Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1446/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10351/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçı sabiq dövlət qulluqçusu İddiaçı 63 yaşı tamam olduğu 12 aprel 2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas götürülməklə, dövlət qulluğundakı 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 65 faizi məbləğində və 01 yanvar 2022-ci il tarixdən də “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 317 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi maddi yardım da nəzərə alınmaqla pensiya hesablanıb ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10351/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-10351/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1952-cı il tarixdə anadan olmaqla 12 aprel 2015-ci ildə 63, 12 aprel 2017-ci ildə də 65 yaşı tamam olmuş və uzun müddət müxtəlif işlərdə, son illərdə də dövlət qulluğunda işləmişdir. 12 aprel 2015-ci il tarixdə də 63 yaşının tamam olması ilə əlaqədar 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022ci il tarixli **********0 №-li məktubundan görünür ki, guya həmin vaxt İddiaçı pensiya düzgün hesablanmamış və 4562,66 manat artıq pul vəsaiti ödənilmişdir. Məktubda həmçinin göstərilir ki, ona əmək pensiyası 03 may 2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanun əsasında hesablanmışdır. İddiaçının 12 aprel 2015-ci il tarixdə 63 yaşı, 12 aprel 2017-ci il tarixdə də 65 yaşı tamam olmuş və ona görə də əmək pensiyası yaşa görə pensiyaya çıxmaq hüququnun yarandığı vaxt, yəni 03 may 2017-ci il tarixə kimi qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanun əsasında hesablanmalıdır. İddiaçının da 12 aprel 2015-cı il tarixdə 63 yaşı, 12 aprel 2017-ci il tarixdə də 65 yaşı tamam olduğuna görə həmin tarixlərdən də yaşa görə pensiya almaq hüququ yaranmış və həmin tarixdən sonra «Əmək pensiyaları haqqında» Qanuna edilmiş əlavə və dəyişikliklər ona münasibətdə tətbiq oluna bilməz və qanunvericiliyin tələbinə görə iddiaçının əmək pensiyasının məbləği 03 may 2017-ci il tarixə kimi qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanun əsasında, yəni dövlət qulluğunda olduğu 12 il 3 ay 28 gün stajına görə dövlət məvacibinin orta aylıq məbləğinin 65 faizi miqdarında hesablanmalıdır. Ona görə də iddiaçı tərəfindən 25 may 2022-ci il tarixli məktubla yenidən cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunaraq, əmək pensiyasının həmin qaydada, yəni 03 may 2017-ci il tarixə kimi qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanun əsasında yenidən hesablanması təmin edilərək ödənilməsi və nəticəsinin bildirilməsi xahiş edilmişdir. Cavabdehin iddiaçıya cavab olaraq göndərdiyi 13 iyun 2022-ci il tarixli **********35 №-li məktubunda da göstərilir ki, ona hesablanmış pensiyanın məbləği cari ilin mart ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 801,40 manatdan 606,37 manata azaldılıb, həmçinin xx.xx.2015 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində guya ümumilikdə 4562,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar artıq ödənilmiş 4562,66 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyadan tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunur. Cavabdeh əmək pensiyasının nəyə görə azaldılması və ona təyin edilmiş pensiyanın 801,40 manatdan 606,37 manata azaldılmasının səbəblərini açmasa da bu «Əmək pensiyaları haqqında» Qanuna 03 may 2017-ci il tarixdə edilmiş əlavə ilə əlaqədardır. Cavabdeh «Əmək pensiyaları haqqında» Qanunun 26.2, 26.3, 20.1, 1.3-cü maddələrinin tələblərini pozaraq həmin hüquq normalarını tətbiq etməmiş, əksinə «Əmək pensiyaları haqqında» Qanunun hazırkı mübahisəyə tətbiq edilməli olmayan, Qanuna 03 may 2017-ci ildə əlavə edilmiş 20.8.2-ci maddəni tətbiq etməklə iddiaçıya hesablanmalı olan pensiyanın məbləğini 12 il 3 ay 28 gün dövlət qulluğu stajı üzrə orta əmək haqqının 65 %-i miqdarında hesablanmalı olduğu halda, Qanuna 03 may 2017-ci ildə edilmiş əlavədə nəzərdə tutulan 40.83 %-i miqdarında müəyyən etmiş və bununla da pensiyanın məbləği 195 manat azaldılaraq vəziyyətinin ağırlaşdırılmasına səbəb olmuşdur ki, bu da qanunvericiliyin yolverilməz qaydada pozulmasıdır. Bütün yuxarıda qeyd olunanlara görə hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş emtişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasda iştirak etməmişdir və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə doğulmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 561 nömrəli qərarının surətindən görünür ki, İddiaçı 12 aprel 2015-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən İddiaçı vəzifə maaşı 730,00 manat, ixtisas dərəcəsinə görə 80,00 man, qulluq stajına görə əlavə 20% olmaqla 146,00 manat, mükafatlar 410% olmaqla 124,71 manat, yenidən hesablanmış pensiya məbləği 606,37 manat, hazırkı pensiya məbləği 616,97 manatdır. İş materiallarında olan X3 Sistemindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən xx.xx.2015-ci il tarixli 226202 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən təyin edilmiş aylıq pensiya məbləği 606,37 manat, maddi yardım 60,63 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında məktubda qeyd edilir: Pensiya işinizə aid sənədlərdə X4 rayon şöbəsi tərəfindən 12 aprel 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 aprel 2015-ci il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 440,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz 88,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 75,17 manat olmaqla orta aylıq əmək haqqınız 683,17 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-ci maddəsinə əsasən 12 il 3 ay 28 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınız (683,17 manat) 65 faizi - 444,06 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən Sizə xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15379,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 15052,79 manat ödənilib. Bu səbəbdən də Sizə həmin dövr ərzində 326,49 manat əskik pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 12 il 3 ay 28 gün dövlət qulluğu stajınıza görə əmək pensiyanızın hesablanılması üçün vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 40,83 faiz təşkil edir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 485,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz 97,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 82,85 manat olmaqla orta aylıq əmək haqqınız 744,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (683,17 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınız (744,85 manat) arasındakı fərq məbləğinin (61,68 manat) 40,83 faizi - 25,18 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (444,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 469,24 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən Sizə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8446,32 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 9805,23 manat ödənilib. Bu səbəbdən də Sizə həmin dövr ərzində 1358,91 manat artıq pul vəsaiti ödənilib. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 730,00 manat, qulluq stajına görə vəzifə maaşınızın 20 faizi miqdarında əlavəniz 146,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 124,71 manat olmaqla orta aylıq əmək haqqınız 1080,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (744,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınız (1080,71 manat) arasındakı fərq məbləğinin (335,86 manat) 40,83 faizi 137,13 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (469,24 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 606,37 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən Sizə xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18191,10 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 21721,34 manat ödənilib. Bu səbəbdən də Sizə həmin dövr ərzində 3530,24 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən Sizə xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 326,49 manat əskik pul vəsaiti, xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 4889,15 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 4562,66 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 4562,66 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən cari ilin mart ayından etibarən əmək pensiyanızın 606,37 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Bundan başqa cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) Sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi - 60,63 manat məbləğində maddi yardım ödənilir. İşin faktiki hallarından görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 561 nömrəli qərarı ilə 12 aprel 2015-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edilən zaman iddiaçının 12 il 03 ay 28 gün dövlət qulluğu müddəti nəzərə alınmaqla orta aylıq əmək haqqının 65 faizi məbləğində pensiya hesablanmışdır. İddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarına əsasən pensiya məbləği artım faizi 40,83% olmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ƏPQ-nun 20.11.3-cü maddəsi ləğv edilmişdir). “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən: - 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. - 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. - 2.2-ci bəndinə görə Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır: 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür. Göründüyü kimi, iddiaçıya xx.xx.2015-ci il tarixdən 12 il 03 ay 28 gün dövlət qulluğu stajına görə həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 65%-i miqdarında (10 il üçün 55%+ 2 il üçün hər ilə 5% olmaqla cəmi 65%) pensiya məbləği hesablanmışdır. Bu zaman iddiaçının vəzifə maaşı 440 manat, qulluq stajına görə əlavə 20% olmaqla 88 manat, ixtisas dərəcəsinə görə 80 manat, mükafatlar 410% olmaqla 75,17 manat, cəmi dövlət məvacibi 683,17 manat, pensiya məbləği 444,06 manat hesablanmışdır. Daha sonra “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 485,00 manata artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından əmək pensiyası yenidən hesablanmış, bu zaman Qaydanın 2.2.3-cü bəndinə əsasən pensiya mələği faizi 40,83%-lə hesablanmışdır. Qaydanın 2.2.3-cü bəndindəki hesablama qaydasına uyğun olaraq pensiya artım faizinin (səlahiyyət müddətində fəaliyyət dövrü x 50% / 15) müəyyən edilməsi üçün: -qulluq stajı 15 il =180 ay üçün -50% olduğu nəzərə alındıqda iddiaçının 12 il 3 ay qulluq stajı =147 ay (12 il =144 ay +3 ay) olmaqla müəyyən edilən faiz dərəcəsi 40,83% (147x50/180) müəyyən olunur. İddiaçının xx.xx.2018-ci ildə vəzifə maaşı 485 manata qalxmış, müvafiq olaraq qulluq stajına görə əlavə 97 manat (485x20%), ixtisas dərəcəsinə görə 80 manat, mükafatlar 410% olmaqla 82,85 manat, cəmi dövlət məvacibi 744,85 manat müəyyən edilmişdir. Bu zaman Qaydanın 2.2.3-cü bəndindəki pensiyanın artım məbləğinin (orta aylıq əməkhaqqının artım məbləği x faiz dərəcəsi) müəyyən edilməsi üçün: -2018-ci ildəki dövlət məvacibi 744,85 manat-2013-cü ildəki dövlət məvacibi 683,17 manat= 61.68 manat dövlət məvacibinin artım məbləği x 40,83%=25,18 manat. 25,18 manat pensiyanın artım məbləği + 444,06 manat (2013-cü ildəki pensiya məbləği) üzərinə gəlinməklə iddiaçının 2018-ci ildə pensiya məbləği 469,24 manat hesablanmışdır. Həmçinin, xx.xx.2019-cu il tarixdən vəzifə maaşı 730 manata qalxmış, qulluq stajına görə əlavə 20% olmaqla 146 manat (730x20%), ixtisas dərəcəsinə görə 80 manat, mükafatlar 410% olmaqla 124,71 manat, cəmi dövlət məvacibi 1080,71 manat müəyyən edilmişdir. Qaydanın 2.2.3-cü bəndindəki pensiyanın artım məbləğinin müəyyən edilməsi üçün: -2019-cu ildəki dövlət məvacibi 1080,71 manat-2018-ci ildəki dövlət məvacibi 744,85 manat= 335,86 manat dövlət məvacibinin artım məbləği x 40,83%=137,13 manat. 137,13 manat pensiyanın artım məbləği + 469,24 manat (2018-ci ildəki pensiya məbləği) üzərinə gəlinməklə iddiaçının 2019-cu ildə pensiya məbləği 606,37 manat hesablanmışdır. Bundan əlavə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya aldığı 606,37 manat pensiya məbləğinin 10 % - 60,63 manat məbləğində maddi yardım əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən 12 il 03 ay 28 gün dövlət qulluğu stajına görə həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 65%-i miqdarında pensiya məbləği hesablanmış, iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi 40,83% müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir. Bundan başqa 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi - 60,63 manat məbləğində maddi yardım ödənilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10351/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1446/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1446/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver