Məhkəmə qərarları › İş №2-1(103)-1451/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1451/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1451/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının direktoru X5, iddiaçının vəkili X2 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X15 oğlunun iştirakları ilə, X3 və X5 Tam ortaqlı İddiaçı (Kommersiya qurumunun adı - X11 və Kəbəkbərov (mətnə uyğun) Sənan Xalid oğlunun Tam ortaqlı İddiaçı ; VÖEN-**********; Hüquqi ünvanı – AZ1147, ünvan 1 mən. 26; Qanuni təmsilçisi – X7; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2001-ci il) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “maddi ziyanın tutulması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2- 1(82)-1301/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: X3 və X5 Tam ortaqlı İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs “xxxx” MMC göstərilməklə) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən istirahət parkının ərazisində obyektlərin və avadanlıqların məhv edilməsinə görə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətindən İddiaçı xeyrinə 208610 manat məbləğində maddi ziyanın tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.(İddia ərizəsi adi kağızda tərtib edilərək yalnız imzalanmışdır, iddia ərizəsi firmaya məxsus blankda tərtib edilməmiş, imza firmaya məxsus möhürlə təsdiq edilməmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxx 1998-ci il tarixli 498 saylı Sərəncamı ilə İddiaçına ünvan 2ndə yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılması üçün torpaq sahəsi ayrılmışdır. 1998-ci ildə firmaya ayrılmış ərazidə 3 ədəd kafe inşa olunub fəaliyyət göstərməyə başlamışdır. 2011-ci ildə park hasara alınıb və ərazidə rekonstruksiya işləri aparılmışdır, firmaya məxsus 3 ədəd kafe, avadanlığı ilə birlikdə xəbərdarlıq edilmədən sökülmüşdür. Nəticədə firmanın mülkiyyəti qanunsuz məhv edilmişdir. Cavabdeh tərəfindən firmaya rekonstruksiya zamanı kafe obyektlərinin orada yerləşdirilmiş avadanlığı ilə götürülməsinə dair heç bir rəsmi və ya şifahi təklif göndərilməmişdir.Parkın rekonstruksiyası başa çatanda və firma həmin əraziyə daxil olanda məlum olmuşdur ki, 3 ədəd kafe tam sökülüb və avadanlıqlar yoxa çıxmışdır. Əvəzinə həmin ərazidə eyni adlı təzə kafe tikilmişdir. Nizami rayon İcra Hakimiyyətinin Heydər X16 İdarəsi xx xxxxxx 2015ci il tarixli məktubu ilə onlara Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 267 saylı və xx.xx.2011-ci il tarixli 192 saylı sərəncamları ilə Bakı şəhər Nizami rayonu B.Nuriyev küçəsində yerləşən Heydər Əliyevin adını daşıyan parkın 49 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verildiyi qeyd edilmişdir. Ərazidə firmaya məxsus obyektlərin sökülməsi nəticəsində ciddi maddi ziyan vurulmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1301/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev) Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1301/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev) iddia təmin edilməmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1301/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, İddiaçı tələblərinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı 3-cü şəxs “xxxx” MMC iştirak etməmişdir və firmaya məxsus əmlakla bağlı məhkəməyə məlumat verməmişdir. Cavabdeh də proses zamanı bildirdi ki, kafe obyektləri və orada olan avadanlıqlar kim tərəfindən sökülməsi və məhv edilməsi barədə onların xəbəri yoxdur. Digər tərəfdən cavabdehlə o dövrdə müqavilə münasibətləri mövcud olmuşdur və məhz cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 267 saylı və xx.xx.2011-ci il tarixli 192 saylı sərəncamları ilə sözügedən torpaq ərazisi başqa şəxsə (xxxx MMC-yə) icarəyə verilmişdir, yəni cavabdeh torpaq sahəsinə və üzərində olan firmaya məxsus əmlaka dair sərəncam vermişdir, bu nöqteyi nəzərdən cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşımalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-540/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Tağızadə, Ü.Mayılov, K.Abiyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1301/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1960/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, A.Hüseynov, X.Məmmədov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-540/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2248/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər C.Yusifov, V.Ağayev, A.Nuriyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1301/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-482/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, İ.Hüseynov, K.Bədəlov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2248/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında iddiaçının müvafiq maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə pretenziya məktubu olsa da (iş v.15), həmin məktubun cavabdehə çatdırılmasına dair sübut iş materiallarında mövcud deyildir. Belə olan halda, işə baxan aşağı instansiya məhkəmələri iddia tələbinə mahiyyəti üzrə qiymət verməmişdən öncə, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini yoxlamalı idilər. İşə baxan məhkəmə ilk növbədə parkın ərazisində fəaliyyət göstərən İddiaçına məxsus kafelərin sökülməsinin kim tərəfindən həyata keçirildiyini müəyyən etməlidir ki, bu hazırkı iş üzrə cavabdehin düzgün müəyyən edilməsi baxımından vacibdir.Belə ki, iş materiallarında olan Nizami rayon İcra Hakimiyyətinin Bakı şəhəri üzrə Vergilər Departamentinə ünvanladığı məktubda iddiaçıya məxsus kafelərin sökülməsinin parkın yenidən rekonstruksiya işləri ilə əlaqədar olduğu qeyd edilsə də, sözügedən rekonstruksiya işlərinin kim tərəfindən (Nizami rayon İcra Hakimiyyəti ya Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən və ya digər inzibati orqan) həyata keçirilməsi iş materialları ilə müəyyən edilmir və bu istiqamətdə aşağı instansiya məhkəmələri tərəfindən araşdırma aparılmamış, müvafiq orqanlara sorğu ünvanlanmamışdır. Bundan əlavə, iş materiallarında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya istirahət parkında tikinti işlərinin aparılmasına icazə verilməsinə dair sərəncam və bu sərəncamın ləğvinə dair sərəncam mövcuddur ki, tikililərin sökülməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş hər hansı sənəd iş materiallarında yoxdur.İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia üzrə cavabdeh olmalı olan inzibati orqanı müəyyən etməli, bundan sonra isə Ali Məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla iş üzrə araşdırma aparmalıdır. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının direktoru və iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər.Əlavə olaraq, iddiaçının vəkili Ali Məhkəmənin qərarında iddiaçıya qanuni əsaslarla verilmiş sahədə ictimai iaşə obyektlərinin inşa etməsi və həmin obyektlərin sökülməsi iş materiallarında olan sənədlərlə müəyyən olunduğunun qeyd edildiyini, belə olan halda hazırkı iş üzrə söküntünün hansı qurum tərəfindən aparılmasının qanuniliyinin qiymətləndirilməsi və söküntü zamanı maddi ziyanın dəyməsi məsələsinin müəyyənləşdirilməsi zərurətinin yarandığını, torpaqla bağlı münasibətlər Bakı şəhər İH ilə olduğunu, ziyanın kim tərəfindən vurulduğunu bilmədiklərini, bununla bağlı müraciət etdiklərini, məlumat verilmədiyini, müstəqil araşdırma apara bilmədikləri üçün məhkəməyə müraciət etdiklərini, əvvəl Nizami RİH-ə qarşı iddia qaldırdıqlarını, daha sonra birinci instansiya məhkəməsinin cavabdeh Nizami RİH deyil, Bakı şəhər İH olmalı olduğunu bildirdiyini, bu səbəbdən də yenidən iddia qaldıraraq cavabdehi Bakı şəhər İH qoyduqlarını qeyd etdi. Eyni zamanda, iddiaçının direktoru 2007-ci ildə qərar qəbul edildiyini, ancaq obyektlərin 2012-ci ildə söküldüyünü, 2011-ci ilədək firmanın fəaliyyət göstərdiyini, xx.xx.2011-ci ildən bağlandığını, sökülmüş əmlakla bağlı nə özünün, nə də digər təsisçinin hər hansı bir pul məbləği qəbul etmədiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, “xxxx” firması ilə İddiaçı şirkəti arasında razılıq məktublarının olduğunu, sonra İddiaçıin razılığı nəzərə alınaraq Bakı şəhər İH “xxxx”lə əlaqədar sərəncam qəbul etdiyini və daha sonra torpaq icarə müqaviləsi bağlanıldığını, rekonstruksiya işlərinin aparılmasının Nizami RİH tərəfindən həyata keçirildiyini, əvvəlki sərəncam qəbul olunanda torpaq sahəsinin üzərində olan bütün vəziyyətlərin Nizami RİH-ə həvalə edildiyini, sonuncu sərəncamda da Nizami RİH-in olduğunun, Bakı ŞİH-in o ərazilərdə heç bir rekonstruksiya işlərini aparmadığını, sərəncam da İddiaçıin müraciəti nəzərə alınaraq Nizami RİH və onların arasında olan razılığa əsasən qəbul edildiyini, bu səbəbdən də Bakı ŞİH-in maddi ziyanla əlaqədar heç bir əməli iş görmədiyini bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclaslarına gəlməmişlər, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili X6 (Bakı şəhər 7 saylı Vəkil Bürosu) apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq, o, Ali Məhkəmənin iddianın qeyri-mümkünlüyünə toxunduğunu, işin içində məktub olsa da, amma onun icra hakimiyyəti tərəfindən alınması ilə bağlı heç bir sübutun olmadığını, iddiaçının Nizami RİHin Başçısına ünvanladığı xx.xx.2007-ci il tarixli məktubunda xx.xx.1998-ci il tarixli, 498 saylı, Bakı şəhər İH tərəfindən ona verilmiş, Heydər Parkında uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına dair sərəncamının ləğv olunmasına etiraz etmədiyini bildirdiyini, cavabdehin icra hakimiyyətinə belə məktub göndərmədiyini bildirsə də, iş materiallarında məktub olduğunu, söküntü ilə razılaşdığını, o vaxt işləyən şəxslərin bildirdiyinə görə iddiaçı ilə razılaşma olduğunu və iddiaçıya pul da verildiyini, Nizami RİH 2007-ci ildən oranın söküntüsünə başladığını, 10 il sonra məhkəmədə iddia qaldırıldığını, “xxxx” şirkətinin parkın söküntüsündə iştirak etmədiyini, tam söküldükdən sonra “xxxx” şirkətinin həmin parkı 49 illik icarəyə götürdüyünü və abadlıq işlərinin aparıldığını söküntünün Nizami RİH tərəfindən aparıldığını bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-1301/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, firmanın möhürünün əksində yalnız İddiaçı göstərilmişdir. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti “Heydər Bağı” Park-Bulvarın “Gold-Rain” firmasının direktoruna ünvanladığı 26.11 2015-ci il tarixli, İQ-22 nömrəli məktubdan görünür ki, Bakı şəhər Nizami rayonu “Heydər Bağı” Park-Bulvarın rəhbərliyi onun Bakı şəhəri Nizami rayon Hakimiyyətinə ünvanladığı xx xxxxxxx 2015-ci il tarixli, S-1/1/39 №-li məktuba cavab olaraq, bildirir ki, Park 2008-ci il tarixdən hasara alınaraq, təmirə dayanmışdır. Eyni zamanda bildiririk ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 267 saylı və xx.xx.2011-ci il tarixli, 192 saylı sərəncamları, eləcə də, xx.xx.2010-cu il tarixli 12446 saylı inşaat pasportu əsasında Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən Ulu öndər Heydər Əliyevin adını daşıyan xx.xx.2011-ci il tarixli, 0930 №-li (“Torpaq sahəsini icarəyə verilməsi haqqında”) torpaq icarə müqaviləsinə əsasən 49 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verilmişdir. - “Gold-Rain” firmasının Nizami rayon İcra Hakimiyyətinə və Nizami rayonu “Heydər park”-ın direktoruna ünvanladığı xx.xx.2016-cı il tarixli, S-1/1-39 saylı məktubun surətindən görünür ki, GOLD-RAİN” firması yazaraq Sizə bildirir ki, Bakı şəhər icra Hakimiyyətinin 27/ 05/1998-ci il tarixli 498 nömrəli sərəncamına əsasən Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən “Heydər parkı”-nın ərazisində 3 ədəd kafe fəaliyyət göstərirdi və qeyd olunan kafelər 2012-ci ilədək fəaliyyət göstərmişdir. Parkın rekonstruksiyasından sonra firmaya məxsus obyektlər xəbərdarlıq edilmədən sökülmüşdür. Parkın rekonstruksiyasından sonra firmaya məxsus sökülmüş kafelərdən birinin yerində eyni adlı kafe tikilmişdir. Nəzərinizə catdırmaq istəyirik ki, bu günə kimi obyektlərin yerləşdiyi torpağın istifadəsinə görə tərəfimizdən dövlətə rüsum ödənilir. Sizdən xahiş edirik ki, yaranmış bu vəziyyətlə əlaqədar olaraq obyektlərin sökülmə səbəbi haqda bizi məlumatlandırasınız. - “Gold-Rain” firmasının Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı H.Abutalıbov cənablarına ünvanladığı xx.xx.2016-cı il tarixli, S/13-12 nömrəli məktubunda qeyd edilmişdir ki, “GOLD-RAİN” firması təkrarən yazaraq Sizə bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin 27/ 05/1998-ci il tarixli 498 nömrəli sərəncamına əsasən Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən “Heydər parkı"-nın ərazisində 3 ədəd kafe 15 ildir ki fəaliyyət göstərirdi. 2011-ci ildə Parkın rekonstruksiyasından sonra məlum oldu ki, firmaya məxsus obyektlər parkın rekonstruksiyasını aparan SOCAR şirkəti tərəfindən xəbərdardıq edilmədən əmlakı ilə birlikdə sökülmüşdür. Parkın rekonstruksiyasından sonra firmaya məxsus sökülmüş obyektlərin birinin yerində eyni adlı kafe tikilmişdir. Uzunmüddətli araşdırmadan sonra Nizami rayonu “HEYDƏR” Park-Bulvarın rəhbərliyinin İQ-22 nömrəli 26 noyabr tarixli məktubu ilə bizə bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 267 saylı və xx.xx.2011-ci il tarixli 192 saylı sərəncamları, eləcə də Nizami rayonu B.Nuriyev küçəsində yerləşən “Heydər Bağı” park- bulvarı xx.xx.2011-ci il tarixli 0930 saylı müqavilə əsasında 49 il müddətinə “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, bu günə kimi obyektlərin yerləşdiyi torpağın istifadəsinə görə tərəfimizdən dövlətə rüsum ödənilir. Sizdən xahiş edirik ki, yaranmış bu vəziyyətlə əlaqədar olaraq “Gold-Rain” firmasına məxsus obyektlərin sökülmə səbəbi haqda bizi məlumatlandırasınız və bu məsələyə dair Bakı şəhər icra Hakimiyyətinin yuxarıda adları qeyd olunan sərəncamlarının mətni ilə tanış olmaq üçün surətlərini bizə göndərəsiniz. Əks təqdirdə tərəfimizdən məhkəmə orqanlarına müraciət olunacaqdır. - Azərbaycan Respublikası Bakı şəhəri icra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin ayrılması” haqqında 498 saylı xx.xx.1998-ci il tarixli sərəncamının surətindən görünür ki, “Gold-Rain” firmasının 27.04 1998-ci il tarixli 02/15 nömrəli məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 610 nömrəli sərəncamına əsasən Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilsin. Sifarişçiyə tapşırılsın ki, layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və şəhərsalma baş idarəsinin tağşırığını yerinə yetirsin, obyektin memarlıq-planlaşdırılmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırsın. Torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunmalıdır. Obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırıldıqdan sonra başlanılsın. Tikintini qeydiyyatdan keçirmək və ona başlamaq üçün texniki sənədləri Bakı Dövlət X1 vaxtında təqdim etsin. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə diqqəti artırmaq, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək Nizami Rayon İcra Hakimiyyətinin Başçısına tapşırılsın. - “Sədərək” firmasının “Gold-Rain" firmasına ünvanladığı xx xxxx 2017-ci il tarixli, 102 nömrəli məktubunun surətindən görünür ki, təqdim etdiyiniz eskiz layihə üzrə ümumi tikinti sahəsi 144 kv.m təşkil edir və 1 kv.m - 950.00 manatla hesablanır. Ümumi məbləğ 136800.00 manat təşkil edir. Əlavə olaraq qeyd edirik ki, göstərdiyimiz məbləğə sifarişinizə əsasən pəncərə və döşəmə daxil deyil. - Azərbaycan Respublikası Dövlət qeydiyyatı haqqında Ş-1023 nömrəli şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 və X5 tam ortaqlı “GOLD-RAİN” firması ******* nömrəli identifikasiya kodu ilə xx.xx.2001-ci ildə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, Ş-1023 nömrəli nizamnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 və X5 tam ortaqlı “GOLD” RAİN” firması təsisçilərin xx xxxx 2001-ci il tarixli təsis müqaviləsinə, “Müəssisələr haqqında” xx xxxx 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasınının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının analoji qanunvericiliyinə və bu nizamnaməyə müvafiq olaraq yaradılmış və fəaliyyət göstərir. Müəssisə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 29678 saylı şəhadətnamə ilə xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmış eyni adlı firmanın bazasında yaradılıb və onun hüquqi varisidir. - Nizami rayon İcra Hakimiyyətinin Başçısı M.Əliyevin Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış xx.xx.2007-ci il tarixli, 03/582 nömrəli məktubunda qeyd edilmişdir ki, «Gold-Rain” firmasının xx.xx.2007-ci il tarixli, AS/l-91 saylı məktubla, uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına aid olan, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixə 498 saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsinə etiraz etmədiyini nəzərə alaraq, Nizami rayon İcra Hakimiyyəti, həmin sərəncamın ləğvi barəsində qərar qəbul edilməsi xahiş olunmuşdur. - «Gold-Rain” firmasının Nizami rayon icra Hakimiyyətinin Başçısı cənab M.Əliyevə ünvanladığı xx.xx.2007-ci il tarixli, AŞ/İ-91 nömrəli məktubunda qeyd edilmişdir ki, “GOLD-RAİN” firması yazaraq Sizə bildirir ki, xx.xx.1998-ci il tarixli 498 saylı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nizami rayonu B.Nuriyev küçəsində yerləşən Heydər parkında uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına dair verilmiş sərəncamın ləğv olunmasına etiraz etmir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli, 378 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 498 saylı sərəncamının ləğv edilməsi haqqında sərəncamda qeyd edilmişdir ki, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 03/582 saylı məktubu və «GOLD-RAİN» firmasının xx.xx.2007-ci il tarixli, AS/1-91 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 498 saylı sərəncamı ləğv edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti “Heydərbağı” park bulvar İdarəsinin Bakı şəhəri üzrə Vergilər Departamentinə ünvanladığı 28.025.2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nizami rayon «Heydərbagı» park bulvar idarəsi Sizə bildirir ki, B.Nuriyev küçəsində yerləşən parkın ərazisində fəaliyyət göstərən İddiaçına məxsus kafelərin sökülməsi parkın yenidən rekonstruksiya işləri ilə əlaqədardır. Bundan əlavə bildiririk ki, İddiaçına məxsus sökülmüş obyektlərə parkın ərazisində yenidən bərpası üçün yer verilməsi nəzərdə tutulmamışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-959/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev) İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Hakimiyyətinə qarşı “xxxx” MMC üçüncü şəxs qismində cəlb olunmaqla “cavabdeh Bakı şəhəri Nizami rayon Hakimiyyətindən İddiaçı xeyrinə 208,610 manat məbləğində maddi ziyan tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmiş, iddiaçıya hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5120/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə (hakim X.İmanov) İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Hakimiyyətinə qarşı “maddi ziyanın tutulmasına dair” iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara İnzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, zərərin vurulması öhdəliyin əmələgəlmə əsaslarından biridir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İşin hallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxx 1998-ci il tarixli 498 saylı sərəncamı ilə iddiaçı firmaya - ünvan 10 ünvanında yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilmişdir. İddiaçı tərəfindən həmin ərazidə bir neçə ictimai iaşə obyektləri yaradılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 378 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxx 1998-ci il tarixli 498 saylı sərəncamı Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 03/582 saylı məktubu və iddiaçının xx.xx.2007-ci il tarixli AS/İ-91 saylı müraciəti əsasında ləğv edilmişdir. İstirahət parkı 2008-ci il tarixdən hasara alınaraq təmirə dayanmış, parkda iddiaçıya məxsus əmlaklar parkın rekonstruksiya işləri ilə əlaqədar sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 267 saylı və xx.xx.2011-ci il tarixli 192 saylı sərəncamlarına əsasən istirahət parkı “xxxx” MMC-nin 49 illik müddətinə istifadəsinə verilmişdir. Hazırda iddiaçı ünvan 10 ünvanında yerləşən istirahət parkında ona məxsus tikililərin sökülməsinə görə dəymiş ziyanı tələb etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə Ali Məhkəmənin iddiaçının müvafiq maddi ziyanın ödənilməsi tələbi ilə müraciətinin cavabdehə çatdırılmasına dair sübutun iş materiallarında mövcud olmaması və iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı qeyd edir ki, iş materiallarının 15 səhifəsində olan İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 61 №-li pretenziya məktubunda İddiaçına 208.610 manat məbləğində maddi ziyanın ödənilməsinə dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarının 23-cü səhifəsinə əlavə edilmiş poçt qəbzində göndərən İddiaçı qəbul edən Bakı şəhər İcra Hakimiyyəti ştrix kod- SS458001819AZ, sifarışli xəbərnamə qeyd edilmiş, xəbərnamə ad, soyad göstərilməməklə xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçının hazırkı iddia tələbində qeyd edilən məbləğlə bağlı cavabdeh inzibati orqana müraciət etdiyi və cavabdeh tərəfindən müraciətin qəbul edildiyi müəyyən edilir. Eyni zamanda, Ali Məhkəmənin digər bir mövqeyi ondan ibarət olmuşdur ki, “iş materiallarında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya istirahət parkında tikinti işlərinin aparılmasına icazə verilməsinə dair sərəncam və bu sərəncamın ləğvinə dair sərəncam mövcuddur ki, tikililərin sökülməsinə dair cavabdeh tərəfindən qəbul edilmiş hər hansı sənəd iş materiallarında mövcud deyildir.” İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri icra Hakimiyyətinin Başçısının “Torpaq sahəsinin ayrılması” haqqında 498 saylı xx.xx.1998-ci il tarixli sərəncamının surətindən görünür ki, “Gold-Rain” firmasının 27.04 1998-ci il tarixli 02/15 nömrəli məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 610 nömrəli sərəncamına əsasən Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən istirahət parkının ərazisində uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına icazə verilmişdir. Daha sonra Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli, 378 nömrəli Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 498 saylı sərəncamının ləğv edilməsi haqqında sərəncamda qeyd edilmişdir ki, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 03/582 saylı məktubu və «GOLD-RAİN» firmasının xx.xx.2007-ci il tarixli, AS/1-91 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 498 saylı sərəncamı ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2007-ci il tarixli, 378 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 498 saylı sərəncamı ləğv edilsə də, iş materiallarında qeyd edilən park ərazisində söküntü işlərinin cavabdeh qismində göstərilmiş Bakı şəhər İcra Hakimiyyətin tərəfindən aparılmasını təsdiq edən hər hansı sərəncam mövcud deyildir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında rekonstruksiya işlərinin aparılmasının Nizami RİH tərəfindən həyata keçirildiyini bildirmiş, iddiaçının vəkili isə izahatında ziyanın kim tərəfindən vurulduğunu bilmədiklərini, əvvəl Nizami RİH-ə qarşı iddia qaldırdıqlarını, daha sonra birinci instansiya məhkəməsinin cavabdeh Nizami RİH deyil, Bakı şəhər İH olmalı olduğunu bildirdiyini, bu səbəbdən də yenidən iddia qaldıraraq cavabdeh qismində Bakı şəhər İH qoyduqlarını qeyd etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində cavabdehlə o dövrdə müqavilə münasibətləri mövcud olduğu, məhz cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 267 saylı və xx.xx.2011-ci il tarixli 192 saylı sərəncamları ilə sözügedən torpaq ərazisi başqa şəxsə (xxxx MMC-yə) icarəyə verildiyi, yəni cavabdeh torpaq sahəsinə və üzərində olan firmaya məxsus əmlaka dair sərəncam verdiyi, bu nöqteyi nəzərdən cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşımalı olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçının iddia qaldırarkən belə söküntü işlərinin Bakı şəhər İcra Hakimiyyəti və ya Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən aparılması barədə məlumatı olmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan «Gold-Rain” firmasının Nizami rayon icra Hakimiyyətinin Başçısı cənab M.Əliyevə ünvanladığı xx.xx.2007-ci il tarixli, AŞ/İ-91 nömrəli məktubunda “GOLD-RAİN” firması xx.xx.1998-ci il tarixli 498 saylı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Nizami rayonu B.Nuriyev küçəsində yerləşən Heydər parkında uşaq əyləncə və istirahət obyektlərinin quraşdırılmasına dair verilmiş sərəncamın ləğv olunmasına etiraz etmədiyi qeyd edilmişdir. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 498 saylı sərəncamı qarşılıqlı razılıq əsasında ləğv edilmiş, həmin sərəncamın ləğvinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 378 №-li xx.xx.2007-ci il tarixli sərəncamı mübahisələndirilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 378 №-li xx.xx.2007-ci il tarixli sərəncamı qarşılıqlı razılıq əsasında qəbul edilmiş, həmin sərəncamın qəbul edilməsini şərtləndirən faktiki hallar mövcud olmuş və həmin sərəncamda müvafiq park ərazisində söküntü və rekonstruksiya işlərinin aparılması öz əksini tapmamışdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçına ünvan 2 ünvanında yerləşən istirahət parkının ərazisində obyektlərin və avadanlıqların məhv edilməsinə görə 208610 manat məbləğində maddi ziyanın vurulmasını təsdiq edən hər hansı hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-1301/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X3 və X5 Tam ortaqlı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 1301/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar