Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1461/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, ona ailə üzvü ilə birlikdə qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz sayılaraq ləğv edilməsi, ona ailə üzvü ilə birlikdə qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13974/2022 saylı 23 dekabr 2022-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və İQ-28/2 saylı xx.xx.2022-ci il tarixli qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Xidmət tərəfindən qəbul edilmiş qərar onunla əsaslandırılmışdır ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: P********), hazırda ünvan 3 ünvanında müvəqqəti yaşayan, 2 mart 1993-cü il təvəllüdlü Haıdarı Monısa ailə üzvü ilə birlikdə (qızı, xx.xx.2016cı il təvəllüdlü Asghari Nargis) 4 iyul 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 56-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Haıdarı Monısa qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstan İslam Respublikasının Qəznı şəhərində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Qəznı şəhərində “Liseye bibi Zəhra" məktəbində 7 il təhsil aldığını, taliblərin onu təhdid edəcəyindən qorxduğu üçün məktəb təhsilini yarımçıq qoyduğunu, heç bir xüsusi peşəsi olmadığını, heç vaxt işləmədiyini, Əfqanıstan vətəndaşı Asgharı Rohullah ilə evli olduğunu, bu nikahdan 1 övladı olduğunu, əri Azərbaycanda yaşadığı üçün Əfqanıstanı tərk etdiyini, viza almaq məqsədilə İrana getdiyini, lakin viza almaqda çətinlik çəkdiyi üçün 5 ay iranda qalmalı olduğunu, 7 iyun 2022-ci ildə Azərbaycana gəldiyini söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin təqdim etdiyi sənədlərə baxış zamanı onun həqiqətən də Əfqanıstan vətəndaşı Asghari Rohullah ilə evli olduğu məlum olmuşdur. Aparılan araşdırma zamanı X4 Miqrasiya Xidmətində Qaçqın statusunun verilməsi haqqında vəsatətinin 11 yanvar 2019-cu ildə qeydiyyata alındığı, haqqında 2 may 2019-cu il tarixli İQ-105/1 nömrəli Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında Qərar verildiyi, hal-hazırda BMT QAK tərəfindən verilmiş himayə sənədi ilə ölkə ərazisində yaşadığı müəyyən olunmuşdur. Ərizəçinin dediklərindən onun Əfqanıstanda heç kim tərəfindən təqib olunmadığı, Azərbaycana yalnız ərinin burada yaşaması səbəbilə gəldiyi məlum olmuşdur. Haıdarı Monısanın müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış ırqı əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Haıdarı Monısanın şəxsi işı “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999- cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvünə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 28 sentyabr 2022-ci il tarixli, 22 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə "'Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq Əfqanıstan İslam Respublikasının vətəndaşı Haıdarı Monısaya ailə üzvü ilə birlikdə (qızı, xx.xx.2016-cı il təvəllüdlü Asghari Nargis) qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın qərarından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, onun 04 iyul 2022-ci il tarixli sığınacaq vəsatəti təmin edilməklə cavabdehin üzərinə ona qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin 28 sentyabr 2022-ci ildə DMX İQ-28/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsini tələb edir. O, Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində anadan olmuş, həzara, dini etiqadına görə müsəlmandır (şiə). Qəzni şəhərində “Liseye bibi Zəhra” məktəbində yeddi il təhsil almış, taliblərin onu təhdid etdiyindən məktəb təhsilini yarımçıq qoymuş, heç bir xüsusi peşəsi olmamış, heç vaxt işləməmişdir. Əfqanıstan vətəndaşı Asghari Rohullah ilə evlidir. Həmin nikahdan bir övladı vardır, əri Azərbaycanda yaşadığı üçün Əfqanıstanı tərk etmiş, viza almaq məqsədilə İrana getmiş, lakin viza almaqda çətinlik çəkdiyi üçün beş ay orada qalmalı olmuşdur. O, 7 iyun 2022-ci ildə Azərbaycana gəlmişdir. 04 iyul 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (bundan sonra- DMX) onun vəsatətini 56-2022 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, o, Əfqanista İslam Respublikasının qanunlarından, hökmlərindən və cəmiyyətdən ciddi təhdidlərlə üzləşməsi səbəbindən ölkəsinə geri qayıtmaq istəmir, həmçinin əri Azərbaycanda yaşadığı üçün o da, Azərbaycan Respublikasında qalmaq istəyir. 28 sentyabr 2022-cu ildə DMX İQ- 28/2 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaş olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdırlar. Cavabdeh işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçının etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərlmişdir ki, iddiaçı Haıdarı Monisanın iddia ərizəsinə etiraz edərək hesab edirik ki, iddia əsassızdir və təmin edilməməlidir. Belə ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ünvan 3 ünvanında müvəqqəti yaşayan, 2 mart 1993-cü il təvəllüdlü Haidarı Monisa ailə üzvü ilə birlikdə (qızı, xx.xx.2016-cı il təvəllüdlü Asghari Nargis) 4 iyul 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 56-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Haidarı Monisa qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstan İslam Respublikasının Qəzni şəhərində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Qəzni şəhərində “Liseye bibi Zəhra” məktəbində 7 il təhsil aldığını, taliblərin onu təhdid edəcəyindən qorxduğu üçün məktəb təhsilini yarımçıq qoyduğunu, heç bir xüsusi peşəsi olmadığını, heç vaxt işləmədiyini, Əfqanıstan vətəndaşı Asghari Rohullah ilə evli olduğunu, bu nikahdan 1 övladı olduğunu, əri Azərbaycanda yaşadığı üçün Əfqanıstanı tərk etdiyini, viza almaq məqsədilə İrana getdiyini, lakin viza almaqda çətinlik çəkdiyi üçün 5 ay İranda qalmalı olduğunu, 7 iyun 2022-ci ildə Azərbaycana gəldiyini söyləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Təqdim etdiyi sənədlərə baxış zamanı onun həqiqətən də Əfqanıstan vətəndaşı Asghari Rohullah ilə evli olduğu məlum olmuşdur. Aparılan araşdırma zamanı X4 Miqrasiya Xidmətində qaçqın statusunun verilməsi haqqında vəsatətinin 11 yanvar 2019-cu ildə qeydiyyata alındığı, haqqında 2 may 2019-cu il tarixli İQ-105/1 nömrəli Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında Qərar verildiyi, hal-hazırda BMT QAK tərəfindən verilmiş himayə sənədi ilə ölkə ərazisində yaşadığı müəyyən olunmuşdur. İddiaçının dediklərindən onun Əfqanıstanda heç kim tərəfindən təqib olunmadığı, Azərbaycana yalnız ərinin burada yaşaması səbəbilə gəldiyi məlum olmuşdur. Haidarı Monisanın müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı İlə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvünə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 28 sentyabr 2022-ci il tarixli, 22 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, yuxarıda göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə və ailə üzvləri ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13974/2022 saylı 23 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın yol verdiyi pozuntuları aradan qaldırmamış və öz qərarını cavabdehin irəli sürdüyü dəlillərlə əsaslandırmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, xx.xx.1993-cü il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı X7 İsa ilə xx.xx.2022-ci il tarixdə müsahibə aparılmış və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə ölkəsini qanuni yolla tərk edərək qanuni yolla təyyarə ilə Azərbaycan Respublikasına gəldiyini, ünvan 4 ünvanda yaşadığını və həmin ünvanda qeydiyyata alındığını, əvvəllər Əfqanıstanı tərk etmədiyini, Azərbaycana gələrkən 1 ildən çox müddətdə İranda İsfahan şəhərində yaşadığını, İrana Azərbaycana gəlmək üçün getdiyini, lakin Azərbaycana viza ala bilmədiyini, ona görə də uzun müddət İranda qalası olduğunu, qaçqın statusu almaq məqsədilə İranda və ya başqa bir yerdə müraciət etmədiyini, lakin Azərbaycanda yerləşən BMT QAK-ın nümayəndəliyinə müraciət etdiyini, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “Ərim Azərbaycanda idi, ona görə tərk etdim”, “Şəxsən Sizi nə vaxtsa təhdid ediblərmi?” sualına “Xeyr, məni heç kim şəxsən təhdid etməyib. Lakin qaynatama demişdilər ki, oğlun gəlməsə ailəsini oldürəcəyik, ona görə də mən qızımla birlikdə İrana getdim, orada 5 ay qaldım”, “Bunu qaynatanıza harada demişdilər?” sualına “Kabildə evimizin qarşısına gəlmişdilər”, “Gələnləri şəxsən siz tanıyırdınız?” sualına “Xeyr, nə mən. nə də qaynatam tanımırdıq”, “Siz Əfqanıstandan çıxdıqdan sonra kimsə yenə qaynatınızın evinə gedib ərinizi ya sizi soruşub?” sualına “Mən qızımla 2 ay idi ki, İranda idim, taliblər qaynatamın evinə yenidən gəldilər, qaynatamı soruşublar, o həyətdə iki ailə yaşayır, digər ailə qapıya çıxıb deyiblər ki, köçüb gediblər burdan”, “Gələn şəxslər evi axtarmadılar?” sualına “Əvvəl deyiblər ki. biz evə girib axtaracağıq, lakin qonşu deyib ki, gediblər, onsuz heç kim qalmayıb onlarda inanıb qapıdan qayıdıblar”, “Qaynatanızgil indi həmin evdə yaşayırlar?” sualına “Bəli”, “Əgər təhdid olunurlarsa nə üçün evlərini dəyişmirlər?” sualına “Pulları yoxdur, yoxsa İrana gedərlər, qalmazlar orda”, “Bəs eyni həmin evdə yaşamağa davam edirdlər?” sualına “Bəli, həmin evdədirlər”, “Qaynatanızın evinə gələnlərin taliblər olduğunu haradan bilirsiniz?”sualına Biz sadəcə bilirdik ki, bunlar taliblərdirlər Qaynatamı döyənlər də onlar idilər. Buna görə də qaynatam məcbur oldu ki, bizi ölkədən çıxartsın”, “Həzarə olduğunuza görə kimsə sizi təqib və ya təhdid edibmi?” sualına “Xeyr”, “Şiə olduğunuza görə Əfqanıstanda kimsə sizi təhdid və ya təqib edibmi?” sualına “Xeyr”, “Ailə üzvlərinizdən kimsə, nə vaxtsa təhdid edilibmi?” sualına “Ərimi və onun qardaşlarını taliban mənsubları təhdid ediblər. Ərim Azəbaycana gəldi, bir qaynım İrandadır, adı Ziyadır, digəri isə Türkiyədədir, adı Rəhmətullahdır, başına nə gəldiyi bizə məlum deyil”,“Rəhmətullah Əfqanıstanı tərk edib Türkiyəyə gəlibmi?” sualına “Bəli”, “Bəs nə üçün deyirsiniz ki, aqibəti naməlumdur?” sualına “Təxminən 4 il əvvəl türkiyəyə getdi. Bundan sonra heç kimlə əlaqə saxlamayıb, ona görə deyirəm ki, aqibəti naməlumdur”, “Taliban ərinizi və qayınlarının nə üçün təhdid edirdi?” sualına “Ərim və qaynlarım dövlətin hərbçiləri üçün hərbi geyim tikirdilər, ona görə də taliban onları təhdid etdi, çünki dövlət ilə işləyirdilər”, “Siz ərizə-anketə qeydiyyat zamanı demisiniz ki, əriniz Əfqanıstandan çıxdıqdan sonra sizi orada heç kim təhdid etməyib, indi isə deyirsiniz ki, taliban sizi və övladınızı ölümlə təhdid edib, bu fərqi nə ilə izah edərsiniz?” sualına “Xeyr, mən təhdid olunmuşam, lakın özümlə danışmadılar, qaynatamla danışdılar. Qaynatamla danışdılar qaynatam dedi ki, bu dəfə sizi təhdid edirlər, bilmirəm, təhdid ediblər, ya qaynatam qorxub belə fikirləşib”, “Hansı şəkildə təhdid edirdilər?” sualına “Gəlib dükanları yandırdılar, dedilər ki, bir də dövlətə işləsəniz sizi öldürəcəyik”, “Bu hadisə nə vaxt olub?” sualına, “Təxminən 4 il əvvəl”, “Hansı şəhərdə baş verib?” sualına, “ Qəzni şəhərində baş verib”, “Ərinizin dükanı Qəzni şəhərində idi?” sualına”, “Bəli”, “Neçə dükanı vardı?” sualına “1 ədəd”, “Yalnız dükanı vardı, ya fabriki, yaxud emalatxanası da vardı?” sualına “Fabriki də vardı”, “Siz bu fabriki görmüşdünüz?” sualına, “Bəli”, “Orada neçə nəfər işləyirdi?” sualına, “Elə 3 qardaş işləyirdilər, ərim və qaynlarım. Kiçik bir yer idi. Dükanda kim otururdu? Dükanda Rohuliah özü olurdu, qardaşları və bacıları fabrikdə olurdular”, “Əriniz ölkəni tərk edərkən sizi nə üçün özü ilə birlikdə gətirmədi?” sualına “Bacarmadı, çünki özü qaçıb gəlirdi, yalnız həyatını qurtarmalı idi”, “İranda yaşayarkən sizi kimsə təhdid ya təqib etdimi?” sualına “Xeyr”, “Əriniz Əfqanıstanı tərk etdikdən sonra sizi orada taliban ya kimsə təhdid ya təqib etdimi?” sualına “Xeyr”, “Sizin qardaşlarınız İranda yaşayırlar, onlar nə üçün Əfqanıstanı tərk ediblər?” sualına “Çünki Əfqanıstanda iş-güc yoxdur, işləmək üçün ölkəni tərk ediblər”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı?” sualına “Xeyr, başqa səbəb yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına “Hələ ki, yox. Çünki ərim hələ qayıda biiməz”, “Əgər Əfqanıstana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına “İndi Əfqanıstanda taliban hakimiyyətdədir, biz geri qayıtsaq ərimin problemləri ola bilər, onun üçün Əfqanıstan təhlükəlidir”, “Əfqanıstanda yaşayan qohumlarınızla əlaqə saxlayırsınızmı?” sualına “Ərimin anası və öz anamia danışıram tez-tez. onlar orda rahat deyillər, qaynanamgil təhdid altında yaşayırlar”, “Sizin qaynanızı və anaızı taliban təhdid edir?” sualına “Bəli”, “Onları nə üçün təhdid edirlər?” sualına “ Təhlükəlidir ora. onlarda evdən çıxmırlar, gizlin yaşayırlar, qaynanamı yox, qaynatamı 3,5 il əvvəl taliban Qəznini ələ keçirərkən döymüşdü ona görə ərimin ailəsi Kabilə köçdü, orada səssiz yaşamağa çalışırlar, gizlənirlər”, “Kabildə qaynatanız və qaynanız kiminlə yaşayırlar?” sualına “Bir qızları və bir kiçik oğlanları 16 yaşındadır oğlan”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına “Xahiş edirəm ki, bizi himayə edin, mənə bir sənəd verin ki, ərimin yanında qala bilim. Mümkündürsə digər ölkələrə göndərmək məqsədilə adlarımızı verin, lakin Əfqanıstana qaytarmayın” cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstan İslam Respublikasına qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X2rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsi ilə eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13974/2022 saylı 23 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13974/2022 saylı 23 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1461/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1461/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver