Məhkəmə qərarları › İş №2-1(103)-1451/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1451/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1451/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X7 ibarət tərkibdə, X26 qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil2 “Evrika” liseyinin nümayəndəsi X19 3-cü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X8 və digərləri) “koordinatların faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmakla yeni plan və ölçü sənədinin verilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : X23 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının mülkiyyətində olan və ünvan 1 ünvanında yeləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətində dəqiq müəyyən edilməsi və torpaq sahəsinin yeni plan-ölçü sənədinin ona təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında 500 kv\m-dən ibarət torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2015-cü il tarixli seriya RX ******* saylı, reyestr nömrəsi **********00, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarış və həmin torpaq sahəsinin plan və ölçü sənədi vardır. Hal-hazırda torpaq sahəsindən sərhəd qonşuluğunda yerləşən “Evrika” Liseyi idman meydançası kimi istifadə edir. Bu əmlakdan iddiaçı uzun illərdir ki, fasiləsiz və mübahisəsiz surətdə istifadə edir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin yenidən qurulması ilə əlaqədar olaraq dövlət tərəfindən bu ərazidə abadlıq-quruculuq işləri aparıldı. Yeni küçələr salındı və küçələrin sağ və sol hissələrində qeyri-yaşayış binaları inşa edildi. Həmin binaların və bəzi torpaq sahələrinin mülkiyyətçilərinin adına qeydiyyat aparan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi texniki xətalara yol vermiş və koordinatları qarışdırmış, ünvanlar düzgün müəyən edilməmişdir. Belə ki, ona məxsus olan torpaq sahəsinin koordinatları da qarışdırılmış və nəticədə plan-ölçü sənədindəki yanlış koordinatlara əsasən ona məxsus olan 500 kv\m torpaq sahəsi çiyin qonşu İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının altına düşür. Göründüyü kimi, eyni küçədə ortaq sərhədləri olan iki qonşu daşınmaz əmlakın tamamilə fərqli və yanlış ünvanları müəyyən olunmuşdur. İddiaçının yaxın qohumudur, aralarında heç bir mübahisə və anlaşılmazlıq yoxdur və olmayıb. Sadəcə mülkiyyətlərinə dair sənədlərinin tam və düzgün olmasını istəyirlər. Buna görə də, həm iddiaçı, həm də İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişlər və yanlış koordinatların dəqiqləşdirilməsini və buna dair rəsmi sənədin bizə təqdim olunmasını xahiş etmişlər. Qeydiyyat İdarəsi xx.xx.2018-ci il tarixli, **********20 saylı məktubu ilə İddiaçı dəqiqləşdirilmiş koordinatları təqdim etsə də, xx.xx.2019-cu il taixli, **********11 saylı cavab məktubu ilə iddiaçının torpaq sahəsinə dair dəqiqləşdirilmiş koordinatları verməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-132/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1681/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X23 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-132/2021 saylı qərarının ləğv olunması, iddiaçı X15 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X16, X4, İddiaçı və “Evrika” Liseyi) “yeni planölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan İddiaçı ərizə təqdim edərək, iddiaçı X15 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı ərizə verərək mülkiyyətində olan və ünvan 4 ünvanında yerləşən 0,05 ha-dan ibarət torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdıraraq torpaq sahəsinin yeni planölçü sənədinin ona verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X28 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsinin; həmçinin yuxarıda qeyd olunan ünvanda yerləşən X3 və X9 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X28 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi və Bakı şəhəri, Nərimanov rayonu, X28 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən X3 və X9 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan 3-cü şəxs X8 qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırmasının obyekti olan ona məxsus torpaq sahəsinə bitişik qeyri-yaşayış binası ona məxsusdur. Yəni, mübahisələndirilən ərazidə 2 ayrı-ayrı daşınmaz əmlak : 0,0375 ha torpaq sahəsi, habelə həmin torpaq sahəsinə bitişik olan sahəsi 3150 kv.metr qeyri-yaşayış binası onun mülkiyyətindədir. Yuxarda qeyd edilən qeyri-yaşayış binası onun mülkiyyətində olmasına baxmayaraq, həmin tikilinin altındakı 0,05281 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Hər iki əmlak dövlət reyestri xidmətində onun adına qanunvericiliyin tələbinə uyğun qeydiyyatına alınmış və həmin daşınmaz əmlaklar onun mülkiyyətinə olmuşdur. İddia tələbinin təmin olunması onun torpaq sahəsinə mülkiyyət hüququnu məhdudlaşdırır, onun xüsusi mülkiyyətində olan 0,0375 ha olan torpaq sahəsindən məhrum edir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs “Evrika” liseyinin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu bildirmişdir. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə çağırılan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 3-cü şəxsin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları : - İddiaçı (əvvəlki sahibi X20) məxsus olan 500 kv.m torpaq sahəsi, Hacısoy Həsənə məxsus olan 375 kv.m olan torpaq sahəsi və X9 məxsus olan 370 kv.m olan torpaq sahəsi əvvəllər cəm halında 1250 kv.m olmaqla digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş və rəsmi ünvanı ünvan 6 olmuşdur. Həmin şəxs torpaq sahəsini 3 hissəyə bölərək 500 kv.m + 375 kv.m + 370 kv.m olmaqla ayrı-ayrı şəxslərə satmışdır. - Sahəsi 500 kv.m olan torpaq sahəsi ilkin olaraq X5 mülkiyyətində olmuş, sonradan xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X17 adına özgəninkiləşdirilmiş, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X15 adına özgəninkiləşdirilmiş, bununla bağlı ona çıxarış və planölçü verilmişdir. Məhkəmə icraatı zamanı X23 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, X23 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından imtina edərək onların İddiaçı keçməsində iradə ifadəsini nümayiş etdirmişdir ki, nəticə etibarı ilə ünvan 7 yerləşən 0,05 ha torpaq sahəsi İddiaçı adına özgəninkiləşdirilmiş və onun adına çıxarış verilmişdir. ünvan 7 yerləşən 0,05 ha torpaq sahəsi uzun müddətdir ki, “Evrika” liseyinin idman meydançası kimi istifadə olunur. Belə ki, torpaq sahəsinin X12 əvvəlki olan mülkiyyətçisi, yəni X24 “Evrika” liseyinin təsisçilərindən biri olmuşdur. - Sahəsi 375 kv.m olan torpaq sahəsi ilkin olaraq X10 mülkiyyətində olmuş, sonradan xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X11 adına, daha sonra xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 adına özgəninkiləşdirilmişdir. X25 ilə X4 arasında xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın bağışlaması müqaviləsi bağlanılmış, X25 torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarından imtina edərək onların X1 iradə ifadəsini nümayiş etdirmişdir ki, nəticə etibarı ilə ünvan 7 yerləşən 0,0375 ha torpaq sahəsi X2 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir. - Sahəsi 370 kv.m olan torpaq sahəsi ilkin olaraq X10 mülkiyyətində olmuş, daha sonra xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 7 yerləşən 0,037 ha torpaq sahəsi X6 adına özgəninkiləşdirilmiş və onun adına çıxarış və plan-ölçü verilmişdir. İddiaçı öz tələbini onunla əsaslandırır ki, onun mülkiyyətində olan torpaq sahəsi naturada digər iki fiziki şəxsin (X4 və X16) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsədə, plan ölçü sənədində göstərilən koordinatlara görə torpaq sahəsinin üst-üstə düşməsi halı mövcuddur. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməsi ilə yekunlaşan qərarının qanuni və əsaslı olmasını hesab edərək, məhkəmənin mövqeyilə razılaşır. İş materiallarında olan tikinti-texniki ekspertizasının tədqiqatının nəticəsi barədə ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X15 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə verilmiş plan ölçülər göstərilən koordinatların əks etdirdiyi sahə İddiaçı məxsus qeyriyaşayış binasının üzərinə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə həmin hissə idman meydançası kimi istifadə olunur. X2 mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinə verilmiş plan ölçüdə göstərilən koordinatların əks etdiryi sahənin az hissəsi İddiaçı məxsus qeyri-yaşayış binasının üstünə, çox hissəsi isə idman meydançası olan hissəyə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə X2 özünə məxsus qeyriyaşayış binasının tikintialtı sahəsidir. X6 mülkiyyətində olan 0,0370 ha torpaq sahəsinə verilmiş plan ölçüdə göstərilən koordinatların əks etdirdiyi sahənin yarı hissəsi idman meydançası ilə, yarı hissəsi isə X3 məxsus qeyri-yaşayış binası ilə üst-üstə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə boş torpaq sahəsi olmaqla üst-üstə düşmə yoxdur. X15 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə verilmiş plan ölçüdəki döngə nöqtələrinin koordinatları ekspertin naturaya görə müəyyən etdiyi koordinatlarla üstüstə düşmür. Belə ki, plan ölçüdə göstərilmiş döngə nöqtələrinin koordinatları İddiaçı məxsus qeyri-yaşayı binasının bir hissəsi ilə üst-üstə düşür. Ekspertin naturaya görə verdiyi sxemə əsasən isə idman meydançası ilə olan hissədir. Göründüyü kimi, ünvan 7 ünvanı altında 3 (üç) fərqli daşınmaz əmlak (0,05 ha- İddiaçı; 0,0375 X2; 0,0370 – X6) qeydiyyatdan keçmiş, naturada torpaq sahələrinin üstüstə düşməsi halı müəyyən olunmasa da, torpaq sahələrinə dair verilmiş plan-ölçü sənədlərində əks olunan koordinatlar əsasında torpaq sahələrinin, həmçinin İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin və X2 mülkiyyətində olan 0,0375 ha torpaq sahəsinin bir hissəsinin “Evrika” liseyinin yerləşdiyi ünvan 8 ünvanında olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Kollegiya ekspert rəyinin mötəbərsiz olmasına dair əsasların mövcud olmamasını, eyni zamanda cavabdeh və ya 3-cü şəxs tərəfindən də rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübutların təqdim olunmamasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin ekspert rəyinə istinad edərək iddia tələbinin təmin olunmasına dair qərarının qanuni və əsaslı olması qənaətinə gəlir. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq “.........Təqdim olunmuş ortofotodan açıq-aydın torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələrin) mövcud olduğunu” qeyd etmişdir. 3-cü şəxs X4 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının onun mülkiyyət hüquqularının məhdudlaşmasına səbəb olduğunu bildirsə də, işin hallarından şəxsin mülkiyyət hüquqlarına hər hansı müdaxilənin olunmadığı, verilmiş plan ölçü sənədlərinə görə əmlakların koordinatlarının düzgün olmaması səbəbindən, torpaq sahələrinin hüquqmüəyyənedici sənəd əsasında üst-üstə düşməsi halının mövcud olması müəyyən olunmuşdur. Həmçinin iş materiallarında olan mülki mübahisəyə dair məhkəmə qərarlarından müəyyən edilir ki, hazırki iş üzrə üçüncü şəxs qismində çıxış edən X4 “Evrika” liseyi və İddiaçı Əhəd oğluna qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə ilə məhkəməyə müraciət etmişdir. Qərarlardan görünür ki, X2 özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Həm birinci instansiya, həm apellyasiya, həmçinin kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, eyni küçədə və bir-birinin yanında yerləşən obyektlərə fərqli ünvanların verilməsi, Kazım Kazımov tərəfindən torpaq sahəsi Həsən Hacısoya bağışlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinin reyestr nömrəsinin dəyişdirilməsi, həmin torpaq sahəsinə hal-hazırkı dövrə qədər plan və ölçü sənədinin verilməməsi, Həsən Hacısoy həmin torpaq sahəsini əldə edənə qədər Evrika liseyinin binasının mövcud olması, Evrika liseyinin binasının yerləşdiyi torpaq sahəsinin həm dövlət mülkiyyətində, həm də H.Hacısoyun mülkiyyətində olmasının qeyrimümkünlüyü, H.Hacısoyun mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilməmiş, bununla yanaşı hazırda qanuni əsaslarla fəaliyyət göstərən Evrika liseyi özbaşına tikili olmamışdır. “Evrika” liseyi xx.xx.2012-ci il tarixdə ümumi təhsil müəssisəsi kimi qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınan ümumi təhsil müəssisəsidir. Təhsil müəssisəsinin binasının inşası və mülkiyyətçisi ilə bağlı qeyd olunmalıdır ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 369 saylı, 06 avqust 2008-ci il tarixli Sərəncamına əsasən X18, Əhməd Rəcəbli küçəsinə paralel salınmış yolun kənarında öz vəsaiti hesabına, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun ofis və ticarət binasının tikintisinə icazə verilmiş, bina tikilərək istismara qəbul olunmuş və daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən həmin qeyri-yaşayış binasının üzərində X13 mülkiyyət hüququ tanınmışdır. Bundan sonra xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Sona Məmmədova həmin qeyri-yaşayış binasını İddiaçı bağışlamış və “Evrika” liseyinin yerləşdiyi ünvan 8 ünvanındaki qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətində, binanın yerləşdiyi 0,10735 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlinir ki, mübahisəli torpaq sahələrinə plan ölçü sənədləri verildiyi zaman cavabdeh inzibati orqan səlahiyyətlərini düzgün icra etməmiş, “Evrika” liseyinin daha əvvəl tikildiyini, həmin tikili altında olan torpaq sahəsinin isə dövlət mülkiyyətində olmasını nəzərə almamış, həmin torpaq sahəsinin koordinatları daxilində yerləşən torpağın koordinatını X15 plan ölçü sənədində göstərmiş, bu səbəbdən də digər torpaq sahələrinə münasibətdə də uyğunsuzluqlara (sürüşmə) yol verərək plan ölçü sənədlərində koordinatları düzgün qeyd etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 6.2. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X28 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılmasının və buna dair torpaq sahəsinə yeni plan və ölçü sənədinin verilməsi, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, X28 prospekti 3 saylı Taksomotor parkının yanı ünvanında yerləşən X3 və X9 məxsus torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının faktiki yerləşmə vəziyyətinə uyğunlaşdırılması cavabdehin vəzifələrinə aid olduğundan və həmin vəzifələrin yerinə yetirilməsi cavabdehin öhdəliyində olduğundan, həmin öhdəliklərin cavabdehin üzərinə qoyulması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 3-cü şəxsin (X2) apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar