Məhkəmə qərarları › İş №2-1(103)-146/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-146/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-146/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası X10) “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5208/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsində iddiaçının işlədiyi rejissor vəzifəsinin dövlət qulluqçusu vəzifəsinə uyğun olduğunu nəzərə alaraq dövlət qulluqçusu kimi onun pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası X10 aid cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1959-cu ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək rejissor köməkçisi, rejissor assistenti, rejissor, kino rejissor və televiziyanın baş rejissoru vəzifələrində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-5208/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1959-cu ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək rejissor köməkçisi, rejissor assistenti, rejissor, kino rejissor və televiziyanın baş rejissoru vəzifələrində işlədiyi dövr nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı müxtəlif dövrlərdə Dövlət Televiziya və Radio Yayımları Komitəsində bir sıra vəzifələrdə işləmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçının hüquqi marağını və mübahisənin əsas mahiyyətini təşkil edən məsələ onun yuxarıda göstərilən dövrlərdə işlədiyi vəzifənin dövlət qulluqçusu vəzifələrinə aid olması nəzərə alınaraq, əmək pensiyasının təyin edilməsidir. Başqa sözlə, İddiaçı Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi vəzifənin dövlət qulluğu hesab olunmasını və onun dövlət qulluqçusu kimi pensiya təminatının həyata keçirilməsini iddia edir. İddiaçı bir neçə dəfə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müvafiq tələblə müraciət etmiş və daxil olmuş müraciətlərə ünvanlanan cavab məktublarında bildirilmişdir ki, ərizədə qeyd olunan iddiaçının işlədiyi vəzifə dövlət qulluğu vəzifələrinin Uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmadığından həmin vəzifənin dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından hazırda mümkün deyildir. Eyni zamanda məsələnin həllinin yalnız sözügedən vəzifənin uyğunlaşdırılması yolu ilə mümkün olması və uyğunlaşdırmanın aparılmasının yalnız Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sözügedən vəzifələr 2007-ci il 15 may tarixli 77 nömrəli qərarda müvafiq dəyişiklik edilməklə siyahıya daxil edildikdən sonra mümkün olması bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əlavə hüququna əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları malikdirlər (Azərbavcan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə baqlı dövlət qulluquna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Göründüyü kimi, İddiaçı Dövlət Televiziya və Radio Yayımları Komitəsində işlədiyi dövrün bir hissəsi 18 oktyabr 1991-ci il tarixdən əvvəlki dövrlərə aiddir və bu qəbildən olan vəzifələrin uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş (bundan sonra Fərman) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” (bundan sonra Uyğunlaşdırma Siyahısı) ilə müəyyən edilir. Lakin İddiaçı işlədiyi vəzifə və işlədiyi qurumda nəzərdə tutulan digər vəzifələr müvafiq siyahıda nəzərdə tutulmamışdır. Fərmanın 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Sözügedən Fərmanın icrası ilə baqlı Nazirlər Kabinetinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının təsdiq edilməsi barədə 15 may 2007-ci il tarixli 77 nömrəli Qərarı mövcuddur ki, iddiaçının işlədiyi vəzifə həmin Qərarla təsdiq edilmiş siyahıya daxil olmadığından hazırda mübahisə edilən məsələ ilə baqlı uyğunlaşdırmanın aparılması müvafiq Qərarda dəyişikliyin edilməsi ilə mümkün ola bilər ki, bu da Nazirlər Kabinetinin səlahiyyətinə aid məsələdir. Nazirlər Kabineti tərəfindən 16 yanvar 2008-ci il tarixli 5 nömrəli, 5 sentyabr 2008-ci il tarixli 203 nömrəli, 24 yanvar 2012-ci il tarixli 14 nömrəli, 04 aprel 2017-ci il tarixli 121 nömrəli, 29 iyul 2019-cu il tarixli 331 nömrəli və 7 iyul 2020-ci il tarixli 241 nömrəli qərarları ilə vəzifələrin uyğunlaşdırılınası ilə bağlı 77 nömrəli Qərarla təsdiq edilmiş siyahıya əlavələr edilmişdir. Buradan məlum olduğu kimi iddiaçının hüquqi marağının əsasını təşkil edən vəzifənin siyahıya salınması da yanlız Nazirlər Kabineti tərəfindən əlavə edilmə yolu ilə həll edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx/xx-1269 nömrəli, xx.xx.2020-ci il tarixli və xx/xx-1646/3 nömrəli xx.xx.2022-ci il tarixli məktublarında məsələnin Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin təsnifat toplusumda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlasdırılması Siyahısında dəyişikliyin edilməsi yolu ilə həll olunmasının mümkün olması bildirilmişdir. Bundan başqa, müvafiq məsələnin Nazirlər Kabinetinin səlahiyyətinə aid olması iddiaçı tərəfindən təkzib edilmir. Bu hal Nazirlər Kabinetinə qarsı qaldırılan və Ali Məhkəməyə qədər davam edən iddia tələbi ilə sübuta yetirilir. Belə ki, iddiaçı işlədiyi vəzifənin dövlət qulluqçusu vəzifələrinin siyahısına daxil edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzərinə öhdəlik qoyulması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, iddia məhkəmə tərəfindən mümükün hesab edilməmiş, Bakı Apellyasiya Məhkəməsinə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Son olaraq verilmiş kassasiya şikayətinə uyğun olaraq işə baxan Ali Məhkəmənin 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək iddia ilə bağlı Nazirlər Kabinetinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bu məsələ ilə bağlı hazırda cavabdeh kimi çıxış edən Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının iddiaçının işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsi hesab etməsi kimi bir səlahiyyəti mövcud deyildir. Müvafiq Qərarda dəyişiklik edilmədən hər hansı vəzifələrin dövlət qulluğu vəzifəsi kimi nəzərə alınması sözügedən Qərarın mahiyyətinə zidd olaraq onun həyata keçirdiyi funksiyanın formal olmasına gətirib çıxara bilər. Belə olduğu halda məsələ ilə bağlı səlahiyyətli yuxarı icra hakimiyyəti orqanı tərəfindən iddiaçının işlədiyi vəzifənin dövlət qulluğu vəzifəsi hesab edilməsi məqsədəuyğun görülmədiyi halda, hər hansı mərkəzi icra hakimiyyəti orqanı tərəfindən bunun həyata keçirilməsi mümkün hesab edilə bilməz və qanunvericiliklə tabelilik münasibətlərinin pozulmasına gətirib çıxara bilər. Hazırki iş üzrə X5 Nazirlər Kabinetinə ünvanladığı PHŞ/3-2-2022-1953 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının vaxtilə işlədiyi vəzifənin Nazirlər Kabineti tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlasdırılması siyahısına daxil edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bundan başqa, X10 tərəfindən iddiaçıya ünvanlanan 04/xx-xx/1432 nömrəli xx.xx.2020-ci il tarixli məktubunda Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Komitəsində mövcud olan yaradıcı vəzifələrin uyğunlaşdırılması aparılmadığından həmin vəzifənin iş müddətinin dövlət qulluğu stajı kimi nəzərə alınmaması, eyni zamanda müvafiq məsələ ilə bağlı X5 səlahiyyətli orqan olmaması bildirilərək, sözügedən uyğunlaşdırılmanın aparılması səlahiyyətinin Nazirlər Kabinetinə aid olması bildirilmişdir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarıda qeyd edilmişdir ki, mübahisəni tənzimləyən hüquq normasının olmaması onun həllinin mümkünsüzlüyü kimi qiymətləndirilməməli və analoji olaraq 2-1(102)-1819/2022 nömrəli qərara istinadən X5 rəyi alınmaqla mübahisə həll olunmalıdır. Ali Məhkəmənin qeyd etdiyi analoji iş üzrə iddiaçının işlədiyi vəzifə müvafiq siyahıda nəzərdə tutulmuş və X10 siyahıda nəzərdə tutulan vəzifə ilə bağlı sözügedən uyğunluğun təsdiqi barədə rəy vermişdir. Lakin hazırki iş üzrə mübahisə predmetini təşkil edən vəzifə ümumiyyətlə Siyahıda mövcud deyil və X10 tərəfindən Nazirlər Kabineti tərəfindən siyahıya daxil edilməyən vəzifə ilə baqlı hər hansı uyğunluq barədə rəy verilməsi qanunvericiliklə mümkün hesab oluna bilməz və heç bir hüquqi qüvvəyə malik deyildir. Mübahisə predmeti olan məsələ qanunvericiliklə tənzimlənməyən hal kimi qəbul edilə və analogiya üzrə həll edilə bilməz. Ona görə ki, sözügedən məsələ ilə baqlı səlahiyyətli orqan və tənzimetmənin həyata keçirilməsi üçün qəbul edilmiş normativ hüquqi akt mövcuddur. Hər hansı mərkəzi icra hakimiyyəti orqanı və ya bu qəbildən olan funksiya və vəzifələri həyata keçirən orqanın mövcud normativ hüquqi aktın mahiyyətinə əks qərar qəbul etməsi və ya rəy verməsi qanunaziddir. İddiaçıya Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialından ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilərək hazırda ödənilir. İddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio Komitəsinin tabeliyində olmuş Azərbaycan televiziyasında və radiosunda işlədiyi vəzifə Nazirlər Kabinetinin 2007ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş Uyğunlaşdırma Siyahısında nəzərdə tutulmamışdır. Belə ki, müvafiq Siyahıda nəzərdə tutulmayan vəzifələrin Fond və ya onun struktur bölmələri tərəfindən dövlət qulluğu kimi nəzərə alınması mümkün deyildir. Göründüyü kimi, dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılan vəzifələr Nazirlər Kabinetinin qərarı ilə müəyyən edildiyindən hər hansı vəzifənin dövlət qulluğu vəzifələrinə daxil edilməsi də Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 77 nömrəli qərarda dəyişiklik edilməsi yolu ilə həll edilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan qəbul edilmiş qərar ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1941-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi bağlı tapşırığın əsas icraçısı kimi müvafiq layihə baş idarəyə təqdim edildikdə ona dair münasibətin bildirilməsi təmin ediləcəkdir. Əlava olaraq qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ittifaq-respublika orqanı olması, Əsasnamənin, strukturunun (quruluşunun) və işçilərinin say həddinin Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunması sözügedən Komitənin mərkəzi icra hakimiyyəti orqanına bərabər statusunda olması qənaətinə gəlinir. Bu səbəbdən də müraciətdə qeyd edilən vəzifələrinin uyğunlaşdırılmasının Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarına dəyişiklik edilməsi yolu ilə həlli məqsədə uyğun hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 13 iyul 2022ci il tarixili məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasının X10 publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 680 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X10 publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci yarımbəndinə əsasən dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək X5 vəzifələrinə aid edilmişdir. Məktubda qaldırılan məsələyə X5, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi əsasında baxılması məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikası X5 14 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında” Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsinə əsasən Komitə respublika televiziya və radio yayımına bilavasitə nəzdində yaradılmış müəssisə - Azərbaycan televiziya mərkəzi, Naxçıvan Muxtar SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, X12 Vilayəti İcraiyyə Komitəsinin Radio Verilişləri Komitəsi, şəhər və rayon yayım idarələri, tabeliyində olan müəssisə, təşkilat və digər qurumlar vasitəsilə rəhbərlik etmişdir. Həmin Qərara 2 nömrəli əlavə ilə “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu” təsdiq edilmişdir. Sözügedən əlavəyə əsasən X6 (Plan-maliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, ümumi şöbə, İnzibati təsərrüfat şöbəsi, Əsas tikinti şöbəsi, İkinci şöbə) Azərbaycan televiziyası (AZTV), Azərbaycan radiosu (Azradio), Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilat Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz olunmur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 19 iyul 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ıl oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı təsdiq edilmişdir. Həmin Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2-cı maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsı, həmin Qanunun 7-cı maddəsinə əsasən dövlət orqanı isə Azərbaycan Respublikasının qanunvencılık aktlar ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Bildiririk ki, keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə"nin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnamənin 3-cü hissəsi və həmin Əsasnaməyə 10 may 1971-ci il tarixli 2 saylı əlavəyə görə Azərbaycan Televiziya və X13 yanında təsərrüfat hesablı müəssisə kimi yaradılmışdır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin 2.2-ci bəndində müəyyən edilmişdir ki, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış "2020-2022-ci illər üçün Baş Kollektiv Saziş”də pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın, eləcə də bu sahədə maliyyə dayanıqlılığının təmin edilməsi üçün təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi əsas vəzifələr olaraq müəyyən edilmişdir. İş materiallarında olan "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur: Sizin 2-1(103)- 2564/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli müraciətinizə "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə rejissor köməkçisi vəzifəsinə qəbul edilib (Əmr № 123; xx.xx.1959-cu il). xx.xx.1963-cü ildən 1-ci kateqoriyalı rejissor assistenti vəzifəsinə keçirilib (Əmr № 111; xx.xx.1963-cü il). xx.xx.1969-cu ildən Tarifləşdirmə komissiyasının qərarı ilə 3-cü kateqoriyalı rejissor vəzifəsinə keçirilib (Əmr № 51; xx.xx.1969-cu il). xx.xx.1971-ci ildə "Ekran” Yaradıcılıq Birliyi baş redaksiyasına 3-cü dərəcəli rejissor vəzifəsinə keçirilib (Əmr № 16; xx.xx.1971ci il). xx.xx.1974-cü ildən Tarifləşdirmə komissiyasının qərarı ilə televiziyada 2-ci dərəcəli rejissor vəzifəsinə keçirilib (Əmr № 34 k; xx.xx.1974-cü il). xx.xx.1979-cu ildən Tarifləşdirmə komissiyasının qərarı ilə televiziyada 1-ci dərəcəli rejissor vəzifəsinə keçirilib (Əmr № 42 k; xx.xx.1979-cu il). xx.xx.1984-cü ildən Tarifləşdirmə komissiyasının qərarı ilə televiziyada ali dərəcəli rejissor vəzifəsinə keçirilib (Əmr № 20 k; xx.xx.1984-cü il). xx.xx.1991-ci il tarixindən Azərbaycan SSR X2 Komitəsi hüquqi şəxs kimi ləğv edilməsi və Azərbaycan X2 Şirkəti yaradılması ilə əlaqədar həmin vəzifəyə keçirilib (Əmr № 25; xx.xx.1991-ci il). xx.xx.1993-cü ildən televiziyanın "Ədəbi-dram Verilişləri” baş redaksiyasına ali dərəcəli rejissor vəzifəsinə keçirilib (Əmr № 881 k/i; xx.xx.1993-cü il). xx.xx.1997-ci ildən "İncəsənət və Teatr” redaksiyasına həmin vəzifəyə keçirilib (Əmr №283a k/i; xx.xx.1997-ci il). xx.xx.2005-ci ildən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin "a” bəndinə əsasən (müəssisənin ləğvi ilə əlaqədar) bağlanmış əmək müqaviləsinə xitam verilib (Əmr № 053 k/i; xx.xx.2005-ci il). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 213 saylı Fərmanına əsasən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ləğv edilərək onun bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. xx.xx.2005-ci ildən televiziyanın "İncəsənət və əyləncəli proqramlar” redaksiyasına ali dərəcəli rejissor vəzifəsinə qəbul olunub (Əmr № 006 k/d; xx.xx.2005-ci il). xx.xx.2006-cı ildən "Ədəbi dram verilişləri” baş redaksiyasına həmin vəzifəyə keçirilib (Əmr № 230 k/d; xx.xx.2006-cı il). xx.xx.2006-cı ildən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (öz təşəbbüsü ilə) bağlanmış əmək müqaviləsinə xitam verilib (Əmr № 433 k/d; xx.xx.2006-cı il). İş materiallarında olan Azərbaycan Respublikası X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikasının X8 ünvanladığınız 3 dekabr 2024-cü il tarixli 2-1(103)-2564/2024 nömrəli məktuba baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (31,08.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı’’nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən daxil olmuş müvafiq məktuba əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş məktubda Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən Yerli televiziya və radio verilişləri Baş redaksiyası, Dövlət Komitəsinin musiqi kollektivləri, Texniki nəzarət şöbəsi, Komitənin tabeliyində olan müəssisə və təşkilatlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz edilmədiyi bildirilmişdir. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd edilən Siyahının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən həmin Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Qeyd edilənlərə əsasən yuxarıda adıçəkilən vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılması Mərkəzin səlahiyyətlərinə aid deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında); 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla). 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur (xx.xx.2018-ci ilədək olan redaksiyası - Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir). Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularınınvəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1941-ci il tarixdə doğulmuşdur. İddiaçıya xx.xx.2004-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 1959-cu ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək rejissor köməkçisi, rejissor assistenti, rejissor, kino rejissor və televiziyanın baş rejissoru vəzifələrində işlədiyi dövr nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. O, bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh qeyd olunan vəzifənin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrnin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifələrin dövlət qulluğu stajına aid edilmədiyini əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Qanunvericiliyin sadalanan normalarından görünür ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na əsasən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçılar X11 və digərləri cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsində mövcud olmuş kiçik redaktor, redaktor, rejissor və operator vəzifələrinin «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu»nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması və dövlət qulluqçusu kimi pensiyalarının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12726/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1248/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12726/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1248/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, şəxsin vaxtilə işlədiyi vəzifənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda olmaması mübahisənin həllini istisna etmir. İddiaçıların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı pensiya təyinatı barədə müraciətlərinə baxılarkən müvafiq aidiyyəti dövlət orqanlarından onların işlədikləri dövrün dövlət qulluğu sayılması barədə rəylər alınmaqla mübahisə həllini tapa bilər. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X10 publik hüquqi şəxsin Nizamnaməsi»: 1.1. Azərbaycan Respublikasının X10 (bundan sonra – Mərkəz) ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. dövlət qulluğu üçün kadrların seçilməsi üzrə imtahanlar təşkil etmək; 2.1.2. ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirmək; 2.1.3. orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas (baza ali) təhsil və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunu həyata keçirmək; 2.1.4. normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil etmək; 2.1.5. fəaliyyət göstərdiyi sahələrin inkişafını təmin etmək; 2.1.6. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. 3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Mərkəzin aşağıdakı hüquqları vardır: 3.2.11. fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq; 3.2.13. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq, habelə analitik materiallar hazırlamaq. Azərbaycan Respublikası X10 müvafiq məsələyə münasibət bildirilməsi haqqında 14 iyul 2022-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan televiziyası və Azərbaycan radiosu, o cümlədən yuxarıda adıçəkilən digər qurumlar Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturunda nəzərdə tutularaq həmin komitənin vahid sistemini təşkil etdiyi və həmin qurumlar bilavasitə Komitənin funksiyalarının icrasını təmin etdiyi üçün sözügedən qurumlarda mövcud olmuş kiçik redaktor, redaktor, böyük redaktor, rejissor, diktor, filmoteka müdiri və s. vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasına etiraz etmirlər. Eyni mövqe Azərbaycan Respublikası X10 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda da qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri Komitəsində 1959-cu ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayınadək rejissor köməkçisi, rejissor assistenti, rejissor, kino rejissor və televiziyanın baş rejissoru vəzifələrində işlədiyi müddət dövlət qulluğu kimi qəbul edilməlidir. İddiaçının dövlət qulluğu stajı 5 ildən çox təşkil edir. Bu səbəbdən də iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5208/2024 nömrəli, 01 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar