Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1465/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X19 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X12 hüquq varisi X6 nümayəndəsi və vəkili X16 iştirakları ilə, İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxslər: Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəliyi, X12 hüquq varisi X13, X7) “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3190/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qərarından üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı «Azərbaycan» Nəşriyyatı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbə nümayəndəliyinə, X17 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X17 verilmiş **********19 reyestr nömrəli və ona, digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X5 və X8 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə «Kommunist» Nəşriyyatına (hazırda Azərbaycan» Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli «X14 X32» verilmiş, Dövlət Aktı 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 salı qərarı ilə müəyyən edilmiş, «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük- Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X12 adına Nardaran qəsəbəsi 3cü sahə, yer 129 ilkin qeydiyyata alınmış 0.25 ha, X7 tərəfindən bağışlanmış 0.25 ha və X13 tərəfindən bağışlanmış 0.22 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********19, **********20 və **********16 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrələri olan torpaq sahələrinin planı və ölçüləri verilmişdir. DƏDRX 1saylı Bakı Əİ tərəfindən verilmiş **********19, **********20 və **********16 reyestr nömrəli çıxarışlarda torpaq sahələrinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. Lakin, X17 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X5 və X8 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Mübahisəli torpaq sahələri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2005-ci il tarixli qərarları ilə «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsindən heç bir halda ayrıla bilməzdi. Belə ki, 01 yanvar 2001-ci il tarixdən İcra Hakimiyyəti orqanları tərəfindən vətəndaşlara bağ sahələri üçün torpaqayırma səlahiyyətləri nəzərdə tutulmamışdır. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli X14 X31 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpağı kimi göstərilmiş, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. DƏDRX 1saylı Bakı Əİ-nin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində «Azərbaycan» Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən etiraz təqdim edilmiş və etirazda qeyd edilmişdir ki, iddiaçı «Azərbaycan» X1 verilmiş **********19 reyestr nömrəli və onun verilməsinə əsas olmuş X7 və X8 verilmiş **********20 və **********16 nömrəli torpaq sahəsininin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə iddiası etirazla qarşılanır. Araşdırma zamanı «Azərbaycan» Nəşriyyat tərəfindən daxil olan ərizə, ona əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə təqdim edilmiş DƏDRX 1s. Bakı Əİ-nin üzərinə hər hansı öhdəliyin qoyulmadığı, həmçinin, bu qərarlar barədə DƏDRX 1s. Bakı Əİ-nə rəsmi qaydada məlumat daxil olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmaması ilə bağlı «Azərbaycan» Nəşriyyatına 09 aprel 2018-ci il tarixli **********97 qeydiyyat nömrəli məktub ünvanlanmışdır. Eyni zamanda «Azərbaycan» Nəşriyyatı tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi daxil olmuş müraciətdə X17 münasibətdə qeyd olunanlarla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilən iddia ərizəsində göstərilən tələb arasında fərq mövcuddur. Bundan əlavə, X13 ilə X20 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-365 nömrəli bağışlanma müqaviləsinə əsasən 2500 kv.m sahəsi olan sahə 3, yer 130 nömrəli torpaq sahəsi X12 adına özgəninkiləşdirilmişdir. Həmçinin bildiririk ki, Sabunçu rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının 02/131 saylı xx.xx.2005-ci il tarixli qərarından çıxarışa və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4870/2014 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən 2500 kv.m sahəsi olan sahə 3, yer 131 nömrəli torpaq sahəsi X12 adına qeydiyyatdan keçmişdir. Habelə, Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının 02/156 saylı xx.xx.2005-ci il tarixli qərarından çıxarışa və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4870/2014 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən 2500 kv.m sahəsi olan sahə 3, yer 129 nömrəli torpaq sahəsi X3 adına qeydiyyatdan keçmişdir. X2 ilə X20 arasında bağlanmış 4Ə-366 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsinə əsasən həmin torpaq sahəsi X12 adına özgəninkiləşdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, 2-1(82)- 3190/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində birinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli, 2-1(103)-573/2019 saylı qərarı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan üçüncü şəxs X20 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2-1(102)-2328/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli qərarı ləğv olunaraq iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində ikinci icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-729/2020 nömrəli, 2020-ci il 13 mart tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(102)-3/2022 saylı qərardadı ilə üçüncü şəxs X20 hüquqi varisi X13 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(102)-3/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-729/2020 nömrəli, 13 mart 2020-ci il tarixli qərardadı ləğv olunaraq iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 hüquqi varisi X6 vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyətinə gəldikdə isə işdən görünür ki, iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “cavabdeh orqan tərəfindən X17 verilmiş **********19 reyestr nömrəli və ona, digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X5 və X8 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi” ilə bağlıdır. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) “torpaq sahəsinin planı və ölçüsü” sənədlərində ifadə olunan nəticəsinin etibarsız olduğunun təsdiq edilməsini tələb edir. Bu tələbin əsasları isə, yuxarıda qeyd edildiyi kimi, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. Ali Məhkəmənin iş üzrə əvvəlki 18 dekabr 2019-cu il tarixli, 2-1(102)-2328/2019 saylı qərarında göstərilmişdir ki, “işə yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə baxış keçirməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, buna qədər isə iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir.” Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarlarında əks olunan göstərişləri nəzərə alaraq iddianın mümkünlüyü ilə bağlı ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İdidaçı subyektiv hüquqa malikdir, tələbə cavab verməli orqan hazırki cavabdehdir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. İPM-in 2.2.3-ci maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki halda iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) “torpaq sahəsinin planı və ölçüsü” sənədlərində ifadə olunan nəticəsinin etibarsız olduğunun təsdiq edilməsini tələb edir. İddia aidiyyəti üzrə düzgün məhkəmədə qaldırılmışdır. İPM-nin 8.1.4-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı hazırki tələb üzrə inzibati orqana müraciət etmiş, müraciətə imtina edilmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X17 verilmiş torpaq sahələrinin plan və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 hektar ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcuddur: "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən 20 fevral 1981-ci il tarixli «X14 X32»na əsasən «Azərbaycan» Nəşriyyatının qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir, həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500.0 metrdir, iddiaçının istiadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə Məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin mütəxəssis rəyində 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, Ali məhkəmənin müvafiq kollegiyasının “Azərbaycan” Nəşriyyatı barəsində qəbul edilmiş analoji qərarlarında məhz işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı olduğu göstərişlərlə bağlı hazırki apellyasiya baxışı zamanı xx.xx.2022-ci il tarixli qərardadla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/3532 nömrəli məktubuna əsasən, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Eyni zamanda, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi “X23 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş “X23 və Ekspertizası Mərkəzi” MMCnin 167 saylı 21 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, naturada mübahisələndirilən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X10 İcraiyyə Komitəsi tərəfindən "Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış В 000369 nömrəli X14 aid Dövlət Aktında göstərilən 15 ha torpaq sahəsi kimi iddia olunan ərazinin döngə nöqtələrinin göstərilməsi iddiaçının nümayəndəsinə bildirilsə də, onlar ərazidə tikinti işləri aparıldığından, dəyişikliklər baş verdiyindən şifahi ölçüləri deyərək 300 metrin 500 metrə olan ərazinin koordinatlarını bizim müəyyən etməli olduğumuzu bildirdi. Bu səbəbdən də GPS aləti vasitəsi ilə təxmini 4 qeyri-müəyyən nöqtənin koordinatları qeydə alındı. Naturada qeydə alınmış koordinatlar kameral şəraitdə Google Yer proqramının ortofoto görüntüləri üzərində dəqiqləşdirilərkən məlum oldu ki, qeyd edilən Dövlət Aktının mübahisəiəndirilən torpaq sahəsinin hansı hissəsinə dəqiq otuzdurulmasmm müəyyən edilməsi mümkün deyil. Belə ki, həmin Dövlət Aktında yeganə tərpənməz nöqtə kimi istinad edilən əvvəllər oradan mövcud olmuş, sonradan Bakı Dairəvi avtomobil yolu ilə əvəz olunmuş Pirşağı-Bilgəh dəmir yolu qeyd edilmişdir. Lakin sözügedən 15 ha torpaq sahəsinin həmin dəmir yolunun hansı hissəsinə, yəni neçənci kilometrliyində yerləşməsi qeyd edilməmişdir. Eyni zamanda yuxanda qeyd edildiyi, iddiaçıların da bildirdiyi kimi iddiaçıların ərazidən istifadə etməməsi səbəbindən o dövrdən hal-hazıra kimi ərazidə tikinti işləri aparıldığından mübahisəli torpaq sahəsinin yerləşdiyi iddia olunan massivdə xeyli konfiqurasiya dəyişikliyi baş vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-cı il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X10 İcraiyyə Komitəsi tərəfindən "Kommunist" Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və Torpaqdan iastifadə hüququna aid dövlət aktının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış В 000369 nömrəli X14 aid Dövlət Aktında göstərilən 15 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyini və koordinatlarını müəyyən etmək mümkün olmadı. Həmçinin, mütəxəssis rəyində qərardadın müvafiq sualları üzrə aşağıdakılar qeyd edilmişdir: - Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-cı il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin'planrəsasında Abşeron rayon X10 İcraiyyə Komitəşi təfəfindən “Kommunist" Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B000369 nömrəli X14 aid Dövlət Aktında göstərilən 15 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadı. - Azərbaycan Nəşriyyatına məxsus 15 ha ölçüdə torpaq sahəsinin koordinatlarını (sərhədlərini) müəyyən etmək mümkün olmadı. - Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-cı il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X10 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış В 000369 nömrəli X14 aid Dövlət Aktında göstərilən 15 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmadığından ayrıldığı vaxt hansı kateqoriya torpaqlara aid olduğunu da müəyyən etmək mümkün olmadı. - X5 məxsus Seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********20 reyestr nömrəli torpaq sahəsinin pianı və ölçüsündə göstərilən koordinatlar üst-üstə düşür. - X8 məxsus Seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatlar üst-üstə düşür. - X17 məxsus seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********19 reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatlar üst-üstə düşür. - “Azərbaycan” Nəşriyyatın torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmadığından X17 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X5 və X8 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahəsinin planı və ölçülərində göstərilən koordinatlar ilə üst-üstə düşüb-düşməməsinı müəyyən etmək mümkün olmadı. - Maştağa südçülük-tərəvəzçiiik sovxozu adlanan ərazinin torpaq istifadəçisiyində çox sayda dəyişikliklər baş verdiyindən yerquruluşu xəritəsinin hüdudlarını dəqiq müəyyən etmək mümkün olmadı. X25 südçülük-tərəvəzçiiik sovxozu adlanan ərazi hal-hazırda hüdudları dəqiq bilinmədən, yaşayış massivi olaraq Nardaran qəsəbəsinin inzibati sərhədləri daxilində yerləşir. - Maştağa südçülük-tərəvəzçiiik sovxozu adlanan ərazinin torpaq istifadəçiliyində çox sayda dəyişikliklər baş verdiyindən yerquruluşu xəritəsinin hüdudlarını dəqiq müəyyən etmək mümkün olmadı. Ümumilikdə isə yaşayış massivi daxilində X17 verilmiş **********19 reyestr nömrəli və ona digərtorpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X9ma və X8 verilmiş **********16 reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatlar Maştağa südçülük-tərəvəzçiiik sovxozu adlanan ərazidə yerləşib- yerləşmədiyini müəyyən etmək mümkün deyil. - Maştağa südçülük-tərəvəzçiiik sovxozu adlanan ərazinin torpaq istifadəçiliyində çox sayda dəyişikliklər baş verdiyindən yerquruluşu xəritəsinin hüdudlarını dəqiq müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Sovetinin 6 may 1980-cı il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən “Azərbaycan” Nəşriyyatına məxsus 15 ha ölçüdə torpaq sahəsinin də Maştağa südçülük-tərəvəzçilik sovxozu adlanan massivdə yerləşdiyi iddiaçılar tərəfindən iddia olunur. Sənədlər üzrə isə həmin torpaq sahəsinin harada yerləşəsini müəyyən etmək mümkün olmadı. - Maştağa südçülük-tərəvəzçilik sovxozunun yerquruiuşu xəritəsində müəyyən edilmiş topraqlann təyinatr müxtəlif olmuş, mübahisələndirilən torpaq sahələrinin yerləşdiyi massiv yaşayış məntəqələrinin torpaqlarına aiddir. Həmçinin, məhkəmə icraatında olan oxşar işlər üzrə keçirilmiş ekspertiza rəylərində də Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci İl tarixil 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinİn planı əsasında Abşeron rayon X10 icraiyyə Komitəsi tərəfindən "Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış V 000369 nömrəli X14 aid Dövlət Aktında göstərilən iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması qeyd edilmişdir (Məhkəmə Ekspertizası Mərkəzinin 10/3375 saylı 07 iyun 2022-ci il tarixli ekspert rəyi). Belə olan halda məhkəmə kollegiyası sözügedən mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, həmin rəyə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin üçüncü şəxsə verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Həmçinin, həmin rəylə X5 məxsus Seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********20 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların üst-üstə düşdüyü, X8 məxsus Seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatların üst-üstə düşdüyü, X17 məxsus seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********19 reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatların üst-üstə düşdüyü müəyyən edilmişdir. Buna görə də iddiaçı üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, X17 ayrılmış torpaq sahələri yaşayış məntəqələrinə aid torpaq sahəsi olmuşdur. Əgər iddiaçı ona ayrılmış torpaq sahəsinin sonradan üçüncü şəxsə verildiyini iddia edirsə, onda keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üçüncü şəxsə yaşayış məntəqə torpağı kimi verilməsi üçün torpağın kateqoriyası dəyişdirilmiş olmalıydı. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 6.3 bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 yanvar 2017-ci il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Məhkəmə araşdırmaları zamanı isə X12 mülkiyyətinə verilmiş torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Bu fakt da onu deməyə əsas verir ki, iddia olunan torpaq sahəsi 3-cü şəxsin mülkiyyətinə verilmiş sahə deyil. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi plan və ölçü sənədlərinin etibarsız hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3190/2018 saylı, 16 noyabr 2018-ci il tarixli qərarı qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3190/2018 saylı, 16 noyabr 2018ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1465/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1465/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver