Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1464/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5628/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək - Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsində yerləşən ev 128, 34 saylı ünvanda yerləşən 1 otaqlı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1.) İddianın əsaslarına görə Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, yataqxana ev 128, 34 ünvanında yerləşən birotaqlı mənzil Bakı Komvol Kombinatının Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 19 nömrəli protokolundan çıxarışa və xx.xx.1994-cü il tarixli Bakı Komvol Kombinatı tərəfindən verilmiş 12 saylı orderə əsasən iddiaçının mülkiyyətinə verilərək hal-hazırki günədək həmin mənzildə yaşayır. Mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi üçün cavabdehə müraciyyət etmişdir. Nərimanov rayonu, X3 küçəsi, ev 128 34 ünvanda yerləşən 1 otaqlı mənzilə iddiaçının adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın və texniki sənədlərin verilməsi üçün cavabdehə ünvanladıgı 24 dekabr 2021-ci il tarixli **********26 saylı müraciətinə imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzilin iddiaçının adına qeydiyyata alınması üçün sərəncam, order və ya mənzi kirayəsi müqaviləsi təqdim edilməmişdir. Əslində isə iddiaçı müraciətinə mənzilin orderini əlavə etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının yaşadığı binada demək olar ki, sakinlərin yarısı çıxarış almışlar. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının ********** nömrəli, xx.xx.2021- ci il tarixli müraciəti İdarəyə daxil olmuşdur. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5628/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbuledilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni əsaslarla əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki sənədlərin verilməsinə dair iddia tələbinin təmin edilməməsi üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq mübahisəni kifayət qədər araşdırmadapn və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsə də beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarını pozaraq ziyanına olan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya Bakı Komvol Kombinatının Müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1994-cü il tarixli iclasının 19 nömrəli protokolundan çıxarışa və xx.xx.1994-cü il tarixli Bakı Komvol Kombinatı tərəfindən verilmiş 12 saylı orderə əsasən həmin kombinatda Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 128, mənzil 34 ünvanında yerləşən yataqxananada ona 1 otaqlı mənzil verilmişdir. Konkret halda iddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını cavabdehdən tələb edir. Lakin istinad olunan həmin order sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyata alınması üçün əsas verdiyi müəyyən olunmur. Belə ki, birincisi, işə əlavə olunmuş Bakı şəhəri İH MKTD-nin 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 114 saylı MKİS-in 519 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən və hazırkı mərhələdə məhkəmənin sorğusuna əsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanlanmış 27 iyul 2023-cü il tarixli arayışına əsasən İddiaçı 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşdükdən sonra ailə üzvləri ilə birlikdə mübahisəli ünvanda, yəni Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsində yerləşən ev 128, mənzil 34-də məskunlaşmışdır. Onun işə əlavə olunmuş əmək kitabçasınının surətinə əsasən də müəyyən olunur ki, 1993-cü ilin aqust ayında məcburi köçkün düşdükdən sonra növbəti ay xx.xx.1993-cü ildə Bakı Komvo Kombinatında işə düzəlmiş, xx.xx.2006-cı il tarixədən işdən azad edilmişdir. 8 iyul 1982—ci il tarixdən 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mənzil qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçıya verilən order onun xidməti yataqxanada müvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilirdi və qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, müdiriyyət tərəfindən mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün order verilirdi və əmək müqaviləsi əsasında işləyən şəxslər işlə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idi. Bundan əlavə, qeyd dilən Mənzil Məcəlləsinin 31-ci maddəsi nəzərədə tuturdu ki, mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. Eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın: -14-cü bəndinə əsasən iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzilməişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacıolanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir; -32-ci bəndinə əsasən İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. İşdən isə görünən isə odur ki, idddiaçı məcburi köçkün olaraq ailə üzvüləri ilə həmin yataqxanada məskunlaşdığı halda, onun bundan əvvəl uzun illər Bakı Komvol Kombinatında işləməsi və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi uçota götürülməsi və mənzil növbəsində olması mümkün deyil. İş materiallarına əsasən də iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Digər tərəfdən, həm də onu da qeyd etmək lazımdır ki, mübahisəli yataqxana ümumiyyətlə, xüsusi təyinatlı mənzil fonduna aid olmaqla, 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. «Azərbaycan Respubliksında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət mülkiyyətiində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Konkret halda isə iddiaçının isə həmin yataqxanada yerləşən istinadetdiyi mənzilə dair qeyd olunan maddi hüquq normalarının tələbinə müvafiq olan sənədlər malik olduğu müəyyən olunmur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən mənzilin iddiaçının adına qeydə alınmasından imtina etməklə, qanunvericiliyin tələblərinə uyğun hərəkət etmişdir. Belə olan halda həmin imtina iddianın qanunla qorunan hüquqlarını pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsindən isə görünür ki, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, aktın qəbulundan imtina olunmasının, və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanunazidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5628/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5628/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1464/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1464/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver