Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1447/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi vəkil X6, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC və Alyans-Z» MTK) “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3684/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 5 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1) İddiaçı iddia tələbini aşağıdakılarla əsaslandırmışdır: “..."xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 22 iyun 2011-ci il tarixdə "xxxx" MMC-nin Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kv. metr mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 58 saylı müqavilə bağlanmış və həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kv metr üçün 502,49 manat, 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 70.650,00 manat olmaqla dəyişilməz qaldığı müəyyənləşdirilmişdir. Mənzilin dəyəri 70.650 manat 22 iyun 2011-ci il tarixli, AXU № 70 saylı kassa mədaxil orderi ilə "xxxx" MMC-nin hesabına ödənilmiş və orderlərin qəbzi ona verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı ("xxxx" MMC) Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kv.m mənzilini tikib sifarişçiyə ona təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq podratçı ("xxxx" MMC) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kv. metr mənzilini tikib sifarişçiyə ona təhvil verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMCnin adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada icazə verilmiş yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdir. İddiaçı mənzil üzərndə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi barədə cavabdehə müraciət etmiş, lakin, cavabdeh 29 dekabr 2020- ci il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ümvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 säylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Məzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir...” Cavabdeh iddia ərizəsinə xx.xx.2021-ci il tarixli etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK göstərilmişdir. Vətəndaşın idarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3684/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində, 2 otaqlı, sahəsi 90 kv.m olan 5 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Üçüncü şəxs "xxxx" apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün təfsir etməmiş və hazırkı düzgün tətbiq etməmişdir. Belə ki, yaşayış binası bütövlüklə "xxxx" MTK-ya məxsusdur. 05 mart 2006-cı il tarixdə "xxxx" MTK (sifarişçi) "xxxx" MMC (podratçı) arasında müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmışdır. Müqavilənin 3.1.14-cü bəndinə əsasən, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilədə birmənalı olaraq göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binanın mənzillərin satılması iş üzrə 3-cü şəxs "xxxx" MTK tərəfindən bağlanmalıdır. "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17+(mansarda) mərtəbəli yaşayış binaya, binanın yaşayış və qeyri-yaşayış sahələrinə sərəncam, sahiblik, istifadə hüququ yoxdur. "xxxx" MMC-nin mübahisəli mənzilə dair bağladığı müqavilə tam əhəmiyyətsizdir. Buna baxmayaraq məhkəmə mübahisəli mənzilə dair iddiaçının podratçı "xxxx" MMC ilə bağlanılmış müqaviləni əsas götürmüş, səhv nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs apellyatorun və digər üçüncü şəxsin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayəti ilə razılaşmamış, "xxxx" MTK-nın İddiaçı qarşı iddia tələbinin rədd olunması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğunu qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj kooperativinin və başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. İş materiallarına əlavə olunmuş Bakı ŞİH başçısının 12 oktyabr 2004-cü il tarixli 237 nömrəli sərəncamına əsasən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi RİH-in 1 oktyabr 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli A/01 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağın layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 dekabr 2019-cu il tarixli Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına icazə sənədindən görünür ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binasının istismarına icazə verilmiş və bina tikintiləri dövlət reyestrinə daxil edilmişdır. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, iddiaçıya məxsus mənzilin yerləşdyi yaşayış binası qanuni əsaslarla tikintiyə icazə sənədi əsasında inşa edilmiş və istismara qəbul edilmişdir. Konkret halda, iddiaçı həmin yaşayış binasından əldə etdiyi mənzilinə mülkiyyət hüququnun qeyd alınaraq reyestrdən çıxarış verilməsini tələbi üzrə mənzil üzərində hüquqları aşağıdakı sənədlərlə təsdiq olunur: “..."xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 22 iyun 2011-ci il tarixdə "xxxx" MMC-nin Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kv. metr mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 58 saylı müqavilə bağlanmış və həmin müqavilənin 2.1-2.2-ci bəndlərinə müvafiq olaraq, mənzilin hər kv. metrinin qiyməti 502,49 manatdan müəyyənləşdirilməklə, 70.650,00 manat məbləğində ümumi dəyəri 22 iyun 2011-ci il tarixli, AXU № 70 saylı kassa mədaxil orderi ilə "xxxx" MMC-nin hesabına ödənilmiş və orderlərin qəbzi iddiaçıya verilmişdir. Görüdüyü kimi, iddiaçı Y.Sadıqov mübahisəli mənzili "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında dəyərini tam ödməklə əldə etmişdir. Lakin, işdən görünür ki, həmin mənzilə mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, çıxarış verilməsi barədə ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu binanın istismara icazə sənədində tikintinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK-nın olması, mənzilə dair müqavilənin isə iddiaçının idarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlandığı əsas gətirilməklə imtina cavabı verilmişdir (İşə əlavə olunmuş, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 9 dekabr 2019-cu il tarixdə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına 246 nömrəli icazə sənədində həqiqətən də tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir). Hər bir halda, işin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin iddianın təmin olunmsı barədə qərarı ilə razılaşmış, ondan apellyasiya şikayəti verməmişdir. Belə olan təqdirdə, İPM-in 82-ci maddəsinin tələbi nəzərə alınmaqla, işə üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri həddində baxılmalıdır. Üçüncü şəxs "xxxx" MTK isə apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kv.m sahəsi olan mübahisəli mənzilə dair "xxxx" MMC-nin İddiaçı ilə müqavilə bağlamaq səlahiyyəti olmamış, "xxxx" MTK (sifarişçi) ilə "xxxx" MMC (podratçı) arasında 05 mart 2006-cı il tarixdə bağlanmış müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin 3.1.14-cü bəndinə əsasən mənzillərin satılması hüququ MTK-ya məxsus olmuşdur. Bu baxımdan, apellyator iddiaçı ilə MMC arasındakı həmin müqaviləni etibarsız müqavilə kimi qiymətələndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına, o cümlədən, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2-(006)142/2016 saylı qətnaməsi ilə müəyyən olunan hallardan görünür ki, iddiaçılar İddiaçı və qeyrilərinin cavabdehlər "xxxx" MTK-ya və qeyrilərinə qarşı “müqavilələrin, mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderlərinin qəbzlərinin və həmin mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X5 razılıq ərizələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi; -iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarısız hesab edilməsi, mənzillər üzərində "xxxx" MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” ilk və X2, İddiaçı, X8 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı mənzillər üzərində sahiblik və istifadə hüququnun tanınması və mənzillərin təhvil verilməsinin "xxxx" MMC-nin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi və İddiaçı, X8 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı mənzillər üzərində sahiblik və istifadə hüququnun tanınması və mənzillərin təhvil verilməsinin "xxxx" MMC-nin üzərinə qoyulması tələbinə dair” qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə “İddiaçı münasibətdə həissəsində - "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 54 nömrəli mənzilinə dair bağlanmış xx.xx.2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilmişdir.” Həmin qətnamə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2018ci il tarixli 2(103)5218/2018 saylı qətnaməsi ilə ləğv edilmiş və İddiaçı münasibətdə qət edilmişdir ki: - “ Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 55 No-li mənzili üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. Həmin mənzilin N.Mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun...”(Həmin qətnamədən ikasasiya şikayəti verilməmişdir) Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 783/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qərardadına əsasən də müəyyyən olunur ki, mübahisəli mənzillə bağlı "xxxx" MTK trəfindən İddiaçı və qeyrilərinə qarşı qaldırılan iddia tələbi rədd olunmuşdur. Beləliklə də, qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçı "xxxx" MTK-nın sifarişi əsasında podratçı "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasından mübahisəli mənzili əldə edərkən hüquqa zidd hərəkətləri mövcud olmamış, əksinə, onun MTK binasından əldə etdiyi həmin mənzilin qanuni sahibi olması və istifadə hüququ tanınmışdır. Belə olan halda, İddiaçı hazırkı iddia tələbinə münasibətdə qanvericiliyin aşağıdakı normalarının qanuni əsaslar kimi tətbiq edilməsi məhkəmə kolegiyasının qənaətincə tamamilə əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 113.2-ci maddəsinə əsasən, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1.1.6-cı və «Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsasdır. Eyni zamanda, məhkəmə kolegiyası hesab edir ki, qeyd olunan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə onun mənzil üzərində onun sahiblik və istifadə hüququnun tanınması baxımından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinin də hazırkı mübahisəli hüquq münasibətlərin tətbiq edilməsini mümkün sayır. Qanunun sözügedən 8.0.4-cü maddəsi isə nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır. İşin sübutlarla müəyyən olunan faktiki şərtləri və qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçının cavabdeh qeydiyyat orqanından mübahisəli mənzilə mülkiyyət hüqununun qeydə alınıb çıxarış verilməsini zəruri edən faktiki şərtlər sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxs "xxxx" MTK-nın apellyasiya şikayətinin həmin mənzilə dair müqavilə bağlamaq hüququ "xxxx" MMC-yə deyil, MTK-ya məxsus olduğunu mübahisələndirən və MMC- ilə iddiaçı arasında bağlanmış müqavilənin əhəmiyyətsiz olduğunu vuoğulayan dəlilləri iddiaçının həmin mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yeni Əsasnaməsinin 3.0.6-cı bəninə əsasən hüquqları dövlət qeydiyyatına almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlrinə daxildir (Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Xidmətin tərkibinə onun apparatı və tabeliyində olan yerli qürumlar daxildir). Lakin cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından əsassız olaraq boyun qaçırmış, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda İPM-in 73.1-ci maddəsinin tələbində isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin iddianın təmin olunması bğarədə gəldiyi nəticə faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası "xxxx" MTK-nın apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi və prosessual hüquq normalarının pozulduğunu və səhv tətbiq edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3684/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3684/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1447/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1447/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver