Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1460/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Şəxsi X9rşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Şəxsi X9rşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1972/2020 saylı xx xxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1958-ci il təvəllüdlü pensiyada olan polisdir. 1983-cü ildən 2015-ci il tarixədək Daxili İşlər Nazirliyində müvafiq vəzifələrdə çalışmış və hal-hazırda pensiyadadır. Xidmətdə olduğu müddətdə 1992-ci il yanvar ayında Xocalı rayonu, Kosalar kəndinə 50 nəfər polis heyəti ilə birlikdə ezam olunmuşdur. Bu müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və bunlar müvafiq əmrlərlə öz əksini tapmışdır. Bu səbəbdən Müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X15 müraciət etmiş, lakin sonuncunun 024-31297-H-3219 saylı xx.xx.2019cu il tarixli məktubu ilə ona imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, xidmətdə olduğu müddətdə göndərildiyi ezamlar hərbi biletində öz əksini tapmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1972/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbil edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandıılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Maddi hüquq normalarının tətbiqində yanlışlığa yol verilmiş, həmin normalar səhv təfsir edilmişdir. Məhkəmə qərarından aydın olur ki, məhkəmə iddianın təmin edilməməsi barədə nəticəyə gələrkən yalnız cavabdehin ona ünvanladığı 024-31897-H-3219 saylı xx xxxx 2019-cu il məktubu əsas götürmüşdür. Həmin məktubdan görünür ki, cavabdeh arxiv sənədlərində onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə konkret məlumat yoxdur, həmçinin Bakı şəhər Baş Polis İdarəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərində döyüş bölgələrinə ezam olunması barədə heç bir əmr aşkar edilməyib. Məhkəmənin yalnız cavabdehin əsaslandırılmamış imtinası və cavab məktubu əsasında iddianı təmin etməməsi tamamilə qanunsuzdur. Çünki onun 1992-ci ilin yanvar ayında Xocalı rayonu, Kosalar kəndinə 50 nəfər polis heyəti ilə birlikdə ezam olunması, ezam olunduğu yerə getməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, onunla birlikdə ezam olunmuş polis əməkdaşlarının müvafiq əmrlə müharibə veteranı statusu və vəsiqəsi alması ilə Xocalı rayon İcra Hakimiyyəti Başçısının Kosalar kənd X13 üzrə nümayəndəsinin 157 saylı xx xxxx 2020-ci il tarixli arayışı ilə tam təsdiq olunur. Cavabdehin onun döyüş bölgəsinə ezam olunmasına dair əmrlərin mövcud olmaması barədə mövqeyi də qanunsuzdur. Çünki onunla birlikdə həmin əraziyə ezam olunan 50 nəfər heyətin üzvlərindən X10, X8, X11 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin verdiyi vəsiqələrlə müharibə veteranı statusu əldə ediblər. Cavabdeh xx xxxx 2020-ci il tarixli məktubu ilə müharibə veteranı statusu verdiyi X5, X2 və X6 döyüş bölgələrinə ezam olunmaları barədə Bakı Şəhər Baş Polis İdarəsinin 1992-1994-cü illəri əhatə edən əmrlərində məlumatın olmamasını qeyd etməsi açıq-aşkar göstərir ki, onun həmin şəxslərlə birlikdə 1992-ci ilin yanvar ayında Xocalı rayonu, Kosalar kəndinə ezam olunması və döyüşlərdə iştirak etməyi ilə bağlı cavabdehin arxivində hər hansı sənədin aşkar edilməməsi bu faktın həqiqiliyini şübhə altına ala bilməz. Çünki ən azı həmin şəxslərə müharibə veteranı statusu verilərkən onların həqiqətən döyüş bölgəsinə ezam olunmaları və döyüşlərdə iştirak etmələri faktı məhz cavabdehin müvafiq komissiyası tərəfindən araşdırılıb və faktın doğruluğu təsdiq edildikdən sonra cavabdeh onlara həmin statusu verib. O, fasiləsiz olaraq 32 il daxili işlər orqanlarında xidmət etdiyindən cavabdeh onun 1992-ci ilin yanvar ayında Xocalı rayonu, Kosalar kəndinə ezam olunmadığını və döyüşlərdə iştirak etmədiyini iddia edirsə, həmin dövrdə faktiki olaraq başqa yerdə xidmət apardığını və başqa vəzifələri icra etdiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməli idi. O, cavabdehin onu döyüş bölgəsinə ezam etməsi barədə sənədləşmələri aparmaması, sonradan sənədləri məhv etməsi, itirməsi və s. neqativ hallara görə cavabdehlik və məsuliyyət daşıya bilməz. O, 1992-ci ilin yanvar ayında 50 nəfərlik heyətlə Xocalı rayonu, Kosalar kəndinə ezam olunub gedərkən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərkən daxili işlər orqanlarının rəhbərliyinin əmrini, göstəriş və tapşırıqlarını icra etmiş, qayda-qanun keşikçisi və vətəndaş kimi borcunu yerinə yetirmişdir. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Xocalı rayon İcra Hakimiyyəti Başçısının Kosalar kənd üzrə nümayəndəsinin 801 saylı xx xxxxxx 2005-ci il tarixli arayışından görünür ki, Ağdaç rayon sakini İddiaçı həqiqətən də 1992-ci ildə 50 nəfər Bakı şhəri Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin əməkdaşları ilə birlikdə Xocalı rayonu, Kosalara kəndində Qarabağ torpağının müdafiəsində iştirak etmişdir. Xocalı rayon İcra Hakimiyyəti Başçısının Kosalar kənd X7 üzrə nümayəndəsinin 14 saylı xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Ağdaç rayon sakini İddiaçı həqiqətən də 1992-ci ildə 50 nəfər Bakı şhəri Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin əməkdaşları ilə birlikdə Xocalı rayonu, Kosalara kəndində Qarabağ torpağının müdafiəsində iştirak etmiş, məlum hadisələrlə bağlı arxiv sənədlərinin işğal zonasında qaldığını, lakin sonradan Kosalar kəndində döyüşmüş igidlərin iştirakı ilə Kosalar kənd X13 üzrə adlı siyahı tərtib edilmişdir. Odur ki, İddiaçı həmin döyüşlərdə iştirakı təsdiq olunur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X14 iddiaçıya ünvanladığı 024-31897- H-3219 saylı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilir ki, İddiaçı Mahiyəddin oğlunun arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə konkret məlumat olmadığından, həmçinin Bakı şəhər BPİ-nin 1992-1994-cü illəri əhatə edən əmrlərində döyüş bölgələrinə ezam olunmağı barədə heç bir əmr aşkar edilmədiyindən DİN-də fəaliyyət göstərən müvafiq komissiya tərəfindən İddiaçı Mahiyəddin oğluna müharibə veteranı adı və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Şəxsi X9rşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın əsassız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyalarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin 8-ci abzasında deyilir ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, "Müharibə veteranı" adının və "Müharibə veteranı vəsiqəsi"nin verilməsi üçün şəxsin ezam olunduğu ərazidə döyüş əməliyyatlarında iştirak etməsi faktı yetərlidir ki, bu fakt da müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafızə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərlə müəyyən edilir. Hazırki işdən müəyyən olunur ki, Xocalı rayon İcra Hakimiyyəti Başçısının Kosalar kənd üzrə nümayəndəsinin və Xocalı rayon İcra Hakimiyyəti Başçısının Kosalar kənd üzrə X13 üzrə nümayəndəliyinin arayışlarından başqa iddiaçının döyüşlərdə iştirakını təsdiq edən başqa subut yoxdur. Həmçinin qeyd olunmalıdır ki, bu faktı təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə də təqdim edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X14 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, arxiv sənədlərində İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi və döyüş bölgələrinə ezam olunması barədə əmlər aşkar edilməmişdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Şəxsi X20 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktuba əsasən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş xx.xx.2019cu il tarixli məktubda iddiaçının arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirakına dair qeydlərin aşkar olunmadığı, eləcə də DİN-in 1992-1994-cü illəri əhatə edən əmrlərindən İddiaçı döyüş bölgələrinə ezam olunması barədə əmrlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından müəyyən olunur ki, iddiaçı ona «Müharibə veteranı» adı və müvafıq vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir, bu səbəbdən də onun cavabdehdən müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsi barədə müvafiq sübutlarının olmadığı halı müəyyən olunur ki, bu da iddiaçıya qanunla müəyyən edilmiş qaydada "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsini istisna edir. Apellyasiya şikayətində göstərilmiş “cavabdeh onun 1992-ci ilin yanvar ayında Xocalı rayonu, Kosalar kəndinə ezam olunmadığını və döyüşlərdə iştirak etmədiyini iddia edirsə, həmin dövrdə faktiki olaraq başqa yerdə xidmət apardığını və başqa vəzifələri icra etdiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməli idi” dəlilə mübasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, yuxarıda qeyd olunan inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədən onun apellyasiya şikayətində göstərdiyi dəlillə bağlı cavabdeh inzibati orqanın hər hansı “sübutetmə vəzifəsi” yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1972/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1972/2020 saylı xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1460/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1460/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver