Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1465/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11988/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2020-ci ildən 2021-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsi tərəfindən 2736 manat 22 qəpik məbləğində məzuniyyət və müalicə olunmağı üçün pul müavinətinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən 2021-ci ilədək Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə, sonuncu isə 2019-cu ildən 2021-ci ilədək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışmışdır. 2020-ci ilin avqust ayında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi vəzifəsində çalışdığı zaman əmək haqqı 1484 manat 15 qəpik, 2021-ci ilin avqust ayında isə 1528 manat 26 qəpik olmuşdur. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xidmətkeçmə haqqında Əsasnamə”nin 91-ci maddəsində göstərilmişdir ki, daxili işlər orqanlarının əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifə və rütbə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Əsasnamənin 91-ci maddəsində göstərilmişdir ki, daxili işlər orqanlarının əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Azərbaycan Respublikası Beynəlxalq Bankının iddiaçının adına olan ******************** nömrəli hesab nömrəsindəki çıxarışdan görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan İdarəsi tərəfindən iddiaçıya 2020-ci ilin avqust ayında əmək haqqı 1484 manat 15 qəpik olduğu halda 785 manat 20 qəpik məzuniyyət pulu ödəniş verilmiş, yəni 698 manat 95 qəpik əskik verilmiş, müalicə olunmağı ilə əlaqədar pul müavinəti də 785 manat 20 qəpik, yəni 698 manat 95 qəpik əskik verilmişdir. 2021-ci ilin avqust ayında əmək haqqı 1528 manat 26 qəpik olduğu halda 859 manat 10 qəpik məzuniyyət pulu ödəniş verilmiş, yəni 669 manat 16 qəpik əskik verilmiş, müalicə olunmağı ilə əlaqədar pul müavinəti 859 manat 10 qəpik, yəni 669 manat 16 qəpik əskik verilmişdir. Beləliklə, 2020ci ildən 2021-ci ilədək xidmət etdiyi müddət ərzində Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə Plan idarəsi tərəfindən 2736 manat 22 qəpik məzuniyyət pulu və müalicə olunmağı üçün pul müavinəti iddiaçıya ödənilməmişdir. Cavabdehə həmin məbləğin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizələr ünvanlasa da, cavabdeh həmin pulun verilməsini DİN-nin xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmri ilə tənzimləndiyini qeyd edərək həmin pulun ödənilməsindən imtina edilməsi barədə məktubla cavab vermişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəməyə göndərdiyi iddiaya dair etirazda göstərmişdir ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı 1996-2021-ci illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Xidmətdən xaric olunduqdan sonra DİN Maliyyə-Plan İdarəsinə müraciət edərək 2020-2021-ci illər üçün ona müalicə və məzuniyyətə görə ödənilməmiş 2736 manat 22 qəpik pul müavinətinin ödənilməsini xahiş etmişdir. İddiaçı inzibati qurum tərəfindən verilən cavabla razılaşmadıqdan sonra məhkəməyə müraciət etmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etmişdir. Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndini rəhbər tutaraq Daxili işlər nazirinin xx.xx.2014-cü il tarixli, Ə456-001-14 nömrəli qərarı ilə daxili işlər orqanlarında müəyyən edilmiş vəzifələrdə çalışan xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarına 1 iyun 2014-cü il tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilsin. Daxili işlər nazirinin Ə893-00İ19 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinin 2-ci bəndinə əsasən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilsin. Məzuniyyətə və müalicəyə görə pul müavinətinin ödənilməsi “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci İl 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əlavələr və ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla təmin edilsin. Bu əmr 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minir. Göründüyü kimi, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı Daxili İşlər Nazirliyinə diskresion səlahiyyət verərək ixtiyar verir ki, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşı həcmində əlavə verilsin və ya verilməsin. Göründüyü kimi, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarına və Daxili işlər nazirinin Ə893-00İ-İ9 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinə əsasən iddiaçıya 2020-ci ildə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavə, məharət dərəcəsinə görə əlavə olmaqla 785 manat 20 qəpik, 2021-ci ildə isə 859 manat 10 qəpik məzuniyyət və həmin məbləğlərdə xəstəlik müavinətləri ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11988/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11988/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi qərar çıxararkən onun Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan Respublikasının qüvvədə olan qanunlarla təsbit edilmiş layiqli həyat səviyyəsinin təmin edilməsini və dövlətin ali məqsədini və Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının qanunları dəyişmədiyi halda 2015-ci ildən 2019-cu ilə qədər məzuniyyət pulunun və müalicə olunmaq üçün pul müavinətin ona DİN tərəfindən tam ödənildiyi, 2020 və 2021-ci ildə ödəməkdən imtina etdiyi halda iddianı təmin etməyərək Azərbaycan Respublikası Konstitusiyasında göstərilən bərabərlik hüquqlarını, yəni 25-ci maddənin tələblərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarın 1 nömrəli əlavənin 9-cu və 13-cü bəndlərinin tələblərini pozmuş, qərarda birbaşa göstərilən hüquqları təmin etməmişdir. Bakı İnzibati Məhkəməsi qərar çıxararkən onun tələbi olduğu dövrdə 1 aylıq əmək haqqının nə qədər olmasını araşdırmamış, sorğularına cavab almamış, almışdırsa belə ona formal yanaşmış və işin hallarının araşdırılması prinsipini pozmuşdur. Daxili İşlər Nazirliyi məzuniyyət pulunun və müalicə olunmaq üçün pul müavinətin qalıq hissəsini ona nə üçün ödənilməməsi barədə imtina barədə əmr qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmədiyi halda Bakı İnzibati Məhkəməsi qərar çıxararkən Azərbaycan Respublikası İPM-in 14-cü maddəsinin tələblərini pozmuşdur. Bakı İnzibati Məhkəməsi qərar çıxararkən həmin qərarda inzibati aktın qanunazidd olmasını araşdırmamış və onun aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə daxili işlər orqanlarından xaric olunduqdan sonra 2020-2021-ci illər üçün ona müalicə və məzuniyyətə görə ödənilməmiş 2736 manat 22 qəpik pul müavinətinin ödənilməsi üçün müraciət etmiş, cavabdeh məzuniyyətə və müalicəyə görə müavinətlərin hesablama qaydalarının Azərbaycan Respublikası DİN-in xx.xx.2014-cü il tarixli, Ə456-001-14 nömrəli əmri ilə tənzimlənməsinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona 2020-2021-ci illər üçün ona müalicə və məzuniyyətə görə ödənilməmiş 2736 manat 22 qəpik pul müavinətinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, hazırki iddia ilə iddiaçı daxili işlər orqanlarından xaric olunduqdan sonra 2020-ci ildən 2021-ci ilədək 2736 manat 22 qəpik məbləğində məzuniyyət və müalicə olunmağı üçün pul müavinətinin ödənilməsini tələb etsə də, iş materiallarından görünür ki, iddiaçıya 2020-ci ildə aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavə, məharət dərəcəsinə görə əlavə olmaqla 785 manat 20 qəpik, 2021-ci ildə isə 859 manat 10 qəpik məzuniyyət və həmin məbləğlərdə xəstəlik müavinətləri ödənilmişdir. İddiaçı tələb etdiyi məbləğin az olmasını vəzifə maaşına əlavələrin hesablanmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, ödəmələr Azərbaycan Respublikası DİN-in xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən aparılmışdır. Məzuniyyətə və müalicəyə görə müavinətlər hesablanıb ödənildikdə bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə nəzərə alınmır. Buna görə də iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri bilir. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-46582M-3222 saylı məktubu ilə bildirilmişdir ki, “xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in rəhbəliyinə ünvanladığınız 2020 və 2021-ci illər üçün Sizə ödənilmiş məzuniyyətə və müalicəyə görə müavinətlərin düzgün hesablanmaması barədə ərizənizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, 2020 və 2021-ci illər üçün Sizə ödənilmiş məzuniyyətə və müalicəyə görə müavinətlərin hesablama qaydaları Azərbaycan Respublikası DlN-in xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmri ilə tənzimlənir. Məzuniyyətə və müalicəyə görə müavinətlər hesablanıb ödənildikdə bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə nəzərə alınmır.” - Daxili işlər nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçrnə haqqında Əsasnamə"nin 135-ci maddəinin 1-ci bəndinə əsasən öz arzusu ilə polis mayoru İddiaçı, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, "istefada olan polis mayoru" sayılmaqla, avqust 2021-ci il tarixdən müvafiq olaraq xidmətdən xaric edilmişdir. 20 avqust 2021-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 26 il, 08 ay, 09 gün, imtiyazlı hesablama ilə - 27 il, 01 ay, 21 təşkil edir. - Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-16284-1222 saylı məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər BPİ Nəsimi RPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru İddiaçı işlədiyi müddət dövründə məzuniyyət və xəstəlik müavinətləri tam ödənilmişdir. Bu baxımdan İddiaçı ödəmələr Azərbaycan Respublikası DİN-in xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən aparılmışdır. - Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 039-19115-1222 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı 2020-ci ildə 785 (yeddi yüz səksən beş) manat 20 qəpik, 2021-ci ildə isə 859 (səkkiz yüz əlli doqquz) manat 10 qəpik məzuniyyət və həmin məbləğlərdə xəstəlik müavinətləri ödənilmişdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə görə: Daxili işlər orqanları əməkdaşlarının təminat xərclərinə, tutduğu vəzifəyə və xüsusi rütbəyə görə maaşları, fasiləsiz xidməti illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müavinət və ödənişlər daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor - müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrinin 3-cü bəndinə əsasən bu əmrə 1 nömrəli əlavədə müəyyən edilmiş vəzifələrdə xidmət edən xüsusi rütbəli əməkdaşlarının vəzifə maaşlarına 1 iyun 2014-ci il tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir. Azərbaycan Respublikası Daxili işlər nazirinin Ə893-00İ-19 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinin 2-ci bəndinə əsasən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilsin. Məzuniyyətə və müalicəyə görə pul müavinətinin ödənilməsi “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əlavələr və ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla təmin edilsin. Bu əmr 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış, həmçinin qanunvericilik normalarının sadalanması ilə kifayətlənərək birinci instansiya məhkəməsi tərəfindən həmin qanunvericilik normalarının pozulmasına dair formal mülahizələrdən ibarətdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11988/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1465/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1465/2023
02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver