Məhkəmə qərarları › İş №2-1(103)-1456/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1456/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1456/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X25 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X22 qızının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X11, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-5965/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə 17 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin iddiaçıya münasibətdə hissəsinin ləğv edilməsi, iddiaçının daxili xidmət baş leytenantı rütbəsi ilə Cavabdeh X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 X13 X1nin rəisinin köməkçisi vəzifəsinə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ixtisasına uyğun olaraq daxili xidmət baş leytenantı rütbəsi ilə Cavabdeh X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 X13 X1nin rəisinin köməkçisi vəzifəsində çalışmışdır. 2936/ş saylı, xx.xx.2023-cü il tarixli əmrlə “həmin tarixdən Nazirliyin X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 X13 X1 rəisinin köməkçisi, daxili xidmət baş leytenantı qismində fövqəladə hallar orqanlarından xaric olunmağı” rəsmiləşdirilmişdir. Beləliklə də, iddiaçının dövlət qulluğunun xüsusi formasında fəaliyyətinə xitam verilmişdir. İddiaçı bu əmr ilə razılaşmır və əsassız olduğundan iddiaçıya münasibətdə hissəvi ləğv edilməsini və hüquqlarının bərpa olunmasını istəyir. İşin faktiki halları ilə əlaqədar bildirir ki, iddiaçı 2011-ci ildən həmin qurumda xidmətə qəbul olunmuşdur və sıravi yanğınsöndürən vəzifəsindən zabit rütbəli rəis köməkçisinədək yüksəlmişdir.Qulluğa başladığı dövrdən üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmış, peşə və əmək vərdişlərini formalaşdıraraq daim qanunların tələbləri çərçivəsində işini qurmuşdur. Xidməti fəaliyyətinə başlayan gündən xidmətdən xarıc olunduğu günə qədər heç bir inzibati cəza və ya tənbeh almamış, on iki illik müddət ərzində barəsində yazılı və ya şifahi narazılıqlar olmamışdır. X5 yubiley medalı ilə təltif olunmuşdur. Barəsində qəbul edilmiş əmr işin faktiki hallarını əks etdirməməklə yanaşı əsassızdır və iddiaçıya münasibətdə heç bir mötəbər sübutlara söykənmir və iddiaçının dövlət qulluğunun xüsusi növündə olan fəaliyyətinə xitam verilməsi üçün qanuni hesab edilə bilməz. Belə ki, 30 oktyabr 2023-cü il tarixində həmişəki kimi xidməti ilə əlaqədar növbədə olmuşdur və yanğınsöndürmə növbə X2 vəzifələrininin tələblərinə uyğun olaraq üzərinə qoyulmuş peşə vəzifələrinin yerinə yetirilməsi ilə məşğul olmuşdur. Axşam saat təqribən 21-22 radələrində xidmət ərazisinə daxil olan şəxsləri görüb qarşılamış və raport verərək özünü təqdim etmişdir. Hissənin ərazisinə gələn şəxslər özlərini təqdim edərək Cavabdeh Daxili Təhlükəsizlik Baş idarəsindən gəldiklərini bildirməklə heyətin düzülməsi göstərişini vermişlər. O da bu göstərişə dərhal əməl edərək növbədə olan əməkdaşların düzlənməsi komandasını vermiş və özü də sırada durmuşdur.Həmin vaxt növbədə manqa komandiri, baş çavuş X12, növbə rəisinin köməkçisi daxili xidmət leytenantı X14, yanğınsöndürən kiçik çavuş X18, sürücü çavuş X19 adlı şəxslər olmuşlar. Bu zaman hamının şəhid atası kimi tanıdığı və hörmət etdiyi, Şahid2 mətbəx tərəfdən içəriyə daxil olduğunu və nə baş verməsilə maraqlandığını görmüşdür. Halbuki, əməkdaşlar yoxlamaya gəlməmişdən əvvəl onunla bölmənin dispetçeri daxili xidmət çavuşu Şahid3 iddiaçıdan icazə alaraq yaxınlıqdakı mağazaya getmələrini bildirmiş və ərazini tərk etmişdilər. Həmin şəxsin içəridə olmasından xəbərsiz olmuşdur.Bu şəxsi görən yoxlayıcılar tanıdıqları üçün ona hörmətlə ərazini tərk etməsini bildirsələr də Şahid2 yenidən içəriyə daxil olmuş və özünü şübhəli aparmağa başlamışdır. Onun ardınca otaqlara baxmaq üçün əməkdaşlar daxil olduqda isə səs-küy qalxmış və orada hansısa qadın olması bildirilmişdir. Onlar oraya gedənə kimi şəhid atası Şahid2 qadını mətbəxin pəncərəsindən qaçırmış və oradan uzaqlaşmışlar. Bundan sonra rəis heyəti evindən dəvət olunmuş və rəislə digər bir əməkdaşın içkili olması müəyyən edilmiş və rəsmiləşmə aparılmaqla izahatlar alınmışdır. İddiaçı öz yazılı izahatında və şifahi danışıqlarında heç bir qadın görmədiyini və bölmənin ərazisinə kimin girdiyindən xəbərsiz olduğunu bildirmiş, bu işdə heç bir əlaqəsi və təqsirinin olmamasını göstərmişdir. Araşdırma aparılmış və iki aydan sonra barəsində hazırda mübahisələndirdiyi əmr verimişdir. Əmrin məzmununda isə qeyd olunmuşdur ki, güya “iddiaçı 17 nömrəli X4 ərazisinə kənar şəxs gətirmiş, iş vaxtı etik davranış norma və prinsiplərinə zidd hərəkətlərə yol verməklə Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirmişdir”. Məhkəməyə bildirir ki, bu baş verənlərdən xəbəri olmamış və xidməti ərazinin inzibati binasına kənar şəxs gətirməməklə bunun kimlərinsə tərəfindən edildiyindən xəbərsiz olmuşdur.Yalnız sonradan bilmişdir ki, həmin gecə özü də ailəsi ilə hissənin inzibati binasının ikinci mərtəbəsində yaşayan və bölmə rəisi - daxili xidmət mayoru İsmayıl İsmayılovla yaxın dostluq münasibətlərində olduğundan ərazidə “xüsusi imtiyazlara” malik olan Şahid2 binanın arxa hissəsində yerləşən ümumi girişdən istifadə etməklə özünə bəlli olan səbəblərdən içəriyə qadın gətirmiş və bunu heç kimə bildirməmişdir. Həmin şəxs X15 Xidmətinin Azərbaycan Dövlət Neft şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 52 nömrəli X7 böyük sürücüsü daxili xidmət baş çavuşu olmaqla şəhid ailəsi statusunda olduğundan hamının hörmət etdiyi və hərəkətlərində müəyyən sərbəstliyi olan şəxsdir və daim hissənin ərazisində olmaqla bölmə rəisi ilə yaxın dostluq münasibətlərində olan şəxsdir. İnzibati binanın quruluşu isə elədir ki,yaşayış sahəsinə daxil olmaq üçün qoyulmuş arxa girişin yanında olan keçid mühafizə olunan qapı ilə bərkidilmədiyindən rahatlıqla və asanlıqla bölmə rəisinin otağına və onun yanında olan “kaptyorka” adlandırılan otağa giriş mümkündür. Hətta bölmənin rəisi də ikinci mərtəbədəki mənzilinə həmin mühafizəsi olmayan keçiddən istifadə etməklə gedərək qalxır və daim oradan istifadə edir. İddiaçının heç xəbəri olmamışdır ki, həmin qapıdan kənar məqsədlər üçün istifadə oluna bilər və ya hadisə günü oraya kimsə gətirilmişdir. Çünki, bölmə rəisi, daxili xidmət mayoru İsmayıl İsmayılovun ətrafında olan ona yaxın şəxslərdən olmadığından ümumiyyətlə heç vaxt həmin tərəfə keçməmiş və xidməti vəzifəsinə aid olmadığından həmin otaqlarla maraqlanmamışdır. İddiaçının hüquqi əsaslandırılmasına gəldikdə isə dövlət qulluğuna xitam verilməsinin hüquqi əsasları əmrdə düzgün tətbiq edilməmiş və maddi hüquq normaları kobudcasına pozulmuşdur. İddiaçı təlimat və qaydalarla üzərinə qoyulmuş vəzifə səlahiyyətlərindən kənara çıxmamış, onları dəqiq və düzgün yerinə yetirməyə çalışmış və pozuntuya yol verməmişdir. AR FHN DYMX Nərimanov rayon DYMH-nin rəisi, daxili xidmət polkovnik-leytenantı M.Əmrahov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş “X15 X6 X1 X2 Vəzifələri”nin 1-ci bəndində qeyd olunur ki, “X3 köməkçisi öz işində bilavasitə bölmənin rəisinə tabedir, onun göstəriş və tapşırıqlarını yerinə yetirir, gördüyü işlər barədə ona hesabat verir.”, 2-ci bəndində qeyd olunur ki, “YNR-nın köməkçisi öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, Azərbaycan Respublikasının FHN haqqında Əsasnaməni, Azərbaycan Respublikası FHN DYMX haqqında Əsasnaməni, Azərbaycan Respublikası FHN DYMX-nın şəhər-rayon DYHM-sı haqqında Əsasnaməni, Azərbaycan Respublikası FHN DYMX-nın şəhər-rayon X24 Hissəsinin bölməsi haqqında Əsasnaməni, habelə FHN-nin, xidmətin və hissənin əmr və göstərişlərini rəhbər tutur.” Həmin qaydalarda qeyd olunur ki, yanğınsöndürmə növbə rəisinin köməkçisi yanğın texnikasının, yanğın-texniki silahların qeydiyyatını aparır, onları sınaqdan çıxarır və markalanması işini, şəxsi heyətlə yanğınxilasetmə məşğələlərin keçirilməsini təşkil edir və həyata keçirir, bölmədə olan sorucu və təzyiq yanğın şlanqlarını sınaqdan çıxarır və markalanması işini təşkil edir, növbələrdə onların pasportlarında təlimlərdəki və yanğınlardaki işinin qeyd olunmasına nəzarət edir və bu işi aparır, şəxsi heyət tərəfindən yanğın-xilasetmə hazırlığı üzrə təlimlərin yerinə yetirilməsini təşkil edir, köpükəmələgətirən maddənin qeydiyyatını aparır, onların sərfini və köpüklə yanğınsöndürmə avadanlıqlarının saz halda saxlanılmasını nəzarətdə saxlayır, çıxış rayonu ərazisində yerləşən su mənbələrinin qeydiyyatını, yoxlanılmasını təşkil edir və formulyarda qeydlər aparır, hər rüb su mənbələrinin, köpükəmələgətirən maddənin sərfi haqqında müəyyən olmuş qaydada hesabatın verilməsini təşkil edir, iş gününün yekununda X27 Xidmətinin əməkdaşlarından xidmət zonasındakı ərazisindəki yollarında, su mənbələrində, rabitə əlaqələrində baş vermis dəyişikliklər haqqında məlumatların toplanmasını təşkil edir, bölmənin əməliyyat-xidməti fəaliyyətinin hər hansı istiqaməti üzrə işləri yerinə yetirir, sıxılmış hava ilə işləyən aparatlara texniki qulluğu və QTMX-nin sənədlərinin düzgün aparılmasını təmin edir, qonşu hissələrin və bölmələrin çıxış rayonları ərazisində yanğın baş verdikdə manqanın tərkibində yanğın yerinə gedir və manqanın işinə rəhbərlik edir. Keçdiyi xidmət üzrə ikinci növbə rəisi kimi vəzifə borcu yanğın şlanqlarının və şlanq armaturlarının qeydiyyatı, onların sınaqdan çıxarılması və markalanması işini təşkil etmək, xidməti sənədlərin tərtibatı və onların aparılma qaydaları işini təşkil etmək, psixoloji, odlu zolağın və təlim-məşq qülləsinin vəziyyətinə nəzarət etməkdən ibarət olmuşdur. Hazırkı vəziyyətdə yuxarıda qeyd olunanlardan kənar iddiaçının heç bir fəaliyyəti olmamışdır və kiminsə hansı otağa kimisə gətirməsinin qarşısının alınması kimi öhdəliyi olmamış və bundan xəbəri belə olmadığından müdaxilə etməməyi qanun pozuntusu kimi qiymətləndirilməməlidir. Növbə rəisinin köməkçisi olmaqla hüquqları isə aşağıdakı qaydada müəyyən olunmuşdur. Bölmədə YN-nın aparılmasını müəyyən edilmiş qaydada yoxlamaq, YN-nın təşkil məsələləri barədə göstərişlər və sənədlərlə tanış olmaq, YN-nın işinin təşkilini yaxşılaşdırmaq barədə hissə və bölmə rəhbərliyinə təkliflər vermək, səlahiyyətləri çərçivəsində şəxsi heyətin həvəsləndirilməsi və cəzalandırılması barədə hissə və bölmə rəhbərliyinə təkilflər vermək, X3 köməkçisi aşağıdakılara görə məsuliyyət daşıyır; Rəhbərlik tərəfindən ona həvalə edilmiş məsələlərin vaxtında yerinə yetirilməsinə, görülən işlər barədə hesabatların vaxtında təqdim edilməsinə görə. Mövcud vəziyyətdə yuxarıda qeyd olunan hallarla bağlı heç bir pozuntusu olmamış, qüsurlu xidməti qeydə alınmamışdır. Lakin Daxili təhlükəsizlik Baş İdarəsinnin əməkdaşları verilmiş izahatları və öz gözləri ilə gördüklərini təhrif edərək tamamilə əks bir mövqe ortaya qoymuş və rəhbərliyə doğru olmayan məlumat verməklə vicdanlı işçinin əmək və peşə fəaliyyətinə xitam verilməsinə, onun ailə və həyat şəraitinin ağır maddi vəziyyətə salınmasına səbəb olan nəticə formalaşdırmışlar. Onun barəsində verilmiş əmrin məzmununda qeyd olunmuşdur ki, “30 oktyabr 2023-cü il tarixində Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 X13 X1nin rəisinin köməkçisinin daxili xidmət baş leytenantı İddiaçı, bölmənin dispeçeri daxili xidmət çavuşu Şahid3, X15 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X7 böyük sürücüsü daxili xidmət baş çavuşu Şahid2 intizam qaydalarını pozaraq X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli X4 ərazisinə kənar şəxs gətirdikləri, iş vaxtı etik davranış norma və pinsiplərinə zidd hərəkətlərə yol verdikləri və bunun nəticəsində Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirilməsi müəyyən edilmiş, bununla da onlar, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.3-cü və 10.0.10-cu maddələrinin və Azərbaycan Respublikasının Cavabdeh 30 dekabr 2007-ci il tarixli 140 nömrəli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydalarının” tələblərini kobud şəkildə pozmuşlar”. Halbuki adları çəkilən şəxslər sırasında 17 nömrəli X4 işçiləri sırasına daxil olmayan Şahid2 mövqeyi araşdırılmamış, onun izahatı alınmamaqla binaya gətirdiyi xanımın adı və kimliyi barədə heç bir məlumat əldə edilməmişdir.Toplanmış materiallarda irəli sürülmüş pozuntu halının əsas iştirakçısı olan xanımın müəyyən olunması, kimin tərəfindən binaya və necə gətirilməsi aydınladırılmamışdır. Mövcud vəziyyətdə isə Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarının apardığı araşdırma işin həqiqi hallarını əks etdirməmiş, xətanın xarakteri, şəraiti və əsas səbəbkar şəxslər müəyyən edilmədən təqsirsiz şəxsə intizam tənbehi verilmişdir. Baş vermiş hadisədə isə konkret iddiaçının əməlinin nədən ibarət olması müəyyən edilmədən barəsində əsassız ittiham irəli sürülməklə haqsız cəzalandırılmışdır. İddiaçı ailəlidir, iki azyaşlı uşaq atasıdır. Övladlarından kiçik oğlu 2019-cu il təvəllüdlü X20 ürək xəstəsidir və 2022-ci ildə ürək-damar əməliyyatı keçirmişdir. Onun müalicəsi davam etdirilir və iddiaçı maddi çətinliklər içərisindədir. Yaşlı atasına və anasına da iddiaçı baxır. Ağır ailə vəziyyətində yaşamaqla ailənin bütün yükü iddiaçının üzərindədir. İddiaçı yeganə iş yerini itirmiş, əmək haqqı üzrə gəlirindən məhrum olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları tərəfindən X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli X8 yoxlama aparılmışdır. Yoxlama zamanı həmin bölmənin yanğınsöndürmə növbə rəisinin köməkçisi daxili xidmət baş leytenantı İddiaçı, bölmənin dispetçeri Şahid3 və X15 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X7 böyük sürücüsü daxili xidmət baş çavuşu Şahid2 intizam qaydalarını pozaraq X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli X4 ərazisinə kənar şəxs gətirdikləri, iş vaxtı etik davranış norma və prinsiplərinə zidd hərəkətlərə yol verdikləri və bunun nəticəsində Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirilməsi müəyyən edilmişdir.Nəticədə vəzifələrinin icrası zamanı kobud pozuntulara görə Cavabdeh 25 dekabr 2023-cü il tarixli 2936/ş nömrəli əmri ilə Nazirliyin X15 Xidmətinin əməkdaşları İddiaçı, Şahid3, Şahid2 barədə intizam tənbehi tətbiq edilmiş və onlar fövqəladə hallar orqanlarından xaric edilmişlər. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3-cü və 10.0.10-cu maddələrinə əsasən X5 əməkdaşı X5 digər işçilərinin işini çətinləşdirən, yaxud X5 nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, etik davranış və intizam qaydalarına əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən haldır.Müəyyən edilmişdir ki, 17 nömrəli X8 30 oktyabr 2023-cü il tarixdə İddiaçı xidmətdə olarkən ümumiyyətlə xidməti fəaliyyət çox zəif təşkil edilmiş, bəzi əməkdaşlar spirtli içki qəbul etmiş, xidməti yerlərini tərk etmiş, yoxlayıcı şəxslər bölməyə daxil olarkən fasad gözətçisi xidməti yerində olmamış və bölmənin otağında bir nəfər qadın aşkar edilmişdir. Aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq Cavabdeh müvafiq əmrləri ilə bölmə rəisi İsmayıl İsmayılov, manqa komandiri Aydın Höcətov, yanğınsöndürən Nail Novruzov, eləcə də, İddiaçı, Şahid3, Şahid2 fövqəladə hallar orqanlarından xaric edilmiş, Nərimanov rayon Dövlət X7 rəisi polkovnik-leytenant Mahir Əmrahova töhmət verilmişdir.“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən X5 əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: məzəmmət (irad); töhmət; şiddətli töhmət; tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; vəzifədən azad etmə (bu halda X5 əməkdaşı müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində onun fövqəladə hallar orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, fövqəladə hallar orqanlarında yenidən vəzifəyə təyin edilir); fövqəladə hallar orqanlarından xaric etmə; qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə fövqəladə hallar orqanlarından xaric etmə. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəməsən xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-5965/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin İddiaçı münasibətdə hissəsi ləğv edilmiş, İddiaçı daxili xidmət baş leytenantı rütbəsi ilə Cavabdeh X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 X13 X1nin rəisinin köməkçisi vəzifəsinə bərpa olunması öhdəliyi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməsi qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2023-cü il tarixdə 17 X13 X1 rəisinin köməkçisi İddiaçı həmin bölmədə müvəqqəti olaraq fasad gözətçisi vəzifəsini yerinə yetirərək “posta” nəzarət etdiyi zaman bölmənin xidməti ərazisinə kənar şəxsin daxil olduğunu görmüş və bunun qarşısını alacaq hərəkətlər etməmiş, bununla da O, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şahid2 07 noyabr 2023-cü il tarixli vermiş olduğu izahatda bildirmişdir: “İddiaçı icazə alaraq Şahid3 ilə birlikdə mənim şəxsi avtomobilim ilə qadını götürdükdən sonra bölmənin içərisinə girdik, girdiyimiz zaman qadınla birlikdə olduğumuzu İddiaçı gördü və heç bir şey demədi”. 17 Nömrəli X4 sürücüsü X9 vermiş olduğu izahatında bildirmişdir : “İddiaçı xidmətini zəif təşkil edir, şəxsi heyyət üzərində nəzarəti zəifdir”. Məsələ ilə bağlı izahatı alınan şəxslər də İddiaçı bu işlərdən məlumatlı olduğunu, onun işçi olaraq öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini bildirmişdir. İddiaçı bölmədə baş vermiş nalayiq hadisələrin qarşısının alınmasında qanunauyğun addımlar atmamış, fövqəladə hallar orqanlarından xaric olunmuş digər şəxslər kimi o da bölmədə nizam-intizamın pozulmasında bilavasitə iştirakçı olmuş, X5 nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermiş, əhalinin yanğın təhlükəsizliyinin mühafizəsinə cavabdeh olan Cavabdehnə öz vəzifələrini yerinə yetirməsində maneələr törətmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi A.Qasımov və iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

9. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid5 izahatında bildirdi : “Kamranı yoxlamaya gedən zaman tanımışam, daha əvvəldə hər hansı tanışlığım olmamışdır. Hadisə baş verən gün axşam saatları (təqribən 11 civarı) olardı ki, rəhbərliyin şifahi göstərişi gəldi (təlimatlar şifahi şəkildə verilirdi, bölmənin rəisi Emin Məmmədov tərəfindən verildi). Belə ki, 17 saylı yanğından mühafizə bölməsi yaxınlığında olmamız tapşırıldı. Bizə telefon vasitəsilə əlavə heç bir məlumat verilmir. Yoxlama üçün yönləndirilən 3 əməkdaş idik. AR Cavabdeh Daxili Təhlükəsizlik Baş İdarəsinin Daxili Nəzarət İdarəsinin hərbi qulluqçularla iş şöbəsinin rəisi Şahid4 bizə göstəriş vermişdir. X17 Baş İdarəsinin əməkdaşları olaraq Cavabdeh tabeliyində olan istənilən struktur bölmədə yoxlama keçirə bilərik. 30 oktyabr 2023-cü il tarixində saat 9-11 aralığı olardı. Biz 17 saylı X4 giriş hissəsindən içəri daxil olduq. Bizi post növbətçisi Seymur adlı şəxs qarşıladı. Həmin vaxt İddiaçı dispetçer otağında idi. Kamranın həmin otaqdan çıxdığını gördüm. Bizi qarşıladılar içəri daxil olduq, inzibati binanı yoxlamağa başladıq. Mülki xanım aşkarladıq, soyunma-geyinmə otağı idi. Dispetçer otağı ilə qeyd etdiyim otaq arasında xeyli məsafə var, ora kimin girdiyini həmin məsafədən görmək mümkün deyil. Spirtli içkilər rəisin otağından çıxdı, binanın içərisində başqa otaqda da aşkarlanmışdır. Mülki geyimli xanımı görərkən İddiaçı hansı reaksiya verdiyini xatırlamıram. Hadisədən 2 ildən artıq vaxt keçmişdir. Şahid2 adlı şəxslə 2 nəfər digər əməkdaş həmin gün inzibati binaya xanım gətirmək niyyətindən çıxış etmişlər. Biz yoxlama üçün getməmişdən qısa bir müddət təxminən yarım saat əvvəl xanımı həmin binaya gətiriblər.”

10. 29 aprel 2025-ci il tarixdə keçiriliən məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 izahatında bildirdi: “İlk növbədə bildirim ki, mən İddiaçıı tanımıram. Mən Dərnəgül adlanan ərazidə səyyar ətir satmaqla məşğul oluram. Şahid2 çoxdan, bir neçə il olar ki, tanıyıram, məndən dəfələrlə ətir almışdır. Şahid2 sonra məndən nömrə götürdü və dedi ki, lazım olduqca əlaqə saxlayacam. Daha sonra Şahid2 mənimlə əlaqə qurmağa başladı. Məni işlədiyi başqa yanğın söndürmə yerinə apardı, dedim getmirəm qorxuram, dedi qorxma orada işləyən uşaqlara da ətir satarsan. Bu hadisə bir neçə il əvvəl baş vermişdir. Mənim İbrahimlə şəxsi münasibətlərim də olmuşdur. Hadisə baş verən gün axşam saat 21:00 və ya 22:00 arası mənimlə əlaqə yaradaraq, bildirdi ki, məni gəlib götürmək istəyir, evə aparacağını bildirdi, məndə razılaşdım. Dərnəgüldə “Fab” boya adlanan ərazidə mənə öz maşını ilə yaxınlaşdı. Dedi ki, mən sərxoş vəziyyətdəyəm, bu səbəbdən avtomobili özüm idarə edə bilməyəcəm. Mən sürücünü tanımırdım, bircə İbrahimi tanıyırdım. Sürücünü yalnızca məhkəmə proseslərində görüb tanımışam. Gecə saatları idi deyə, mən sürücünün üzünü və əynindəki geyim əşyalarını görə bilməmişdim. İbrahimi bu hadisə baş verməzdən 3-4 il olardı ki, tanıyırdım. Lakin iş yerini heç vaxt görməmişdim. Məni evə aparacağını bildirdiyi üçün mən razılaşdım.İbrahim mənə bildirdi ki, evə aparır, qonşular görməsin deyə avtomobilin arxa hissəsində uzanım, mən birinci dəfə idi ki, o əraziyə gedirdim. İbrahimdən başqa heç kimi tanımamışam. Mənə demişdi ki, evə aparacam daha sonra Fab boya adlanan əraziyə qaytaracam. Birinci növbədə özü avtomobildən endi, dedi gedim qonşulara baxım görüm sakitçilikdirmi. Daha sonra gəldi məni avtomobildən endirdi. Köhnə bina idi, heç buranı tanımır, binanın iş yeri olduğunu bilmirdim. Düşəndə dedim ki, bura ev deyil axı, dedi narahat olma özüm səni geri qaytaracam. İçəri daxil olanda geyim əşyalarının dəyişilməsi otağı var idi, dedi çıxart ətirlərə baxım. Elə bu vaxt bir səs eşidildi, siqnal kimi bir səs idi. Dedi ki, qorxma, məni başqa arxa otağa saldı. Avtomobili elə yerdə saxlamışdı ki, birbaşa binanın blokuna girdim, arxa və ya ön hissə olduğunu anlaya bilmədim. Heç kim yox idi içəridə. Həyəcan siqnalından sonra İbrahim məni o biri otaqda gizlətdi. Dedi ki, işıqları söndürüm, telefonumu səssiz rejimə qoyum və qəti şəkildə səs çıxartmayım. Lakin məndən çox ətir iyi gəldiyi üçün gələn şəxslər otaqda qadın olduğunu anladılar. Mən bu sözləri onlar koridorda(dəhlizdə) olanda eşidirdim. Qəfil qapını açdılar, məni görəndə dedilər məni bura kim gətirib, üzərimə qışqırdılar. Mən İbrahimin adını vermək istəmədim, qorxdum, ağlamağa başladım. Onlar məni telefon vasitəsilə çəkməyə başladılar, əl çantamı masanın üzərinə töküb əşyalarıma baxdılar, ətirlərin şəkilini çəkdilər. Mənə bildirdilər ki, sən tərpənmə burda dur, sonra bir-bir əməkdaşları gətirdilər onları tanıyıb-tanımamağımı aydınlaşdırmaq üçün. Bu vaxt İbrahim gəldi dedi qızı mən gətirmişəm, işiniz yoxdur. Bəli, o fotoşəkildəki mənəm, lakin mən o şəkildə çılpaq vəziyyətdə deyiləm. Mən içəri yenicə daxil olmuşdum, çantamı qoyurdum ki, anidən həyəcan siqnalına bənzər səs gəldi, sanki hər şey əvvəlcədən planlaşdırılmışdı. Şahid2 yoxlamağa gələn iki nəfərə əməkdaşa pul da təklif etdi, şəhid atası olmağını nəzərə almaqlarını xahiş etdi, lakin onlar razılaşmadılar. Daha sonra İbrahim gəldi, yoxlama aşağıda olduğunu bildirdi. Mətbəxə daxil olmağımı, oradan necə qaçacağımı telefon vasitəsilə izah edəcəyini dedi. Plastik pəncərədən özümü aşağı atdım. Birinci mərtəbədən tullanıb, maşının arxasına keçdim. Maşını isə İbrahim açdı. İbrahim özü də etiraf etdi ki, əməkdaşların heç birinin bu vəziyyətdən xəbəri yoxdu. Mən İddiaçıı heç görməmişdim, tanımırdım. Yalnızca yoxlama üçün gələn iki nəfər şəxslə otağa daxil olanda gördüm. Kamran məni görəndə təəccübləndi, ora necə gəldiyimi soruşdu, mənə əl qaldırmaq istədi, lakin yoxlama üçün gələn şəxslərdən biri maneə oldu. Daha sonra başqa bir oğlanla gətirdilər, onu da heç tanımırdım. Məni heç axtarmadılar, elə otağa qoyub getdilər, yanımda heç kim qalmadı. Mən pəncərədən tullanan zaman iki nəfəri görürdüm, o tərəfdə ağaclar var idi, oradan mən görünürdüm. Bir məsələni də etiraf etmək istəyirəm ki, bu hadisədən 1 həftə-10 gün keçərdi ki, bir gün xəbər gəldi ki, hər yerdə məni bir ağ maşın axtarır. Mənimlə əlaqə yaradaraq 50 manatlıq ətir almaq istədiklərini dedilər, üzərimdə olduğunu bildirdim. İki adam gəldi, avtomobildə əyləşməyimi bildirdi, oğlanlardan biri dedi ki, atam problemə düşüb. Dedim kimdi atanız, dedi Şahid2. Oğlan dedi ki, “özüm də hərbidə işləyirəm, atamın, mənim adım ləkələnir, qardaşım rəhmətə gedib, biz özümüz də qaçqınıq, atamın səni apardığı ünvanda yaşayırıq”. Qardaşına görə ağlamağa başladı. Xahiş etdi ki, bu hadisəni digər işçilər edibmiş kimi ifadə verim, onların məni apardıqlarını bildirim. Lakin razı olmadım, məni bu işə qatmamalarını xahiş elədim. Ona da izah etdim ki, məni atası aparıb və atası ilə yazışmalarıma baxdı, daha sonra onları telefonumdan sildi.”

11. 29 aprel 2025-ci il tarixdə keçiriliən məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 izahatında bildirdi: “İddiaçıı tanıyıram, növbə rəisim işləmişdir. Mən özüm isə 10 il operator kimi işləmişəm. Susanna xanımı tanımıram, görməmişəm. Hadisə baş verən gün telefon otağında idim, İbrahim yaxınlaşıb dedi ki, içkilidir və avtomobili mexanikadır bu səbəbdən mağazaya qədər onun avtomobilini idarə etməyimi xahiş etdi. Bu zaman İddiaçı icazə almasını xahiş etdim, o isə öz növbəsində təxminən 5 dəqiqəlik mağazaya getmək üçün icazə aldı. Biz oradan uzaqlaşanda Şahid2 mənə “Fab” boya adlanan əraziyə sürməyimi bildirdi, orada bu xanım avtomobilə əyləşdi saat təxminən 21:30 radələri idi, mən heç nə soruşmadım. Şahid2 50 yaşı var və şəhid atası olduğu üçün hamımız hörmət edirdik. Mən onları sakinlər yaşayan binanın qarşısında endirdim. Hətta orada soruşdum ki, maşını harada saxlayım. İbrahim bildirdi ki, dayanacaqda saxlayım. Mən də daha sonra işə geri qayıtdım. Elə inzibati binanın qarşısına təzəcə çatmışdım ki, gördüm daxili təhlükəsizlik xidmətinin əməkdaşları gəldilər. Bizi sıraya düzdülər. Şahid2 və qızın inzibati binada olmasını görəndə şok oldum, çünki mən onları yaşayış binasının qarşısında endirmişdim. Köhnə tikilidir, açıq qapı var, aradakı məsafə azdır. Bildirim ki, mən bir avtomobil idarə etməyimə görə 10 illik işimi itirdim. Lakin İddiaçı heç bir işdən xəbəri yoxdur. İzahatımı 2 gün sonra aldılar. Həmin gün İbrahim dedi ki, bunlarla işiniz yoxdur, qızı mən gətirmişəm, ona görədə daxili təhlükəsizliyin əməkdaşları mənə bildirdilər ki, sən çıx get. İddiaçı onlara bildirdi ki, qız burada qalsın, daxili təhlükəsizliyin əməkdaşları dedilər ki, ehtiyac yoxdur, xanım getsin. İbrahim də xanımı oradan kənarlaşdırdı.”

12. 29 aprel 2025-ci il tarixdə keçiriliən məhkəmə iclasında şahid qismində iştirak edən Şahid4 izahatında bildirdi: “30 oktyabr 2023-cü il tarixdə AR FHN X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 nömrəli X8 xidməti yoxlama keçirtdik. 4 nəfər getmişdik. Bizə məlumat daxil oldu ki, əməkdaşlar sərxoş vəziyyətdədirlər, inzibati binada kənar şəxslər var. İnzibati binanın soyunub geyinmə otağında xanım var idi. İddiaçıla qarajda qarşılaşdıq, onunla birlikdə otağa daxil olduq. Xanımı görəndə necə reaksiya verməyini xatırlamıram, hadisənin üzərindən 1,5 il keçmişdir. Tərəfimdən çəkiliş aparılmışdır. Bildirdim ki, hadisə yerinə polis çağıracam, bundan sonra bizə məlum olmayan halda xanımı hadisə yerindən qaçırdılar. Sakinlər yaşayan bina ilə inzibati binanın birləşdirən qapını yoxladıq bağlı idi. Gecə saat 03:00-a dək inzibati binanı yoxladıq, sərxoş halda olan şəxsləri müəyyənləşdirdik. İzahatları həmin gün hamısını almağımız fiziki cəhətdən mümkün deyildir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. Azərbaycan Respublikasının Cavabdeh 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən “30 oktyabr 2023-cü il tarixində Daxili Təhlükəsizlik Baş idarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı X15 Xidmətinin Bakı şəhər Nərimanov rayon Dövlət X7 17 nömrəli X10 X3 köməkçisi daxili xidmət baş leytenantı İddiaçı, bölmənin dispetçeri daxili xidmət çavuşu Şahid3, X15 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X7 böyük sürücüsü daxili xidmət baş çavuşu Şahid2 intizam qaydalarını pozaraq X15 Xidmətinin Bakı şəhəri, Nərimanov rayon Dövlət X7 17 nömrəli X4 ərazisinə kənar şəxs gətirdikləri, iş vaxtı etik davranış norma və prinsiplərinə zidd hərəkətlərə yol verdikləri və bunun nəticəsində Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirilməsi müəyyən edilmiş, bununla da onlar "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.3- cü və 10.0.10-cu maddələrinin və Azərbaycan Respublikasının Cavabdeh 30 dekabr 2007-ci il tarixli, 140 nömrəli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozmuşlar.Qeyd olunanları nəzərə alaraq, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə“nin 10.10.22-ci il tarixli yanmbəndini rəhbər tutaraq vəzifələrinin icrası zamanı kobud pozuntulara görə Nazirliyin X15 Xidmətinin Bakı şəhəri, Nərimanov rayon Dövlət X7 17 X13 X1 rəisinin köməkçisi daxili xidmət baş leytenantı İddiaçı, bölmənin dispetçeri daxili xidmət çavuşu Şahid3, X15 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X7 böyük surücusü daxili xidmət baş çavuşu Şahid2 Cavabdehndən xaric edilmişlər. Əmrin verilməsinə əsas kimi Daxili Təhlükəsizlik Baş İdarəsinin 01 dekabr 2023-cü il tarixli, 3-18/3-W-2983/2023 nömrəli təqriri qeyd edilmişdir;

14. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən iddiaçı xx.xx.2011-ci ildən xx.xx.2023-cü ilə qədər Fövqəladə Hallar orqanlarında xidmətdə olmuşdur;

15. Ali təhsil haqqında diploma əsasən iddiaçı Ukrayna Mülki Müdafiə Universitetinin yanğın təhlükəsizliyi mühəndisliyi fakultəsini bakalavr səviyyəsində bitirmişdir;

16. Cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının, habelə iddiaçı ilə bir qurumda xidmət etmiş Şahid2 izahatları, yanğınsöndürmə növbəsinin şəxsi heyətinin xidmətə çıxış kitabından çıxarış, inzibati tənbeh tətbiq edilməsi haqqında əmrlər vardır, İddiaçı xx.xx.2023-cü il tarixli və digər izahatlarından görünür ki, iddiaçı həmin izahatlarında yanğından mühafizə hissəsində yoxlama zamanı aşkar edilmiş qadın barədə məlumatının olmadığını bildirmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Cavabdeh tərəfindən təqdim edilən 16 may 2025-ci il tarixli, 3-18/2- 2032/2025 №-li məktubunda bildirilmişdir ki, fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtləri, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsasları “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbay Respublikaısnın Qanunu ilə müəyyən edilmişdir. “Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələri” həmin Qanunun 10-cu maddəsində öz əksini tapmışdır. Eyni zamanda, sözügedən Qanunda və digər qanunvericilik aktlarında “funksional vəzifə təlimatı”nın təsdiq edilməsi nəzərdə tutulmadığından Cavabdeh tərəfindən zəruri məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir və ona imtina cavabı verilmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

21. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən X5 hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra - əməkdaşlar) şamil edilir. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.1. öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə; 33.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 33.1.3. qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə, habelə hərbi və ya hüquq mühafizə orqanlarına xidmətə keçdikdə; 33.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 33.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə xüsusi-həkim ekspertiza komissiyasının rəyi olduqda; 33.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 33.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 33.1.8. müvafiq icra hakimiyyəti orqanının tələbi ilə tibbi müayinədən keçməkdən imtina etdikdə; 33.1.9. bu Qanunla fövqəladə hallar orqanlarında xidmətə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 33.1.10. bu Qanunun 4.5-ci maddəsində göstərilən hal aşkar edildikdə; 33.1.11. xidmətdə olmanın son yaş həddinə çatdıqda; 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; 33.1.13. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 34.0-cı maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır:34.0.1. xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy;34.0.2. məhkəmənin qərarı. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir.

22. İşin faktiki hallarından görünür ki, İddiaçı X15 Xidmətinin Bakı şəhəri Nərimanov rayon Dövlət X7 17 X13 X1nin rəisinin köməkçisi vəzifəsində işləmişdir, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Orqanlarından xaric edilmişdir, buna əsas kimi digər şəxslərlə yanaşı iddiaçının da Bakı şəhəri, Nərimanov rayon X15 Hıssəsınin 17 nömrəli X4 ərazisinə kənar şəxs (qadın) gətirməsi, bununla da iş vaxtı etik daranış norma və prinsiplərinə zidd hərəkətlərə yol verməsi və nəticədə Nazirliyin qanuni mənafeyinə ciddi xələl gətirməsi göstərilmişdir.

23. İddiaçı qeyd edilən hərəkətə yol vermədiyini iddia edərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrinin ona aid hissədə ləğv edilməsini tələb etmişdir.

24. Məhkəməyə təqdim edilmiş şahid ifadəsinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin 2936/ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrində qeyd edilən kənar şəxs kimi o - Şahid1 yoxlama aparılan zaman 17 nömrəli X4 ərazisində aşkar olunmuşdur, İddiaçı tanımır, şahidi Bakı şəhəri, Nərimanov rayon X15 Hıssəsınin 17 nömrəli X4 ərazisinə İbrahim adlı şəxs gətirmişdir, o bölmənin ərazisinə gələn zaman onu görən şəxslər olmamışdır.

25. Beləliklə, iddiaçının X4 ərazisinə kənar şəxsi gətirməsi və bununla da etikadan kənar hərəkətlərə yol verməsi şahid ifadəsi ilə təkzib olunur və cavabdeh isə həmin kənar şəxsi X4 ərazisinə iddiaçının gətirməsini sübuta yetirəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

26. Cavabdeh etirazında 17 nömrəli X8 30 oktyabr 2023-cü il tarixdə İddiaçı xidmətdə olarkən ümumiyyətlə xidməti fəaliyyətin çox zəif təşkil edilməsi, bəzi əməkdaşların spirtli içki qəbul etməsi, xidməti yerlərini tərk etməsi, yoxlayıcı şəxslər bölməyə daxil olarkən fasad gözətçisinin xidməti yerində olmaması və bölmənin otağında bir nəfər qadının aşkar edilməsini iddiaçının fövqəladə hallar orqanından xaric edilməsinin əsası kimi göstərsə də iddiaçının həmin nöqsanlara görə cavabdeh olmasını, məsuliyyət daşımasını, qeyd edilən nöqsanlara yol verilməməsi kimi vəzifələrinin olmasını təsdiq edəcək (iddiaçının imza edərək tanış oduğu) təlimat, müqavilə, saziş, qayda və ya digər bu kimi sənədləri təqdim etməmişdir.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

28. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Cavabdeh tərəfindən İddiaçı münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinə riayət edilməmişdir, inzibati icraat aparılan zaman cavabdeh iddiaçının izahatında qeyd edilən nəzərə almamış, yanğınsöndürmə bölməsinin ərazisində aşkar edilmiş şəxsin izahatı alınmamış, həmin şəxsin konkret kim tərəfindən bölmənin ərazisinə gətirilməsini və bu hala vəzifə təlimatına görə nəzarət etməli və qarşısını almalı olan şəxslərin dəqiq dairəsini müəyyən etməmiş, nəticədə məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı üçün əlverişsiz olan qanunsuz inzibati akt qəbul edilmişdir.

29. Məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd edir: İnzibati İcraat haqqında Qanunun Maddə 17. Mütənasiblik prinsipi: Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə, inzibati orqan qəbul etdiyi qərarlarda çatmaq istədyi məqsəd baxımından zəruri və yaralı olmalıdır.

30. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixli Əmrdən çıxarışa əsasən qeyd edilən Nazirliyin X15 Xidmətinin əməkdaşları İddiaçı, Şahid3 və Şahid2 barəsində eyni intizam tənbehinin, yəni fövqəladə hallar orqanlarından xaric edilmələri, tətbiq edilməsi məhz İddiaçı münasibətdə ədalətsiz və qanunsuz olmuşdur. Belə ki, Əmrdən çıxarışda da qeyd olunduğu kimi 17 nömrəli X4 ərazisinə kənar şəxsin İddiaçı tərəfindən gətirilməsi və iş vaxtı etik davranış norma və prinsiplərinə zidd hərəkətlərin yol verilməsi sübuta yetirilməmişdir. Qeyd olunmalıdır ki, həmin “kənar şəxs” olan Şahid1 həm birinci instansiya məhkəməsində həm də apellyasiya instansiya məhkəməsində şahid qismində verdiyi izahatında bildirmişdir ki, onu həmin əraziyə Şahid3 və Şahid2 gətirmişlər. Hansı ki, Şahid3 da işin bu halını məhkəmədə verdiyi izahatında etiraf etmiş və təsdiq etmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

34. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2-1(112)-5965/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar