Məhkəmə qərarları › İş №2-1(103)-1445/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1445/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1445/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı vəsatətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 22 fevral 2023-cü il tarixli Tİ-16/23 saylı Obyektin Tikintisinə İcazənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) hazırkı iş üzrə icraat iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icaatında olan 2-1(112)- 3336/2023 saylı inzibati işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadından narazı qalan iş üzrə iddiaçılar tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı vəsatət verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin ötməsini üzrlü hesab edilərək şikayətə mahiyyəti üzrə baxılaraq şikayətin təmin edilməsi xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o dəfələrlə demişdir ki, ünvan 1 ünvanında olan evdə yaşamırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadı heç kim poçt xidmətləri işçiləri vasitəsi ilə onlara təqdim etməmişdir və ailələrindən heç kim bu məktubu məhkəmənin qərardadı ilə almamışdır. Əgər kimsə bu məktubu almaq barədə imza atıbsa, sübut etmir ki, bu məktubu məhkəmə qərarı ilə o və ya İddiaçı2 və ya ailələrinin nümayəndələrindən biri alıb. Çox güman ki, məktubu məhkəməyə geri göndərməmək üçün poçt işçiləri onların yerinə imza atmışlar, poçt işçiləri uzun müddət bu iş metodunu tətbiq edirlər. O 12 dekabr 2023-cü ildə Bakı İnzibati Məhkəməsinə getmiş və ona 2-1(112)-10166/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qərardadının verilməsini xahiş etmiş və həmin gün, yəni 12 dekabr 2023-cü ildə hakim Aygün Əhədovanın köməkçisi bu qərardadı gətirərək əlbəəl onu vermişdir. Qərardad qəbul edərkən bu hərəkətlə bağlı müvafiq sənəddə imzalamışdır. 12 dekabr 2023-cü ildə məhkəmə qərardadını aldığı barədə imzası ilə sənəd iş materiallarında olmalıdır. Həm də qərardad qəbul edərkən hakimin köməkçisi ona xəbərdarlıq etdi ki, 10 gündən gec olmayaraq məhkəməyə apellyasiya şikayəti verməlidir. Məhz bu səbəbdən Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə rəhbər tutaraq məhkəməyə apellyasiya şikayətini 10 gündən gec olmayaraq, yəni 22 dekabr 2023-cü il tarixində təqdim etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilmə vaxtı ilə bağlı tərəflərindən prosessual pozuntular olmayıb. Eyni zamanda iş materiallarından görünür ki, apellyasiya şikayətini iddiaçıların nümayəndəsi tərəfindən imzalanmış, lakin həmin şəxsin kim olduğu (adı, soyadı) göstərilməmişdir və həmin şəxsin səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə olunmamışdır. İddiaçı2 Alekseevna mənim yaxın qohumumdur. ünvan 3 ünvanında yerləşən, 102.60 kv.metr sahəsi olan ev və onun ayrılmaz tərkib hissəsi olan 178.2 kv.metr torpaq sahəsi paylı xüsusi mülkiyyətlərindədir. Qohumu İddiaçı2 Alekseevnanın etibarnamə üzrə nümayəndəsi olaraq və bu inzibati işdə iddiaçı olaraq məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində o, iddiaçı kimi və İddiaçı2 Alekseevnanın nümayəndəsi olaraq özü imzalamışdır və məhkəməyə sənədləri təqdim etmişdir. Unutqanlıq üzündən təqdim olunan apellyasiya şikayətinə etibarnamə əlavə etməyi unutmuşdur. Bu vəsatətə sənəd kimi əlavə etibarnamə edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatətin təmin edilməməsini xahiş etdi. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı və eyni zamanda digər İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək 17 fevral 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixə kimi Azərbaycan Respublikasında olmayacağının nəzərə alınıb məhkəmə iclasının 10 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı vəsatət və apellyasiya şikayətinin mümkünlük məsələsinə iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadı poçt vasitəsilə iddiaçılara xx.xx.2023-cü il tarixli göndəriş məktubu ilə göndərilmiş, işdə olan poçt qəbzindən görünür ki, qərardad İddiaçı1 tərəfindən xx.xx.2023-cü il tarixdə xəbərnamə imzalanmaqla alınmışdır. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti İddiaçı1 münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 5 gün müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət İddiaçı1 tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası İddiaçı1 “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizədə göstərilənlər buraxılmış prosessual müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadının tərəflərindən alınmadığını, işdə olan poçt qəbzinin onun yox, poçt əməkdaşı tərəfindən imzalandığını, qərardadı almadığı üçün Bakı İnzibati Məhkəməsinə yaşınlaşaraq qəbzə imza etməklə qərardadı qəbul etdiyini bildirsə də, göstərilənlərin heç biri barədə hər hansısa sübut təqdim etməmişdir. O cümlədən iş materiallarında Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadının İddiaçı1 tərəfindən 12 dekabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza edilməklə alınmasına dair hər hansı sübut yoxdur. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçıların Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10166/2023 saylı, 06 noyabr 2023-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar