Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1460/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı , 3-cü şəxsin nümayəndələri X4 və X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12061/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mərhum X6 adına köçürülmüş maddi yardımın vərəsəsi kimi ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh ilə X13 arasında 30 noyabr 2021-ci il tarixli razılaşmaya əsasən X13 ünvan 3 yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə X7 notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 46 476 (qırx altı min dörd yüz yetmiş altı) manat məbləğində kompensasiya ödənilmişdir. Bakı şəhəri Cavabdeh yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə X7 ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 12 340 (on iki min üç yüz qırx) manat məbləğində maddi yardımın ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında X6 adına köçürülməsi nəzərdə tutulmuşdur. 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2023-cü ildə ölmüşdür. Qanun üzrə vərəsəlik hüquqi haqqında Şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. İddiaçı maddi yardımın ona ödənilməsi tələbi ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Azərbaycan Respublikası Mərkəzi X12 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən "xxxx" ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasıınn 2-3(103)-42/2023 nömrəli 18 may 2023- cü il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və X2 adıçəkilən Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "xxxx" ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib. Eyni zamanda kompensasiyaların ödənilməsi 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəyi bildirilmişdir. Bu səbəbdən Yasamal rayonu ərazisində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, kompensasiya və maddi yardımların ödənilməsi məqsədilə Cavabdehnə məxsus "xxxx" ASC-nin tranzit hesabında olan vəsaitin fəaliyyət göstərən banklardan birinə köçürülməsi barədə müraciət olunmuşdur. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən Rayon İcra Hakimiyyətinin məktubuna cavab olaraq ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan Cavabdehnə məxsus vəsaitin növbəlilik prinsipi qaydasında fəaliyyət göstərən banklardan birinə köçürüləcəyi bildirilmişdir. Eyni zamanda bildiririk ki, X6 vərəsəsi olduğunuzdan və mərhum H.Y.Nağıyev Rayon İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsi bağlandığından və ona ayrılmış maddi yardımın alması barədə rəsmi məlumat olmadığından "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mərhum H.Y.Nağıyevin maddi yardımın almaması barədə rəsmi arayış təqdim edildiyi təqdirdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan vəsait Cavabdehnə ayrıldığı zaman həmin maddi yardım Sizə ödəniləcəkdir”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12061/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərarı (hakim B.Cəlalov) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.2023-cü ildə ölmüşdür. X3 ilə Rayon İcra Hakimiyyəti arasında razılıq əldə olunmuş, 30 noyabr 2021-ci il tarixli razılaşmaya əsasən ona məxsus Bakı şəhəri, Yasamal Rayonu, Şahbazi küçəsi, ev 69 A ünvanında yerləşən yaşayış evinin alınması ilə bağlı notarial qaydada müqavilə bağlanmış və müvafiq kompensasiya ödənilmişdir.Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən Bakı şəhəri, Yasamal Rayonu, Şahbazi küçəsi, ev 69 A ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsir dairəsinə düşür. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1460/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərardadı ilə LPO "xxxx" ASC adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X8 işin həllini məhkəmənin mülahizəsinə buraxaraq əlavə olaraq məhkəmə sorğusuna cavab olaraq qeyd etmişdir ki, işlə bağlı araşdırma aparılmış, iddiaçı tərəfindən müxtəlif müraciətlər ünvanlamış və ona rəsmi qaydada cavab verilmişdir. Həmçinin iddiaçının və mərhumun adına bankda hər hansı əmanət hesabının olub olmaması araşdırılımış və məlumat aşkar olunmamışdır. Bankda mövcud olan “ Dövlət ehtiyacları üçün” qeydə alınmış vəsait YRİH-nin adına qeydiyyata alınmışdır. Banklar haqqında qanunun 82-ci maddəsinə uyğun olaraq hal hazırda ödənişlər növbəlilik qaydasında həyata keçirilir, həmin tələb də təminatsız kredit tələbi olduğundan 7-ci sıradadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X9 işin həllini məhkəmənin mülahizəsinə buraxaraq əlavə olaraq məhkəmə sorğusuna cavab olaraq qeyd etmişdir ki, Bankın aktiv fəaliyyəti dövründə Maliyyə nazirliyi tərəfindən YRİHnin hesabına vəsait ötürülürdü. Bu vəsaitin bir hissəsi bankın aktiv fəaliyyəti dövründə YRİH-lə mülkiyyətçilər arasında olan alqı-satqı müqavilələrinə əsasən mülkiyyətçilərə ödənilirdi. Qalan vəsait siğorta hadisəsi baş verdikdə bank tərəfindən qorunmayan vəsait hesab edilmiş və kreditor tələbi kimi qeydə alınmışdır. Bankın aktiv fəaliyyəti dövrün YRİHlə mülkiyyətçi arasında alqı-satqı müqavilələri zamanı vətəndaş YRİH-nin nümayəndəsi ilə notariat ofisinə yaxınlaşırdı. Həmin vaxtlar "xxxx" ASC-nin notarius ofislərində filial və şöbələri fəaliyyət göstərirdi. Pul vəsaiti notariusun depozit hesabından mülkiyyətçi tərəfindən yerindəcə əldə olunurdu. Bankda kreditor kimi yalnızca YRİH –i çıxış edir. Ayrı ayrı şəxslərin kreditor hesab edilməsi üçün onlar kreditor tələbləri siyahısına daxil edilməli və onlarla tələbin güzəti müqaviləsi bağlanmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, mərhum X6 vərəsəsidir. Cavabdeh hazırki tələb üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: İş materiallarında olan Bakı şəhəri Cavabdeh ilə X13 arasında bağlanmış 21 fevral 2019-cu il tarixli müqaviləyə əsasən X13 uzun müddətdir istifadəsində olan xx.xx.2018-ci il tarixdə 635 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 3 ünvanında yerləşən özünə məxsus olan fərdi yaşayış sahəsindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı 46476 (qırx altı min dörd yüz yetmiş altı) manat məbləğində kompensasiyaya görə Bakı şəhəri Cavabdeh xeyrinə imtina etmişdir. Cavabdehlə iddiaçının əmisi arasında həmçinin yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 12340 manat məbləğində maddi yardımın ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında X6 adına köçürülməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma əldə edilmişdir. İddiaçının mərhum əmisinə məxsus fərdi yaşayış evinin alınmasına görə evin dəyəri olan 46476 manat kompensasiyanın ödənilməsi işin mübahisəsiz halıdır. Hazırki mübahisə predmeti mərhum X7 Cavabdeh tərəfindən təyin olunumuş 12340 manat məbləğində maddi yardımın ödənilməməsi ilə bağlıdır. Sözügedən razılaşma xx.xx.2021-ci il tarixdə bağlanılmış, həmin razılaşma ilə ödənişi əldə etməli şəxs hazırki iddiaçının mərhum əmisi xx.xx.2023-cü ildə vəfat etmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı cavabdeh tərəfindən əmisinə ödənilməli olan maddi yardımın ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Belə ki, inzibati icraat zamanı cavabdeh tərəfindən iddiaçının müraciətinə ünvanlanmış cavab məktubunda bu məbləğin ödənilməməsinin əsası kimi o hala istinad edilmişdir ki, Yasamal rayonu ərazisində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması, kompensasiya və maddi yardımların ödənilməsi məqsədilə Cavabdehnə məxsus "xxxx" ASC-nin tranzit hesabında olan vəsaitin fəaliyyət göstərən banklardan birinə köçürülməsi barədə müraciət olunmuşdur. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən məktuba cavab olaraq ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan Cavabdehnə məxsus vəsaitin növbəlilik prinsipi qaydasında fəaliyyət göstərən banklardan birinə köçürüləcəyi bildirilmişdir. Mərhum H.Y.Nağıyev Rayon İcra Hakimiyyəti ilə alqı-satqı müqaviləsi bağlandığından və ona ayrılmış maddi yardımın alması barədə rəsmi məlumat olmadığından "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən mərhum H.Y.Nağıyevin maddi yardımın almaması barədə rəsmi arayış təqdim edildiyi təqdirdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan vəsait Cavabdehnə ayrıldığı zaman həmin maddi yardım ödəniləcəkdir. Məhkəmə kollegiyası əvvəla cavabdehin həmin məbləğin qaytarılmasını "xxxx" ASCnin ləğv edilməsi ilə əlaqələndirilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, "xxxx" ASC-nin tranzit hesabında olan vəsait Cavabdehnə ayrılıb-ayrılmaması iddiaçının mərhum əmisinə vaxtında ödənilməli olan maddi yardımın ödənilməməsi üçün əsas təşkil etmir. Bununla yanaşı məhkəmə icraatı zamanı isə cavabdeh inzibati orqan sözügedən vəsaitin ödənilməsi ilə bağlı dəlillər irəli sürmüşdür. Birinci instansiya məhkəməsində araşdırma zamanı verilmiş məhkəmə sorğusuna Əmanətlərin Sığortalanması Fondunun 8 oktyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, Cavabdeh 2 537 889,20 (iki milyon beş yüz otuz yeddi min səkkiz yüz səksən doqquz manat 20 qəpik) manat məbləğində kreditor tələbi xx.xx.2023-cü il tarixdə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə uyğun olaraq Bankın ləğvedicisi tərəfindən mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş məbləğdə təminatsız kreditor tələb kimi qeydə alınmış və qəbul edilmiş tələblər siyahısına daxil edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin qəbul və etiraz edilmiş tələblərinin reyestri tərəflərindən tərtib edilərək təsdiq edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmiş və Məhkəmənin 07 dekabr 2023-cü il tarixli, 2-3(103)- 42/2023 nömrəli qərardadı ilə sözügedən reyestr təsdiq edilmişdir. Həmin vəsait kreditor tələbi kimi qeydə alındığından hər hansı banka köçürülmə həyata keçirilməmişdir. Sözügedən tələb həmin Qanunun 82-ci maddəsinə uyğun olaraq növbəlilik qaydasında ödəniləcəkdir. Qanunvericilikdə ləğv prosesində olan bankın ödəniş növbəliliyi üzrə icra ediləcək öhdəliklərinin müddəti müəyyənləşdirilməmişdir. Sözügedən tələb təminatsız kreditor tələbi kimi qeydə alınmışdır. Eyni zamanda hazırda ləğv prosesində olan "xxxx" ASC üzrə qanunvericiliyə müvafiq olaraq fiziki şəxslərin əmanətlərinin sığortalanması üzrə Fondun reqres hüquqlarından irəli gələn tələblərin icrası davam etməkdədir. Qanunun 87ci maddəsinə əsasən, bu Qanunun 82-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş tələblər ödəniş növbəliyinə müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirir və bölgü cədvəlinə daxil edilir. Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə daxilində tələblərin ödənilməsinə vəsait çatışmadıqda ödənişlər tələblərə proporsional faizlə bölüşdürür. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, ləğv prosesində olan "xxxx" ASC-də X6 adına tələb mövcud olmadığından ona və yaxud vərəsələrinə hər hansı ödəniş tərəflərindən həyata keçirilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh 10 sentyabr 2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, X13 ilə Rayon İcra Hakimiyyəti arasında razılıq əldə olunmuş, ona məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinin alınması ilə bağlı notarial qaydada müqavilə bağlanmış və müvafiq kompensasiya ödənilmişdir. Lakin sorğuya cavab olaraq yalnız müqavilə, ərizə və razılaşmanın surətləri təqdim edilmişdir. Lakin ödənişin olması ilə bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Bakı şəhər 41 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 41 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 3M-804 reyestr nömrəli razılaşmaya dair notariat işinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin notariat işində müvafiq məbləğin ödənişi barədə sənəd mövcud deyildir. Bundan əlavə qeyd edilən məqamı ətraflı araşdırmaq məqsədilə iş apellyasiya icraatında olan zamanı Ədliyyə Nazirliyi ünvan 4 ünvanlanmış və müvafiq sorğuya cavab olaraq qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 41 saylı Notariat Ofisində rəsmiləşdirilmiş 3M-804 reyestr nömrəli razılaşmaya əsasən X7 ayrılmış 12340 (on iki min üç yüz qırx) manat məbləğinin köçürülməsi barədə heç bir məlumat yoxdur. Həmçinin, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi xx.xx.2020-ci ildə təsdiqlənmiş siyahını məhkəməyə təqdim edərək bildirmişdir ki, həmin siyahıda adları qeyd edilən şəxslərə (iddiaçının mərhum əmisinin adı 26-cı sırada qeyd edilmişdir) dövlət ehtiyacı üçün alınmaya əsasən müvafiq ödənişlərin verilməli olması təsdiqlənmiş və həmin siyahı aidiyyəti üzrə göndərilmişdir. İş üzrə ətraflı araşdırma aparılması məqsədilə həmin siyahı ləğv prosesində olan "xxxx" ASC-yə ünvanlanmış və siyahıda adları çəkilən şəxslərə kompensasiyaların verilibverilməməsi barədə, əgər kompensasiya verilmişdirsə bununla bağlı hüquqmüəyyənedici sənədlərin, həmçinin mərhum X1 verilib-verilməməsi ilə bağlı məlumatın, əgər verilmişdirsə bununla bağlı hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Sözegedən sorğuya yazılı cavab təqdim edilməsə də sonuncu məhkəmə iclasında iştirak edən ləğv prosesində olan "xxxx" ASC-nin səlahiyyətli nümayəndələri izahatlarında bildirmişdirlər ki, iddiaçının və ya mərhumun adına bankda hər hansı əmanət hesabı aşkar olunmamışdır. X6 adına tələb qeydə alınmamışdır. Bankda kreditor kimi yalnızca Cavabdeh çıxış edir. Məhkəmə araşdırmaları nəticəsində son olaraq o qənaətə gəlinir ki, Cavabdeh tərəfindən iddiaçının mərhum əmisi ilə yardımın ödənilməsi barədə 3M-804 reyestr nömrəli razılaşma imzalanmış və həmin razılaşmada 7 gün müddətində vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin bu günədək həmin müqavilə icra olunmamışdır. Cavabdeh müxtəlif vaxtalarda məhkəməyə təqdim etdiyi yazılı və ya şifahi məlumatlarda ödənişin həyata keçirildiyinə istinad etsə də buna dair əsaslı sübut (qəbz və s.) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin araşdırdığı materiallardan aydın olur ki, yardımın ödənilməsi məqsədilə Maliyyə Nazirliyi tərəfindən Cavabdeh "xxxx" ASC-də açılmış“ Dövlət ehtiyyacları üçün” bank hesabına vəsait köçürülmüşdür. Sonradan "xxxx" ASC müflis elan olunduğundan mərhum H.Y.Nağıyevin maddi yardımın almaması barədə rəsmi arayış təqdim edildiyi təqdirdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin tranzit hesabında olan vəsait Cavabdehnə ayrıldığı zaman ödəniləcəyi bildirilmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya dair tələbin güzəşti müqaviləsi mövcud deyildir. İddiaçının hüququ Cavabdeh ilə aralarındakı razılaşmadan irəli gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Bankın müflis elan olunması və ya vəsaitlərin müəyyən hesabdan köçürülməsi yalnız icra mexanizminə aid texniki məsələdir. Bu hallar iddiaçının müqavilə üzrə əldə etdiyi hüququn reallaşmasına mane ola və öhdəliyin icrasını qeyri-müəyyən vaxta qədər yubada bilməz. Müqavilə tərəfinin vəzifəsi qarşı tərəfin hüququnu təmin etməkdir və bu, heç bir halda üçüncü şəxslərin maliyyə vəziyyətindən və ya daxili prosedurlarından asılı ola bilməz. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12061/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1460/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1460/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver