək (bənd 4.11.11.3); - müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək (bənd 4.11.12). Bundan başqa, AR-sı Prezidentinin xx.xx.2014-cü il tarixli 375 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Bu Qaydaların 4.3-cü bəndinə əsasən, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Göründüyü kimi, 2-ci cavabdeh tərəfindən qanunvericiliklə onun üzərinə düşən bir sıra vəzifə icra olunmayıb: 1.Layihə qeydiyyatdan keçirilmir; 2.Qanunsuz tikintiyə nəzarət edilmir; 3.Tikinti işlərinin sifarişçi tərəfindən dayandırılması yazılı qaydada tövsiyə edilmir və aşkar olunmuş pozuntular barədə AR FHN-nə və məhkəməyə müraciət edilmir; 4.Tikinti norma və qaydalarına riayət olunmadığı barədə müraciətlərimin daxil olunmasına baxmayaraq,onlara heç bir cavab da verilmir. Bununla yanaşı, 1-ci cavabdehin yuxarıda qeyd edilən xx.xx.2023 tarixli məktubunda xüsusilə qeyd edilir ki,AR ŞTM-nin 82-ci naddəsinin mütləq tələblərinə zidd olaraq 2-ci cavabdeh ona bu tikinti ilə bağlı heç bir məlumat təqdim etməyib (bax.Qoşma). Bundan başqa, 2-ci cavabdehin xx.xx.2022 tarixli R-34-151 №-li və xx.xx.2022 tarixli 1090 №-li rəsmi məktublarından göründüyü kimi (bax.:Qoşmalara),onlarda təhrif olunmuş qaydada qeyd edilir ki,guya sözügedən tkinti AR ŞTM-nin 80-ci maddəsinə uyğun həyata keçirilir (!) – buradakı qanunpozuntuları ifşa edən səlahiyyətli dövlət qurumların rəsmi sənədlərinə rəğmən. Eyni zamanda, bundan sonra tikinti norma və qaydalarına riayət olunmadığı barədə qeyd edilən rəsmi sənədlərin müraciətlərimlə birlikdə 2-ci cavabdehə daxil olunmasına baxmayaraq,o bunlara ümumiyyətlə heç cavab da vermir – halbuki, qanunla tələb olunan vəzifələrinin icrasından imtina edilməsinə dair və müraciətlərə əsaslandırılmamış və natamam cavabların verilməsinə dair 2-ci cavabdehin sadalanan hərəkətləri (hərəkətsizliyi) qanunvericiliyin tələblərinə ziddir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd).
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
30. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
31. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, sahə 49T ünvanında həyata keçirilən qanunsuz tikinti ilə bağlı qanuna müvafiq araşdırılmaların aparılması və lazımi tədbirlərin görülməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadə ilə Cavabdeh2nə münasibətdə mümkün sayılmamışdır.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
34. İş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 başçısı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1090 nömrəli məktubdan görünür ki, qeyd olunan əraziyə Cavabdeh2 başçısının Mərdəkan qəsəbə inzibati ərazdairəsi üzrə nümayəndəliyin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş tələblərə uyğunluğun yoxlanılması üçün torpaq sahəsinə və tikintiyə dair hüquqmüəyyənedici sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, məktubda qeyd olunan ərazi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən vətəndaş X4 mülkiyyətindədir. Vətəndaş S.M.Orucova mülkiyyətində olan torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq bir mərtəbəli, mansardlı fərdi yaşayış evi inşa edir. Təkrarən baxış zamanı tikinti işlərinin dayandırıldığı və ərizədə qeyd olunan məsələ ilə bağlı hal-hazırda məhkəmə prosesinin davam etdiyi müəyyən olunmuşdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı artıq səlahiyyətli inzibati orqan tərəfindən üçüncü şəxsin inşa etdiyi tikintidə yol verilən pozuntuların aradan qaldırılması barədə qərar qəbul edilməsinə nail olmaqla birlikdə, birinci instasniya məhkəməsinin icraatı zamanı üçüncü şəxs tərəfindən aparılan tikinti işlərinin dayandırıldığı da məlum olmuşdur.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, 1.1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”.
37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, iddiaçı qeyd edir ki, ikinci cavabdeh tərəfindən layihə qeydiyyatdan keçirilmir, qanunsuz tikintiyə nəzarət edilmir, tikinti işlərinin sifarişçi tərəfindən dayandırılması yazılı qaydada tövsiyə edilmir və aşkar olunmuş pozuntular barədə AR FHN-nə və məhkəməyə müraciət edilmir, tikinti norma və qaydalarına riayət olunmadığı barədə müraciətlərinin daxil olunmasına baxmayaraq, onlara heç bir cavab da verilmir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1090 nömrəli məktubu ilə yaranmış vəziyyətlə bağlı müvafiq tədbirlər görülmüş və qeyd olunan məsələ ilə bağlı hal-hazırda məhkəmə prosesinin davam etdiyi qeyd edilmişdir.
39. Bundan əlavə iddiaçı cavabdehdən üçüncü şəxsin inşa etdiyi tikili üzrə təsdiq edilmiş layihənin RİH-də qeydiyyatdan keçirilməsi və tikinti barədə məlumatın AR FHN-nə təqdim olunması kimi hərəkətlərin edilməsini kimi tələblərini qanunvericiliklə irəli sürmək hüququ da yoxdur.
40. Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsidən birbaşa asılıdır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir.
41. Belə olan halda cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 tərəfindən iddia tələbinin icra edilməsini mümkünsüz edir.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd).
43. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 267/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.