Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1448/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Aida Hüseyn Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, 3-cü şəxs X5 və onun nümayəndə və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi" tələbi barədə inzibati iş üzrə X5 tərəfindən verilmiş 3-cü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsi və icraatın təzələnməsi ilə bağlı ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1 (82)-1271/2016 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ( hazırki Bakı İnzibati Məhkəməsi) müraciət edərək ,Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 264 saylı sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri , Suraxanı rayonu Bülbülə qəsəbəsi , S.Bəhlulzadə küçəsi 54 saylı binanın qarşsında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 264 saylı sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış Bakı şəhəri , Suraxanı rayonu Bülbülə qəsəbəsi , S.Bəhlulzadə küçəsi 54 saylı binanın qarşsında yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmşdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1529/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı,xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2097/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1529/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra X5 ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzlənməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı, onun maraqlarına toxunur və qanuna qorunan hüquqlarını pozur. Çünki ərizəyə əlavə olunmuş sənədlərdən göründüyü kimi, torpaq sahəsinə dair iddiaçıya verilmiş çxarışın əsasında duran Sərəncam 1999-cu il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ləğv edilmiş və həmin Sərəncam ilə həm ərizəçinin, həmçinin də iddiaçının torpaq sahəsindən istifadə etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən ərizəçinin ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi" tələbinə barədə inziati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1 (82)-1271/2016 nömrəli qərardadı ilə X5 3-cü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı,xx.xx.2016-cı il tarixli qərarın ləğv edilməsi və işin mahiyyəti üzrə təzələnməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs İddiaçı və onun vəkil və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələri) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İşin faktiki hallarından məlum olur ki, hazırki iş üzrə iddiaçının tələb etdiyi və onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 54 saylı binanın qarşısında yerləşən 300 kv.m torpaq sahəsi ilə bağlı X2 istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi zərurəti mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi yaşayış binasının mühafizə zolağında yerləşir və həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən Suraxanı rayon İH Başçısının Sərəncamının həqiqiliyi şübhə doğurur. Lakin cavabdehin bu halı təsdiq edən hər hansı bi sübutu təqdim olunmadığından, həmçinin iddia ərizəsinə etirazda isə imtinaya əsas olan hallar əsaslandırılmadığından imtina məkttubunda göstərilənlər əsassız qəbul edilmişdir. Sözügedən torpaq sahəsi ilə əlaqədar olan sənədlər AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilməsə də, hazırki iş ərizəçi Vasif Quliyev tərəfindən təqdim olunmuş Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli Sərəncamından görünür ki, 3-cü şəxsin həmin torpaq sahəsindən istifadəsinə icazə verilmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydə alınarkən, həmin torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçsının xx.xx.1998-ci il tarixli Sərəncamın və tərtib olunmuş ayrıc aktı əsas olmuşdur. Düzdür, təkzib olunmaz haldır ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçsının xx.xx.1998-ci il tarixli Sərəncamı ilə X4 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısında yerləşən 300 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin, sözügedən Sərəncam Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçsının xx.xx.1999-cu il tarixli Sərəncamı ilə ləğv edilmiş və həmin sahədə bağ sahəsi kimi istifadə olunan torpaq sahəsinin vətəndaşlar İddiaçı və Vasif Quliyev tərəfindən istifadəsinə icazə verilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınarkən Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçsının xx.xx.1998-ci il tarixli Sərəncamı artıq ləğv olunmuşdur. Nəzərə alınmalıdır ki, hər iki Sərəncamın mövcudluğu Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəmə sorğusuna cavab məktubunda əlavə olunmuş sənədlərdə öz əksini tapmışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, Suraxanı rayon İcra Hakimiyyəti ərizəçi X4 ünvanladığı məktubda, sözügedən torpaq sahəsinə dair Suraxanı RİH tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilən ayrıc aktı Suraxanı RİH başçısının ləğv olunmuş sərəncamı əsasında verildiyindən etibarsız saydığını bildirmişdir. Qeyd olunanlara əsasən Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı j^yonu. Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısında yerləşə verilməsi barədə mübahisə X8 üçüncü şəxs qismində məhkəmə prosesinə ki, hazırki iş üzrə, Bakı şəhəri, Suraxanı rayon 54 saylı binanın qarşısında yerləşən 300 kv.m sənədlərin əsilləri təqdim olunmalı, üçüncü şəxsin torpaq sahəsinə münasibətdə istifadə hüququnun olub-olmaması müəyyən edilməli, hal -hazırda Sərəncamların qüvvədə nası ilə bağlı araşdırma aparılmalıdır. Məhkəmə hesab edir ki, qərar ləğv edilmədən, iincü şəxs məhkəmə icraatına cəlb edilmədən və icraat təzələnmədən bu hissədə jşdırmanın aparılması mümkün deyildir. Bu səbəbdən, məhkəmənin 2-1(82)-1271/2016 ylı, xx.xx.2016-cı il tarixli qərarı ləğv edilməli, X5 üçüncü şəxs ımində cəlb edilməli və işə mahiyyəti üzrə baxılması təzələnməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz şəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati əhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü əxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, inzibati-prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. İnzibati-Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı .instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzi _urnəhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin Qərardadda məhkəmə tərəfindən baxılan cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzər qorunan maraqlarına toxunacağını güman etdi^ri^ barədə vəsatət qaldıra bilərlər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi betmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin hiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə nədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu isə bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan əks, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda ınzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm lərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: -qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; -inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır Məhkəmə kollegiyası vurğulmağı zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş qərar ləğv olunarkən, məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmaması, həmçinin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt nəzərə alınmalıdır. Hazırki mübahisə üzrə işə cəlb olunmayan üçüncü şəxsin hüququnun pozulmasının məhz hansı vaxtdan etibarən bilməsi məsələsi araşdırılarkən məlum olur ki, X5 şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısında yerləşən 300 kv.m torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dölət reyestrindən qeydiyyatdan keçməsi barədə məlumatı yalnız xx.xx.2020-ci il tarixdə (cavabdeh inzibati orqanın vəkil sorğusuna verdiyi cavab məktubu) almışdır. X1 məsələdən xx.xx.2020-ci il tarixdə xəbərdar olduğunu və dərhal hüquq mühafizə orqanına və xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizəyə (hakim Miminat Hacıbəyova) ilə müraciət etdiyini nəzərə alaraq, kollegiya belə qənaətə gəlir ki, işə cəlb olunmayan üçüncü şəxs hüquqlarının pozulduğunu bildiyi andan ağlabatan müddət ərzində məhkəməyə müraciət etmişdir. . Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq X2 3-cü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1271/2016 saylı,xx.xx.2016-cı il tarixli qərarın ləğv edilməsi və işin mahiyyəti üzrə təzələnməsi barədə qərara gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 28 və 50.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1271/2022 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2-1(103)-1448/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1448/2022
16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver