Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1446/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyinin nümayəndəsi X4 iştirakı ilə Prezident təqaüdünün ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3321/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ildən verilən Prezident təqaüdünün xx.xx.2008-ci ildən, yəni Prezident təqaüdünün təsis edildiyi tarixdən başlayaraq hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, iddia təmin olunan hissədə qismən ləğv edilib, iddianın həmin hissədə də rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya AR ƏƏSMN X1 xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmiş və iddiaçı həmin tarixdən etibarən Prezident təqaüdü alır. Məhkəmə hesab etmişdir ki, iddiaçıya Prezident təqaüdü məhz AR MN X3 1164 saylı xx.xx.2018-ci il tarixli qərarına uyğun olaraq, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə hesablanıb ödənilməlidir. Hərbi Həkim Komissiyası vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə yalnız səbəb əlaqəsini müəyyən edir və əlillik dərəcələrini müəyyən etmir. Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarında (“Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”) sadəcə olaraq xəsarətin səbəb əlaqəsi təsdiq edilir. Başqa sözlə, iddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əlillik statusu olmamışdır və buna görə iddiaçıya həmin müddətlər üçün Prezident təqaüdü hesablanıb ödənilə bilməz. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qərarın qismən ləğv edilərək, iddianın qalan hissədə də rədd olunması xahiş edildiyi və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qərar onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qərarının əsaslılığı onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) yoxlanılmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı yalnız iddia təmin olunan hissədə yoxlanılır. İşdə olan, AR ƏƏSMN 18 nömrəli Zona TSEK-in TSE-0 AR 279069 nömrəli arayışından müəyyən edilir ki, xx.xx.2000-ci il tarixli müayinədə iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Ağdam Rayon Məhkəməsinin 2(13)-1535/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, onun 1992-ci ilin fevral ayının sonundan xx.xx.1993-cü il tarixə qədər Milli Ordu sıralarında N () saylı hərbi hissədə hərbi xidmət keçməsi və xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması faktı müəyyən edilmişdir. AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1164 nömrəli qərarının notariat təsdiqli surətinə görə, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı yaralanmanın nəticəsi-diaqnoz: “Sağ bel nahiyəsinin dəlib keçən qəlpə yarası. 12-ci qabırğanın sınığı. Laparasentezdən sonrakı vəziyyət”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. AR ƏƏSMN X8 Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumata əsasən, iddiaçıya xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. 035909 nömrəli İİ dərəcəli əlillik haqqında vəsiqənin notariat təsdiqli surətinə görə, qeyd olunan vəsiqə iddiaçıya cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə verilmişdir. Pensiya işinin surətinə əsasən, cavabdehin Sosial müavinətin təyinatı üzrə xx.xx.2019-cu il tarixli 1056 nömrəli qərarı ilə iddiaçıya 2-ci qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən məbləği 230 manat olmaqla aylıq müavinət təyin edilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana olan müraciətinə cavab olaraq sonuncunun xx.xx.2020-ci il tarixli **********0 nömrəli imtina məktubuna əsasən, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 09 sentyabr tarixli Fərmanına görə, həmin təqaüd qanun qüvvəyə mindikdən sonra onu almaq hüququ yaranan gündən təyin olunur və ödənilir. Təqaüdü almaq hüququnun yaranması tarixi TSEK-in təyin etdiyi əlillik səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğunu göstərən xx.xx.2019-cu il tarixli qərarının qüvvəyə mindiyi tarix hesab edilir və təqaüdün ödənilməsi həmin tarixdən həyata keçirilir. “Əmək pensiyaları haqqında” AR Qanununun 11.2-ci maddəsinə görə, hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun: 1.0.2-ci maddəsinə görə, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır; 3-cü maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (3.1). Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (3.3.). Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir (3.4.); 28.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir; 4.26-cı bəndinə görə, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə xx.xx.2008-ci il tarixdə imzalanmış Azərbaycan Respublikası Prezidentinin “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 823 nömrəli Fərmanının 1-ci bəndi ilə “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmiş: 1.1. İ dərəcə əlilliyi olan şəxslərə - 250 manat; 1.2. İİ dərəcə əlilliyi olan şəxslərə - 230 manat; 1.3. İİİ dərəcə əlilliyi olan şəxslərə - 210 manat. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən təqaüdü dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik ödəyir; 2.2. bu Fərmanın 1-ci hissəsi ilə müəyyən edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən yalnız biri - daha yüksəyi verilir. Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, 2000-ci ildən ümumi əsaslarla əlil sayılan iddiaçının “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü almasına hüquq verən hazırkı əlilliyinə səbəb olan “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xəstəliyin xx.xx.2018-ci il tarixdə müəyyən edildiyi nəzərə alınarsa, iddianın da həmin tarixdən ona Prezident təqaüdünün təyin edildiyi xx.xx.2019-cu il tarixə qədər olan müddət üçün ödənilməsi hissədə təmin edilməsi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün əvvəlki müddət üçün ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə qismən sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrə aid hissədə qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayəti işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3321/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Bakı şəhəri Nizami rayon xidmət nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Xəyalə Cəmilova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1446/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1446/2020
12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver