Məhkəmə qərarları › İş №2-1(103)-1459/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1459/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1459/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Akif qızının Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə - DSMF Suraxanı RŞ) qarşı «pensiyasının yenidən hesablanması» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2396/2017 saylı, xx xxx 2017-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2396/2017 saylı, xx xxx 2017-ci il tarixli qərarı ilə İddiaçı Akif qızının cavabdeh DSMF Suraxanı RŞ-nə qarşı iddiası təminedilərək, iddiaçının pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, həmin qərar xx.xx.2017-ci il tarixdə cavabdehə təqdim olunmuş və qanuni qüvvəsini aldıqdan sonra, məhkəmənin xx.xx.2017-ci il tarixli məktubu ilə icra edilməsi üçün cavabdehə göndərilmişdir Lakin qərarın alındığı, həm də həmin qərarın icraya yönəldiyi vaxtdan 2 il 5 aya yaxın müddət keçdikdən sonra, cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Həmin Məcəllənin87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddətə görə mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məcəllənin qeyd olunan tələbələrinə müvafiq olaraq aparılan araşdırma ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən şikayətin verilməsinin prosessual qanunvericiliklə müəyyən olunan qaydalarına riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda elan edilmə anından başlanır. İşin hallarından isə göründüyü kimi, cavabdeh tərəfindən İnzibati Prosessual Məcəllənin qeyd olunan norması ilə müəyyən edilən 30 günlük şikayət vermə müddəti buraxılmışdır. Digər tərəfdən isə həmin Məcəllənin 24.4-cü maddəsinin tələbinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İşin yuxarıda qeyd olunan hallarından isə göründüyü kimi, iddiaçı nəinki qərarı aldığı, hətta onun icraya yönəldiyi gündən belə təxminən 2 il 5 aya yaxın olan müddət keçmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarından cavabdehin verdiyi apellyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtləri öz təsdiqini tapmır. Belə ki, həm şikayətin qanunla müəyyən olunan verilmə müddətinin ötürülməsi, həm də müddətin bərpası barədə ərizənin belə verilməməsi, 1 ildən çox müddət keçdiyinə görə mümükünsüz olması, bütün bunlar cavabdehin apellyasiya şikayətinin məhkəmə icraatını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Beləliklə də, işin qeyd olunan hallarını və prosessual qanunvericiliyin sözügedən tələblərini nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2396/2017 saylı xx xxx 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalı, şikayətin icraata qəbul edilməsindən imtina olunmalı və geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Suraxanı rayon şöbəsinin2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2396/2017 saylı xx xxx 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar