Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-146/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Tağızadə Mirzə Nəsib ooğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun ümidsiz borc kimi silinməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-122/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (bundan sonra mətndə Suraxanı rayon MKTB) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müəssisəyə hesablanmış 1.219.060,86 manat məbləğində vergi borcunun ləğv edilməsi barədə qərar çıxarılmasını etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon MKTB xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçərək D-1219 saylı şəhadətnamə almışdır. Birlik vergi ödəyicisi kimi xx.xx.2004-cü ildə tarixdə qeydiyyatda duraraq ********** saylı VÖEN almışdır. Müəssisə fəaliyyətə başladığı dövrdən vergi ödəyicisi kimi öhdəliklərində yaranmış vergiləri tam və zamanında ödəyərək fəaliyyət göstərmişdir və onların dövlət büdcəsinə heç bir vergi borcu yoxdur. Bakı şəhəri LGBİ tərəfindən Birliyə mütamadi olaraq borc bildirişləri göndərilərək, 1.219.060.86 manat vergi borcunun olması bildirilsə də, həmin borcun yaranma mənbəyi onlara məlum deyil. Bank hesablarına borcla bağlı sərəncamlar qoyulduğunu öyrəndikdən sonra, borcla bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən bununla bağlı heç bir cavab (açıqlama) verilməmişdir. MKTB tərəfindən son illərdə ödənilmiş vergilər cavabdeh inzibati orqan tərəfindən əvvəlki illərin vergi borclarına və onlara hesablanmış faizlərə silinmişdir. Sonradan iddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı rayon MKTB-nin şəxsi hesab vərəqəsinə hesablanmış 1.219.060,86 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-122/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin şəxsi hesab vərəqəsindən 1.142.987 (bir milyon bir yüz qırx iki min doqquz yüz səksən yeddi) manat 14 (on dörd) qəpik məbləğində vergi borcunun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçı Suraxanı rayon MənzilKommunal Təsərrüfatı Birliyindən 400 (dörd yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək,birinci instansiya məhkməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd edilən məbləğin ümidsiz borc kimi silinməsinə dair cavabdeh orqana hər hansı müraciət olmamışdır. Həmçinin qeyd edilmişdir ki, ekspert xx.xx.2014-cü il tarixə olan borc məbləğini düzgün müəyyən edə bilməmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə diqqət yetirdikdə aydın görünür ki, xx.xx.2014-cü il tarixə iddiaçının həm əsas, həm də faiz borcu olmaqla 1.170.518,45 manat vergi borcu olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-107/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-122/2021 saylı qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-517/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-107/2022 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və kasasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi xx.xx.2014-cü il tarixə mövcud olan şəxsi hesab vərəqəsini təhlil etməklə müəssisənin borcunun tərkibini müəyyən etməli, həmin tarixdən növbəti 5 il ərzində aparılan ödənişlərin VM-nin 88-ci maddəsinə əsasən müəyyən edilmiş ödənilmə ardıcıllığı ilə ödənilib ödənilmədiyini, həmçinin ödənilməmiş, borca çevrilmiş hər bir öhdəliyin yarandığı tarixdən 5 illik tələbetmə müddətinin keçib-keçmədiyini və vergi orqanı tərəfindən silinib-silinmədiyini araşdırmaqla və dəqiq məbləği müəyyən etməklə iş üzrə qərar qəbul etməlidir” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-122/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 07 iyun 1996-cı il tarixdə D1219 №li şəhadətnamə ilə qeydə alınmış Suraxanı rayon MKTB-nin Əsasnaməsindən görünür ki, Suraxanı MKTB Bakı şəhər İcra hakimiyyəti Başçısının 9 fevral 1996-cı il tarixli 200 saylı sərəncamına və Suraxanı rayon İcra hakimiyyəti Başçısının 22 aprel 1996-cı il tarixli 406 saylı sərəncamına müvafiq olaraq yaradılmışdır və öz fəaliyyəti üzrə rayon İcra hakimiyyəti Başçısına və Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat idarəsinə tabedir (bənd 1). MKTB onun tabeliyində olan mənzil-kommunal obyektlərinə, təmir-tikinti idarələrinə, sahələrinə və digər təşkilat və müəssisələrə rəhbərlik edir və rayon təsərrüfatına məxsus olan ərazidə yerləşən əhaliyə və digər hüquqi şəxslərə (müəssisələrə, təşkilatlara, idarələr və s.) mənzil kommunal xidməti göstərir və eləcə də rayon İcra hakimiyyəti Başçısının və Mənzil Kommunal Təsərrüfatı Baş İstehsalat idarəsinin əmr və sərəncamını həyata keçirir (bənd 2). - Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Suraxanı MKTB ********** VÖEN-lə vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydə alınmışdır. - Əlavə dəyər vergisi ödəyicisinin **********39 №li Bildirişinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Suraxanı MKTB (VÖEN **********) Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir. Qeydiyyatın qüvvəyə minmə tarixi: xx.xx.2003; qeydiyyata alınma tarixi: xx.xx.2004. - Bakı şəhəri LGBİ tərəfindən xx.xx.2019-cu il tarixli **********109600 saylı məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaçının şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən vergi borcunun tərkibinə dair arayışa əsasən Suraxanı MKTB-nin xx.xx.2019-cu il tarixə şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümumilikdə 1.213.832,12 manat borcu vardır. Əsas vergi borcunun məbləği 977.964,64 manat, maliyyə sanksiyasının məbləği 9.489,32 manatdır. Əsas vergi borcuna hesablanmış faiz borcunun məbləği 225.401,67 manat, inzibati cərimə üzrə 976,49 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 28962 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin (bax cild. 1. İş vərəqə 273 və s.) məlumatlarına əsasən vergi ödəyicisi Suraxanı rayon MKTB-nin xx.xx.2019-cu il tarixə (ekspertiza təyini haqqında qərarda göstərilən tarixə yəni) vergi borcu 1.266.174,52 manat olmuşdur. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsində bütün illər üzrə borc öz əksini tapmışdır. 2014-2018-ci illər üzrə isə şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə borcu 779.988,37 mant təşkil etmiş, həmin dövr ərzində ödəmə 1.436.250,67 manat məbləğində olmuşdur. Göstərilən 1.436.250,67 manat məbləği 2014-2018-ci illər üzrə vergi ödəyicisi Suraxanı rayon MKTBnin həmin illərə görə dövlət büdcəsinə hesabladığı vergilərin ödənilməsinə yönəldilmişdir. - Eyni zamanda təqdim edilmiş şəxsi hesab vərəqəsi məlumatlarına əsasən bildirilir ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 88.1 və 85.4-cü maddəsinin tələbləri gözlənilməmişdir. Belə ki, vergi orqanı tərəfindən vaxtı keçmiş 5 illik vergi borcu, həmçinin vergilərin silinmə ardıcıllığı Vergi Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərinə əsasən müəyyən edilməmişdir. Hazırki ekspertiza zamanı vaxtı keçmiş borcun hesablanması və silinmə ardıcıllığının düzgün aparılıbaparılmamasının müəyyən edilməsi sualı qoyulmadığından göstərilənlər üzrə konkret təqiqat aparılmadı. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/3562 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin (bax 1-ci cild iş vərəqi 272 və s.) məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixə, yəni iddia ərizəsinə dəqiqləşmə verilən tarixə olan vergi borcu 1.227.400,98 manat məbləğində olmuşdur. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsində bütün illər üzrə borc öz əksini tapmışdır. İş materiallarında olan şəxsi hesab hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə olan borcu 1.142.987,14 manat təşkil etmiş, xx.xx.2014-xx.xx.2019 dövrü ərzində dövlət büdcəsinə 1.355.264,73 manat məbləğində ödəmə olmuşdur. Göstərilən 1.355.264,73 manat məbləği vergi ödəyicisi olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həmin dövr üzrə dövlət büdcəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldilmişdir. Göstərildiyi kimi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuşdur. Dövlət büdcəsinə vergilərin ödənilməsi və silinməsi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 88, 85.4, 93-cü maddələri ilə tənzimlənir. Qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.2-ci maddəsinin tələblərindən göründüyü kimi, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4888 nömrəli məhkəmə mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan şəxsi hesab vərəqəsinin (bax 1-ci cild iş vərəqi 272 və s.) məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixə, yəni iddia ərizəsinə dəqiqləşmə verilən tarixə plan vergi borcu 1.227.400,98 manat məbləğində olmuşdur. Həmçinin qeyd edilir ki, şəxsi hesab vərəqəsində bütün illər üzrə borc öz əksini tapmışdır. İş materiallarında , olan şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi olan Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə xx.xx.2014-cü il tarixinə olan borcu 1.142.987,14 manat təşkil etmiş, xx.xx.2014 - xx.xx.2019 dövrjü ərzində dövlət büdcəsinə 1.355.264,73 manat məbləğində ödəmə olmuşdur. Göstərilən 1.355.264,73 manat məbləği vergi ödəyicisi olan Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin ödəniş təyinatları göstərilməklə həmin dövr üzrə dövlət büdcəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldilmişdir. Bu müddət ərzində vergi orqanı tərəfindən həmin borcu tutulması ilə əlaqədar məhkəmyə müraciət etməsi barədə iş materiallarında məlumat yoxdur. Göstərildiyi kimi Suraxanı Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş materiallarından, o cümlədən ekspertiza rəylərindən müəyyən olunmuşdur ki, iddiaçı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014-cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır .” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. 88.1. Vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Hazırkı iş üzrə iddia tələbinin predmetini 1.219.060,86 manat məbləğində vergi borcunun ümidsiz borc kimi silinməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişi nəzərə alınmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6957 №-li ekspertiza rəyinin nəticə hissəsində qeyd edilmişdir ki; “1-4-cü, 7-ci və 8-ci suallar üzrə : Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materialları hazırkı tədqiqata 03 cilddən ibarət olmaqla təqdim olunmuşdur. İş üzrə xx.xx.2023-cü il tarixdə ekspert vəsatəti verilmiş, vəsatətə cavab olaraq məhkəmənin məktubu ilə 03 qovluqdan ibarət iş bir qism əlavə sənədlər xx.xx.2023cü il tarixdə, 02 qovluqdan ibarət bir qism əlavə sənədlər isə xx.xx.2023-cü il tarixdə Mərkəzə təqdim edilmişdir. Lakin, təqdim edilmiş əlavə sənədlərlə tanış olduqda həmin sənədlərin tam təqdim edilmədiyi müəyyən olundu. Ekspert vəsatəti tam təmin olunmadığı üçün ekspert qarşısında qoyulmuş 1-4, 7 və 8-ci suallar üzrə tədqiqatın aparılması mümkün olmadı. 5-ci və 6-cı suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim olunmuş iş materiallarında olan cəmiyyətin şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən iddiaçı Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin son 3 ildə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək) ödədiyi vergi ödənişlərinin cəmi 764.525,72 manat təşkil etdiyi və həmin ödənişlərin də vergi ödəyicisi olan Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin həmin dövr üzrə dövlət büdcəsinə hesabladığı cari vergilərin təyinatı üzrə ödənilməsinə yönəldildiyi müəyyən olundu. Bundan başqa qeyd edilir ki, vergi ödəyicisinin xx.xx.2014-cü il tarixindən sonra büdcəyə apardığı ödənişlər şəxsi hesab vərəqəsində əksini tapmış təyinatına uyğun nəzərə alındıqda Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin həmin tarixdən sonra 5 il müddətinə, yəni xx.xx.2019-cü il tarixinə tələbetmə müddəti keçmiş borcunun məbləği 1.142.987,14 manat müəyyən olundu.” Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2014cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuşdur. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlikmexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2014- cü il tarixinə qalıq borcu 1.142.987,14 manat olmuş, yəni iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 1.142.987,14 manat olmuş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-122/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-122/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-146/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-146/2024
25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver