Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1463/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X5 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13-20 sentyabr 2022ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Oğuz rayonunda doğulmuşdur. O, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti işləmişdir. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində fəhlə, xx.xx.1983-xx.xx.1990-cı ilə qədər RSFSR-nin “Kirovzavodu” İstehsalat Birliyində işləmişdir. Həmin zavodda xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər 0016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli atıcı, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər 016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli KPP nəzarətçisi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrik montyoru), xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4 dərəcəli qazanxana maşinisti – ocaqçı operator, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər Hərbi Mühafizə Dəstəsində KPP nəzarətçisi işləmişdir. RSFSR-dən qayıtdıqdan sonra isə xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində mədəni-kütləvi işçi vəzifəsində işləmişdir. Daha sonra ali təhsil almaq üçün Bakı Musiqi Akademiyasına daxil olmuş və 1991-ci ildən 1996-cı ilə qədər solo oxuma ixtisası üzrə təhsil almışdır. Təhsil aldığı müddətdə ixtisasına uyğun əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Belə ki, xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra X7 artisti vəzifəsinə işləmişdir. xx.xx.2000-ci ildən hazırkı vaxta qədər isə Azərbaycan Dövlət Filarmoniyasında X7 artisti vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 №-li siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajı tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də, daxil olmaqla 25 il 8 ay 10 gün ümumi iş stajı, 13 il 10 ay 7 gün zərərli iş stajını tamamlamışdır. Zərərli iş stajının bir qismini təsdiq edən Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən müvafiq arayış verilmişdir. “Kirov zavodu” İstehsalat Birliyində işlədiyi dövrə dair isə güzəştli arayışın əldə edilməsi mümkünsüzdür. Belə ki, həmin Zavod sovet dövründə və RSFSR ərazisində fəaliyyət göstərmişdir. Lakin, zavodun fəaliyyəti əlvan metallurgiya sənayesinə aid olduğundan işlədiyi vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahının 7-ci bölməsinin 7.1-ci yarımbölməsinin “doğrayıcılar”, 7.2-ci yarımbölməsinin “qazanxana maşinistləri (ocaqçıları)” və “təmir çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşələrinə uyğunlaşdırılmalıdır. Nəhayət ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi xx.xx.2020-ci il tarixli, **********53 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etməsi qeyd olunmuşdur. Halbuki, yuxarıda sadaladığı kimi bütün hallarda ümumi və güzəştli iş stajı ona pensiya təyin olunmasına əsas verir. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı isə xx.xx.2006-cı il tarixinədək ondan qanunla tələb edilən 12 il 6 ay güzəştli iş stajına malik deyildir. Belə ki, iddiaçının işləmiş olduğu peşələr güzəştli şərtlərlə pensiya hüququ yaradan peşələrlə uyğunluq təşkil etmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1032/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-131/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1032/2021 nömrəli, 04 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apellyasiya baxışı zamanı iddiaçı və iddiaçının vəkili X5 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1979-1981-ci il tarixlərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş 03 may 1979cu il təvəllüdlü, ИТ-İ seriyalı, № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü, orta təhsilli, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Vartaşen rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində fəhlə, 1991-1996-cı il tarixədək Bakı Musiqi Akademiyasında ali təhsil almış, xx.xx.1993-cü ildən xx.xx.1999-cu il tarixədək Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra isə X7 artisti vəzifəsində işləmiş, xx.xx.2000-ci il tarixdən hal-hazıradək isə Azərbaycan Dövlət Filarmoniyasında X7 artisti vəzifəsində işləyir. İş materiallarında olan AB-İ seriyalı, 057964 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1991-ci ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olmuş və 1996-cı ildə həmin Akademiyada solo oxumaq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 19 iyun 1997-ci il tarixli qərarı ilə ona musiqili teatr artisti ixtisas verilmişdir. İş materiallarında olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən verilmiş 160/10-k nömrəli, 09 oktyabr 2020-ci il tarixli izahlı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarından irəli gələn müddəalara əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın İncəsənətin xüsusi bölməsi olaraq, İddiaçı 12 aprel 1993-cü il tarixindən 14 sentyabr 1994cü il tarixinədək əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında xor artisti, 14 sentyabr 1994-cü il tarixindən 26 avqust 1999-cu il tarixinədək əsas işçi olaraq Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləmiş və 07 iyun 2000-ci il tarixindən hal-hazıradək isə əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində çalışır. Qanunvericilikdə nəzərdə tutulmuş İncəsənətin xüsusi sahəsində Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləməsi nəzərə alınaraq, həqiqətən o, güzəştli şərtlərlə təqaüd almaq hüququna malikdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 20 fevral 2020-ci il tarixli və 06 mart 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən də, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. İş üzrə tədqiq olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. Məhkəmə ilk öncə, cavabdeh inzibati orqanın öz imtinasında və məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd etdiyi Güzəştli arayışa dair aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bir hissəsi keçmiş RSFSR ərazisində fəaliyyət göstərmiş “Kirov Zavodu” İstehsalat Birliyində olduğundan və həmin zavoddan hazırda güzəştli arayış alınması mümkün olmadığından məhkəmə hesab etmişdir ki, iddiaçıya münasibətdə həmin dövr üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları tətbiq olunmamalıdır. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının işlədiyi “xor artisti” və “xor kapellasının artisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısın»da qeyd olunmasa da, «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li Qərarında 33-cü bölmədə (“peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər”) öz əksini tapmışdır. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edilən hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan, iddiaçının işlədiyi “xor artisti” və “xor kapellasının artisti” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li Qərarında öz əksini tapdığından, öncəki dövrdə həmin vəzifədə çalışdığı illər güzəştli staj kimi nəzərə alınmalı və “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş (2 il 7 gün), 1991-ci ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olmuş və 1996-cı ildə həmin Akademiyada solo oxumaq ixtisası üzrə tam kursu bitirmiş (4 il 10 ay), əmək kitabçasına əsasən xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti (7 ay 29 gün), xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər Vartaşen Təsərrüfatlararası Tikinti İdarəsində fəhlə (11 ay 6 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək “Kirov zavodu” İstehsalat Birliyində işləmiş (7 il 10 ay), xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Vartaşen Təsərrüfatlararası Tikinti İdarəsində işləmiş (8 il 9 ay), xx.xx.1993-cü ildən xx.xx.1999-cu il tarixədək Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra isə X7 artisti vəzifəsində işləmiş, xx.xx.2000-ci il tarixdən hal-hazıradək isə Azərbaycan Dövlət Filarmoniyasında X7 artisti vəzifəsində işləyir (təhsil aldığı dövrlə üst-üstə düşməsi nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 9 il 6 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-ci il tarixədək 26 il 5 ay 21 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarında olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən verilmiş 160/10-k nömrəli, 09 oktyabr 2020-ci il tarixli izahlı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarından irəli gələn müddəalara əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın İncəsənətin xüsusi bölməsi olaraq, İddiaçı 12 aprel 1993-cü il tarixindən 14 sentyabr 1994cü il tarixinədək əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında xor artisti, 14 sentyabr 1994-cü il tarixindən 26 avqust 1999-cu il tarixinədək əsas işçi olaraq Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləmiş və 07 iyun 2000-ci il tarixindən hal-hazıradək isə əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində çalışır. Qanunvericilikdə nəzərdə tutulmuş İncəsənətin xüsusi sahəsində Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləməsi nəzərə alınaraq, həqiqətən o, güzəştli şərtlərlə təqaüd almaq hüququna malikdir. Ali Məhkəmənin işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, izahlı arayışla bağlı məhkəmə tərkibi qeyd etmişdir ki, sözügedən arayışın məzmunu iddiaçının xüsusi (güzəştli) iş stajının təsdiqi üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın İncəsənət bölməsində “peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər”, “peşəkar bədii kollektivlərin xor artistləri” və s. kimi vəzifələr nəzərdə tutulmuşdur. Lakin sözügedən arayışda hər hansı koda uyğunlaşdırma aparılmamış, iddiaçının tutduğu vəzifə Siyahıdakı konkret vəzifəyə uyğunlaşdırılmamışdır. Bu baxımdan, təkrar baxış zamanı iddiaçının güzəştli arayışı ilə bağlı ətraflı araşdırılma aparılmalı və əlavə məlumatlar tələb edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.1983-xx.xx.1990-cı ilə qədər onun RSFSR-nin “Kirov zavodu” İstehsalat Birliyində işlədiyi dövrün (xx.xx.1983cü ildən xx.xx.1984-cü ilə qədər 0016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli atıcı, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər 016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli KPP nəzarətçisi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrik montyoru), xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4 dərəcəli qazanxana maşinisti – ocaqçı operator, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 375 saylı sexdə qilyotin və presslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı, xx.xx.1990-cı ildən xx.xx.1990cı ilə qədər Hərbi Mühafizə Dəstəsində KPP nəzarətçisi) güzəştli stajına daxil edilməli olmasını iddia edir. İddiaçının həmin dövrlə bağlı iş stajını əmək kitabçası təsdiq edir və bu barədə güzəştli arayışı yoxdur. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğular verilmiş və sorğuya cavab olaraq iş materiallarına əlavə edilmiş M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının 82 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 07 iyun 2000-ci ildən hal-hazıradək əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasında xor artisti vəzifəsində çalışan İddiaçı 12 aprel 1993-cü il tarixindən 14 sentyabr 1994-cü il tarixinədək əsas işçi olaraq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında xor artisti, 14 sentyabr 1994-cü il tarixindən 26 avqust 1999-cu il tarixinədək isə əsas işçi olaraq Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində çalışmışdır. Ümumiyyətlə nəzərə çatdırılır ki, Filarmoniyada çalışan peşəkar bədii kollektivlərdən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrində, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrində, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının X10 orkestrində çalışan nəfəs alətlərində ifa edən musiqiçilərin, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında və Azərbaycan Dövlət Rəqs ansamblında çalışan rəqqas və rəqqasələrin, eləcə də F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında və Azərbaycan Dövlət Xor Kapellasında çalışan xor artistlərinin işlərinin zərərliliyi onların güzəştli şərtlərlə təqaüd almaq hüququna malik olmalarını labüd edir və həmin vəzifədə çalışan işçilər bu hüquqlarından hal-hazıradək istifadə edirlər. Həmçinin qeyd etmək olar ki, Filarmoniyanın ştat cədvəlində vəzifənin adı rəqqas kimi qeyd olunmasına baxmayaraq, həmin vəzifənin funksiyalari və görülən işin xarakterinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 33-cü bölməsində incəsənətin xüsusi sahəsi olaraq peşəkar bədii kollektivlərdə rəqs nömrələrinin ifaçı artistləri bəndinə uyğun olmasına görə, rəqqas (rəqqasə) vəzifəsində çalışanlar da həmin hüquqdan istifadə edirlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyası tərəfindən 02 iyun 2008-ci ildə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11 iyun 2008-ci ildə qeydiyyata alınmış Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X1 xor artisti vəzifəsinin də təlimatları öz əksini tapmışdır və qeyd edilir ki, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor artisti və Azərbaycan X7 artisti vəzifələrində çalışan işçilərin vəzifə funksiyaları (görülən işlər) eynilik təşkil edir və eyni zamanda həmin artistlər bədii rəhbərin (dirijorun) göstərişi ilə solo partiyaların ifasına da cəlb edilirlər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın incəsənətin xüsusi sahəsi olaraq, 33-cü bölməsindən irəli gələn müddəalara əsasən Azərbaycan X7 əməkdaşı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xor artisti Olaraq iş stajina (28 il 4 ay) və görülən işin xarakterinə görə qanunvericilikdə nəzərdə tutulmuş incəsənətin xüsusi sahəsində Azərbaycan Dövlət Xor Kapellasında xor artisti vəzifəsində işləməsinə, həmçinin görülən işin xarakterinin eynilik təşkil etməsinə görə, onun güzəştli şərtlərlə təqaüd almaq hüququna malik olmasını qeyd etmək istəyirlər. Belə ki, haşiyəyə çıxaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan X7 artisti İddiaçıla eyni vaxtda Azərbaycan Dövlət Xor Kapellasında çalışan iki əməkdaşlarına da izahlı arayış təqdim edilmiş və onlara güzəştli şərtlərlə pensiya təyinatı olmuşdur. Nəzərə alınması xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işləmiş olduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş Siyahılarda olmasa da, Azərbaycan Respublikası Nazirlər Kabinetini 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda varsa, həmin peşədə işlədiyi dövr güzəştli staja daxil edilə bilər və buna qarşı bildirilmiş əks mövqe Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə zidd hesab edilməlidir. Belə ki, həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bundan başqa sorğuya cavab olaraq iş materiallarına əlavə edilmiş "X2" ASC-nin 08/90 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Xətif oğlunun Sankt- Peterburq şəhərində “Kirov zavodu” İstehsalat birliyində işlədiyi peşələrindən yalnız qazanxana maşinisti-ocaqçı operator vəzifəsi, əmək şəraiti zərərli və ağır olan peşələrə uyğun gəlir. İddiaçı işlədiyi “Qazanxana maşinisti-ocaqçı operator” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı, eləcədə xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında". XXXİİİ “Ümumi peşələr bölməsində göstərilmiş 23200000- 13786 Qazanxana (kömür və şistlə işləyən) maşinistləri (ocaqçıları), o cümlədən külü aralamaqla məşğul olan” bəndinə uyğun gəlir. Bu zərərli peşə üzrə isə onun əmək stajı 1 il 3 ay 18 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Arayışlardan göründüyü kimi iddiaçı xx.xx.2006-ci il tarixədək 12 il 6 aydan çox güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçını tələbinin əsaslı olması məhkəmə araşdırması ilə öz təsdiqini tapdığından, onun hazırkı iddia tələbi və onun təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1463/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1463/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver