Məhkəmə qərarları › İş №2-1(103)-1456/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1456/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1456/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9956/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 62 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1) İddianın əsaslarına görə iddiaçı xx.xx.1958-ci il tarixdə dorğulmuş, 1980-ci ildən etibarən müxtəlif vəzifələrdə işləmiş, təhsil aldığı müddət də nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. O, yaşa görə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu 13 iyul 2021-ci il tarixli cavab məktubu ilə əmək kitabçasına əsasən onun ümumi sığorta stajının 25 ildən az olması ( 17 il 8 ay) və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı əsası ilə pensiya təyin olunmasından imtina olunmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında da imtina məktubuna uyğun əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9956/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 62 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiaya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermiş, düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, iddiaçı əmək kitabçsasına əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək, ümumilikdə 21 il 3 ay 19 gün Tovuz rayon Əsrik Cırdaxan körpələr evində işlədiyini iddia edir. Tovuz rayon İcra Hakimiyyəti başçısının Əsrik Cırdaxan kənd X4 üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 291 №-li məktubunda iddiaçının 1992-ci ilin yanvar, aprel-iyul, oktyabr-dekabr ayları, 1993-cü ilin fevral ayı, 2003-cü ilin yanvar-dekabr ayları, 2004-cü ilin yanvar, mart-dekabr ayları, 2005-ci ilin yanvar, fevral, aprel-dekabr ayları ərzində, ümumilikdə, 3 il 7 ay üzrə aldığı əmək haqqı barədə məlumat qeyd olunmuşdur. Lakin həmin körpələr evində işlədiyi digər dövlər üzrə ona ödənilən əmək haqqı barədə məlumat aşkar olunmamışdır. Əmək haqqı ödənilməyn dövrlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin olunması və qanunvericiliyə əsasən mümkün deyildir (Əmək pensiyaları haqqında « Qanunun 1.0.1, .7 və 21.1-ci maddələrinə istinad olunur) Digər zəruri məsələ iddiaçının Tovuz rayon Əsrik Cırdaxan körpələr evində işlədiyi dövrlə üzrə Tovuz Rayon Dövlət Arxivinin arayışlarındakı ziddiyyətli məqamdır. Belə ki, həmin Arxivin xx.xx.2021-ci il tarixli 106 №-li arayışında həmin uşaq baxçasının xx.xx.1991-ci il tarxdən xx.xx.1997-ci il tarixədək olan əmr kitabları Arxiv təhvil verildiyi öz əksini tapmış, arxivin xx.xx.2021-ci il tarixli 245 №-li arayışında isə həmin uşaq evinin sənədələrinin Arxiv İdarəsinə təhvil verilmədiyi qeyd olunmuşdur. Məhkəmənin qərarında isə həmin ziddiyyətli məqamlar, eyni zamanda həmin uşaq evinin müxtəlif adlarda olması araşdırılmamışdır...» Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri və məhkəməyə gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır . İddiaçının tələbindən göründüyü kimi, 62 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə olunmasını tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunmuşdur ki, 63 (altmış üç) yaşına çatmış kişilərin və 60 (altmış) yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan 7-ci maddəsinin tələbi baxımından, iddiaçı xx.xx.2020-ci il tarixində 62 yaş pensiya yaş həddinə çatır. Həmin maddənin ikinci şərti də, o cümlədən 25 il sığorta stajı da iddiaçıda mövcuddur. Belə ki, onun pensiya təyinatı üçün cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası əmək kitabçasına əsasən müəyyən edilir. Digər tərəfdən, onun 2006-cı ilə qədər işlədiyi dövrə münasibətdə də qüvvədə olan 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Bundan daha əvvəl, SSRİ dövründə isə 1956-cı il 01 oktyabr tarixdən qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Eyni zamanda, SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. Qanunvericiliyin qeyd olunan tələlərinə münasibətdə iddiaçının iş materiallarında olan BT № 042091 saylı diplomunun və onun İT-İ №0853051 saylı əmək kitabçasının surətinə əsasən onun aşağıdakı kimi sığorta stajı müəyyən olunur: - xx.xx.1977 – xx.xx.1980 M 5 Qasımov adına Tovuz sovxoz-texnikumunda peşə təhsili (2 il 6 ay 11 gün); - xx.xx.1980-xx.xx.1982 Əli Bayramov adına üzümçülük sovxozunda fəhlə (2 il 9 ay 18 gün); - xx.xx.1982- xx.xx.1985 peşə məktəbində üzüm-bağman qrupunda usta ( 3 il 4 ay); - xx.xx.1985-xx.xx.2006 Əli Bayramov adına üzümçülük sovxozunun «Uşaq baxçası və Körpələr evi»ndə tərbiyəçi ( 20 il 4 ay 19 gün ). İddiaçının qeyd olunan iş stajı toplamda 29 il 18 gün təşkil edir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1985 - xx.xx.2006-cı illərdə Tovuz rayonu Əli Bayramov adına üzümçülük sovxozunda olan «Körpələr evi»ndə tərbiyəçi kimi iş stajının 1992-ci il tarixdən sonrakı dövrə (2006-cı ilə) qədər düşən hissəsini onun sığorta stajı kimi qəbul edilməsini mümkünsüz hesab edilir. Məhkəmə kollegiyası caavabdehin bu mövqeyi ilə aşağıdakılara görə razılaşmır. Birincisi, iddiaçının həmin korpələr evində işlədiyi vaxt qüvvədə olan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, şəxsin sığorta stajı onun əmək kitabçasına əsasən hesablanır. İddiaçının isə əmək kitabçasının sözügedən qeydlərindən isə görünür ki, o, xx.xx.1991-ci il tarixdə tərbiyəçi vəzifəsindən «qab yuyan» peşəsinə keçirilmiş, xx.xx.1993cü il tarixində isə həmin körpələr evi Tovuz rayon İcra hakimiyyəti Başçısının 23 mart 1993-cü il tarixli 104 №-li sərəncamına və Tovuz rayon Kənd Təsərrüfatı və Ərzaq idarəsinin 23 mart 1993-cü il tarixli 78 №-li əmrinə əsasən Azərbaycan respublikası maliyyə nazirliyinin 18 fevral 1993-cü il tarixli 06-01-22/89 №-li məktubuna uyğun olaraq, Əli Bayramov adına sovxozdan Tovuz rayon Maarif şöbəsinə dəyişdirilmiş, həmin sərəncama və əmrə əsasən 3.05.1993-cü il tarixdən Əsrik Cırdaxan kəndində “uşaq baxçası”nda paltar yuyan” kimi saxlanılmış və 2006-cı ilə kimi orada çalışmışdır. Sözügedən qeydlərin hər biri tarix (gün, ay, il) əmr (tarixi və №-si) təsbit olunmaqla və körpələr evinin sovxozdan Maarif şöbəsinə dəyişdirilməsi qeydi sovxoz direktrounun imzası və mhürü, işdən çıxma isə korpələr evinin müdirin imzası və möhürü ilə təsdiq olunmuşdur. Qaralama və düzəlişlər mövcud deyil, tamlığı qeydlərin tamlığı pozulmamışdır. Ən azından, qeyd olunan sərəncama və əmrə əsaslanan qeydlərin, tarixi də göstərilmək müvafiq əmr əsasında əmək kitabçasına daxil edilməsi həmin qəydlərin inandırıcılıq və ağlabatanlıq sarıdan həqiqiliyini təsdiq edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdehin apellyasiya şikayətində Tovuz Rayon Dövlət Arxivinin arayışlarındakı ziddiyyətli halları vurğulamasına gəldikdə isə, hazırkı mərhələdə bir daha həmin Arxivə məhkəmə sorğusu göndərilmiş və sonuncu tərəfindən məhkəməyə təqdim olunmuş 82 №li 01 iyun 2022-ci il tarixli Arxiv arayışında məsələyə aydınlıq gətirilərək aşağıdakılar qeyd olunmuşdur: - «Əli Bayramov adına sovxozun Tovuz rayon Dövlət Arxivində mühafizə olunan əmr kitablarında vətəndaş İddiaçı 23 aprel 1991-ci il tarixdə 33 №-li əmrlə sovxozun tabeliyində olan uşaq baxçaları və körpələr evi Tovuz rayon şöbəsinin sərəncamına köçürülməsi göstərilmişdir. Qeyd: Əli Bayramov adına sovxozun uşaq baxçası və körpələr evinin əmək haqqı kitabları Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əsas: Fond 117 siyahı 2 iş 21 v12 iş 23 v 14...» Arxiv arayışından göründüyü kimi, birincisi, iddiaçının ilk öncə tərbiyəçi kimi, Maarif şöbəsinə keçdidiyində isə onun qabyuyan kimi, Əli Bayramov adına sovxozda işlədyi qürum “Uşaq baxçası və körpələr evi”dir. Qeyd olunmalıdır ki, həmin dövrdə uşaq baxçaları daxilində körpələr evi də (“Yasli”) fəaliyyət göstərirdi. Bu baxımdan, əmək kitabçasının qeydlərində onu tərtib edən işəgötürən tərəfindən bəzən “uşaq baxçası”, bəzən də “korpələr evi” sözlərinin yazılması yolveriləndir. İkincisi, həmin Arxiv arayışından həmçinin göründüyü kmi, Arxivdə mühafizə olunan əmr kitablarında vətəndaş İddiaçı 23 aprel 1991-ci il tarixdən sovxozun tabeliyində olan uşaq baxçaları və körpələr evi Tovuz rayon şöbəsinin sərəncamına əsasən köçürüldüyü də öz təsdiqini tapır. Tovuz rayon İcra Hakimiyyəti başçısının Əsrik Cırdaxan kənd X4 üzrə nümayəndəliyinin işə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 291 №-li məktubunda da məhz, iddiaçının 1992-2005-ci illərdə çalışdığı Əsrik Cırdaxan kənd körpələr evi və uşaq baxçasında çalışmasından söhbət gedir. Məhkəmə kollegiyası hesab edir ki, həmin arayışda qeyd olunan illərin hər biri üzrə iddiaçının əmək fəaliyyətinin göstəricilərinin, o cümlədən əmək haqqı cədvəllərinin təsbit olunmaması təbii qarşılanmalıdır. Çünki, həmin nümayəndəlik Arxiv deyil, onun vəzifə funksiyasını daşımır və belə məlumatların əldə olunması həmin qürumun vəzifə öhdəlikləri də deyildir. Bu baxımdan iddiaçının sovxozuun “uşaq baxçası və korpələr evində” aldığı əmək haqqına dair bütün məlumatların nümayəndəlikdə mövcud olmaması iddiaçının həmin qürumda çalışmadığını deməyə əsas verən amil hesab oluna bilməz. Hər bir halda, sovxozun uşaq baxçası və körpələr evinin istər Arxivə, istərsə icra nümayəndəliyinə əmək haqqı kitablarının təhvil verilməməsi iddiaçının təqsiri deyildir. Pensiya qanunvericiliyinin və inzibati icraat haqqında qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından, iddiaçının əmək kitabçasının sözügedən qürumda işlədiyini əks etdiirən qeydləri onun sığorta stajını təsdiq edən məlumatlar kimi qəbul edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrün iddiaçının sığorta stajı kimi nəzərə almamaqla, sığorta stajının 25 ildən az olması səbəbi ilə imtina cavabı verilməsi, onun əmək pensiyası hüququnu pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını, hüququn tətbiqində tətbiqində səhvə yol verərək əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9956/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9956/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar