Məhkəmə qərarları › İş №2-1(103)-1445/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1445/2020

04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1445/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı - İddiaçı Cavabdeh - Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili X2, 3-cü şəxs X7 nümayəndəsi (həyat yoldaşı) X10, nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdehnə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhər Sabunçu rayon Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu qəsəbə X1 Əvəz qızının mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair 21 saylı xx xxxxxxx 2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 mənzil 4 ünvanında, 7 sot torpaq sahəsi daxilində yerləşən bir mərtəbəli həyət evini 2000-ci ildə Mustafa Nağıyevdən almış, 2006-cı ildə isə həmin evi tamamilə söküb onun yerində 3 mərtəbəli, 400 kv.m həyət evi inşa etdirmişdir. Lakin dövlət rüsumunun ödənilməsi üçün maddi imkansızlığından evi Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətində rəsmiləşdirə bilməmişdir. 2017-ci ilin əvvəllərində maddi sıxıntısı olduğundan evi satmaq qərarına gəlmiş, bu barədə Ramil adlı şəxslə məsləhətləşmiş, sonuncu onu Məhəmməd adlı şəxslə tanış etmiş, həmin vaxt Məhəmməd adlı şəxslə əldə etdikləri razılaşmaya əsasən, evə görə ona 250.000 manat pul ödəniləcəkdi. Evin sənədləşdirilməsini o, öz üzərinə götürmüşdür. Məhəmməd adlı şəxs evin sənədlərini düzəltmək üçün ona qabaqcadan 21.000 manat pul ödəmişdir. 2017-ci ilin mart ayının sonunda o, Məhəmməd adlı şəxsə evi təhvil vermişdir. Daha sonra o, müəyyən işlərini görmək üçün Rusiya Federasiyasına getmişdir. Qayıtdıqdan sonra bilmişdir ki, Məhəmməd adlı şəxs həmin evi satıb və başqa bir şəxsin adına çıxarış əldə etmişdir. Sonradan məlum olmuşdur ki, Məhəmməd ona məxsus olan həmin evi başqa bir şəxsin adına, yəni X3 adına rəsmiləşdirərək, çıxarış almışdır. Bununla bağlı Məhəmməd Qafarovla əlaqə saxlamağa çalışsa da, sonuncu hər dəfə ona narahat olmamağını bildirərək evin pulunu qaytaracağını vəd etmişdir. Məlum olmuşdur ki, Məhəmməd adlı şəxs X3 adına Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbə bələdiyyəsindən xx xxxxxxx 2006-cı il tarixli 21 saylı qərarı əldə edərək, həmin qərar əsasında çıxarış əldə etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindənapellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı və onun vəkili X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişlər ki, ev 2000-ci ildə alınmış, sənədləşmə ilə əlaqədar ilkin ödəniş verilməmiş, 350 Mersedes markalı avtomaşın verilmiş, 24 sot torpaq sahəsinin veriləcəyi bildirilsə də, bu vədə əməl olunmamışdır. Evin başqasına satılması sonradan məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Evin sənədləşdirilməsi saxta bələdiyyə sənədi əsasında həyata keçirilib. Qanunsuz sərəncam əsasında İddiaçı öz evindən, mülkündən olub. Qafarov Məhəmməd tərəfindən saxtakarlıq edilib, saxta sənəd əsasında torpaq ilkin olaraq Nuranənin, sonradan isə Səlimənin adına rəsmiləşdirilib. Bu işdə saxtakarlıq etmiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Bununla bağlı iddiaçı və onun vəkili şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. 3-cü şəxs X7 nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi (həyat yoldaşı) X15 apellyasiya şikayətini qəbul etməyərək, izahatlarında bildirmişlər ki, Səlimə Əliyevanın adına çıxarış qanuni rəsmiləşdirmələr nəticəsində verilmişdir. Bununla bağlı 3-cü şəxsin nümayəndələri və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdeh, digər 3-cü şəxslər X11 və X13 məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Sabunçu rayon Cavabdeh nümayəndəsinin, digər 3-cü şəxslər X4 və X5 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********92 №-li xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş X3 və X7 adına dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh “Torpağın mülkiyyətə verilməsinə dair 21 №li xx xxxxxxx 2006-cı il tarixli qərarı ilə X6 Cavabdehnə uzun müddət istifadə etdiyi 520 kv.m. torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciəti və torpaq sahəsinin ayrılmasına dair tərtib olunmuş torpaqayırma sənədləri nəzərə alınaraq, Azərbaycan Respublikasının “Bələdiyyə əraziləri və torpaqları haqqında” xx.xx.1999-cu il tarixli 771-İQ saylı Qanunun 3-cü maddəsinin və Cavabdeh xx.xx.2006-cı il tarixli 17 saylı protokolun qərar hissəsinin 04-cü bəndi rəhbər tutulmaqla, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsində yerləşən 520 kv.m. torpaq sahəsinin sənədləşdirilməsi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilməsi, Xocalı rayonu Daşbulaq kəndində qeydiyyatda olan vətəndaş X3 mülkiyyətinə verilməsi qərara alınmış və sonuncu ilə Cavabdeh arasında “Torpaqların alqı-satqısına dair” xx.xx.2006-cı il tarixli akt tərtib olunmuşdur. Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbə Bələdiyyəsi tərəfindən X6 ünvanlanmış 38/11 №li xx xxxx 2017-ci il tarixli məktubda sonuncuya bildirilmişdir ki, Sabunçu qəsəbə Bələdiyyəsi tərəfindən xx xxxxxxx 2006-cı il tarixli 21 saylı qərarın esgizində göstərilmiş sahədə ona fərdi yaşayış evinin tikintisi üçün 520 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 4 ünvanında, 0.052 hektar torpaq sahəsi üzərində yerləşən sahəsi 169,3 kv.m. olan daşınmaz əmlak X3 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçirilmiş və bu barədə 387 nömrəli reyestr kitabının 36211 nömrəli vərəqində qeydiyyata alınmışdır. X12 ilə X14 arasında 4 saylı Bakı “Asan xidmət” mərkəzində ünvan 4 ünvanında, 0.052 hektar torpaq sahəsi üzərində yerləşən sahəsi 169,3 kv.m. olan daşınmaz əmlakın alqı satqısına dair xx xxxxxx 2019-cu il tarixdə AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında, 0.052 hektar torpaq sahəsi üzərində yerləşən sahəsi 169,3 kv.m. olan daşınmaz əmlak X7 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçirilmiş və bu barədə 387 nömrəli reyestr kitabının 36211 nömrəli vərəqində qeydiyyata alınmışdır. X1 Babayevanın mülkiyyətinə torpaq sahəsinin ayrılmasına dair Cavabdeh qərarının etibarsız hesab edilməsini tələb edir və ona istinad edir ki, o, həmin torpaq sahəsi daxilində birmərtəbəli həyət evini 2000-ci ildə almış, lakin onu maddi imkanının olmaması səbəbindən adına rəsmiləşdirə bilməmiş, sonradan ona məlum olmuşdur ki, adı çəkilən Bələdiyyə tərəfindən həmin torpaq sahəsinin Nuranə Babayevanın mülkiyyətinə ayrılması barədə 2006-cı ildə qanunsuz qərar verilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının Cavabdeh xx.xx.2006-cı il tarixli qərarını mübahisələndirmək üçün subyektiv hüququnun olmamasına əsaslanaraq onun iddiasını mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırki işdə iddiaçı tərəfindən nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd və iddia ilə bağlı onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulduğu halını da təsdiq edə biləcək sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1429/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar