Məhkəmə qərarları › İş №2-1(103)-1466/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1466/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1466/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X2 Cavabdehlər Bakı şəhər Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “əlavə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı və X2, Cavabdeh Bakı şəhər Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı və X2 cavabdehlər Bakı şəhər Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “əlavə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı və X4 cavabdehlər Bakı şəhər Cavabdeh2 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “məcburetmə haqqında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət ehtiyacları üçün 2018-2019-cu ildə söküntüyə məruz qalmış sakinlərə kömək məqsədi ilə ayrılmış məbləğdən onlara çatası 23.600 manatın qeyri-şərtsiz və alqı-satqı müqaviləsində qeyd olunan Səid Rüstəmov küçəsi ev 34 ünvanı ilə verilməsinin Bakı şəhər Cavabdeh2 üzərinə öhdəlik qoyulmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar S.Rüstəm küçəsi, ev 34 ünvanında ev qeydiyyatında olublar və həmin ünvanda yaşayıblar. Yaşayış evlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə onlar Bakı şəhər Cavabdeh2 ilə xx.xx.2018-ci il tarixində Səid Rüstəmov küç. ev 34 (öz yaşadıqları hissəyə) ünvanına alqı-satqı müqaviləsi bağlayaraq (123 kv. metr əlavə tikililərlə birlikdə) müvafiq kompensasiya alıb evdən köçmüşlər. Azərbaycan Respublikası Pezidentinin sərəncamı ilə 2018-2019-cu illərdə dövlət ehtiyacları üçün söküntüyə məruz qalmış evlərin sakinlərinə kömək məqsədi ilə müəyyən məbləğ ayrılmışdır. İddiaçıları xx.xx.2020-ci il tarixində Bakı şəhər Cavabdeh2nə çağırıb bildirmişlər ki, onlara 23.600 AZN məbləğində pul ayrılmışdır. Sənədləşdirmə İcra hakimiyyətinin tərtib etdiyi protokol əsasında aparılırdı. Protokolu imzalamaq istərkən ünvanın səhv olduğu komissiya üzvlərinə bildirilmiş, yəni ünvanın S.Rüstəmov ev 34 deyil, S.Rüstəmov ev 34/36 yazıldığını göstərmişlər. İddiaçılar İcra hakimiyyətinə alqı-satqı müqaviləsini təqdim edərək, müqavilədə yalnız S.Rüstəmov küçəsi, ev 34 ünvanı kimi qeyd olunduğunu göstərmişlər. İddiaçıların İcra hakimiyyətinə təqdim etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi haqqında Ali Məhkəmənin xx.xx.2015-ci tarixli qərarına əsaslanıb, alqısatqı müqaviləsi bağlandıqdan və ev söküləndən sonra onların yaşadıqları ünvanın dəyişdirildiyini onlara bildirmişlər. İddiaçıların xx.xx.2020-ci il tarixdə Cavabdeh2nə ünvanladıqları şikayət ərizəsi hazırki vaxtadək cavabsız qalmış və müəyyən bahənələrlə ərizə cavablandırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar İddiaçı və X4 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 maddi yardımın onlara verilməsindən imtina etmir, ünvan 4/36 ünvanı ilə vermək istəyir, onlar isə maddi yardımın onlara alqı-satqı müqaviləsində qeyd olunan mənzillə əlaqədar verilməsini tələb edirlər. Belə ki, onlar müqavilənin etibarsızlığı tələbini qoymamışlar. Cavabdeh tərəfindən maddi yardımın onlara ünvan 6/36 ünvanı ilə verilməsinə səbəb olan sənəd məhkəməyə təqdim edilməmişdir. xx.xx.2018-ci il tarixdə 41 saylı Notariat kontorunda təsdiq edilmiş müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi (123 kv.m.) 177250 manata Cavabdeh2 tərəfindən İddiaçı alınmışdır. Bu müqavilədə 34/36 saylı mülkün alqı-satqısı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX ******* saylı Çıxarışı almamışdan əvvəl mülkiyyət hüquqlarını təsdiq edən sənədə görə deyil, İcra Hakimiyyətinin tabeçiliyində olan qurumun verdiyi 2 saylı arayışa görə yalnız 34 saylı mənzilə görə müqavilə tərtib edilərək ödəniş edilmişdir. Məhkəmələrdə və DƏDRX tərəfindən verilmiş arxiv sənədlərinə əsasən sübut edilmişdir ki, Səid Rüstəmov (keçmiş Aziatski, Muxtadir) küçəsi, 34 və 36 (34/36) saylı mülk 450 kv.m. torpaq sahəsinin üstündə 350-360 kv.m. yaşayış sahəsindən ibarət olmuş və onların ulu nənələri Seyid X9 və onun yaxın qohumlarına məxsus olmuşdur. Lakin onların alqı-satqı müqaviləsi ilə aldıqları sahə 123 kv.m. olmuşdur. İddia tələbində göstərilən müqavilənin 34 saylı evin İddiaçı aid hissəsi ilə əlaqədar bağlandığını, 34/36 ünvanındakı mülkün 450 kv.m. torpaq sahəsində təxminən 350-360 kv.m. yaşayış sahəsinin olması, xx.xx.2018ci il tarixli müqavilə imzalandığı zaman bacı-qardaş 34/36 ünvanına sahiblik və istifadə hüquqları var idi. Lakin adlarına Çıxarış olmadığından həmin mənzilə sərəncam vermək hüquqları yox idi. Səid Rüstəmov küçəsi, ev 34-36 (34/36) ünvanında dörd ailə yaşayırdı. Ümumi sahə 150-160 kv.m. olan S.Rüstəmov 34 mənzil 1 ünvanda Binyətzadə Validə, ümumi sahə 120 kv.m. olan S.Rüstəmov 34 mənzil 2 ünvanda İddiaçı, ümumi sahə 40 kv.m. olan S.Rüstəmov 36 mənzil1 ünvanda Fərid Alnağıyev və ümumi sahə 40 kv.m. olan S.Rüstəmov 36 mənzil 2 ünvanında Maqsud Kazımov. Həmin sakinlər müvafiq kompensasiya almışlar ki, bu da 41 saylı Notariat Kontorunun təsdiq etdiyi müqavilə ilə təsdiqlənir. Belə ki, Bakı şəhəri, Səid Rüstəmov küçəsi, ev 34/36 (34-36) saylı fərdi yaşayış evinin 450 kv.m. olması Bakı şəhəri Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli **********85 saylı məktubu ilə də təsdiqlənir. İcra Hakimiyyəti heç də onlara 350-360 kv.m. sahənin kompensasiyasının ödənişini etməmiş, yalnız 34 saylı evin ona aid olan hissəsinə müqavilə bağlamış və onlara ödəniş etmişdir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmadığından işə düzgün qiymət verilməmiş, həmçinin sübutlara düzgün qiymət verilməmiş və nəticə olaraq ədalətsiz qərardad çıxarılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı və X4 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişlər ki, yaşadıqları Bakı şəhəri, Səid Rüstəmov küçəsi, 34 saylı ünvan üzrə 120 kv.m. sahəyə 23600 manat məbləğində kompensasiya ayrılmış, lakin 177000 manat göstərilməklə müqavilə bağlamışlar. 34 və 36 saylı mənzilin sahəsi sənəd üzrə 360 kv.m.-dir. Alqı-satqı bağlanan zaman 34 ünvanına verilmiş kompensasiya nə səbəbə sonradan 34/36 ünvanı üzrə verilmiş kompensasiya kimi qəbul edilməlidir. Bununla bağlı iddiaçılar apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Bakı şəhər Cavabdeh2 nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, sözügedən mənzil alqı-satqı müqaviləsinin bağlanmasına qədər Mənzil Kommunal İstismar Sahəsində 34 nömrəli mənzil kimi qeydiyyata alındığından, mənzilin ünvanı alqı-satqı müqaviləsində də elə qəbul edilmişdir. Sözügedən protokol və alqı-satqı müqaviləsinə görə 177250 manat kompensasiyanın verilməsi nəzərdə tutulmuş, iddiaçılar bununla razılaşmış və həmin pul ödənilmişdir. Bundan sonra iddiaçıların cavabdeh orqandan əlavə pul kompensasiyası tələb etməsi düzgün deyil. Hazırki mübahisə ilə bağlı əlavə kompensasiyanın ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qanunla nəzərdə tutulan hər hansı öhdəliyi yoxdur. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı digər cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştiakçıları hazırki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə digər cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçılar onlara məxsus olmuş ünvan 6 ünvanında yerləşən yaşayış evinin dövlət ehtiyacları üçün alınması məqsədilə Cavabdeh2 ilə xx.xx.202018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq müvafiq məbləğdə kompensasiya alaraq yaşadıqları evdən köçmüşlər. Sonradan iddiaçılar onların Cavabdeh2nə çağırılıb onlara 23600 manat məbləğində pul ayrıldığının bildirilməsinə, bu barədə protokolu imzalamaq istərkən ünvanın səhv göstərilməsinə, yəni ünvanın S.Rüstəmov ev 34 deyil, S.Rüstəmov ev 34/36 kimi göstərildiyinə, halbuki müqavilədə həmin ünvanın S.Rüstəmov ev 34 kimi qeyd olunmasına, buna görə də təklif olunan kompensasiyanın S.Rüstəmov ev 34 üçün onlara verilməli olduğuna istinad edərək ayrılmış məbləğdən onlara çatası 23600 manatın qeyri-şərtsiz, alqı-satqı müqaviləsində qeyd olunan S.Rüstəmov ev 34 ünvanı üzrə verilməsi ilə bağlı Cavabdeh2nə müraciət etmişlər, lakin cavabdeh tərəfindən onların müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh Bakı şəhər Cavabdeh2 tərəfindən E-7/4-152/4 saylı xx.xx.2020-ci il tarixli imtina məktubu ilə İddiaçı bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 34/36 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı onunla alqı-satqı müqaviləsi bağlanmış və müvafiq kompensasiya ödənilmişdir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişin yerinə yetirilməsi mümkün deyildir. Əlavə tələblər barədə müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin imtina məktubundan iddiaçılar narazı qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların iddiası qeyri-mümkün sayılmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Həmin Qərara əsasən ünvan 8 34/36 saylı ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Cavabdeh2 müəyyən edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə 5022/13 saylı xx.xx.2018-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 34/36 saylı evin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçılara 177250 manat məbləğində kompensasiya verilməsi razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 34 saylı ünvanında yerləşən fərdi yaşayış evindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya (177.250 manat) görə alıcı Cavabdeh2 xeyrinə imtina etmişdir. Göründüyü kimi, iddiaçılar onlara məxsus mənzilin sahəsini və həmin sahəyə görə ona ödənilmiş pul məbləğini mübahisələndirməmiş, mənzilin alınması ilə bağlı təklif edilən məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. İddiaçıların iddia ərizəsinin məzmunundan görünür ki, onlar Cavabdeh2 tərəfindən onlara dövlət ehtiyacları üçün alınmış yaşayış evlərinə görə yuxarıda adı çəkilən alqı-satqı müqaviləsi üzrə ödənilən 177250 manat kompensasiya məbləğindən başqa onlara qeyri-rəsmi təklif olunan 23600 manat pulun məhz alqı-satqı müqaviləsinin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 34 saylı fərdi yaşayış evi üçün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Apellyasiya baxışı zamanı iddiaçılar qeyd olunan iddia tələblərini müdafiə edərək cavabdeh inzibati orqan tərəfindən onlara qeyri-rəsmi təklif olunan 23600 manat pulun məhz xx xxxxxx 2018ci il tarixli alqı-satqı müqaviləsinin predmeti olan Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 34 saylı fərdi yaşayış evi üçün verilməli olduğunu və buna görə də belə vəzifənin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə iddiaçıların xx xxxxxx 2018-ci il tarixli alqısatqı müqaviləsində nəzərdə tutulan yaşayış evinə görə ödənilən 177250 manat kompensasiya məbləğinin miqdarı ilə bağlıdır, hansı ki, müqavilə tərəfləri həmin kompensasiya məbləğinin yuxarıda da göstərildiyi kimi, 177250 manat olması ilə razılaşmışlar. Bundan sonra qeyd olunan məbləğin artırılması ilə bağlı tələb ona dəlalət edir ki, iddiaçılar verilmiş kompensasiyanın məbləği ilə narazıdırlar, buna görə də cavabdeh inzibati orqandan əlavə olaraq 23600 manat pul tələb edir və həmin pulun da məhz müqavilə predmeti olan 34 saylı evə münasibətdə nəzərə alınmasını xahiş edirlər. Məhkəmə kollegiyası hesab edir ki, tələb olunan məbləğ vaxtilə söküntüyə məruz qalmış tikiliyə görə verilmiş 177250 manat kompensasiyanın davamı olaraq onun artırılması ilə bağlı olduğundan və həmin məbləğin verilməsi ilə tərəflər razılaşdıqlarından, cavabdehin isə əlavə tələb olunan 23600 manat məbləğində kompensasiyanın verilməsi ilə bağlı öhdəliyi qanunla müəyyən edilmədiyindən iddiaçılar cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişlər. Bununla bağlı hazırki işdə iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddianın qeyrimümkün hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı və X1pellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3922/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar