Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-146/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (xx.xx.1956-cı il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin olunması” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)-1718/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 11.03.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 25.09.1973-cü ildən 25.08.2004-cü ilə qədər Yevlax rayon Nəqliyyat X2 filialında Xırdalan qarajında qaynaqçı işində işlədiyi işləri sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 25.09.1973-cü ildən 25.08.2004-cü ilə qədər Yevlax rayon Nəqliyyat X2 filialında Xırdalan qarajında fəhlə, 20.11.1973-cü ildən 25.08.2004-cü ilə qədər qaynaqçı vəzifəsində işləmişdir. Pensiyaya çıxmaq üçün DSMF-nin Nəsimi rayon Şöbəsinə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. 13.05.2019-cu il tarixdə cavabdeh iddia ərizəsinə 07.05.2019-cu il tarixli, 196.31148005 nömrəli yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının sənədləri araşdırılan zaman Mingəçevir Ekspedisiya müəssisəsi tərəfindən iddiaçıya 20.11.1973-cü ildən 25.08.2004cü ilə qədər güzəştli şərtlərlə iş stajının olması barədə arayış verilmişdir. Şöbə tərəfindən həmin halın araşdırılması üçün DSMF-nin Mingəçevir şəhər şöbəsinə sorğu ilə müraciət edilmiş və DSMF-nin Mingəçevir şəhər şöbəsi tərəfindən həmin sorğuya məktubla cavab verilmişdir. Məktubda qeyd olunmuşdur ki, müəssisə 15.21.2015-ci il (mətnə əsasən) tarixdə güzəştli arayış təqdim etməsinə baxmayaraq həmin tarixdə mövcud olmamış, hesabat təqdim etməmiş, məcburi dövlət sosial sığorta haqları ödəməmişdir. X5 Müəssisəsi fəaliyyət göstərmir və hüquqi ünvanı məlum deyil. Odur ki, iş stajının yoxlanılması mümkün olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 1718/2019 saylı qərardadı ilə (hakim T.Əsədova) əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Eyni tarixli qərardad ilə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 14.11.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşı tamam olduğu 20.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)- 1718/2019 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)- 1718/2019 nömrəli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğu 20.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 19.12.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 25.09.1973-cü ildən 25.08.2004-cü ilə qədər Yevlax rayon Nəqliyyat X2 filialında Xırdalan qarajında fəhlə, 20.11.1973-cü ildən 25.08.2004-cü ilə qədər qaynaqçı vəzifəsində işlədiyi dövrlərin qarşılıqlı yoxlanılması həyata keçirilə bilmədiyindən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. İddiaçının 25.08.2004-cü ildə işdən çıxmasının səbəbi kimi idarə tərəfindən verilən arayışda “müqavilə vaxtı qurtardığı üçün” göstərilmiş olmasına baxmayaraq, əmək kitabçasında “öz ərizəsinə əsasən” yazılıb, deməli, ikisindən biri yalandır. İddiaçının əmək kitabçasında 10.07.1980-25.08.2004-cü illərdəki vəzifəsi “qaynaqçı” kimi göstərilsə də, ona mövcudluğu öz təsdiqini tapmayan idarə tərəfindən verilmiş 15.12.2015-ci il tarixli arayışda Nazirlər Kabinetinin müvafiq siyahılarında “ümumi peşələr” bölməsindəki “akkumlyatorçular” peşəsinə istinad olunmuşdur. Deməli iki sənəddən birindəki məlumat yalandır. İddiaçının əmək fəaliyyətinə 25.09.1973-cü ildən başladığı iddia edilsə də, əmək kitabçası 14.05.1996-cı il tarixlidir. Bu belə izah edilir ki, guya müəssisədə 1996-cı ildə yanğın olduğundan, iddiaçının əmək kitabçası yenidən tərtib edilmişdir. Halbuki, “İşçilərin əmək kitabçasının forması və tərtibi qaydaları”nın 7.1-ci bəndinə əsasən, əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. İddiaçının əmək kitabçasında isə belə bir qeyd yoxdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-433/2020 saylı, 28.02.2020-ci il tarixli qərarı ilə (hakimlər S.Seyidova, A.Nuriyeva, V.Ağayev) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1718/2019 saylı, 14.11.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan cavabdeh 05.05.2020-ci il tarixdə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1550/2020 saylı, 29 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev, R.Nəbizadə, İ.Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.02.2020-ci il tarixli,21(103)-433/2020 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1657/2020 saylı, 20.10.2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Nağıyeva, V.Məmmədov, X.Cəmilova) iş üzrə sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılması qərara alınmışdır. Qərardad ilə ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: 1) İş materiallarında olan İddiaçı məxsus ИТ-İ № ******* seriya və nömrəli 14.05.1996-cı il tarixdə doldurulmuş, 79 vərəqdən ibarət “Qoznak. 1974. Azerbaycanskiy” qeydi olan əmək kitabçası, “Qoznak. 1974. Azerbaycanskiy” qeydi olan əmək kitabçalarının standartlarına uyğundurmu? Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. İddaçı və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq 1973-cü ildən 2004-cü ilədək bir müəssisədə işlədiyini, 1996-cı ilədək əmək kitabçasının hər hansı bir surətinin mövcud olmadığını, əmək kitabçasının blankının iş yerində doldurulduğunu, hərbi biletini təqdim edə bilmədiyini, 1978-1980-ci illərdə hərbi xidmətdə olduğunu, 22 yaşında hərbi xidmətdə olduğunu, ali təhsilli olduğunu, 1974-cü ildə daxil olub 1978-ci ildə bitirdiyini, əmək kitabçasının 1974-cü ildə çap olunan digər əmək kitabçalarından vizual baxışdan nə səbəbə görə fərqli göründüyünü bilmədiyini, əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyini, təhsili əyani formada oxusa da dərsdən sonra saat 2-dən saat 8-dək işlədiyini, arxivdən hər hansı bir sənəd, sübut təqdim edə bilmədiyini bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak üçüncü şəxsin nümayəndəsi X7 yekun nəticənin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İş materiallarında olan: - AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. - İş materiallarında olan Azərbaycan Respublikası “Azəravtonəqliyyat” Dövlət Konserni "xxxx" Respublika İstehsalat Birliyi X5 müəssisəsi tərəfindən verilmiş 15.12.2015-ci il tarixli, 18 nömrəli güzəştli pensiya təyin olunması üçün işin xüsusi xarakterini təsdiqləyən və əməyin şərtlərini göstərən güzəştli arayışa (Yevlax NEM-nin Mingəçevir filialının rəisi Hüseynov H.M. və K/ş inspektoru Məmmədova K. tərəfindən imzalanmış və təsdiq olunmuşdur) əsasən qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən tam iş günü ərzində ağır və zərərli iş şəraitində aşağıda qeyd edilən qaydada Yevlax NEM-nin Mingəçevir filialında qaynaqçı işində işləmişdir. Onun tam iş günü ərzində ağır və zərərli iş şəraitində güzəştli əmək fəaliyyəti aşağıdakı qaydada olmuş və güzəştli iş stajı işini əhatə edir. Yevlax NEM-nin Mingəçevir filialında 20.11.1973-cü il tarixdən Əmr № 211/k qaynaqçı işində işləmiş, 03.11.1978-ci il tarixdə Əmr № 217/k işdən azad edilmişdir, 10.07.1980-ci il tarixdə qaynaqçı işinə yenidən qəbul edilmişdir Əmr № 116/k, 25.08.2004-cü il tarixdə müqavilə vaxtı qutardığı üçün işdən azad edilmişdir Əmr № 122/k. İddiaçı yuxarıda göstərilmiş bütün bu illərdə tam iş günü ərzində ağır və zərərli iş şəraitində işləmişdir. Onun tam iş günü ərzində işləmiş olduğu bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında 21.06.1993-cü il tarixli, 320 №li Qərarının 2 № siyahısının XXXİİİ” ümumi peşələr bölməsində (23200000-10047) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №li Qərarının bölməsinin “35” ümumi peşələr bölməsinin 19-cu sətr yarımbölməsində bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. İddiaçı güzəştli iş stajı 28 il 1 ay təşkil edir. - AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X11 Qeydiyyatı İdarəsinin 09.07.2019-cu il tarixli, **********524200№-li məktubuna əsasən idarədə olan reyestrdə AR “Azəravtoyolnəqliyyat” X6” Respublika İstehsalat Birliyi X4 “ müəssisəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. - AR Əmlak Məsələləri Dövlət Komitəsinin 21.02.2020-ci il tarixli, **********62 saylı məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin 09.02.1998-ci il tarixli, 228 nömrəli sərəncamı ilə “X1 tabeliyində olmuş, Yevlax Nəqliyyat-Ekspedisiya müəssisəsinin bazasında “Yevlax NEM açıq səhmdar cəmiyyəti yaradılmış, 11.06.2013-cü il tarixində cəmiyyətin səhmlərinin özəlləşdirilməsi tam başa çatdırılmışdır. - 21.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.12.2020-ci il tarixli, 5/934№-li ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş İddiaçı adına olan ИТİ-№1192525 seriya və nömrəli əmək kitabçasının blankı reproqrafik üsulla (printer,çoxaldıcı qurğu) hazırlanmışdır və həmin növ sənədlərlə çap üsuluna görə eynilik təşkil etmir. (ekspert Xəyal Hüseynov) - Azərbaycan Respublikası DİN Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə işləri idarəsinin 2 saylı Hərbiləşdirilmiş yanğından mühafizə dəstəsi Mingəçevir şəhəri tərəfindən verilmiş 72 №li, 06.03.1996-cı il tarixli arayışa (arayış daxili xidmət podpolkovniki N.A.Məhərrəmov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, verilir Mingəçevir şəhər nəqliyyat ekspedisiya müəsissəsinə ondan ötrü ki, həqiqətən 2 fevral 1996-cı il tarixdə avtokombinatın fəhlə yeməkxanasında baş vermiş yanğın nəticəsində güclü küləyin təsirindən yanğın yeməkxanadan ekspedisiya müəsissəsinin otaqlarına yayılmış və nəticədə otaqda olan əşyalar və damüstü örtük yanıb sıradan çıxmışdır. - “Azəravtoyolnəqliyyat” X6” Respublika İstehsalat Birliyi X4 müəssisəsi tərədindən verilmiş 21.10.2019-cu il tarixli, 18 nömrəli arayışa (direktor H.Hüseyinov tərəfindən imzalanmışdır) əsasən qeyd edilmişdir ki, verilir İddiaçı, ondan ötəri ki, yoldaşın şifahi sorğusuna əsasən X4 müəssisəsi 1972-ci ildən 2005-ci ilin dekabr ayına kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən sonra bütün maşınlar və başqa texnikalar sahiblərinə özəlləşdiyi üçün heç bir fəaliyyəti olmamışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən cavabdehin apellyasiya şikayətində dəlil olaraq irəli sürdüyü, iddiaçı tərəfindən iddia tələblərinin əsaslarından biri olaraq istinad etdiyi və sonradan məhkəmə tərəfindən məhkəmə aktında sübut olaraq əsaslandığı arayışında olan məlumatlar arasında ciddi ziddiyyətlərin olmasına heç bir münasibət bildirməmiş, sübutların araşdırılmasına və onlara düzgün hüquqi qiymət verilməsinə səthi yanaşmışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən 23.10.2019-cu il tarixli, 2-1(81)-1718/2019 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Qaradağ rayon İcra Hakimiyyəti cəlb olunmuşdur, lakin apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin cəlb edilməsi əsaslarından irəli çıxaraq qeyd olunan cəlb edilmə halını da nəzərə almamışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira xanım Meftaxetdinovaya, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Azərbaycan X14 və İdman Akademiyasına, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq sorğular ünvanlanmışdır. Belə ki, 09.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış sorğularda işin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının hansı dövrlərdə hərbi xidmətdə olması və xidmətə qədərki dövlərdə işlədiyi müəssisələr barədə ətraflı məlumatı və işin həlli üçün əhəmiyyəti olan digər məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə tərəfindən 15.12.2020-ci il tarixdə qeyd edilən orqanlara təkrarən sorğular ünvanlanmışdır. 15.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Azərbaycan X14 və İdman Akademiyasına ünvanlanmış sorğularda İşin obyektiv və hərtərəfli araşdırılması üçün iddiaçının 1972-ci il tarixdən (özünün bildirdiyinə görə 1974- 1978-ci illər) sonrakı dövrdə S.M.Kirov adına Azərbaycan X14 İnstitutunda həqiqətən təhsil alıb-almaması barədə məlumatları, təhsil alıbsa onun adına verilmiş diplomun təsdiq edilmiş surətini, təhsil aldığı müddət, iddiaçının işləyib-işləməməsi, hərbi xidmətdə olubolmaması, təhsilini tamamladığı vaxtdan o dövrdə qüvvədə olan qaydalara əsasən iddiaçının hansı müəssisəyə, orqana təyinatının mövcud olub-olmaması barədə ətraflı məlumatı və işin həlli üçün əhəmiyyəti olan digər məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. 18.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira xanım Meftaxetdinovaya ünvanlanmış sorğuda İşin obyektiv və hərtərəfli araşdırılması üçün İddiaçı DİN-in İdman Cəmiyyətinə 13.08.1980-ci il tarixli, 137 №li əmrə əsasən işə qəbul olunması, 08.12.1982-ci il tarixli, 187 №li əmrə əsasən işdən azad olunması, 04.04.1984-cü il tarixli, 42 №li əmrə əsasən işə qəbul olunması, 27.06.1989-cu il tarixli, 86 №li əmrə əsasən işdən azad olunması barədə əmrlərin təsdiq edilmiş surətlərini, əmrlərin verilməsinə əsas olan sənədlərin surətlərini, iddiaçının iddia ərizəsində göstərdiyi tələbə əsasən 25.09.1973-cü il tarixdən 25.08.2004-cü il tarixədək Yevlax Rayon Nəqliyyat X2 filialında Xırdalan qarajında qaynaqçı işində işləməsi ilə bağlı iddiaçının 1980-ci il tarixədək başqa iş yerinin mövcud olub-olmaması, başqa əmək kitabçasının açılıb-açılmaması, İdman Cəmiyyətində onun adına əmək kitabçasının açılıb-açılmaması, iddiaçının Xırdalan qarajında qaynaqçı işində işləməsini bildirməsi barədə məlumatları və ümumiyyətlə işin həlli üçün əhəmiyyəti olan digər məlumatları qısa müddətdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. 19.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinə ünvanlanmış sorğuda İşin obyektiv həlli məqsədilə İddiaçı Dövlət Sərhəd Xidmətində giriş-çıxış tarixləri barədə qeydiyyat aparılan ilk tarixdən bu günədək ölkədən giriş-çıxış tarixlərini, buraxılış məntəqələrini və iddiaçının hansı istiqamətdə sərhədi keçməsi barədə ətraflı məlumat verilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. 28.01.2021-ci il tarixdə Azərbaycan X14 və İdman Akademiyasına ünvanlanmış sorğuda işlə bağlı əlavə zərurət yarandığından iddiaçının bildirdiyinə görə 25.09.1973-cü il tarixdən 25.08.2004-cü il tarixədək Yevlax Rayon Nəqliyyat X2 filialında Xırdalan qarajında qaynaqçı işində işləməsi faktını nəzərə alaraq iddiaçının 1974-1978-ci illərdə S.M.Kirov adına Azərbaycan X14 İnstitutunda hansı formada (əyani, qiyabi, axşam və s.) təhsil alması barədə ətraflı məlumatı və işin həlli üçün əhəmiyyəti olan digər məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. 28.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin 23.12.2020-ci il tarixli, 1538№-li məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu S.Rüstəm küçəsi ev 55 mənzil 100 ünvanında qeydiyyatda olan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 28.10.1978-ci il tarixdən 10.05.1980-ci il tarixədək X13 həqiqi hərbi xidmətdə olmuşdur.(İdarə rəisi mayor Namiq Hüseynov) 06.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Cəmiyyətinin 30.12.2020-ci il tarixli, 32-12/298 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı DİN-in İdman Cəmiyyətinə 13.08.1980-ci il tarixli 137№-li əmrə əsasən cüdo İdman növü üzrə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunmuş, 08.12.1982-ci il tarixli 187№-li əmrə əsasən öz xahişi ilə işdən azad olnmuş və 04.04.1984-cü il tarixli 42 №-li əmrə əsasən cüdo idman növü üzrə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunmuş, 27.06.1989-cu il tarixli 86№-li əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (Sədr polis polkovniki - Zemfira Meftaxetdinova) 13.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Azərbaycan X14 və İdman Akademiyasının 705/R-02 saylı, 30.12.2020-ci il tarixli məktubuna əsasən İddiaçı 03.07.1978-ci il tarixli C-56/0617 nömrəli əmrə əsasən Q-1 seriyalı 037169 nömrəli (qeydiyyat № 37541) adlı diplom verilmişdir.(Prorektor T.Tağızadə) 16.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 08.01.2021-ci il tarixli, 07/01-17 saylı məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 1980-1982-ci və 1984-1989-cü illər ərzində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində cüdo idman növü üzrə məşqçi-müəllim vəzifəsində çalışmışdır. Məşqçimüəllim və idmançı olduğu illər ərzində idman adları, dərəcələri və idman nailliyyətləri olmamışdır. (İdman şöbəsinin müdiri Fərid Mansurov) 29.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Cəmiyyətinin 25.01.2021-ci il tarixli, 32-12/18 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı DİN-in İdman Cəmiyyətinə 13.08.1980-ci il tarixli 137№-li əmrə əsasən cüdo İdman növü üzrə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunmuş, 08.12.1982-ci il tarixli 187№-li əmrə əsasən öz xahişi ilə işdən azad olnmuş və 04.04.1984-cü il tarixli 42 №-li əmrə əsasən cüdo idman növü üzrə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunmuş, 27.06.1989-cu il tarixli 86№-li əmrə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (Sədr polis polkovniki - Zemfira Meftaxetdinova) 03.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Azərbaycan X14 və İdman Akademiyasının 140/R-02 saylı, 17.02.2021-ci il tarixli məktubuna əsasən İddiaçı 03.07.1978-ci il tarixli C-56/0617 nömrəli əmrə əsasən Q-1 seriyalı 037169 nömrəli (qeydiyyat № 37541) adlı diplom verilmişdir.(Prorektor T.Tağızadə) 10.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin 05.03.2021-ci il tarixli, 33/746 №-li məktubunda qeyd edilmişdir ki, İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS baza məlumatlarına əsasən 19.12.2011-çıxış İran; 24.12.2011- giriş İran; 26.04.2012-Çıxış İran; 09.05.2012-Giriş İran; 16.04.2014-Çıxış İran; 28.04.2014-Giriş İran. (Sərhəd Nəzarəti İdarəsinin rəis müavini polkovnik Azad Qasımov) 10.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Azərbaycan X14 və İdman Akademiyasının məhkəmənin sorğusuna əlavəsinə cavab olaraq ünvanladığı cavabında qeyd edilmişdir ki, İddiaçı həqiqətən 1974-1978-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının(o zamankı S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu) əyani təhsil almışdır və bu barədə dövlət əyani təhsil müddəti 4 il olmuşdur. (Tədris hissəsinin müdiri Nazim Abbasov) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan AR “Azəravtoyolnəqliyyat” X8” Respublika İstehsalat Birliyi X4 tərəfindən verilmiş 15.12.2015-ci il tarixli 18 №-li arayışında, iddiaçının Yevlax NEM-nin Mingəçevir filialında 20.11.1973-cü il tarixdən 03.11.1978-ci il tarixə kimi və 10.07.1980-ci il tarixdən 25.08.2004-cü il tarixə kimi qaynaqçı vəzifəsində işlədiyi qeyd edilsə, bu fakt məhkəmə sorğuları vasitəsilə daxil olmuş müvafiq cavab məktubları ilə təkzib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Azərbaycan X14 və İdman Akademiyasının 705/R- 02 saylı, 30.12.2020-ci il tarixli cavab məktubunda və 10.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Azərbaycan X14 və İdman Akademiyasının məhkəmənin sorğuya əlavəsinə cavab olaraq ünvanladığı cavabında İddiaçı həqiqətən 1974-1978-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (o zamankı S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu) əyani təhsil almdığı, bu barədə dövlət əyani təhsil müddəti 4 il olduğu, 03.07.1978-ci il tarixli C- 56/0617 nömrəli əmrə əsasən Q-1 seriyalı 037169 nömrəli (qeydiyyat № 37541) adlı diplom verildiyi qeyd edilmişdir. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman Cəmiyyətinin 25.01.2021-ci il tarixli, 32- 12/18 saylı cavab məktubunda İddiaçı DİN-in İdman Cəmiyyətinə 13.08.1980-ci il tarixli 137№-li əmrə əsasən cüdo İdman növü üzrə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunduğu, 08.12.1982-ci il tarixli 187№-li əmrə əsasən öz xahişi ilə işdən azad olunduğu və 04.04.1984-cü il tarixli 42 №-li əmrə əsasən cüdo idman növü üzrə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunduğu, 27.06.1989-cu il tarixli 86№-li əmrə əsasən öz xahişi ilə işdən azad olunduğu göstərilmişdir. Göründüyü kimi, arayışa əsasən iddiaçının 20.11.1973-cü il tarixdən 03.11.1978-ci il tarixə kimi və və 10.07.1980-ci il tarixdən 25.08.2004-cü il tarixə kimi qaynaqçı vəzifəsində işlədiyi qeyd edilsə də, məhkəmə sorğularına cavab olaraq daxil olmuş cavab məktublarına əsasən onun 1974-1978-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əyani təhsil aldığı və bu barədə ona Q-1 seriyalı 037169 nömrəli (qeydiyyat № 37541) adlı diplom verildiyi, 13.08.1980-08.12.1982-ci il tarixlərdə və 04.04.1984-27.06.1989-cu il tarixlərdə DİN-in İdman Cəmiyyətində cüdo idman növü üzrə məşqçi-müəllim vəzifəsində çalışdığı müəyyən edilir. Məhkəmə Kollegiyası iş materiallarında olan 06.03.1996-cı il tarixli 72 №-li arayışa və iddiaçının məhkəmə iclasları zamanı verdiyi izahatına əsasən 02.02.1996-cı il tarixdə avtokombinatın fəhlə yeməkxanasında baş vermiş yanğının və bu səbəbdən onun əmək kitabçasının yanması ilə bağlı qeyd edir ki, iddiaçı əmək kitabçasının yandığını, bildirsə də, iş materiallarında iddiaçıya məxsus əmək kitabçasının dublikatı mövcud deyildir. Həmçinin işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında “ İş materiallarında olan İddiaçı məxsus ИТ-İ № ******* seriya və nömrəli 14.05.1996-cı il tarixdə doldurulmuş, 79 vərəqdən ibarət “Qoznak. 1974. Azerbaycanskiy” qeydi olan əmək kitabçası, “Qoznak. 1974. Azerbaycanskiy” qeydi olan əmək kitabçalarının standartlarına uyğundurmu?” sualı qoyulmuşdur. Ekspertizanın nəticəsi olaraq məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus ИТ-İ № ******* seriya və nömrəli əmək kitabçası, həmin növ sənədlərlə çap üsuluna görə eynilik təşkil etmir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, “Azəravtonəqliyyat” Dövlət Konserni "xxxx" Respublika İstehsalat Birliyi Mingəçevir X3 dairəvi və künc ştampının əksini daşıyan 15.12.2015-ci il tarixli 18 saylı “güzəştli arayışın” birinci hissəsində və iddiaçının əmək kitabçasında onun “qaynaqçı” işində işlədiyi vurğulansa da, həmin arayışın digər hissəsində onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXXİİİ ümumi peşələr bölməsində (23200000-10047) və Azərbaycan Respublikası Nazirlər Kabinentinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının bölməsinin “35“ ümumi peşələr bölməsinin 19cu sətir yarımbölməsində, yəni “akkumulyatorçu” işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş arayışla onun əmək kitabçası arasında əsaslı ziddiyyətlər mövcud olmuş, işə baxan birinci instansiya məhkəməsi bu hallara heç bir münasibət bildirməmiş, sübutların araşdırılmasına və onlara düzgün hüquqi qiymət verilməsinə səthi yanaşmışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)-1718/2019 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2-1(81)- 1718/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşı tamam olduğu 20.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. İş üzrə ekspertiza xərci olaraq 53,65 (əlli üç manat altmış beş qəpik) manat İddiaçı tutularaq Keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319; büdcə səviyyəsinin kodu: 3; SAP (XİİS) hesabı: Adı – Dövlət xəzinədarlığı Agentliyi; Kodu: 210005; VÖEN **********; Müxbir hesab – AZ41NABZ********************; SFİFT BİK – CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN- **********; Hesab – AZ34OTRE******************** hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-146/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-146/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver