Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1466/2024 27.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, üçüncü şəxs X1, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “ilkin qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 888/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri 19 saylı Notariat Ofisi və X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, C2670 saylı, xx.xx.1963-cü il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin X4 adına xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın (qeydiyyat nömrəsi: **********) ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri - atası X8 və anası X11r. O, 1963-cü ildən bu günə qədər yeganə yaşayış sahəsi olan ünvan 2 ünvanında yaşamışdır. Belə ki, atası Ağamurad Əliyevə o dövrdəki Azərbaycan SSR Bakı şəhər X10 xx.xx.1963-cü il tarixli C2670 nömrəli orderə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi istifadəsinə verilmişdir. Həmin orderə əsasən mərhum anasının, onun, mərhum qardaşı İddiaçı və mərhum nənəsi Xeyranisə Tağıyevanın adları da qeyd olunmuşdur. Bundan sonra 1964-cü ildə qardaşı Rasim dünyaya gəlmişdir. Beləliklə, onlar ailə olaraq həmin mənzildə daimi olaraq məskunlaşmışlar. Bir neçə ildən sonra atası Ağamurad Əliyev işi ilə əlaqədar olaraq 1980ci illərin sonlarında Rusiya Federasiyasına getmiş və geri qayıtmayaraq orada qalmışdır. Daha sonra nənəsi Tağıyeva Xeyranisə, qardaşı Rasim və anası rəhmətə getmişlər. Beləliklə, onlar qardaşı Vaqiflə tək qalaraq həmin evdə yaşamağa davam etmişlər. Lakin 2016-cı ilin may ayında qardaşı Mehparə Nəsirova ilə nikaha daxil olduqdan sonra baş vermiş bir sıra qanunsuzluqlar nəticəsində o, özünə aid olan özəlləşdirmə hüququndan qanunsuz olaraq məhrum olunmuşdur. Qeyd edir ki, bu yaxınlarda yaşadığı mənzilin özəlləşdirilməsi məqsədilə lazımi sənədlərin toplanmasına başladığı dövrdə ona məlum olmuşdur ki, mərhum qardaşı Vaqif Əliyevin adına özəlləşdirilmişdir. Bununla əlaqədar olaraq ona hüquqi yardım göstərilməsi məqsədilə vəkillə müqavilə bağlamış və vəkilin verdiyi sorğuya cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixində daimi yaşadığı mənzil qardaşının adına ilkin qeydiyyata alınmışdır. Lakin vəkil sorğusu ilə eyni zamanda özəlləşdirilməsi üçün əsas olmuş bütün sənədlərin surəti istənilsə də, onların verilməsindən imtina edilərək bildirilmişdir ki, yalnız məhkəmə vasitəsi ilə onlar tələb oluna bilər. Beləliklə, cavab məktubundan müəyyən olunmuşdur ki, özəlləşdirilmə xx.xx.1963-cü il tarixli, C2670 nömrəli orderə, Yaşayış yeri üzrə qeydiyyat haqqında 294448 nömrəli xx.xx.2016-cı il tarixli arayışa və cavabdeh X1 razılıq ərizəsinə əsasən baş vermişdir. Amma qardaşı Vaqif ölənə qədər ona bir söz deməmişdir ki, mənzilin özəlləşdirilməsi ilə məşğul olur, hətta çıxarış aldıqdan sonra bu haqda ona heç bir söz deməmişdir. Hesab edir ki, onun bu proseslərdən xəbəri olmamışdır. Çünki belə olduğu təqdirdə ona məlumat verərdi. Nəsirova Mehparə hansı yolla, orderdə atasının adı ola-ola və onun xəbəri olmadan, yaşadığı mənzilə daimi pasport qeydiyyatına alınmışlar, bu hüququ ona kim vermişdir? Hətta onun bu nikahın bağlanılmasından belə xəbəri olmamışdır. Nikahın bağlanması ilə bağlı hər hansı bir toy mərasimi də keçirilməmişdir. Order sahibi ataları Ağamurad Əliyevin adına order (mənzil kirayəçisi) olsa da, o, rəsmi olaraq mənzil kirayəçisi hesab edilsə də, həmin orderə əsasən onun qeydiyyatdan çıxarılması, eləcə də onun ölümü haqqında sənəd olmadan, iddiaçı sağ ola-ola və həmin mənzildə daimi pasport qeydiyyatında ola-ola, orada daimi, fasiləsiz yaşamasına baxmayaraq, cavabdeh saxta sənədlər əsasında bu özəlləşdirilməni həyata keçirərək Vaqif Əliyevin adına mənzil üzrə ilkin qeydiyyatı həyata keçirmişdir. Halbuki həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (1982-ci il tarixli redaksiyalı), həm də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən atasının ailə üzvü, eləcə də orderdə adı olduğundan və həmin mənzildə daimi pasport qeydiyyatında olduğundan, orada daimi, fasiləsiz yaşadığına görə onun həmin mənzilin özəlləşdirilməsində iştirak etmək hüququ vardır. Təbii ki, o da onun özəlləşdirilməsinə razılıq vermədiyi halda, onun özəlləşdirilməsi qanunsuz və yolverilməz idi. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri 19 saylı notariat ofisinin üçüncü şəxs kimi inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-888/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, C2670 saylı, xx.xx.1963-cü il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 adına xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın (qeydiyyat nömrəsi: **********) ləğv olunması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, C2670 saylı, xx.xx.1963-cü il tarixli orderə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair X4 adına xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın (qeydiyyat nömrəsi: **********) ləğv olunması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərarı əsassızdır. Buna görə də qərar ləğv edilərək, iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianın təmin ediliməsi əsası kimi ona istinad etmişdir ki, mübahisəli mənzil özəlləşdirilən zaman həmin mənzildə yaşayan, mənzildə qeydiyyatı olan, mənzilə dair istifadə hüququ olan keçmiş icarədarın (iddiaçının atası X2) ailə üzvü olan iddiaçının razılıq ərizəsinin alınmalı olmalı olmasına baxmayaraq, cavabdehə təqdim edilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışda yalnız X1 qeydiyyatı göstərilərək daşınmaz əmlakın özəlləşdirilməsi zamanı ərizəçi ilə birlikdə yaşayan (iddiaçı faktiki olaraq sözügedən ünvanda qeydiyyatda olmaqla yaşamışdır) şəxslərin, yəni hazırki halda iddiaçının razılıq ərizəsi alınmamışdır. Mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyat qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından həmin qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin göstərilən hallara əsaslanmaqla iddianın təmin edilməsinə dair gəldiyi nəticə əsassızdır. Belə ki, üçüncü şəxs X12 ilə 06 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur və həmin tarixdən Vaqif Əliyevin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilinə köçərək ailə üzvü qismində göstərilən mənzildə yaşamışdır. Göstərilən mənzildə yalnız o və X3 yaşamışlar. Onlardan başqa həmin mənzildə heç kim yaşamamışdır. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzili 26 avqust 2016-cı il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçərək həmin mənzilə dair X4 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reeystrindən çıxarış verilmişdir. X3 10 dekabr 2016-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra göstərilən mənzildə yalnız o, tək yaşamış və mirası faktiki qəbul etmişdir. Əri V.Əliyevin ölümündən sonra ondan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilinə dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında göstərilən mənzil 08 noyabr 2018-cı il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçərək həmin mənzilə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reeystrindən çıxarış verilmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzili ərim V.Əliyevin mülkiyyətində olduğu halda, lakin onun 10 dekabr 2016-cı il tarixdə ölümündən sonra, yəni 02 avqust 2017-ci il tarixdə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilinə pasport qeydiyyatına alınmışdır. İş materiallarından, o cümlədən İddiaçı (nümayəndəsinin) təqdim etdiyi sənədlərdən, həmçinin məhkəmənin sorğularına verilmiş cavablardan göründüyü kimi, 02 avqust 2017-ci il tarixdə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilinə pasport qeydiyyatına alınmışdır. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq X4 adına qeydiyyata alınması zamanı, yəni xx.xx.2016-cı il tarixdə göstərilən mənzildə yalnız o və V.Əliyev qeydiyyatda olmuş və yaşamışlar. Digər hər hansı şəxs, o cümlədən İddiaçı göstərilən mənzildə qeydiyyatda olmamışdır. İddiaçı 02 avqust 2017-ci il tarixdə və mənzilin mülkiyyətçisi V.Əliyevin 10 dekabr 2016-cı il tarixdə ölümündən sonra, bununla da mənzilə qeydiyyata alınmasına mülkiyyətçinin razılığı olmadan və beləliklə də qanunsuz olaraq qeydiyyata alınmışdır. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilə 02 avqust 2017-ci il tarixdə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Buna qədər isə İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmamış və ümumiyyətlə şəxsiyyət vəsiqəsinə malik olmamışdır. İddiaçı ümumiyyətlə şəxsiyyət vəsiqəsi olmadığı halda, onun həmin mənzilə və ümumiyyətlə hər hansı yaşayış sahəsinə qeydiyyatı müəyyən olunmadığı halda, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi əsası kimi istinad etdiyi mübahisəli mənzil özəlləşdirilən zaman həmin mənzildə yaşayan, mənzildə qeydiyyatı olan, mənzilə dair istifadə hüququ olan keçmiş icarədarın (iddiaçının atası X2) ailə üzvü olan iddiaçının razılıq ərizəsinin alınmamasına dair gəldiyi nəticə işin hər hansı materialı və sübutu ilə sübut olmayıb, işin həqiqi halları ilə tam ziddiyyət təşkil edir. Belə ki, şərh olunduğu kimi, şəxsin yaşayış sahəsində və ya yaşayış məntəqəsində qeydiyyatda olması qeydiyyat məsələsini həll edən orqan tərəfindən verilən sənədlə, konkret halda şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. İddiaçı isə hələ ilk dəfə 02 avqust 2017-ci il tarixdə şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Buna qədər isə şəxsiyyət vəsiqəsinə malik olmamış və mübahisəli mənzildə qeydiyyatda olmamışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilinə pasport qeydiyyatına alınmmsı üçün qanunla sadalanan həmin sənədlərdən hər hansı biri olmamışdır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzili əri V.Əliyevin mülkiyyətində olduğu halda, lakin onun 10 dekabr 2016-cı il tarixdə ölümündən sonra, yəni 02 avqust 2017-ci il tarixdə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilinə pasport qeydiyyatına alınmışdır. Göstərilənlərə əsasən, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilinə pasport alınması zamanı qeydiyyat orqanın vəzifəli şəxsi tərəfindən qanunsuz hərəkətə yol verilmişdir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq X4 adına qeydiyyata alınması zamanı, yəni xx.xx.2016-cı il tarixdə İddiaçı göstərilən mənzildə yaşamamaqla qeydiyyatda olmadığından, mənzilin özəlləşdirilməsinə onun razılığının olmamasına dair dəlilləri əsassızdır. Ona görə ki, İddiaçı göstərilən mənzildə qeydiyyatda olmadığı halda və buna dair arayışın mövcud olduğu halda, onun razılıq ərizəsi tələb edilə bilməzdi. Buna görə də İddiaçı mənzilin özəlləşdirilməsi zamanı onun razılığının alınmamasına dair dəlilləri əsassızdır. Digər tərəfdən, iddia tələbindən göründüyü kimi, iddia tələbi mübahisələndirmə haqqında iddia tələbindən ibarətdir və mövcud iddia tələbi üzrə qanunla müəyyən olmuş müddət ötürülmüşdür. Buna görə də iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və işin digər hallarından göründüyü kimi, İddiaçı göstərmişdir ki, yaşadığı mənzilin özəlləşdirilməsi məqsədilə sənədlərin toplanmasına başladığı dövrdə ona məlum olmuşdur ki, mərhum qardaşı Vaqif Əliyev mənzili özəlləşdirmişdir. Bununla əlaqədar ona hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağlamış və vəkilin verdiyi sorğunun cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən məlum olmuşdur ki, xx.xx.2016-cı il tarixdə onun daimi yaşadığı mənzil qardaşının adına ilkin qeydiyyata alınmışdır. Göründüyü kimi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin, 11 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq X4 adına qeydiyyata alınmasını bilmiş və həmin mənzilin özəlləşdirilməsinin qanunililiyini mübahisələndirməkdə ona hüquqi yardım göstərmək üçün vəkillə müqavilə bağlamış və bundan sonra xx.xx.2021-ci il tarixdə vəkil sorğu vermiş və onun sorğusuna xx.xx.2021-ci il tarixli məktubla mənzilin özəlləşdirilməsi barədə rəsmi məlumat verilmişdir. İddiaçı isə 17 mart 2022-ci il tarixdə, yəni bir ilə yaxın bir müddət keçdikdən sonra mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 və üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahatında bildirdi ki, cavabdeh tərəfindən mənzilin özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Hüquqmüəyyənedici sənədlər təqdim edilir, mənzildə qeydiyyatda olanlar barədə arayışda adları qeyd olunan şəxslərin razılığı tələb olunur, təqdim edilmiş həmin arayışda Mehparə Nəsirovanın adı olmuş və onun da razılıq ərizəsi təqdim edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Zivər Əliyevanın və Ağamurad Əliyevin adına Respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamış, habelə Vaqif Əliyev adına Bakı şəhəri 19 saylı notariat ofisində vərəsəlik işi açılaraq xx.xx.2019-cu il tarixdə X5 (ünvan 2) vərəsəlik şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında 02 avqust 2017-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanı C2670 saylı, xx.xx.1963-cü il tarixli Orderə, Yaşayış yeri üzrə qeydiyyat haqqında 294448 nömrəli, xx.xx.2016-cı il tarixli arayışa və X1 razılıq ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdə X4 adına ilkin qeydiyyata alınmışdır. Sözügedən mənzil 19 saylı NO-nun 2V-219 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə X1 adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ilk dəfə 02 avqust 2017-ci il tarixdə ünvan 2 ünvanı üzrə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X7 12 may 2016-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsi, ev 134 ünvanında qeydiyyatda olmaqla VVİJQ 727202 seriyalı SSRİ tipli Sovet Pasportu ilə təmin olunmuşdur. Müvafiq qaydalara əsasən vətəndaşlardan təhvil alınan pasportlar 1 ay müddətində akt əsasında yandırılaraq məhv edilir. xx.xx.2017-ci il tarixdə İddiaçı AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 2-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İşin faktiki hallarından görünür ki, 26 Bakı Komissarı rayonu (indiki Səbail rayon İH) ZDS İK-nin xx.xx.1963-cü il tarixli 23 saylı qərarına əsasən ünvan 3 ünvanında yerləşən mənzil X6 verilmişdir və həmin mənzilə dair X6 adına C2670 nömrəli xx.xx.1963-cü il tarixli order verilmişdir. Orderdə İddiaçı ailə üzvləri kimi X13, X12, İddiaçı və Xeyranisə Tağıyevanın adları qeyd edilmişdir. Həmin ünvan xx.xx.2016-cı il tarixdə X4 adına ilkin qeydiyyata alınmışdır. X12 xx.xx.2016-cı ildə ölmüşdür, 2V-219 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin ünvan xx.xx.2019-cu il tarixdə X1 adına qeydə alınmışdır və hazırda onun mülkiyyətindədir. Hazırda iddiaçı onun razılığı alınmadığı üçün həmin mənzilin X4 adına xx.xx.2016-cı il tarixdə aparılmış ilkin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 ünvanına dair sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, ünvan 2 ünvanı C2670 saylı, xx.xx.1963-cü il tarixli Orderə, Yaşayış yeri üzrə qeydiyyat haqqında 294448 nömrəli, xx.xx.2016-cı il tarixli arayışa və X1 razılıq ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdə X4 adına ilkin qeydiyyata alınmış, 2V-219 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə X1 adına qeydə alınmışdır və hazırda mülkiyyətindədir. Həmin ünvan X4 adına ilkin qeydiyyata alınarkən təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 294448 nömrəli xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, həmin ünvanda yalnız X12 və X7 yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin arayışa əsasən digər şəxslər, o cümlədən İddiaçı həmin ünvanda qeydiyyatda olmamışdır. Həmçinin həmin mənzildə qeydiyyatda olan X7 tərəfindən imzalanmış razılıq ərizəsinə əsasən o, qeyd olunan mənzilin X4 adına özəlləşdirilməsinə etiraz etməmişdir. Göründüyü kimi, qeyd olunan ünvan X4 adına ilkin qeydiyyata alınarkən təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən ünvanda yalnız X12 və X7 yaşayış yeri üzrə qeydiyyatda olmuşlar və X7 mənzilin X4 adına özəlləşdirilməsinə etiraz etməmişdir. Qeyd olunan ünvan X4 adına ilkin qeydiyyata alınarkən İddiaçı həmin ünvanda yaşamamış, habelə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən o, həmin ünvanda qeydiyyatda olmamışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan ünvan V.Əliyevin adına ilkin qeydiyyata alınarkən cavabdeh inzibati orqan tərəfindən hər hansı qanun pozuntusu halına yol verilməmiş, qanunvericiliyin tələbləri pozulmamışdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-888/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1466/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1466/2024
27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver