Məhkəmə qərarları › İş №2-1(103)-1464/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1464/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1464/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8525/2023 saylı 06 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh İcra Hakimiyyəti xüsusi mülkiyyətində olan mağazanı inşa etmədiyinə görə 45.000 (qırx beş min) manat, 81 ay müddətinə icarə haqqı üçün isə cəmi 81000 (səksən bir min) manat, ümumilikdə 126000 (bir yüz iyirmi altı min) manat məbləğində vəsaitin cavabdehin hesabından tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8525/2023 saylı 06 noyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin baxılmasının təmin edilməsi xahiş edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8525/2023 saylı 06 noyabr 2023-cü il tarixli qərardadı iddiaçıya poçt vasitəsilə xx.xx.2023cü il tarixli məktubla göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə sifarişli poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına imza edilməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması xx.xx.2024cü il tarixə təyin edilmişdir. İddiaçıya həmin tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edilərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8525/2023 saylı 06 noyabr 2023-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən həmin müddətin üzürlü səbəblərdən ötürülməsi faktı varsa, bu barədə prosessual müddətin bərpasına dair ərizə vermək hüququnun olduğu izah olunmuşdur. Lakin məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, qərardaddan şikayət vermə müddətini yaddan çıxardığı üçün ötürmüş və həmin qərardaddan şikayəti vaxtında verə bilməmişdir. Bu səbəbdən ötürülmüş prosessual müddətin üzürlü səbəblərlə əlaqəli olmadığını bildirirərək prosessual müddətin bərpası barədə ərizənin verilməsinə də lüzum görməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bununla bağlı 06 noyabr 2023-cü il tarixli məhkəmə qərardadından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət onun poçt vasitəsilə qərardadı rəsmi aldığı tarixdən 10 gün müddətində olmaqla, xx.xx.2023-cü il tarix hesab olunduğu halda, iddiaçı tərəfindən apellyasiya şikayəti poçt vasitəsilə məhkəməyə prosessual müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. Yuxarıda da göstərildiyi kimi, hazırki işdə iddiaçıya prosessual müddətin bərpası ilə bağlı ərizə vermək hüququnun olduğu izah olunsa da, bu barədə hüquqi yardımın göstərilməsinə baxmayaraq o, qərardaddan şikayət vermə müddətini yaddan çıxardığı üçün ötürdüyünü, ona görə də həmin qərardaddan şikayəti vaxtında verə bilmədiyini, bu səbəbdən ötürülmüş prosessual müddətin üzürlü səbəblərlə əlaqəli olmadığını bildirirərək prosessual müddətin bərpası barədə ərizənin verilməsinə də lüzum görmədiyini bildirmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi 06 noyabr 2023-cü il tarixli qərardaddan apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən mötəbər sübutların olmadığını, əçksinə, işdəki sübutlarla iddiaçı tərəfindən prosessual müddətin üzrsüz səbəblərdən ötürüldüyünün təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8525/2023 saylı 06 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar