Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1448/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14001/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: 27 dekabr 2005-ci ildə Xətai rpayon Əhmədli Bələdiyyəsi və ünvan 1 ünvanında yaşayan X3 ilə 200 kv.m. torpaq sahəsinin alqı-satqısına dair Akt tərtib olunmuşdur. 054 No-li 27 dekabr 2005-ci il tarixli sərəncamla Ş.Səmədov küçəsində fərdi yaşayış evinin tikintisinə Xətai rayon İcra Hakimiyyəti Başçısının razılıq məktubu alınmışdır. X3 tərəfindən ona verilmiş etibarnaməyə əsasən cavabdeh idarəyə müraciət olunduqda, bunun mümkün olmadığı barədə cavab məktubu almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14001/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək istinad etdiyi və iddia ərizəsinə əlavə etdiyi bütün sənədləri (sərəncam, Xətai rayon İcra hakmiyyəti başçısının razılıq məktubu, torpaqların alqı-satqısına dair akt, torpaq saahəsinin cizgisi) nəzərə alaraq yeni ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləri baxımından apellyasiya icraatını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı, eyni zamanda cavabdeh (nümayndəsi) məhkəmə iclasına gəlməmişlər, İPM-in 62.3-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iş materiallarına əlavə edilmiş, iddiaçının iddia tələbində istinad etdiyi sənədlər (sərəncam, razılıq məktubu, torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin cizgisi) onun adına deyil başqa səxsə məxsusdur. Belə ki, Əhmədli Bələdiyyəsinin 27 dekabr 2005-ci il tarixli 054 saylı sərəncamı ilə Ş.Səmədov küçəsində fərdi yaşayış evinin tikintisi məqsədilə 200 kv m torpaq sahəsi iddiaçının adına deyil, X1 adına sənədləşdirilməsi barədə göstəriş verilmiş, məhz onun adına da torpaq sahəsinin cizgisi tərtib olunmuş və onunla da bələdiyyə ilə torpağın alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçının əlində olan yeganə sənəd isə qeyd olunan torpaqayırma sənədlərinə əsasən torpaq sahəsinin qanuni sahibi olan E.Rüstəmov tərəfindən ona verilmiş torpağın idarə edilməsinə dair 27 sentyabr 2007-ci il tarixli etibarnəməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunvericiliyin qeyd olunantələblərindən göründüyü kimi, mübahisəli torpağın qanuni sahibi tərəfindən iddiaçıya verilmiş etibarnamə etibar edilən iddiaçı üçün həmin torpaq üzərində mülkiyyət hüququnu reallaşdırmaq məqsədilə öz adından hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnu yaratmır. Odur ki, qeyd olunanlar baxımından onun iddia tələbi İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından da məhz görünür ki, iddiaçının cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmadığı nəzərə alınaraq, İPM-in 35.3-cü maddəsinin tələbinə uyğun qaydada iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmuşdur. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmayaraq, dolayısı ilə həmin qrardadın ədalətli olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14001/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14001/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1448/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1448/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver