Məhkəmə qərarları › İş №2-1(103)-1447/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1447/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1447/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1973-cü il tarixdə Sabirabad rayonunun Talış kəndində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********6 nömrəli əmrin iddiaçıya münasibətdə olan hissədə ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2473/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə apellyasiya qaydasında Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küç., 540-cı məhəllə) аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tərəfindən onun işdən çıxarılmasına dair qəbul edilmiş xx xxxx 2018-ci il tarixli, **********6 nömrəli əmrin etibarsız sayılması, onun əvvəlki işə bərpa olunması və məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci il tarixdən 2018-ci il tarixədək Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Ağstafa rayon Şöbəsində mühasibat uçotu sektorunda məsləhətçi vəsifəsində işləmişdir. 2018-ci ilin iyun ayında verilmiş əmr əsasında xəbəri olmadan işdən azad edilmişdir. Ona işdən çıxarılmağı barədə ilk məlumatı şifahi şəkildə baş mühasib vermişdir. O, işə bərpa olunması üçün cavabdehə dəfələrlə müraciət etmiş, ona işə bərpa olunmasına köməklik ediləcəyi bildirilsə də, bugünədək işsizdir. Onun işdən çıxarılma səbəbi kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinin tələbinə əməl olunmadığı göstərilmişdir. Belə ki, o, orta təhsilli yox, orta ixtisas təhsillidir və ixtisası mühasibdir. 27 ildən artıq müddətdir ki, fasiləsiz olaraq mühasib kimi işləyir. İddiaçı xx xxxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli, **********6 nömrəli əmrin ona münasibətdə olan hissədə ləğv olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı mübahisə inzibati xarakter daşıdığından, iddia tələbinin predmetinə dəyişiklik edilərək cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli, **********6 nömrəli işdən azadolunma barədə Əmrin iddiaçıya münasibətdə olan hissədə ləğv edilməsi tələbi ilə çıxış edilməsinə zərurət vardır. İddianın təsviri və əsaslandırıcı hissəsi olduğu kimi qalır. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2473/2020 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2473/2020 saylı qərardadı ilə (hakim F.Mədətli) iddiaçının “əmrin etibarsız sayılması və işə bərpa” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, hakim iddia tələbinin dəqiqləşməsi barədə ərizəni nəzərə almamış, onun işə bərpa və əmrin etibarsız sayılması barədə iddiasının qeyri-mümkün sayılması barədə qərardad qəbul etmişdir. xx.xx.2020-ci il tarixində iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə məhkəməyə daxil olmuşdur, ərizədə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadın nəticə hissəsində səhvə yol verilmişdir. Belə ki, məhkəmə araşdırması dövründə iddiaçı iddia ərizəsinə dair dəqiqləşdirmə verərək xx.xx.2018-ci il tarixli əmrin iddiaçıya aid hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə iddiaçının işə bərpa və əmrin etibarsız sayılması barədə iddiasının mümkünsüz sayılması barədə qərardad qəbul etmişdir. İddiaçının iddiası inzibati aktın mübahisələndirilməsi barədədir. xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən məhkəməyə **********8 №-li ərizə ünvanlanmışdır. Ərizədə qeyd olunmuşdur ki, iddiaçı prosessual müddəti ötürülmə səbəbi ilə iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.4-cü maddəsinə (qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə) əsasən işdən azad edilmişdir. Həmin qanunun 34cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, iddiaçının inzibati vəzifə tutsa da , ali təhsili olmadığından orta təhsilli olduğundan işdən azad edildiyini, iddiaçıya yardımçı vəzifədə iş təklif edildiyini və onun da qəbul etdiyini, bu səbəbdən əmək kitabçasının ona təqdim edilmədiyini, iddiaçının yardımçı vəzifədə çalışsa da, aldığı əmək haqqının inzibati vəzifə tutan şəxslərdən artıq olduğunu, iddiaçının daha əvvəl nazir müavinlərinin qəbulunda olduğunu və iki il sonradan əmri mübahisələndirdiyini qeyd etdi. Sonuncu məhkəmə iclasında isə o, birinci instansiya məhkəməsi ilə əlaqə saxladığını və ona yanlışlıq qərardadının Bakı Apellyasiya Məhkəməsinə göndərildiyi bildirilmişdir. Sədrlik edən cavabdehin nümayəndəsinin izahatına münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsindən daxil olmuş materiallarda məhkəmənin 2-1(112)-2473/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından sonra apellyasiya şikayətinin tikildiyini və işin sonuncu, 96-cı səhifəsindən sonra məhkəmənin qərardadında yol verilmiş yanlışlıqla bağlı hər hansı məhkəmə aktının olmadığını, eyni zamanda apellyasiya məhkəməsinə də rəsmi olaraq yanlışlıq qərardadının daxil olmadığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və onun nümayəndəsi və vəkili sonuncu məhkəmə iclasında iştirak etməmişlər. xx.xx.2020-ci il tarixdə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar üzrlü səbəbdən iştirak edə bilmədiyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil (Şəmkir rayon Vəkil Bürosu) izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdilər. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkili iddiaçının işdən çıxma barədə məlumatı olsa da, işdən çıxarıldıqdan sonra 20 gün işsiz qaldığını, bu müddət ərzində əmrin surəti və əmək kitabçası iddiaçıya təqdim edilmədiyini, daha sonra yardımçı vəzifədə ona iş təklif edildiyini, iddiaçıya yalnız müraciət etdikdən sonra əmrin surətinin təqdim edildiyini, inzibati icraatda mübahisələndirmə iddia növündə aktın təqdim edildiyi andan müddətin axımı başlamalı olduğunu, iddiaçıya dekabr ayının 14-də əmrin təqdim edildiyini, iddiaçının işdən ali təhsili olmadığına görə çıxarıldığını bildirdi. Eyni zamanda, birinci instansiya məhkəməsinin qərardadının nəticə hissəsində yanlışlıq olduğunu, lakin yanlışlığın aradan qaldırılması barədə qərardadın olmadığını, nəzarət olunsun ki, sonradan əlavə olunmasın, saxtakarlığın olmamasını, qeyd edilən halın qərardadın ləğvi üçün əsas olduğunu qeyd etdi. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq, hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iddiaçının xx xxxxx 2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli, **********6 nömrəli əmrin ona münasibətdə ləğv olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinə qarşı “əmrin etibarsız sayılması və işə bərpa” tələblərinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı qəbul etdiyi qərardadda prosessual pozuntuya yol vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixli, 7404/11404 qeyd nömrəli, NT-İ seriyalı, 559275 nömrəli diplomun təsdiq edilmiş surətinə əsasən, qeyd olunmuşdur ki, bu diplom verilir X1, ondan ötrü ki, o, 1988-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Plan-İqtisad texnikumuna daxil olmuş və 1991-ci ildə mühasibat uçotu ixtisasi üzrə tam kursu bitirmişdir, dövlət ixtisas komissiyasının xx.xx.1991-ci il tarixli qərarı ilə ona X1 mühasib ixtisasi verilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. Yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli, **********6 nömrəli əmrin ona münasibətdə ləğv olunmasını xahiş etsə də, “əmrin etibarsız sayılması və işə bərpa” barədə ilkin tələbinə baxaraq qərar qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla prosessual pozuntuya yol vermişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2473/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinə qarşı “cavabdehin xx xxxx 2018-ci il tarixli, **********6 nömrəli əmrinin ona münasibətdə hissədə ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar