Məhkəmə qərarları › İş №2-1(103)-1458/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1458/2020

08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1458/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1955-ci il tarixində Kürdəmir rayonunun Qocalı kəndində anadan olmuş, ünvan 1 B ünvanında qeydiyyatdadır, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir) cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4rşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-1(11N)-4N00/N0N0 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə apellyasiya qaydasında Bаkı Аpеllyаsiyа Məhкəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küç., 540-cı məhəllə) аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4rşı xx.xx.N0N0-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1955-ci ildə Kürdəmir rayonunda doğulmuşdur, ali təhsillidir. 199N-ci ilin avqust ayının N8-dən 1996-cı ilin noyabr ayının 16- dək Kürdəmir Rayon Hərbi Komissarlığında Səfərbərlik və qeydiyyat şöbəsinin rəsinin baş köməkçisi vəzifəsində (kapitan hərbi rütbəsi ilə) həqiqi hərbi xidmət keçmişdir. 199N-ci ildə Respublikada qismən səfərbərlik elan olunmuşdur. 1998-ci ildə ölkə başçısının gənclərə televiziya ilə müraciətindən sonra, bütün rayonlarda olduğu kimi Kürdəmir rayonunun Motoatıcı bölüyünün komplektləşdirilməsində və şəxsi heyətin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə döyüş tapşırığını yerinə yetirmək üçün təhvil verilməsində yaxından iştirak etmiş, hərbi hissəni müxtəlif səbəblərdən özbaşına tərk etmiş əsgərləri və onlardan toplanmış silah və sürsatları adlı siyahı və qaimələrlə hərbi hissə və müxtəlif yerlərdə yerləşən təlim toplanış məntəqələrinə təhvil vermişdir. Bütün bunları Kürdəmir rayonunun ictimaiyyəti, onunla birlikdə işləmiş və hazırda da həmin şöbədə işləyən X10 da təsdiq edə bilər. Sənədlərin hamısı Kürdəmir Rayon Hərbi Komissarlığında (hazırkı SHXÇD Xidmətinin Kürdəmir rayon şöbəsində) saxlanılır. O, dəfələrlə Kürdəmir Rayon Hərbi Komissarlığına müraciət etsə də, ona müvafiq köməklik göstərilməmiş, hətta müraciətlərə cavab verilməmişdir. Əlacsız qaldığından Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışdır. RİH başçısı məsələni nəzarətə götürdükdən sonra ona tələm-tələsik cavab verilmişdir. Cavab məktubunda göstərilir ki, ezamiyyət barədə sənədlər məhv edildiyindən, onunla (iddiaçı ilə) bağlı heç bir məlumat mövcud deyil. Lakin nəzərə alınmalıdır ki, bununla əlaqədar onun günahı yoxdur, o, əmrə tabedir, əmri yerinə yetirmişdir. Müharibə şəraitində əmr müzakirə olunmur, yerinə yetirilir. O, həmin məsələ ilə bağlı AR Hərbi Prokurorluğuna, AR Müdafiə Nazirliyinə, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Xidmətin Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Lakin həmin qurumlar ona bəsit cavablar vermiş və tələbini yerinə yetirməmişlər. 1998-ci ilin fevral ayından 1999-cu ilin fevral ayınadək AR Daxili İşlər Nazirliyi X9 – Cəbrayıl istiqamətində Respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirən əməliyyat alayında kapitan hərbi rütbəsində (siyasi şöbədə) bu mövqedə Arazboyu, Cocuq Mərcanlı, Lələtəpə və adsız yüksəkliklər uğrunda döyüş şəraitində xidmət etmişdir. Bununla əlaqədar o, AR Daxili İşlər Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Ona bildirilmişdir ki, atəşkəs dövründə dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissədə xidmət etmişdir. Bu səbəbdən qaldırılan məsələnin həlli imkan xaricindədir. Vətəndaşlara müharibə veteranı adı və vəsiqəsinin verilməsi AR Nazirlər Kabinetinin xx xxxxxx 1995-ci il tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələbləri ilə tənzimlənir. Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin may ayının 1N-dək, həmçinin 1994-cü ilin mayın 1Ndən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olan vətəndaşlara müharibə veteranı adı verilir. Mövcud qanunvericiliyin tələblərindən aydın olur ki, müharibə veteranı adı və vəsiqəsi x xxxxxx 1988-ci il tarixdən xx xxx 1994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara verilir. Bundan başqa, o, hərbi xidmətdə olarkən ürək çatışmazlığı, stenokardiya, şəkərli diabet, hipertoniya və digər xəstəliklərə düçar olmuşdur, bu gün də həmin xəstəliklərdən əziyyət çəkir. O, YAP üzvü və istefada olan zabit kimi dövlətçiliyə, ölkə başçısına sadiqdir, həmişə də sadiq olaraq qalacaqdır. Göstərilənlərə əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-1(11N)-4N00/N0N0 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia tələbi mümkün sayılmamışdır. xx.xx.N0N0-ci il tarixində iddiaçı tərəfindən məhkəməyə vəsatət daxil olmuş, vəsatətdə Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-1(11N)-4N00/N0N0 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə Azərbaycan Respublikasının Vəkillər X1 həvalə olunması haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Eyni tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-1(11N)-4N00/N0N0 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.N0N0-ci il tarixli, N-1(11N)-4N00/N0N0 saylı qərardadı ilə (hakim R.Kərimli) Bakı İnzibati Məhkəməsinin N-1(11N)-4N00/N0N0 nömrəli iş üzrə xx xxxx N0N0-ci il tarixli qərardadında buraxılmış yanlışlıq düzəldilmiş, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-4N00/N0N0 nömrəli iş üzrə xx xxxx N0N0-ci il tarixli qərardadının nəticəvi hissəsində “N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi” sözləri “Bakı İnzibati Məhkəməsi” sözləri ilə əvəz edilmişdir. Cavabdehlər məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətində ağır xəstəlikdən- ürək çatışmazlığı, stenokardiya, şəkərli diabet və sair xəstəlikdən əziyyət çəkməyini nəzərə alaraq , məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qeyd ediləni nəzərə alaraq, Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X14 xx.xx.N0N0-ci il tarixli, 0N4-N698-1NN0 nömrəli yazılı müraciətində aşağıdakılar bildirilmişdir: - Sabiq hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən təqdim olunmuş arxiv arayışında vətəndaş İddiaçı atəşkəs dövründə dislokasiya yeri Füzuli rayonu – döyüş bölgəsi olmuş N saylı hərbi hissədə xidmət eməsi qeyd olunsa da, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat aşkar olunmamışdır. Bundan əlavə, arxiv arayışında X3 xx xxxxxx N000-ci il tarixli 6 nömrəli əmrinə əsasən vətəndaşın N saylı hərbi hissə komandirinin xx xxxxxx N000- ci il tarixli 40 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla Silahlı Qüvvələrə ehtiyata buraxılaraq xx xxxxxx N000-ci il tarixdən Kürdəmir Rayon Hərbi Komissarlığına göndərilməsi qeyd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaya əsasən İddiaçı 199N-ci ilin avqust ayının N8-dən xx xxxxxx 1996-cı il tarixədək Kürdəmir Rayon Hərbi Komissarlığında Səfərbərlik və qeydiyyat şöbəsinin rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olduğunu vurğulamışdır və eyni zamanda səfərbərlik elan olunduğu gündən sonra 1993-cü ilin noyabr ayında şəxsi heyətin Müdafiə Nazirliyinin N saylı hərbi hissəyə döyüş tapşırığını yerinə yetirmək üçün təhvil verilməsində yaxından iştirak etdiyini, eləcə də hərbi hissəni müxtəlif səbəblərdən özbaşına tərk etmiş əsgərləri və onlardan toplanmış silah sürsatı adlı siyahı və qaimələrlə N saylı hərbi hissəyə eyni zamanda müxtəlif yerlərdə yerləşdirərək təlim toplanış məntəqələrinə təhvil verdiyini qeyd etmişdir. Sonda İddiaçı 1998-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 – Cəbrayıl istiqamətində respublikanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüş tapşırığını yerinə yetirən əməliyyat alayında siyasi şöbədə kapitan rütbəsində ön mövqedə Cocuq Mərcanlı, Lələtəpə və adsız yüksəkliklər uğrunda döyüş şəraitində xidmət etdiyini qeyd etmişdir. İddiaçı sonuncu xidmət etdiyi qoşun növünə, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Onun bildirdikləri iddianın təmin edilməsi üçün məqsədəmüvafiq deyil. Göstərilənlərə və İPM-in 1.N, 58.7, 68.N-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.N, 154.1-ci maddələrinə, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəssinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına əsaslanaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdehlər sırasından çıxarılması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi qənaət səhvdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.N019-cu il tarixli, 1(004)-134/N019 saylı hökmü ilə (hakim G.Əkbərli) İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N0.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İddiaçı hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx N018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 (üç) il 11 (on bir) ay N8 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla üzərində qəti olaraq 04 (dörd) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, İddiaçı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx N017-ci il tarixdən hesablanması, iş üzrə maddi sübut hesab edilən X5 adına olan N017- ci il tarixli, qeydiyyat nömrəsi 006888 saylı və 007884 saylı olan şəhadətnamələrin fotosurəti cinayət işinin materialında saxlanılmış, Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 14N319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod N10005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZNN, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE ********************) köçürülməsi, İddiaçı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər Mərkəz Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 35 saata görə N10 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu N00048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZNX, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülməsi qərara alınmışdır. İddiaçı hüquq verən rəsmi sənədi istifadə etmək üçün saxtalaşdırmaqla qanunsuz hazırlama və satma məqsədilə, Bakı şəhər sakini X5 N010-cu ilin iyul ayında bitirdiyi Rusiya Federasiyasının “X11 İnstitutu”nun hüquqşünaslıq ixtisasına aid BHC seriyalı 69N349 saylı bakalavr diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq edilməsinə və tanınmasına (nostrifikasiyasına) dair müvafiq sənədin alınması ilə bağlı tanışı XN N017-ci ilin avqust ayında etdiyi müraciətə əsasən, telefon əlaqəsi zamanı sonuncuya özünün təhsil sahəsində çalışdığını bildirərək, Təhsil Nazirliyindən diplomun təsdiq edilməsi və tanınması haqqında şəhadətnamələri təşkil edəcəyini yalandan bildirib, özünə qarşı inam və etimad yaratmaqla N017-ci ilin avqust ayında Bakı Metropolitenin “İnşaatçılar” stansiyasının yaxınlığında Şahlar Bədirovla görüşüb, həmin vaxt dövlət rüsumu adı ilə sonuncudan 450 manat pulu alıb, Natiq Hüseynovun adına olan təhsil sənədlərinin toplanması görüntüsü yaradaraq, həmin vaxt sonuncunun qeyd edilən diplomun və AZE № 17374186 seriyalı şəxsiyyət vəsiqəsinin surətlərini qəbul etmiş, daha sonra istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi hüquq verən rəsmi sənədləri, yəni Azərbaycan Respublikası Təhsil Nazirliyinin adından verilməsi görüntüsü yaradan N017-ci il tarixli, 006888 və 007884 qeydiyyat nömrəli şəhadətnamələrin məzmununa N017-ci ilin avqust ayı ərzində istintaqa məlum olmayan ünvanda və şəraitdə kompyuter texniki vasitəsindən istifadə etməklə daxil etdiyi məlumatlarda X8 verilən N017-ci il tarixli, 007884 qeydiyyat nömrəli şəhadətnaməyə “xx.xx.N010-cu il tarixdə Rusiya Federasiyasının “X11 İnstitutun”dan hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilmiş BHC seriyalı 69N349 saylı bakalavr diploma ekvalentdir (bərabərdir)” qeydlərini edərək, eyni zamanda, N017-ci il tarixli, 006888 qeydiyyat nömrəli şəhadətnaməyə “xx.xx.N010-cu il tarixdə Rusiya Federasiyasının “X11 İnstitutun”dan hüquqşünaslıq ixtisas dərəcəsi üzrə verilmiş BHC seriyalı 69N349 saylı bakalavr diplomun Azərbaycan Respublikasında tanındığı və hüquqşünaslıq ixtisası üzrə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verildiyi” qeydlərini edərək, saxtalaşdırmaqla hazırladığı həmin saxta rəsmi sənədlərin surətlərini xx xxxxxx N017ci il tarixdə özünün təqdim etdiyi istintaqa məlum olmayan şəxs tərəfindən verilməklə Bakı şəhəri 31 saylı Notariat Kontorunda cinayətdən xəbərsiz olan Bakı şəhər sakini X7 vasitəsi ilə təsdiq etdirdikdən sonra “SURƏT” sözü yazılmış ştamp əksi olan saxta sənədləri N017-ci ilin sentyabr ayında Şahlar Bədirova Bakı şəhərində guya Təhsil Nazirliyi tərəfindən hazırlanmış rəsmi sənəd kimi təqdim etməklə satmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, xx.xx.N0N0-ci il tarixindəiddiaçı tərəfindən məhkəməyə vəsatət daxil olmuş, vəsatətdə Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-1(11N)-4N00/N0N0 nömrəliqərardadından apellyasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsi barədə Azərbaycan Respublikasının Vəkillər X1 həvalə olunması haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Lakin birinci instansiya məhkəməsi bu hal barədə heç bir yazılı münasibət bildirməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qeyd etmişdir ki, iddia ərizəsində bir neçə inzibati orqan birgə cavabdehlər kimi göstərilmişdir, lakin hazırkı işin xüsusatları, o cümlədən iddiaçının gətirdiyi dəlil və əsaslar İPM-in 30-cü maddəsində təsbit olunmuş “birgə iştirakçılıq” meyarları ilə uzlaşmır. Lakin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya cavabdeh orqanların dəqiqləşdirilməsi barədə təklif edilməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh qismində dörd inzibati orqan göstərilməsini nəzərə almamış, iddiaçıya məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia tələbinin dəqiqləşdirilməsinə ilə bağlı təklif etməmiş (yəni konkret olaraq, cavabdeh qismində hansı inzibati orqanı göstərməsi) , bu barədə iddiaçıya bildiriş ünvanlamamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Qeyd olunan qanun normasından görünür ki, yalnız iddianın mümkün sayılmaması barədə məhkəmə qərardadından şikayət verilə bilər, buna görə də, iş üzrə icraatın davam etdirilməsi ilə bağlı qərardaddan şikayət verilə bilməz. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N və 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx N0N0-ci il tarixli, N-1(11N)-4N00/N0N0 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrəDövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4rşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar