Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1453/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı «iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya mərhum anası X2 əmək kitabçasında əksini tapmış xx xxxxx 1980-ci il tarixdən xx xxxxxx 1984-cü il tarixədək, xx xxxxxxxx 1987-ci il tarixdən xx xxxx 1988-ci il tarixədək, xx xxx 1989-cu il tarixdən xx xxxx 1989-cu il tarixədək, xx xxx 1992-ci il tarixdən xx xxxxxxx 2004-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə xx xxxxxxxx 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apelyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 4.2.7-ci bəndində zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanılması göstərilmişdir. X1 xx xxx 1992-ci il tarixdən xx xxxxxxx 2004-cü il tarixədək olan dövr üzrə iş stajının araşdırılması mümkün olmadığından, həmin dövrlərin İddiaçı “ailə başçısını itirməyə görə” pensiya hesablanması zamanı nəzərə alınması qanunvericiliklə mümkün deyildir. İddiaçının mərhum anasının 1992-2004-cü illərdə işlədiyi “Şahin” kiçik müəssisəsindəki əmək stajının qarşılıqlı araşdırılması mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası 2-1(103)-1469/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 1469/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarından görünür ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlildir.Hazırda əlilliyə görə müavinət alır.O, mərhum anası X3 vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı «mərhum anası X2 pensiyasının ona verilməsi, eyni zamanda, X5 vəfat etdiyi xx.xx.2008-ci il tarixdən bu günə kimi ödənilməli olan pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişdirərək verərək mərhum anası X3 əmək kitabçasında əksini tapmış xx xxxxx 1980-ci il tarixdən x xxxxxx 1984-cü il tarixədək, x xxxxxxxx 1987-ci il tarixdən xx xxxx 1988-ci il tarixədək, xx xxx 1989-cu il tarixdən x xxxx 1989-cu il tarixədək, xx xxx 1992-ci il tarixdən xx xxxxxxx 2004-cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə xx xxxxxxxx 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavbadehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddia ilə bağlı cavabdeh hesab edir ki, X1 əmək kitabçasında qeyd edilən xx xxx 1992-ci il tarixdən xx xxxxxxx 2004-cü il tarixədək olan iş stajının araşdırılması mümkün olmadığından, həmin dövrün ailə başçısını itirməyə görə pensiya hesablanması zamanı nəzərə alınması qanunvericiliklə mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, müvafiq (iddia tələbi üzrə göstərilən) dövrlər üzrə iş stajı iddiaçının mərhum anası X6 məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya məhkəməsinin qərarını ləğv edərkən ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddiaçının mərhum anasının 5 ildən az olmayan sığorta stajı ilə bağlı araşdırma aparmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya işin hallarını və kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki, İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu və hazırda da əlil olması işdə olan sənədlərlə təsdiqlənir və bu məsələ işin mübahisəli hallarına aid deyil. Odur ki, iddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə daxildir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.2. vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları. Həmin Qanunun 17.1-ci maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci mаddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hazırkı iş üzrə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün mərhum anasının 5 ildən az olmayan əmək stajı tələb olunur. İddiaçı mərhum anası X3 əmək kitabçasında əksini tapmış xx xxxxx 1980-ci il tarixdən x xxxxxx 1984-cü il tarixədək, x xxxxxxxx 1987-ci il tarixdən xx xxxx 1988-ci il tarixədək, xx xxx 1989-cu il tarixdən x xxxx 1989-cu il tarixədək, xx xxx 1992-ci il tarixdən xx xxxxxxx 2004-cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə xx xxxxxxxx 2008-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının mərhum anasının əmək kitabçasında qeyd edilən digər dövrlərə aid iş stajı ilə bağlı cavabdeh mübahisə açmır, lakin həmin dövr 5 ildən azdır. Cavabdeh etirazında mərhumun əmək kitabçasında qeyd edilən xx xxx 1992-ci il tarixdən xx xxxxxxx 2004-cü il tarixədək olan iş stajının yoxlanılmasının mümkün olmamasını mübahisələndirmişdir. Əmək kitabçasında olan məlumatların doğruluğunu yoxlamaq cavabdehin vəzifəsi olsa da, cavabdeh inzibati icraat çərçivəsində bununla bağlı hər hansı araşdırma aparmamışdır. Eyni zamanda, cavabdehin etirazının qeyd edilən dəlili ilə bağlı birinci instansiya məhkəməsi də araşdırma aparmamışdır. Qeyd edilməlidir ki, əmək kitabçasında xx xxx 1992-ci il tarixdən xx xxxxxxx 2004cü il tarixədək olan iş stajı “Şahin” müəssisəsinin möhürü ilə təsdiq edilmişdir, yəni möhürdə kiçik müəssisə deyil, müəssisə yazılmışdır. İşin 103-cü səhifəsində olan x xxxx 2019-cu il tarixli məktubda “Şahin” kiçik müəssisəsi adı altında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatdan keçdiyi bildirilmiş, həmin hüquqi şəxslər barədə məlumat verilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində təkrar baxış zamanı mübahisələndirilən dövr üzrə əmək kitabçasında qeyd edilmiş “Şahin” müəssisəsinin mövcudluğu məhkəmə araşdırmasının predmeti olmalıdır. Eyni zamanda, iddiaçı iddia ərizəsində bildirmişdir ki, iddiaçının 2008-ci ildə anasının vəfatından sonra qardaşı X9 da ailə başçısını itirməyə görə pensiya almaqdadır. İş üçün əhəmiyyətli olan bu hal da müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçının və onun qardaşının aldıqları sosial müavinatın onlara təyin ediləcək ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğindən yüksək olmasına dair cavabdehin dəlili də diqqətdən kənarda qalmamalıdır. Çünki, bu halın mövcudluğu iddiaçının qardaşının hüququna toxunma ehtimalını istisna etmir. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Qeyd olunanlara əsasən hazırki iş üzrə X7 hüququna toxunan 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilərək dinlənilməsi məsələsi də birinci instansiya məhkəməsində yeni baxış zamanı müzakirə edilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır (mad 58.1); Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (mad 58.2); Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər (mad. 58.6); Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (mad. 58.7); Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (mad. 68.2). Birinci instansiya məhkəməsi işə baxılan zaman məhkəməyə məlum olan və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən yuxarıda qeyd olunan halları araşdırmadan iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Xəzər rayon şöbəsinin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-927/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı «iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi» tələbinə dair iddiası üzrə iş sonrakı prosessesual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Anar Tanrıverdiyev Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1453/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1453/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver