Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-145/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1959-cu il tarixində Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 1(81)-4485/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuş, sentyabr 1976-cı ildən xx.xx.1977-ci ilə qədər Bakı şəhəri 25 №-li Texniki Peşə Məktəbində təhsil almış və xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər «Azərbalıqticarət» Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuların maşinisti, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Ermənistan SSR Kirovakan Topdan Ticarət Bazasında maşinist, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən), xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixə qədər «Azərətsüdticarət» İdarəsinin 1 №-li kompressor sexində çilingər, xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixə qədər «xxxx» ASCnin Bakı Kanalizasiya Xidməti İdarəsinin Kanalizasiya Nasos X1 23 saylı nasos stansiyasına 4-cü dərəcəli nasos qurğuları maşinisti, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə qədər 35 saylı nasos stansiyasında 4-cü dərəcəli maşinist, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər AR X4 «Azərkontrakt» SC «Azərətsüd» X10 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti, xx.xx.2011-ci ildən xx.xx.2011-ci il tarixə qədər Kanalizasiya Nasos X1 35 saylı nasos stansiyasında 4-cü dərəcəli nasos qurğuları maşinisti, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə qədər «xxxx» ASC-nin Balaxanı şəhər tullantılarının çeşidlənməsi məntəqəsində təmir elektriki vəzifəsində işləmiş, xx.xx.2012-ci ildən hazırkı vaxta qədər isə həmin ASC-də elektromexanik vəzifəsində işləyir. Eyni zamanda, 2006-cı ildən hazırkı vaxta qədər 25015,92 qəpik pensiya sığorta kapitalı vardır. Əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 60 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2019-cu il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 60 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixə qədər 29 il 2 ay 22 gün ümumi iş stajı, 12 il 8 ay 8 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. Nəhayət 60 yaşı tamam olan tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2019-cu il tarixli, **********7 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. AR X4 «Azərkontrakt» SC «Azərətsüd» X10 Birliyi tərəfindən ona 1118 №-li xx.xx.2019-cu il tarixli Güzəştli Arayış verilmişdir. Həmin Arayışda işlədiyi vəzifə AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti peşəsinə uyğundur. Bundan əlavə, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən) vəzifələri müvafiq olaraq AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğundur. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4485/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4485/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən aydın olur ki, o, “kompressor qurğularının maşinisti” və “xlorçu” peşələrində çalışmışdır. Məhkəmənin istinad etdiyi peşənin (“ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti”) iddiaçının çalışdığı peşə ilə əlaqəsi müəyyən edilmir. Siyahıda başqa sahələr üzrə “kompressor qurğularının maşinisti” vəzifəsi var; yəni NK, istəsəydi “soyuducu qurğular” deyil, “kompressor qurğuları” ifadəsinə yer verərdi; bir sözlə, “kompressor qurğusu” ifadəsi Siyahıya yad deyil. Məhkəmənin istinad etdiyi peşənin adı, “ammonyaklı soyuducu qurğuları” ilə bağlıdır. İddiaçının əmək kitabçasında bu barədə, yəni onun ammonyaklı soyuducu qurğulara xidmət etməsi ilə bağlı qeyd yoxdur. Halbuki peşənin adından görünür ki, bu peşənin Siyahıya daxil edilmə səbəbi məhz “ammonyak” maddəsindən istifadə edilməsilə bağlıdır. “Xlorçu” peşəsinə gəldikdə, iddiaçının əmək kitabçasında onun “xlorçu” peşəsində çalışması qeyd edilsə də, əmək kitabçasının tərcüməsində, orijinalda olmayan, “ammonyakla işləyən” ifadəsi əlavə edilmişdir. Yəni orijinalla, tərcümə arasında fərq var. İddiaçı Kirovakan Topdan Ticarət Bazasında çalışmışdır. Bu hissədə məhkəmənin istinad etdiyi kod - 2130302a-l3652-dir: sənaye çirkab suların təmizlənməsi, mineral kükürd turşusunun, qazların fraksiyalaşdırılması və kompremirləşdirilməsi, polietilenin, sintetik spirtin, katalitik krekinqin, piroliz qurğularında məşğul olan qaz doldurma maşınlarının maşinistləri. 2130302a-13652 kodu altında olan peşə 2 nömrəli Siyahının Xİİ bölməsinə aiddir. Həmin bölmə isə, “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanır. Dolayısı ilə, iddiaçının çalışdığı peşənin Xİİ bölmə ilə heç bir əlaqəsi yoxdur. Eyni zamanda, məlum kod adı altında “xlorçu” peşəsi öz əksini tapmamışdır. Göründüyü kimi, iddiaçının yetərli güzəştli iş stajı olmadığından ona bu əsasla pensiya təyin edilməsi mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-327/2020 saylı , xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Ağayev, A. Nuriyeva, C.Yusifov) cavabdehin apellyasiya şikayətini təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh xx.xx.2020-ci il tarixdə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1335/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə,Z.Quliyev, İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-327/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4485/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE ******** №-li Şəxsiyyət Vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu ildə Ermənistan SSR Quqark rayonunda doğulmuşdur. - NZ ******* №-li Hərbi Biletin surətinə əsasən X5 xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. - AR X4 «Azərkontrakt» SC «Azərətsüd» X10 Birliyi tərəfindən verilmiş 1118 №-li, xx.xx.2019-cu il tarixli Arayışa əsasən İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər «Azərətbalıqticarət» Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuların maşinisti, xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixə qədər «Azərətsüdticarət» İdarəsinin 1 №-li kompressor sexində çilingər, xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər AR X4 «Azərkontrakt» SC «Azərətsüd» X10 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti vəzifələrində işlədiyi dövrlər AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ Ümumi peşələr bölməsinin 23200000- 14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti peşəsinə uyğundur. - İddiaçıya məxsus İТ–İ № ******* seriya və nömrəli , İ–İ № ******* seriya və nömrəli əmək kitabçalarının təsdiq edilmiş surətlərinə və arayışlara əsasən İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər «Azərbalıqticarət» Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuların maşinisti, xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə qədər Ermənistan SSR Kirovakan Topdan Ticarət Bazasında maşinist, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən), xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixə qədər «Azərətsüdticarət» İdarəsinin 1 №-li kompressor sexində çilingər, xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, xx.xx.2005-ci il tarixdən xx.xx.2008-ci il tarixə qədər «xxxx» ASC-nin Bakı Kanalizasiya Xidməti İdarəsinin Kanalizasiya Nasos X1 23 saylı nasos stansiyasına 4-cü dərəcəli nasos qurğuları maşinisti, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə qədər 35 saylı nasos stansiyasında 4-cü dərəcəli maşinist, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər AR X4 «Azərkontrakt» SC «Azərətsüd» X10 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti, xx.xx.2011-ci ildən xx.xx.2011-ci il tarixə qədər Kanalizasiya Nasos X1 35 saylı nasos stansiyasında 4-cü dərəcəli nasos qurğuları maşinisti, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə qədər «xxxx» ASC-nin Balaxanı şəhər tullantılarının çeşidlənməsi məntəqəsində təmir elektriki vəzifəsində işləmiş, xx.xx.2012-ci ildən hazırkı vaxta qədər isə həmin ASC-də elektromexanik vəzifəsində işləyir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********7 №-li məktubda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün deyildir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının işlədiyi kompressor qurğularının maşinisti peşəsinin iş yerinin verdiyi arayışa əsasən Siyahıda olan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğun olduğunu qəbul edərək bu hissədə şikayətin dəlillərini əsaslı saymır. Cavabdeh apellyasiya şikayətində iddiaçının əmək kitabçasında xlorçu peşəsində çalışması qeyd edilsə də, əmək kitabçasının tərcüməsində orijinalda olmayan “ammonyakla işləyən” ifadəsi əlavə edildiyini bildirmiş, apellyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək qərarında apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirməmişdir. İddiaçının əmək kitabçasının işdə olan surətindən onun x xxxxxx 1987-ci ildə hansı peşədə işləməsi ümumiyyətlə oxumaq mümkün deyil, bu səbəbdən iddiaçının Siyahıda olan ammonyakla işləyən xlorçu peşəsində işləməsini hazırkı halda müəyyən etmək mümkün olmur. Odur ki, əmək kitabçasının əsli tələb edilib iddiaçının Siyahıda olan peşədə işləyib-işləməməsi müəyyən edilməlidir. Apellyasiya məhkəməsi iddiaçının işlədiyi xlorçu peşəsinin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğun olması ilə bağlı heç bir əsaslandırma aparmamışdır.” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya instansiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişləri nəzərə alınaraq, iddiaçının əmək kitabçasının əslinə baxış keçirilmiş, həmçinin, iddiaçıya əmək kitabçasının azərbaycan dilinə tərcüməsinin təsdiq edilmiş surətinin və müvafiq arayışların təqdim edilməsi təklif edilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının azərbaycan dilinə tərcümə (tərcüməçi X7, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir) və təsdiq edilmiş surətini, AR X4 «Azərkontrakt» SC «Azərətsüd» X10 Birliyi tərəfindən verilmiş 1/25 №-li xx.xx.2020-ci il tarixli Arayışı (arayış direktor müavini Aslanov N.A və proqramlaşdırıcıkadrlar üzrə mühəndis Əliyeva N.B tərəfindən imzalanmışdır) məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxx” ASC tərəfindən məhkəməyə daxil olmuş 023 nömrəli arayışa əsasən qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdən “xxxx” ASC-də işə qəbul edilmiş və hal-hazırda elektromexanik peşəsində işləyir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər «Azərbalıqticarət» Bakı şəhər Soyuducu İdarəsinin 1 №-li Kompressor sexində 2-ci dərəcəli soyuducu qurğuların maşinisti, xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilə qədər kompressor qurğularının maşinisti, xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə qədər AR X4 «Azərkontrakt» SC «Azərətsüd» X10 Birliyinin 1 №-li kompressor sexində əvəzçilik qaydasında 5-ci dərəcəli kompressor qurğularının maşinisti peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000-14341 kodu ilə ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti peşəsinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi kompressor qurğularının maşinisti peşəsinin iş yerinin verdiyi arayışa əsasən Siyahıda olan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğun olduğu qeyd edilmişdir. İddiaçinin işlədiyi xlorçu peşəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirilmiş, həmçinin, onun təqdim etdiyi əmək kitabçasının tərcümə və təsdiq edilmiş surətinə əsasən onun , xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər Ermənistan SSR Kirovakan Topdan Ticarət Bazasında maşinist, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər Sənaye və X2 çirkab sulardan xlorla təmizlənməsi üzrə xlorçu və 2-ci dərəcəli xlorçu operator (ammonyakla işləyən) vəzifəsində işləməsi müəyyən edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən peşələri AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ bölməsinin 2130302a-13652 və XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-14341 koduna uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı olduğundan ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan hazırkı iddia tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4485/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4485/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-145/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-145/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver