Məhkəmə qərarları › İş №2-1(103)-1446/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1446/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1446/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinə qarşı iş üzrə (Açar sözlər: medalın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X4 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinə qarşı “medalın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14329/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinə qarşı onun yubiley 90 illik (1918-2008) medalının özü və sənədinin, əsl sənədi əvəz edən 2 nüsxəsinin verilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fevral 2024-cü il Daxili İşlər Nazirliyinə Daxili Qoşunlar Xidməti dövründə medal ilə təltif olunub-olunmadığı barəsində müraciət etmişdir. Ona xx.xx.2024-cü il tarixli, 3-13-14/2-V-1104011/2024 nömrəli məktubda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşunuz və həmin medal xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Baş İdarəsinə və Nəsimi rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə idarəsindən xx.xx.2024-cü il tarixli 3-43- 78/2-651/2024 məktubda bildirilmişdir ki, arxiv-uçot sənədlərində ona aid “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı aşkar edilməmişdir.

3. Cavabdeh Daxili Qoşunların Baş İdarəsi tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir və bildirilmişdir ki, N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.2008-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət keçən və müddətdən artıq xidmət etmək haqqında öhdəlik vermiş ehtiyatda olan əsgər X1 çavuş hərbi rütbəsi verilməklə xüsusi təyinatlı dəstədə xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilməklə hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.2008-ci il tarixli nizami hissə üzrə əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq, daxili işlər nazirinin müavini-daxili qoşunlar komandanının xx.xx.2008-ci il tarixli 26 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən həqiqi hərbi xidmətdən azad edilib Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdə Silahlı Qüvvələrə ehtiyata buraxıldığından həmin medal xx.xx.2009-cu il tarixli 13- 15/551 nömrəli məktubla Bakı şəhəri Nəsimi Rayon Hərbi Komissarlığına göndərilmiş, bu barədə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medallarının və vəsiqələrinin paylanışı kitabında 312-ci sıra nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı medalla təltif olunması barədə əmrin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə göndərilməsini təsdiq edən xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlanılma yeri və müddətləri haqqında siyahı”ya əsasən saxlanılma müddəti başa çatdığına görə xx.xx.2013-cü il tarixdə məhv edilmişdir. Bundan başqa, iddiaçının ərizəsində “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalının özü və sənədinin, əsl sənədi əvəz edən 2-ci nüsxəsinin ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etməsinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikasının 605-İİİQ nömrəli, 16 may 2008-ci il tarixli Qanununa əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il tarixli Sərəncamının və 05 iyun 2008-ci il tarixli Fərmanının tələblərinə əsasən Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif edilməsi daxili işlər nazirinin səlahiyyətləri daxilindədir. Göstərilənlərə əsasən iddia tələbinin Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinə münasibətdə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi Rayon İdarəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14329/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilmişdir.

6. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

TƏRƏFLƏRİN İZAHATLARİ:

6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştirakılarını təmin etməmişdir.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

8. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

9. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

11. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2024-cü il tarilxi 3-43-78/2-681/24 saylı iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin arxiv –uçot sənədlərində Sizə aid Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “90 illik (1918-2008) yubiley medalı aşkar edilmədi.

12. İşdə olan Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xx.xx.2024-cü il tarixli 3-13-14/2-V-1104011/2024 saylı iddiaçlya ünvanlanmış məktubda bildirilmişdir ki, iddiaçı Daxili Qoşunlarda həqiqi hərbi xidmətdə olarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “90 illik (1918-2008) yubiley medalı ilə təltif olunmuş və həmin medal xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə göndərilmişdir.

13. Məhkəmənin sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 34-3-78/2- 887 nömrəli məktubunda bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində xx.xx.2022-ci il tarixədək hərbi qeydiyyatda olmuş və hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsində hərbi qeydiyyatda olan 1987-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “90 illik (1918-2008) yubiley medalı” ilə təltif olunmasına aid DİN-nin Daxili Qoşunlarının xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktubu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin arxiv uçot sənədlərində aşkar edilmədiyi üçün qeyd edilən məktub və məktuba əlavə edilmiş sənədlərin göndərilməsi mümkün olmamışdır.

14. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının xx.xx.2024-cü il tarixli, 3-13- 14/2-2596/2024 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçının medalla təltif olunması barədə əmrin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsinə göndərilməsini təsdiq edən xx.xx.2009-cu il tarixli 13-15/551 nömrəli məktub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında istifadə olunan sənədlərin saxlanılma yeri və müddətləri haqqında siyahı”ya əsasən saxlanılma müddəti başa çatdığına görə xx.xx.2013-cü il tarixdə məhv edilmişdir.

15. Həmin məktubla təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 ş/h nömrəli “Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”yubley medalı ilə təltif edilməsi haqqında” əmrindən görünür ki, Azərbaycan Respublikasının 605-İİİQ nömrəli, 16 may 2008-ci il tarixli Qanununa əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il tarixli Sərəncamının və 05 iyun 2008-ci il tarixli Fərmanının tələblərinin icrasını təmin etmək məqsədi ilə, 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında 26 iyun 2008-ci il tarixədək xidmət keçmiş, döyüş hazırlığında uğurlar qazanmış Daxili Qoşunların aşağıda adları göstərilən hərbi qulluqçuları “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı ilə təltif edilsinlər: - İddiaçı, N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə xüsusi vasitələrin tətbiqi qrupunun 2ci yarımqrupunda atıcıdır.

16. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı N saylı hərbi hissədə xüsusi təyinatlı dəstədə xüsusi vasitələrin tətbiqi qrupunun 2-ci yarımqrupunda atıcı olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008- ci il tarixli 1719 ş/h nömrəli əmri ilə “Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”yubley medalı ilə təltif edilmişdir. İddiaçı həmin medalın v onun sənədinin (vəsiqsinin) ona verilməsini cavabdehlərdən tələb edir.

17. Eyni zamanda müəyyən olunur ki, sözügedən medalla təltif edilmə barədə əmr olsa da lakin medal fiziki olaraq aşkar olunmadığından onun təqdim edilməsi də mümkün olmamışdır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri).

21. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd).

23. Məhkəmə hesab edir ki, hazırkı halda inzibati mübahisəyə əsas ola biləcək predmet-1 dəfə üçün verilməsi nəzədə tutulmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubley medalı fiziki cəhətdən mövcud olmadığından həmin medalın iddiaçıya verilməsi də mümkün deyildir.

24. Hazırkı halda inzibati orqandan tələb edilən predmet mövcud olmadığından və həmin medalın yenidən hazırlanaraq təqdim edilməsi ilə bağlı qanunla inzibati orqan üçün hər hansı vəzifə və ya səlahiyyət müəyyən olunmadığından, bununla da cavabdeh qismində qoyulmuş inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz.

25. Bundan əlavə məhkəmə tələb edilən medalın təqdim edilməsi tələbi ilə bağlı həm də iddia müddətinin ötürüldüyünə də diqqəti çəkir.

26. Hazırkı işdən görünür ki, iddiaçı 2008-ci ildə təqdim edilmiş medalın verilməsindən və xidmətdən tərxis olunduğu vaxtdan 16 il sonra 2024-cü ildə hazırkı iddianı qaldırmışdır.

27. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən irəli gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır).

28. Beləliklə, iddiaçı medalın təqdim edilməməsi ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyini qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində tələb etməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllə inzibati orqanların 2011-ci il tarixədək hərəkət və ya hərəkətsizliyindən hüquqi müdafiəni təmin etmir.

29. Bundan əlavə qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8387/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nəsimi Rayon İdarəsinə qarşı “medalın verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

30. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-4011/2024 saylı, xx.xx.2024-cü il tarixi qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8387/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.

31. Məhkəmə qeyd edir ki, iddiaçının bundan əvvəl qaldırdığı iddia ilə eyni mahiyyətdə olan hazırkı iddası yenidən mümkünlük şərtlərinə cavab vermir.

32. Məhkəmə eyni zamanda iddiaçının medalın və ya sənədinin ikinci nüsxəsinin (dublikatın) verilməsi ilə bağlı tələb hissəsinə münasibətdə qeyd edir ki, sözügedən “Daxili Qoşunların hərbi qulluqçularının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”yubley medalı Azərbaycan Respublikasının 605-İİİQ nömrəli, 16 may 2008-ci il tarixli Qanununa əsasən, “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2004-cü il tarixli Sərəncamının və 05 iyun 2008-ci il tarixli Fərmanının tələblərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 1719 ş/h nömrəli əmri ilə verilmişdir. Eyni medalın və onun sənədinin 2-ci nüsxəsinin verilməsi bu halda medalla təltif etmə barədə əmri vermiş qurumun səlahiyyətində olan məsələ olmaqla hazırkı cavabdeh qismində qoyulmuş inzibati orqanlarının səlahiyyətlərindən kənarda qalır.

33. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14329/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Günel Abbasova Hakimlər Elvin Əliyev Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar