Məhkəmə qərarları › İş №2-1(103)-1461/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1461/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1461/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə” tələbinə dair Bakı İnzibatı Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 2-1(112)-2096/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2096/2021 nömrəli 21 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə tələbinə dair iddiası təmin edilməmişdir . Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1904/2021 nömrəli 25.08.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-53/2022 nömrəli 25.01.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi yazılı vəsatət verərək hazırda iddiaçının mübahisələndirdiyi tələbin cavabdeh tərəfindən təmin oldunduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilən vəsatətdən və vəsatətə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 15.04.2022-ci il tarixli, 2267 nömrəli məktubunun məzmunundan görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ehtiyatda olan hərbi qulluqçu İddiaçı adı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın 2-ci hissəsilə yaradılmış Komisiyanın 2021-ci il 26 noyabr tarixli 20 nömrəli qərarına əsasən mənzil növbəsinə götürülmüşdür. Hərbi qulluqçunun adı mənzil növbəsində 379-cü yerdədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə iclasında iştirak edən iddiaçı adının mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi əsası ilə hazırki halda mübahisənin mövcud olmadığından icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi-“mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə” tələbi cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzə Tağızadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar