Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1455/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X5 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiаçı İddiaçı, onun nümayəndəsi və vəkili X6 və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9263/2022 saylı 02 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək «Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə mülkiyyət hüqüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması»nı xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhər XDS İK tərəfindən 20 aprel 1972-ci il tarixdə verilmiş 132037 saylı orderə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 29 kv.m olan 58 saylı mənzil X4 verilmişdir. Həmin orderdə mənzildə yaşayanların siyahısında X9, X15 və hazırkı iddiaçı X16 qeyd edilmişdir. İddiaçı (İddiaçı) X9 və X15 arasında 17 mart 1971-ci il tarixli 903 saylı nikahdan doğulmuşdur. İddiaçının anası X12 25 aprel 2004-cü il tarixdə vəfat etmişdir, atası X9 isə 4 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun Bakı şəhəri 12 saylı Notariat Ofisinə müraciəti əsasında X1 miras qalmış əmlaka vərəsə kimi tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6174/2021 saylı iş üzrə 29 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olan iddiaçının qardaşı X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Bakı şəhəri Yasamal RİH başçısının 28 yanvar 2022-ci il tarixli 56 nömrəli sərəncamı ilə İddiaçı qardaşı X13 qəyyum təyin edilmişdir. Bakı şəhəri Yasamal RİH Mənzil Kommunal Təsərrüfat Birliyinin 17 mart 2022-ci il tarixli 22 saylı arayışından göründüyü kimi, X12 23 iyun 1972-ci il tarixdən 9 iyun 2004-cü il tarixədək, X9 23 iyun 1972-ci il tarixdən 4 sentyabr 2021-ci il tarixədək ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Hazırda həmin ünvanda İddiaçı, qardaşım X17, eləcə də X7 ilə iddiaçı arasında bağlanmış 27 iyun 1993-cü il tarixli 1421 nömrəli nikahdan doğulmuş uşaqlar – X10 (1996-cı il təvəllüdlü) və X14 (2000-ci il təvəllüdlü) qeydiyyatdadır. İddiaçı 3 saylı Bakı Asan Xidmət mərkəzinin arxiv şöbəsinə müraciət etmişdir. 22 fevral 2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzindən daxil olmuş məlumatda bildirilir ki, keçmiş 26 saylı Bakı Komissarı Rayon ZDS İK-nın (indiki Səbail RİH) arxiv fondu üzrə 14 aprel 1972-ci il tarixli 30 saylı protokolu Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin protokolda X9 barədə heç bir məlumat yoxdur. İddiaçı 3 saylı Bakı Asan Xidmət Mərkəzindən aldığı imtinaya görə 1 saylı Bakı Ərazi İdarəsinə yazılı sürətdə müraciət etmişdir. İdarə mənzilə baxış keçirmişdir. İddiaçının və qardaşının, övladlarının, ərinin orada yaşamağı təsdiqlənmişdir. 1 saylı Bakı Ərazi İdarəsindən bildirilmişdir ki, qeyd olunan mənzilə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüqüq müəyyənləşdirici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaq ilə) Asan Xidmət mərkəzlərinə müraciət edilməsi məqsədə uyğundur. Lakin 1 saylı Bakı Ərazi İdarəsi Milli Arxiv İdarəsinə sorğu göndərməmişdir. Keçmiş 26 Bakı Komissarı Rayon ZDS İK-nın (indiki Səbail RİH) əməkdaşlarının təqsirindən 30 saylı protokolda X3 adı və soyadı qeyd olunmasa da, 30 saylı orderin əsl sürəti mövcuddur. Göstərilənlərə əsaslanaraq, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə mülkiyyət hüqüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9263/2022 saylı 02 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9263/2022 saylı 02 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazirkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “Xüsusilə diqqət yetirilməlidir ki, İddiaçı hazırkı tələbi üzrə işin hallarında qəyyumu olduğu qardaşı X11 hüququndan sonuncunun adından öz xeyrinə imtina etmiş olur (qəyyumluqdan olanın adından hüquqdan qəyyumun xeyrinə imtina). Müvafiq qəyyumluq və himayəçilik orqanının belə razılaşmasının olmaması və işin bu xüsusatları hazırda İddiaçı mənzilin tək mülkiyyətçisi kimi çıxış etməsini istisna edir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlər bu əsaslar sırasında nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (64.3). Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur (64.4). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə mülkiyyət hüqüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının mərhum atası X2 adının orderdə göstərilməsinə baxmayaraq, həmin orderin əsası kimi çıxış edən Bakı şəhəri 26 Bakı Komissarı Rayon XDS İK-nın 14 aprel 1972-ci il tarixli 30 saylı protokolunda olmaması ilə əlaqədar olaraq müraciəti təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsası ilə bağlı qeyd edir ki, Bakı şəhəri 26 Bakı Komissarı Rayon XDS İK-nın 14 aprel 1972-ci il tarixli 30 saylı protokolunda iddiaçının atası (mərhum) X3 adı əks olunmasa da, bu hal adıçəkilən şəxsin, eləcə də hazırkı iddiaçının irarəsindən asılı olmamış, ötən müddət ərzində mənzilə digər şəxslər iddialı olmamış, habelə iddiaçı və orderdə adları qeyd olunan şəxslər həmin mənzildə qeydiyyatda olmaqla müəyyən müddət yaşamışlar və bəziləri hazırda da yaşayırlar. Eyni zamanda 20 aprel 1972-ci il tarixli 132037 saylı orderə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı mənzildə faktiki yaşayan şəxs kimi etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin hallarına görə 26 Bakı Komissarı Rayon XDS İK-nın 14 aprel 1972-ci il tarixli 30 saylı protokolunda mərhum X3 adının olmaması 20 aprel 1972-ci il tarixli 132037 saylı orderin mötəbərliyinə təsir edən xüsusat kimi çıxış edə bilməz. Həmçinin qeyd edilən order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə dair orderdə adı göstərilməsə də, hazırkı iddiaçı ilə onun qardaşı X17 da yaşayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun müddəalarına görə mənzil özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 saylı evin 58 saylı mənzilinə İddiaçı və qardaşı X11 hər ikisinin mülkiyyət hüquqları müvafiq razılaşmadan asılı olaraq yarana və qeydiyyata alına bilər (ümumi, tək birinə mənsub və s.). Hazırkı İddiaçı qəyyumu olduğu qardaşı X11 adından ona mənsub hüquqdan imtinaya dair əqdin (birtərəıfli razılaşmanın) imzalanmasını isə, mövcud qanunvericilik normaları (Mülki Məcəllənin 36.2-ci maddəsi) birmənalı olaraq qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsinin alınması ilə şərtləndirir. Hazırkı tələb üzrə İddiaçı qəyyumu olduğu qardaşı X11 hüququndan sonuncunun adından öz xeyrinə imtina etmiş olur. Müvafiq qəyyumluq və himayəçilik orqanının belə razılaşmasının olmaması və işin bu xüsusatları hazırda İddiaçı mənzilin tək mülkiyyətçisi kimi çıxış etməsini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9263/2022 saylı 02 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9263/2022 saylı 02 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1455/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1455/2023
19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver